“Qubada itkin düşən alpinist dostlarımızla sonuncu əlaqəmiz onların dağa çıxmazdan əvvəlki gün gecə dağ ətəyində düşərgə saldıqları zaman olmuşdu”.
Median.Az-in məlumatına görə, bunu Trend-ə alpinist Camal Qaşqay deyib.
C.Qaşqay vurğulayıb ki, bu, itkin düşmüş alpinistlərdən alınan sonuncu mesaj oldu: “Həmin gecə güclü külək və qar müşahidə olunurdu. Ehtimal ki, onlar sonra dağa çıxan zaman problemlə üzləşiblər, lakin xilasetmə komandası və helikopterlər əsas düşərgədən yuxarıda onlardan heç bir iz tapa bilməyib”.
O qeyd edib ki, itkin düşən alpinistlər səfərə getməzdən əvvəl lazımi sənədləşdirmə və yoxlama işlərini həyata keçirmişdilər, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən və digər müvafiq qurumlardan lazımi icazə almışdılar.
Alpinistin sözlərinə görə, qrup yaxşı təchizatlanmışdı və onlardan ikisi kifayət qədər təcrübəyə malik idi.
Qeyd edək ki, ötən il dekabrın 23-də “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü – Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.
“Qubada itkin düşən alpinist dostlarımızla sonuncu əlaqəmiz onların dağa çıxmazdan əvvəlki gün gecə dağ ətəyində düşərgə saldıqları zaman olmuşdu”.
Median.Az-in məlumatına görə, bunu Trend-ə alpinist Camal Qaşqay deyib.
C.Qaşqay vurğulayıb ki, bu, itkin düşmüş alpinistlərdən alınan sonuncu mesaj oldu: “Həmin gecə güclü külək və qar müşahidə olunurdu. Ehtimal ki, onlar sonra dağa çıxan zaman problemlə üzləşiblər, lakin xilasetmə komandası və helikopterlər əsas düşərgədən yuxarıda onlardan heç bir iz tapa bilməyib”.
O qeyd edib ki, itkin düşən alpinistlər səfərə getməzdən əvvəl lazımi sənədləşdirmə və yoxlama işlərini həyata keçirmişdilər, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən və digər müvafiq qurumlardan lazımi icazə almışdılar.
Alpinistin sözlərinə görə, qrup yaxşı təchizatlanmışdı və onlardan ikisi kifayət qədər təcrübəyə malik idi.
Qeyd edək ki, ötən il dekabrın 23-də “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü – Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.
“Keçən ildən sürücü bazası yaradılıb və orada adı olan 3000-dən çox sürücü ilə bağlı Daxili İşlər Nazirliyi və digər aidiyyəti orqanlara müraciət olunub”.
Median.Az-in “Report”a istinadən verdiyi məlumata görə, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktorun müşaviri Mübariz Abbasov daşıyıcılarla görüşdə deyib.
Onun sözlərinə görə, Daxili İşlər Nazirliyindən BNA-ya cavab gəlib: “Agentliyə daxil olan məlumatda 3008 sürücünün 461-nin məhkumluq həyatı yaşadığı qeyd olunub. Bu məsələ əlaqədar daşıyıcılar BNA ilə birgə araşdırma aparacaq. Məhkumluğun növünə görə yekun qərar qəbul olunacaq”.
O həmçinin əlavə edib ki, bu ilin 3-6 ayı ərzində 700 də nəqliyyat vasitəsi nağdsız ödəniş sistemi keçiriləcək.
2018-ci ildə yaşamağımıza baxmayaraq, hələ də paytaxt Bakıda çətin şəraitdə həyat sürənlər var. Söhbət “Montin” bazarına yaxın Mayakovski 8/9 ünvanında yerləşən binada yaşayan sakinlərdən gedir.
Baku.ws-in məlumatına görə, bu ünvandakı yataqxana qəzalı vəziyyətdədir. Burada əksəriyyəti məcburi köçkünlər olanlar sakinlər sözün əsl mənasında yaşamaq uğrunda mübarizə aparırlar.
Sözügedən tikili 1937-ci ildə istifadəyə verilib. Həmin ildən bu günədək yataqxana bircə dəfə də təmir olunmayıb.
Təəssüf ki, binadakı üfunət qoxusunu, hər mərtəbə üçün ümumi olan sanitar qovşaqdakı antisanitariyanı sözlə ifadə etmək qeyri-mümkündür.
Döşəmələr elə vəziyyətdədir ki, açılmış dəliklərdən açıq-aşkar alt mərtəbədəki mənzillərin içini görmək olur.
Yataqxanada yaşayan hər bir insanın həyatı isə ayrıca bir dram mövzusudur. Bir otaqda 6-7 nəfərin necə yaşamasını düşünmək belə çətindir. Hələ bu yaşayanların yeni qurulmuş gənc ailələr, onların valideynləri, bacı-qardaşları olduğunu fikirləşəndə buradakı həyat tərzi haqqında acınacaqlı mənzərə yaranır.
Sakinlər deyir ki, dəfələrlə yataqxananın təmir olunması xahişi ilə aidiyyatı orqanlara müraciət ediblər. Lakin bununla bağlı pul ayrılmadığı cavabını alıblar.
Sürücülərin əksəriyyəti qanunla cəriməsi olan qaydaları demək olar ki, hər gün pozurlar.
Bu qayda pozuntularının bəzilərini polis görərkən cərimələyir, bəzilərinə isə göz yumur.
Sürücülərin tez-tez pozduğu və cəriməsi olan qaydaların siyahısını təqdim edirik.
1. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmaq – 60 AZN, 3 bal
2. Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmək – 40 AZN
3. İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmaq – 30 AZN
4. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmaq və ya durmaq – 40 AZN
5. Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmaq – 100 AZN, 4 bal
6. Sərnişin daşıma qaydasını pozulmaq – 60 AZN, 3 bal
7. Nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atmaq – 40 AZN
8. Ara məsafəsi saxlamamaq – 40 AZN
9. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmək – 400 AZN cərimə və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
10. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə vermək – Fiziki şəxslər 60 AZN, vəzifəli şəxslər 200 AZN, hüquqi şəxslər 12 min AZN.//baku.ws
“Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda dəyişikliklər edilib.
Nazirlər Kabinetinin qərarı ilə tələbələrin bir semestrdə götürdüyü kreditlərin sayı 40-a qədər artırılıb.
Dəyişikliyə görə, müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən, akademik borcu olanlar üçün isə ödənişli əsaslarla bu Qaydaların 3.2.12-ci yarımbəndinin tələbləri gözlənilməklə, təhsil aldığı ixtisas üzrə əlavə fənn (fənlər) seçməyə icazə verilir. Akademik borcu olan tələbə əlavə fənn (fənnlər) götürdükdə, təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir və bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır.
Bundan əlavə, hər bir fənn üzrə ayrıca jurnalın tərtibi ləğv olunub.
Eyni zamanda, fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi cari qiymətləndirmə, fənn üzrə tələbənin imtahan zamanı bilik və bacarıqlarının qiymətləndirilməsi isə aralıq qiymətləndirmə kimi müəyyən edilib.
Tələbənin həftəlik iş həcminin 1,5 kredit kimi qiymətləndirilməsi prosedurunda yay semestri istisna edilib.
Həmçinin müvafiq ixtisas üzrə orta ixtisas təhsili proqramlarının mənimsənilməsi üçün tələbə tərəfindən yığılması məcburi olan 120-180 kredit müəyyənləşdirilib.
Qeyd olunur ki, cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə qeyri-müvəffəq qiymət almış, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmiş tələbə bu fəndən kreditləri qazanmır, yəni həmin fənn üzrə akademik borcu qalır. Cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılır. Bu halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddətdə həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər. Tələbə (üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr istisna olmaqla) hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən tələbəyə isə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunur. Bütün hallarda təkrar imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti semestrin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə, həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə tələbənin imtahan üçün ödəniş haqqı bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə orta ixtisas təhsili müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdirilir və həmin müəssisənin rəsmi internet səhifəsində yerləşdirilir. Bütün digər hallarda akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. Bu halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir.”.
Tələbə bir orta ixtisas təhsili müəssisəsindən (ixtisasdan) digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu və akademik məzuniyyətdən qayıtdığı və təkrar orta ixtisas təhsili aldığı hallarda onun əvvəllər qazandığı kreditlər bu Qaydaların 3.2.16-cı yarımbəndinin müddəaları gözlənilməklə nəzərə alınacaq.
Bir müəllimi seçən tələbələrin sayı fənnin xüsusiyyətindən və tədris formasından (mühazirə, məşğələ, laboratoriya və s.) asılı olaraq orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyənləşdiriləcək.
Orta ixtisas təhsili müəssisələrində fənlərin və müəllimlərin seçiminə geniş imkan yaratmaq məqsədi ilə dərs cədvəli fənlər üzrə (müəllimin adı və soyadı qeyd edilməklə) tərtib olunması qaydası aradan qaldırılıb.
O cümlədən ümumi müddəalarda yer alan “Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələrə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı vermək imkanı yaradılır. Üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə fənn (fənlər) üzrə akademik borcu qalmış hesab olunur və o, həmin fənn (fənlər) üçün müəyyən edilmiş kreditləri bu Qaydaların 3.2.15-ci yarımbəndinin ikinci cümləsinin tələblərinə uyğun olaraq qazana bilər” yarımbəndi ləğv edilib.
Tədris prosesi auditoriya və auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) şəkildə təşkil olunur. Sərbəst işlərin həcmi keçirilən mühazirələrə, seminarlara və praktik məşğələlərə ayrılan akademik saatlara müvafiq olaraq orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyənləşdirilir. Bu zaman əyani təhsilalma forması üzrə bütün növ dərslərin 1 (bir) akademik saatına 1 (bir) saatdan az olmayaraq sərbəst işin müəyyənləşdirilməsi və sərbəst işlərin ümumi həcmindən ən azı 40 faizinin dərsdənkənar vaxtda müəllimin rəhbərliyi ilə həyata keçirilməsi qaydası ləğv olunub. Müəllimin tələbələrlə sərbəst işi onun tədris-metodiki işi hesab edilir.
Tələbənin sərbəst işinin növü və forması (fərdi, komanda, qrup tapşırığı və s.) fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir.
Həmçinin orta ixtisas təhsili müəssisələrində hər bir fənn üzrə yaradılan qrupda tələbələrin sayı fənnin xüsusiyyətindən və tədris formasından asılı olaraq, orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyən edilir.
Bildirilir ki, yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır. Tələbənin müəllim seçmək hüququ var.
Dəyişikliklərdə deyilir ki, orta ixtisas təhsili müəssisələrində Bolonya prosesinin təşviqi, kredit sistemi ilə tədrisin təşkili, AKTS sisteminin tətbiq edilməsi və tələbələrə kömək göstərilməsi məqsədi ilə akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil edilir və tyutorlar bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan ali təhsilli şəxslər arasından seçilirlər.//report.az
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan Azərbaycan dilinin orfoqrafiya qaydaları layihəsi müzakirə edilib.
Müzakirələrdə bəzi sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazılması təklif edilib (əsgər-əskər, əsginas-əskinas, İsgəndər-İskəndər, işgəncə-işkəncə və s).
Layihədə bildirilir ki, yuxarıdakı sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək g hərfi ilə yazılıb. Belə ki, mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçib.
Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsində yaradanın, səmavi kitabların, planet adlarının, mifonimlərin böyük hərflə yazılması təklif edilir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan Azərbaycan dilinin orfoqrafiya qaydalarının layihəsində yaradanın və səmavi kitabların adları – Allah, Rəbb, Tanrı, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Qurani-kərim, Tövrat, Zəbur və s., planet adları, mifonimlər – Ay, Günəş, Ülkər; Afrodita, Herakl, Zevs və s. böyük hərflə verilir.
Layihədə təklif olunur ki, tərkibində şöbə, lisey, gimnaziya, vəqf, məktəb sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılsın. Məsələn, Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi və s.
Qeyd edək ki, Azərbaycan dilinin 69 maddədən ibarət orfoqrafiya qaydaları hazırlanıb. Qaydalar Orfoqrafiya Komissiyasının iclasında müzakirə edildikdən sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.
Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 64 km-lik (113-177) hissəsinin yenidən qurulması işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.
Median.Az xəbər verir ki, təmir işləri çərçivəsində körpünün hərəkət hissələrinin eni 10-12 metrə qədər genişləndirilib.
Layihəyə uyğun olaraq yol boyu 38 ədəd müxtəlif diametrli suötürücü borunun təmiri və tikintisi həyata keçirilib və 30 ədəd avtobus dayanacağı quraşdırılıb.
Hərəkətin normal təşkili üçün yol boyu 2710 ədəd siqnal dirəkləri, 515 ədəd yol nişanı və məlumatverici lövhə qoyulub, yolun üfüqi nişanlanma xətləri çəkilib.
Qeyd edək ki, Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 0-112 km-lik hissəsi 2015-ci ildə II texniki dərəcəyə uyğun yenidən qurularaq istifadəyə verilib. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən yol başlanğıcını məhz Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun təqribən 177-ci km-dən götürür.
Magistral yolun 64 km-lik hissəsinin yenidən qurulması ilə artıq Bakı şəhərindən istər Beyləqan və Füzuli rayonlarının yol boyu yerləşən yaşayış məntəqələrinə, istərsə də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə rahat, maneəsiz və təhlükəsiz şəkildə gediş-gəliş təmin olunub, yük və sərnişin daşınması asanlaşıb./oxu.az
Oğul anasına fahişə deyərmi? Yəqin ki, reportaja bu sualla başlamağımız sizi də təəccübləndirdi. Heyrətlənməyin, sən demə, deyərmiş…
İndi sizə təqdim edəcəyimiz süjetin qəhrəmanı – əgər ona doğrudan da qəhrəman demək mümkündürsə – Yusif Nuriyev “Facebook” sosial şəbəkəsindəki səhifəsində belə bir status paylaşıb. Bizim diqqətimizi də elə bu çəkdi. Həm də o səbəbdən ki, son illər Azərbaycanda bu cür problemli ailələrin sayı heyrətamiz dərəcədə artıb.
Qərar verdik ki, Yusifi studiyamıza dəvət edib doğma anası haqqındakı nalayiq ifadələri hansı səbəbdən yazması ilə maraqlanaq. Dəvətimizi qəbul edib gəldi.
Öyrəndik ki, Yusif əslən Bakıdandır. 30 yaşı var, ailənin tək övladıdır. Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin məzunudur. İki ildir ailə qurub. Atası Yusifin bir yaşı olanda ailəni tərk edib, daha sonra övladından imtina edib. Yusifi doğma anası Məryəm xanım nənəsi və ruhi xəstəlikdən əziyyət çəkən dayısı ilə bir evdə böyüdüb: “Bizim ailəmizdə mən gözümü açandan problemlər olub. Sadəcə, mən 25 yaşıma çatdıqdan sonra ailəmdən ayrılıb, öz həyatım haqqında düşünməyə başlamışam. Söhbət himayəsində böyüdüyüm nənəmdən və dayımdan gedir. Hər gün qalmaqallı həyat yaşamışam. Universiteti bitirdikdən sonra evdən ayrılmaq qərarına gəlmişəm”.
Yusif Nuriyev iddia edir ki, vaxtilə anası ilə birgə yaşadığı baba evindən onları nənəsi zorla çıxarıb və küçəyə atıb. Anasının və özünün sözügedən baba mülkündə daimi qeydiyyatı olduğundan, nənəsi öz istəyinə nail olmayıb. Bu problem ədalətli həllini tapdıqdan sonra Yusif həyatının başqa bir sürprizi ilə qarşılaşıb. Doğma anası onu öz pulu ilə aldığı evdən bayıra atıb. Həmsöhbətimiz deyir ki, Nəsimi rayonu, 4-cü mikrorayon, Seyid Hüseyn küçəsi, bina 5, mənzil 33-də anasının ucbatından həyat yoldaşı ilə rahat yaşaya bilmir: “2016-cı ildə nikaha girmişəm. Bu ərəfədə ailəm mənə inadla dedi ki, əlindəki pulla ev al, lazım olsa, satarsan və s. Mən də Azərbaycandan kənarda yaşamaq və təhsil almaq istəmişəm. Onun üçün işləyib illərlə qazandığım pulu yığmışdım. Bir səhv edib anamın təkidi ilə ev alıb, onun adına qeydiyyata keçirdim. Güvəndim ki, əgər mən xaricə gedə bilsəm, mənim təhsilim üçün lazım olan pulu o evi satıb mənə göndərəcək. Artıq bir neçə vaxtdır anamla münasibətim pozulub. O, mənimlə həyat yoldaşımın o evdə yaşamağına imkan vermir, qalmaqal salır”.
Yusif deyir ki, anasından polisə şikayət etsə də, nəticəsi olmayıb: “Ev onun adına qeydiyyatdadır. Mən və yoldaşım işdə olanda evin açarı onda olduğundan, rahatlıqla bizə gəlir. Mən işdən axşam saat 9.00-dan sonra gəlirəm, çünki 12 saatlıq qrafiklə çalışıram. Yorğun evimə gəlirəm ki, yenə qalmaqaldır, yoldaşımı və məni təhqir edir. Evimdən çıxmağını tələb edirəm, çıxmır. Deyir, mənim adıma qeydiyyatdadır, çıxmıram. Sonra polisə müraciət etdim ki, gecə saatlarında dincəlməyə imkan vermir bizə, polislər gəlib “ana müqəddəsdir” deyib çıxıb getdilər. Anam mənə hücum etdi, əlimi cızdı, vurdu və s. Artıq əlbəyaxa olmuşduq, qayınatam gəlmişdi ki, qızını aparsın. Ona görə məni də öz evlərinə apardı. Baxmayaraq ki, özləri də kifayət qədər böyük ailədir, mən 3 gündür qayınatamgildə yaşayıram”.
Yusif Nuriyev deyir ki, sevdiyi qızla ailə qurub. Ailələrin ümumi razılığı ilə hər şey el qaydasında baş tutub. Anası da bu izdivaca razı olduğundan, o, 28 yaşında istəyini gerçəkləşdirib. Amma anası ilə münasibətləri ailə qurmamışdan əvvəl korlanıb. Evdən qovulduqdan sonra isə Yusifin səbir kasası daşıb və anasının ünvanına sosial şəbəkələrdə nalayiq ifadələr işlədib: “Mən pul yığdım ki, yeni həyata başlayım. Yeni həyata başlayanda da başıma bu gəldi. İndi evi geri istəyirəm, anam geri qaytarmır. Artıq bu biabırçılıqla yaşamaq istəmirəm, evimi satıb getmək istəyirəm, o da buna imkan vermir”.
Onun sözlərinə görə, anası Məryəm xanım doğma oğlunun və gəlininin mənzilə qeydiyyata düşməsinə şərait yaratmır. Bunun üçün müsahibimiz məhkəməyə müraciət etməyə hazırlaşsa da, məsləhətləşdiyi vəkillər məsələnin onun xeyrinə həll edilməyəcəyini deyiblər.
Yusifi dinlədikdən sonra anası Məryəm xanımla görüşmək üçün üz tutduq onların mənzilinə. Qapısını döydük, açan olmadı. Qonşular şifahi olaraq bildirdilər ki, Yusif və həyat yoldaşı təxminən 1 ildir sözügedən mənzildə yaşayır, anası isə ora az-az gəlir.
Məryəm xanımla telefon əlaqəsi saxlayıb onunla görüşmək istədiyimizi bildirdik. Təxminən bir saat bizi gözlətdikdən sonra 63 yaşlı xanım gəldi, amma kamera önündə danışmayacağını bəyan etdi. Məcbur olub kənardan çəkiliş apardıq.
Təqaüdçü ana Yusifi tək, halal zəhmətlə böyütdüyünü bildirdi. Yusifin ona qarşı münasibətinin evləndikdən sonra dəyişdiyini deyən Məryəm xanımın sözlərinə görə, oğlu ilə birlikdə uzun müddət heç vaxt yaşamayıb. Sadəcə, xəstə olduğu üçün oğlu və gəlinindən ona baxmağı xahiş edib: “Mən ata mülkümlə bağlı etibarnaməni oğluma həvalə etməmişəm. Onun bu mənzili ilə heç bir işim yoxdur, qələt eləyir. Kim dedi mən qeydiyyatdan çıxmıram? Gəlsin, nə vaxt istəyir, öz evinə qeydiyyata düşsün də. Mən etibarnamə və vəsiyyətnaməni ləğv etdirmişəm, o da bu mülklə bağlı deyil qızım. Mən öz ata mülkümü məcburi köçkünlərə və evi olmayanlara verə bilərəm, amma öz oğluma yox. O, mənim ata mülkümdən gəlib qeydiyyatdan çıxsın, mənə aid olan nə varsa o evdə, qaytarsın, gəlsin öz evinə. Mən bir söz demirəm”.
Anası deyir ki, gənc oğlu ev almaq arzusunda olduğunu ilk dəfə onunla bölüşüb, o da bu mülkün alınması üçün Yusifə 11 min dollar pul verib: “Bu mənzilin 11 min dollarını ona əlimlə sayıb vermişəm. O da üstünü düzəldib. Verdiyim pul onun haram xoşu olsun. Mən seyid nəvəsiyəm. Onsuz da o ziyan çəkəcək. Mən onu əziyyətlə böyütmüşəm. “Qlavbux” işləmişəm, səhərdən axşamacan çalışmışam. Boynumu qucaqlayıb öpürdü, nə oldu?”
Bir sözlə, ana oğuldan, oğul da anadan saatlarla şikayət etdi. Tərəfləri bir araya gətirmək isə mümkün olmadı. Bizə də, tamaşaçılara da tərəflərin nə vaxtsa bir-birini anlayacağına və anlaşacağına ümid etmək qalır. Bütün körpülərin yanmasına baxmayaraq…
Fidan Türksoyun gizli yolla Qarabağa getmək istədiyi iddia edilir
Median.Az İstipress.com-a istinadən xəbər verir ki, azərbaycanlı qız ermənilərin köməyi ilə işğal altında olan Dağlıq Qarabağa getmək istəyir. Bu qalmaqallı iddia sosial şəbəkələrdə yayılıb. İddiaya görə, “Qafqaz” Universitetinin tələbəsi Fidan Türksoy adlı xanım gizli yollarla Qarabağa keçmək istəyir, bunun üçün də o ermənilərlə əlaqə qurmaqdan belə çəkinməyib. Bu iddianın müəllifi isə sosial şəbəkə istifadəçisi olan Ziya Ata adlı şəxsdir.
Belə ki, gənc “Facebook” səhifəsində qızı erməni-dostları vasitəsilə Gürcüstandan keçərək işğal olunmuş Qaradabağı ziyarət etməyə çalışmaqda günahlandırır. Bununla yanaşı o, qeyd edir ki, məhz erməni dostları xanımın səfərini gizlədərək onun pasportuna Ermənistan, eləcə də qondarma rejimin möhürünün vurulmasının qarşısı ala bilərlər.
Z.Ata həmçinin adıçəkilən xanımın ermənilərlə yazışmasını əks etdiridiyini iddia edən fotolar da paylaşıb.
Gənc qız isə öz növbəsində bütün bunların böhtan olduğunu, status və skrinlərə inanmamağı qeyd edib. Həmçinin Fidan yazıb ki, Z.Ata ilə şəxsi münaqişəsi var. Bütün bunlar planlaşdırılmış formada edilir. Bu açıqlamadan sonra o “Facebook” səhifəsini bağlayıb.
Sosial şəbəkədə erməni dostlarının olduğunu təsdiqləyən tələbə erməni dilinin internet vasitəsilə öyrəndiyini, ermənilərin isə bu işdə ona yardım etdiyini bildirmişdi.///İstiPress