Category: Cəmiyyət

  • Yeni nazir dəyişikliklərə start verib – Bir neçə şöbə birləşdirildi, bir neçəsi isə…

    Yeni nazir dəyişikliklərə start verib - Bir neçə şöbə birləşdirildi, bir neçəsi isə...

    Ölkədə həyata keçirilən islahatlara uyğun olaraq, energetika sektorunda müasir tələblərə uyğun idarəetmə mexanizminin qurulması, bu sahədə fəaliyyətin səmərəlilik və çevikliyinin artırılması, eləcə də Energetika Nazirliyi aparatının optimallaşdırılması məqsədilə qurumun yeni strukturu təsdiqlənib.

    Nazirlikdən azxeber.com-a verilən məlumata görə, aparılan islahatlar çərçivəsində nazirliyin aparatında bir sıra yeni şöbə və sektorlar yaradılıb. Yeni yaradılmış struktur vahidlərindən biri nazirliyin fəaliyyət istiqamətləri ilə bağlı olan neft-kimya şöbəsidir.

    Bundan başqa, nazirlikdə iş prosesinin səmərəlilik və şəffaflığını təmin edəcək xidməti yoxlamalar və inzibati-təşkilati nəzarət sektorlarından ibarət daxili nəzarət şöbəsi, vətəndaşlarla fəal kommunikasiya məqsədilə Çağrı Mərkəzi, vətəndaşların qəbulu işinin təşkili sektorları formalaşdırılıb. Bununla yanaşı bir sıra şöbələr birləşdirilib və yenidən təşkil olunub. Yeni strukturda ştat vahidlərinin sayı olduğu kimi saxlanıb.

    “Aparılan dəyişikliklər Nazirliyin qarşısında duran vəzifələrin keyfiyyətlə və operativ şəkildə yerinə yetirilməsinə imkan yaradacaq”, – deyə məlumatda vurğulanıb.

  • Bakıda bu parkı hissə-hissə satırlar – İcra başçısının gəlir mənbəyi – FOTOLAR

    Bakıda insanların istirahət etməsi üçün yeni parklar tikilib istifadəyə verilir. Lakin bəzi belə məkanlar baxımsızlıqdan bərbad duruma düşür.

    Təmir-tikintisinə xeyli vəsait ayrılan parklar qısa müddətdən sonra istirahət zonasından daha çox, tüfeyli həyat keçirənlərin məkanına, xarabalığa çevrilir. Yerli mətbuatda bəzi parkların tamamilə yararsız vəziyyətə düşdüyü barədə xəbərlər dəfələrlə dərc edilib.

    Bu dəfə Bakı metrosunun “Azadlıq Prospekti” stansiyasının yaxınlığında yerləşən parkın acınacaqlı durumundan söhbət açacağıq. Haqqında mətbuatda bir neçə dəfə danışılmasına baxmayaraq, görünür, heç kəs istirahət məkanına diqqət etmək niyyətində deyil.

    Sözügedən ərazidə tikinti işləri gedir, amma bunun parka aiddiyyatı yoxdur. Belə ki, parkda yerləşən ticarət obyektlərinin bəzilərinin işləri bitib, bəzilərində isə hələ davam edir. Bu da istirahət məkanının ərazisini daha da yararsız vəziyyətə gətirir. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov buranı deyəsən şəxsi gəlir mənbəyinə çevirib. Çünki park şokoladlı tort kimi hissə-hissə kəsilir və satılır.

    Bu park artıq istirahət yeri yox, gəlir mənbəyidir. Məlumat üçün qeyd edək ki, mütəxəssislər burada tikilən binaların metrostansiya üçün təhlükəli olduğunu bildirmişdi.

    Parkda zibil qablarını baxımsız dəmir qutular əvəz edib. Amma bu qablar da olmaya bilərdi. Ona görə, “buna da şükür” – deyib keçək.

    İstirahət məkanına cütlüklər üz tutur, onların bir yerdə əyləşməsi üçün skamyalar gözə dəymir. Sevgililər isə çıxış yolunu daşların üzərində oturmaqda görürlər.

    Daşlardan söhbət düşmüşkən deyək ki, parkın döşəməsi, pilləkənlərin üstü, üzlüklər tamamilə bərbad durumdadır. Nəzarətsizlikdən parkın divarlarının üzəri ara saytların adları ilə “bəzədilib”. Arabalar üçün ayrılan hissə belə, keçilməz vəziyyətdədir.

    İstirahət məkanınında tikilən hovuzu isə çoxdandır “işdən çıxarıblar”.

    Azyaşlı uşaqlarını parka gətirənlər var, lakin onların istirahəti elə parkın imkanları daxilindədir. Park isə göz qabağındadır.

    İstirahət məkanının aşağı hissəsi bir qədər normaldır, amma elə də ciddi dəyişiklik yoxdur. Sadəcə, ayaqyolu normal vəziyyətdədir.

    Onu bildirək ki, parkın inşasına 2009-cu ildə 2,5 milyon manat xərc çəkilib.
















    Bakıda bu parkı hissə-hissə satırlar – İcra başçısının gəlir mənbəyi – FOTOLAR

    Mənbə: minval.info

  • Bakıda “PlayStation” adı altında kazino açılıb – Hər kəsin gözü önündə olan qumar evi – FOTOLAR

    Bakıda qanunsuz olaraq və hər kəsin gözü önündə kazino fəaliyyət göstərir.

    Median.Az xəbər verir ki, Minval.info-ya daxil olan məlumata görə, qumarxana Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsi 81-də yerləşir.

    Kazino ətrafında yaşayan sakinlər redaksiyamıza şikayət ünvanlayaraq bildiriblər ki, qanunsuz olaraq fəaliyyət göstərən bu məkandan olanlar, oradan çıxanlar küçə söyüşlərindən qışqıra-qışqıra istifadə edirlər. Bu da sakinləri ciddi narahat edir.

    Mövzu ilə əlaqədar Minval.info-nun əməkdaşları sözügedən ünvana yollanıblar və məlum olub ki, məkanla bağlı deyilənlər tam doğrudur.

    Belə ki, deyilən ünvanda həqiqətən də qanunsuz kazino fəaliyyət göstərir. Özü də heç kimdən çəkinmədən, açıq-aşkar şəkildə… Hətta ətrafda yaşayan insanlar buradakı hal-vəziyyətdən xəbərdardır. İşin maraqlı tərəfi ondan ibarətdir ki, kazino polis bölməsindən bir neçə addım aralıda yerləşir.

    Məkan sahibləri burada kazino olduğunu sözdə gizlətməsələr də, amma məkanı kənardan fərqli göstərməyə çalışırlar. Onlar kazinonun giriş hissəsinə “PlayStation” yazaraq, adi oyun salonu görüntüsü yaradıblar.

    Əməkdaşlarımız adıçəkilən məkana daxil olub, baş verənləri yaxından izləmək istəsələr də, bu, mümkün olmayıb. Çünki saxta “PlayStation” salonunun qadın işçisi onları görər-görməz kobudluqla qarşılayıb. Belə ki, əməkdaşlarımız “PlayStation” oynamaq istədiklərini bildirsələr də, qadın onlara buranın kazino olduğunu söyləyib. Yumşaq şəkildə desək, onları yola salıb.

    Əgər kazino normal şəkildə fəaliyyət göstərirsə, “Playstation” banneri ilə şüşələrin üzərinin qapadılması kimə və nəyə görədir? Yox, əgər qeyri-qanunidirsə və bundan demək olar ki, hamının xəbəri varsa, polis bölməsinin yaxınlığında necə açıq-aşkar fəaliyyət göstərir?

    Xatırladaq ki, 15 il əvvəl bu biznes növü Heydər Əliyevin göstərişi ilə rəsmən qadağan olunub.

    Bir müddət öncə Azərbaycanda kazinoların fəaliyyətinin bərpa olunması gündəmə gəlsə də, bununla bağlı qanunda heç bir dəyişikliklər edilməyib.




  • Bu avtobusda gediş haqqı qaldırıldı

    Bu avtobusda gediş haqqı qaldırıldı

    Yanvarın 13-dən etibarən “BakuBus” avtobuslarının xidmət göstərəcəyi 175 nömrəli marşrut xəttində də gedişhaqqı göstərilən normativlərə uyğun olaraq 30 qəpik müəyyən edilib.

    Bu barədə Modern.az-a “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib.

    M.Piriyev qeyd edib ki, marşrut xətlərində tətbiq olunan gediş haqqı Tarif Şurasının müvafiq qaydalarına əsasən həyata keçirilir:

    “Bu qaydalara əsasən şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin ödənişi məsafədən asılı olaraq dəyişir. Belə ki, şəhərətrafı və qəsəbələrarası 1 km-dən 15 km-dək (15 km daxil olmaqla) 20 q. 15 km-dən 25 km-dək (25 km daxil olmaqla) 25 q. 25 km-dən 30 km-dək (30 km daxil olmaqla) 30 qəpikdir”.

    Qeyd edək ki, 175 nömrəli marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib. 13 yanvar 2018-ci il tarixdən bu xətti üzrə avtobuslar Hövsan qəsəbəsinin mərkəzindən əvvəvlki xətdən fərqli olaraq “Xətai” metrosuna yox, “28 May” metrostansiyasınadək hərəkət edir.

  • Bakının bu ərazisində TƏHLÜKƏ ARTDI – Tektonik qırılma xətti genişləndi

    Bakının bu ərazisində TƏHLÜKƏ ARTDI - Tektonik qırılma xətti genişləndi

    Yeni Günəşli qəsəbəsində, Günəşli yaylası “Döngə 1” və “Döngə 2” ünvanlarını kəsib keçən tektonik qırılma xəttinin, yer qatında olan çatların genişlənməsi müşahidə edilir. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

    Dəstə rəisinin sözlərinə görə, buna səbəb texnogen və təbii amillər olub: “Yeni Günəşlidə qəsəbəsində, Günəşli yaylası “Döngə 1” və “Döngə 2″ ünvanlarından tektonik qırılma xətti keçir. Tektonik qırılma xətti Zığ qəsəbəsinin üst hissəsindən Qum adası istiqamətində uzanır. Hazırda tektonik qırılma xəttinin, yer qatında olan çatların genişlənməsi müşahidə olunur. Bu isə yol infrastrukturuna, ətrafdakı tikililərə mənfi təsir göstərir”.

    R.Həsənov qeyd edib ki, yağışların təsirindən prosesin dinamikasında aktivlik proqnozlaşdırılır.//Apa.az

  • Sabah bəzi yerlərdə duman olacaq

    Sabah bəzi yerlərdə duman olacaq

    Bakı və Abşeron yarımadasında yanvarın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən oxu.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 1-3, gündüz 5-9, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında yanvarın 12-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

  • Məşhur kinoteatr sökülür – FOTO

    Məşhur kinoteatr sökülür - FOTO

    Əhmədlidə yerləşən məşhur “Bakı” kinoteatrı sökülür.

    Bu barədə gənc aktyor Türkay Cəfərli məlumat verib.

    O bildirib ki, kinoteatrın binası sökülür və yerində univermaq tikilir.

    Qeyd edək ki, “Bakı” kinoteatrında uzun müddətdir sıradan çıxıb.

    Məşhur kinoteatr sökülür - FOTO

  • Amaşov: “Cümhuriyyəti İli” Sərəncamı bütövlük və həmrəylik çağırışımızdır

    Амашов: «Год АДР» – призыв к единству и солидарности

    Azərbaycan Xalq Cümhuriyyəti yaşadığımız coğrafiyada azərbaycanlı varlığının təntənəsi, əbədiyyat simvolu, tariximizi bu günümüzlə birləşdirən, gələcəyimizə körpü salan son dərəcə böyük dəyərdir.

    Bunu millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov deyib.

    O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsnə dair Sərəncamı bu dəyərə ehtiramın bariz nümunəsi, dövlətçilik ənənələrimizə sadiqlik ruhunun mühüm göstəricisidir.

    “Bu Sərəncam birlik, bütövlük və həmrəylik çağırışımızdır. Uca Tanrı Cümhuriyyət ilimizi xalqımız və dövlətimiz üçün düşərli eləsin. Cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz və xalqımız hər zaman var olsun!”, – deyə millət vəkili sözlərinə əlavə edib.

  • Azərbaycana səfər edən amerikalı turistlərə xəbərdarlıq olundu

    Azərbaycana səfər edən amerikalı turistlərə xəbərdarlıq olundu

    ABŞ Dövlət Departamenti amerikalı turistlərin dünyanın hər bir ölkəsinə təhlükəsiz səfərlər etmələrini qiymətləndirərək səyahət məsləhət proqramı açıqlayıb.

    Median.Az xəbər verir ki, proqramda Dövlət Departamenti terrorizm təhlükəsi ilə əlaqədar amerikalı turistləri Azərbaycana səfər edərkən diqqətli olmağa çağırıb.

    Bildirilir ki, bəzi sahələrdə risk artıb.

    Əsas risk kimi Dağlıq Qarabağ göstərilib. Departament amerikalılara bu bölgəyə səfər etməməyi məsləhət görüb.

    Qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsi davam edir:

    “Tez-tez atışmalar və artilleriya sistemlərindən, o cümlədən yeraltı minalardan və minaatanlardan istifadə insanların ölümünə və yaralanmasına səbəb olur. Bu səbəbdən amerikalılar “Təmas xətti” yaxınlığında olan yollardan çəkinməlidirlər”./oxu.az

  • Bakıda sərnişin avtobusun qapısı yola düşdü – FOTO

    В Баку у автобуса во время движения отвалилась дверь - ФОТО

    Bakıda sərnişin avtobusunun hərəkətdə olarkən qapısının qopması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

    Oxu.az-ın xəbərinə görə, 50 saylı marşrut üzrə hərəkət edən avtobus sərnişinlərlə dolu halda gedərkən ön qapısı qoparaq yola düşüb

    Fotodan da görünür ki, sürücü sərnişinlərin köməyi ilə qapını yerinə salıb.

    Avtobus sonra hərəkətinə davam edib.

    В Баку у автобуса во время движения отвалилась дверь - ФОТО