Category: Cəmiyyət

  • Direktor rüşvət verməyən müəllimi iclasda təhqir etdi – SƏS YAZISI

    Cəlilabadda rüşvət vermək istəməyən müəllim pedaqoji şurasının iclasında məktəb direktoru tərəfindən təhqir olunub.

    Median.Az xəbər verir ki, bu barədə məlumatı AzEuroNews.com–a verən Cəlilabaddakı mənbəmizin sözlərinə görə, hadisə rayonun Alar kənd 2 saylı orta məktəbin pedaqoji şurasının iclası zamanı baş verib.

    Onun sözlərinə görə, məktəbdə çalışan müəllimlərin iştirakı ilə keçirilən pedaqoji şuranın iclası zamanı direktor Lətif Seyfullayevlə sözügedən məktəbin müəllimi Azad Dadaşov arasında mübahisə yaranıb.

    Mübahisəyə səbəb isə, A.Dadaşovun hər müəllimdən tələb olunan 50 manat pulu vermək istəməməsi olub.

    Mübahisə zamanı direktor daha da irəli gedərək A.Dadaşovun kolleqalarını da təhqir edərək onun üzərinə qaldırıb. O iclasdakı müəllimlərə yüksək səslə “Kişiliyiniz çatmır? Yığışın bir ərizə yazın ki, bu adam işə yaramır, torbasını tikək çıxsın getsin. Kimdən artıqdır? Sabirabaddakı törətdiyi hadisələri burda da etmək istəyir” deyərək təhqir edib.

    Mövzu ilə bağlı məktəb direktoru ilə əlaqə saxlamaq cəhlərimiz hüç cürə alınmadı.

    AzEuroNews.com pedaqoji şurasın iclasında baş verən qalmaqalın səs yazısını da əldə edib. Ümid edirik, Təhsil Nazirliyi yaxın günlərdə məktəb direktoru haqqında lazımı ölçü götürəcək.

  • Bakıdan Tbilisiyə uçan təyyarə bir saata yaxın eniş edə bilmədi

    Güclü külək Tbilisi aeroportunda uçuşların qrafikində gecikmələr yaradıb.

    Median.Az report-a istinadən xəbər verir ki, bu gün Bakıdan Tbilisiyə uçan təyyarə güclü küləklə əlaqədar bir saata yaxın hava limanında eniş edə bilməyib.

    Təyyarənin saat 11:45-də eniş etməsi mümkün olub. Digər reyslərdə də ləngimələr müşahidə olunur.

    Qeyd edək ki, Gürcüstan paytaxtı Tbilisidə dünən gecə boyu davam edən güclü külək ağacları kökündən çıxarıb, elektrik xətlərini və avtomobilləri zədələyib. Gürcüstan paytaxtının bir neçə rayonunda elektrik enerjisi təchizatı məhdudlaşdırılıb. Bundan əlavə, güclü küləyə görə təyyarə uçuşlarını təxirə salmaq zərurəti yaranıb. O cümlədən Tbilisidən Almaniya və Türkiyə istiqamətində iki reys həyata keçirilməyib. Sərnişinlər hava limanında gözləmək məcburiyyətində qalıblar.

    Tbilisi Beynəlxalq Hava Limanında küləyin sürəti saniyədə 31 metrə çatıb.

  • Bakıda teatrın qapılarını sökdülər – FOTOLAR

    Bakıda teatrın qapılarını sökdülər - FOTOLAR

    “Keçən ilin avqust ayından etibarən yerləşdiyimiz məkanda fəaliyyət göstərmişik. Hadisə 2-3 gün bundan əvvəl baş verib. Belə ki, ev sahibi bildirdi ki, Pirşağıda bağ evi tikdirib, bizim olduğumuz məkanın qapıları ona lazımdır. Biz köçməmişdən qabaq olduğumuz məkanın qapılarını ölçüblər, bağ evində də həmin qapıların ölçülərinə uyğun çərçivə hazırlayıblar. Bu səbəbdən bayır qapısından başqa bütün qapılar sökülüb. Tualet, mətbəxt, zalın və başqa otaqların qapılarını çıxarıblar, şəkillərini də çəkmişik”.

    Bu sözləri ƏSA Teatrının baş meneceri Nicat Qulam “Qafqazinfo”ya açıqlamasında deyib. O, teatrın yerləşdiyi məkanın sahibi tərəfindən qapıların söküldüyünü bildirib:

    “Bizim müqaviləmiz var, ancaq həmin müqavilədə belə bir bənd olmayıb. Bizə deyirlər ki, plastik qapılar qoya bilərik. Amma plastik qapı da uyğun olmur. Biz bu məkanda fəaliyyət göstərə bilməyəcəyik. Artıq soyuq olur, köhnə bina olduğu üçün pəncərələr taxtadandır. Küləyin gediş-gəlişi daha da artır. Hazırda yeni məkan axtarışındayıq. Maliyyə vəziyyətimiz də o qədər yaxşı deyil. Uyğun yer axtarırıq. Bizim fəaliyyət üçün 150 kvadrat metr məkan lazımdırdır. Belə yer tapmaqda bir az çətinlik çəkirik. Elə indi olduğumuz məkanı 1 ay axtarışda olandan sonra tapmışıq”.

    Qeyd edək ki, ötən ilin dekabr ayında teatrın “Adamlar və siçanlar” tamaşasının təqdimatında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.



  • Azərbaycanda evlənmək istəyən 16 min nəfərdə xəstəlik tapılıb

    Azərbaycanda evlənmək istəyən 16 min nəfərdə xəstəlik tapılıb

    Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiq olunduğu 1 iyun 2015-ci ildən 31 dekabr 2017-ci ilə kimi müayinədən 364 284 nəfər keçib.

    Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya deyib ki, indiyə qədər tibbi müayinədən keçmiş 14074 nəfərdə talassemiya daşıyıcılığı, 1333 nəfərdə sifilis, 282 nəfərdə isə QİÇS aşkarlanıb.

    Onun sözlərinə görə, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 131 olub.

    Direktor qeyd edib ki, 2017-ci il ərzində 135 990 nəfər tibbi müayinələrə cəlb edilib: “Onlardan 3891 nəfərdə talassemiya daşıyıcılığı, 449 nəfərdə sifilis, 119 nəfərdə isə QİÇS qeydə alınıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 41-dir”.

  • Səlim Müslümov direktoru işdən çıxardı

    Səlim Müslümov direktoru işdən çıxardı

    Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov daha bir kadr dəyişikliyi edib.

    Median.Az Mia.az-a istinadən xəbər verir ki, Lənkəran rayon Məşğulluq Mərkəzinin direktorunu Rahib Quliyev tutduğu vəzifəsindən azad edib. O, 65 yaş həddinə görə, pensiyaya göndərilib.

    Nazir hələlik bu vəzifəni direktor əvəzi kimi Natavan Məmmədovaya həvalə edib.

  • Tolik “ASAN xidmət”in işçisini qovdurdu: “Öz haqqınızı tələb edin” – FOTO

    Prodüsser Tarix Əliyev (Tolik) “ASAN xidmət”in əməkdaşını işdən çıxartdırıb.

    Baku.ws-in məlumatına görə, Tolik bu barədə Instagram hesabında yazıb.

    O bildirib ki, qarşılaşdığı xoşagəlməz vəziyyətlə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə müraciət edib.

    Agentlik isə qısa zamanda məsələyə dərhal reaksiya verib və rəsmi cavab göndərib.

    “Çox obyektiv şikayətimə baxıldı və mənə rəsmi olaraq cavab verildi. Siz də çəkinməyin. Əgər sizə qarşı dövlət idarələri, işçiləri, mühafizəsi, müdiri, bir sözlə vəzifəsini icra edən bir şəxs kobud danışarsa, pul istəyərsə, siz də həmin idarəyə rəsmi olaraq yazıb öz haqqınızı tələb edin. Rüşvət verməyin. Sizinlə pis danışılmasına imkan verməyin. Bu müəssisələr sizin üçün yaradılıb. Allah prezidentimizə can sağlığı versin. Onun yaratdığı “ASAN xidmət” rüşvətxorlara ən böyük zərbə oldu. Hamımız bir olaq. Mübarizə aparaq və inanın nəticəsini görəcəksiniz!”

    “ASAN xidmət”in rəsmi cavabını təqdim edirik:

    Tolik "ASAN xidmət"in işçisini qovdurdu: "Öz haqqınızı tələb edin" - FOTO

  • Bakıda oğlan “Lexus”dan düşüb dilənməyə başladı – VİDEO

    Bakıda oğlan "Lexus"dan düşüb dilənməyə başladı - VİDEO

    Bakıda orta yaşlı kişi bahalı avtomobildən düşərək dilənməyə başlayıb.

    Baku.ws-in məlumatına görə, hadisənin videosu sosial şəbəkələrdə paylaşılıb.

    Videoda görünür ki, “Lexus” markalı avtomoblin xanım sürücüsü oğlanı yolun kənarında əlil arabasına əyləşdirir. Daha sonra isə o, avtomobilinə oturaraq ərazini tərk edib.

    Sosial şəbəkələrdə video müzakirələrə səbəb olub.

  • Yüzlərlə azərbaycanlı Ukraynada etiraz edir – CANLI YAYIM

    Азербайджанцы митингуют у здания МВД Украины – ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

    Kiyevdə Azərbaycan icmasının 150-yə yaxın üzvü Daxili İşlər Nazirliyi binası qarşısında etiraz aksiyası keçirir.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, azərbaycanlılar yerli hüquq-mühafizə orqanlarının diaspora təzyiqlər göstərən və onun nümayəndələrini oğurlayan cinayətkarlara qarşı tədbirlər görməsini tələb edir.

    Mitinq iştirakçılarının sözlərinə görə, cinayətkarlar heç də güc strukturlarından qorxmur. Məlumata əsasən, Ukraynada ümumilikdə 20-dən çox azərbaycanlı oğurlanıb; onların bir neçəsi Ukraynada bizneslə məşğul olan iş adamlarıdır.

    Aksiya iştirakçıları əllərində “Ukraynaya investisiya qoymaq istəyirəm, ancaq bu təhlükəlidir”, “90-cı illərə qayıdırıq”, “Biz Ukraynada quldurluğa qarşı çıxırıq. Bizim uşaqları qoruyun!” və digər yazılı plakatlar tutub.

    Qeyd etmək lazımdır ki, son zamanlar Ukraynada qətl hallarının sayı artıb; azərbaycanlılara qarşı sui-qəsdlər müşahidə olunur, onlar tez-tez qarət olunur; azərbaycanlı sahibkarların təsərrüfat obyektlərinə hücumlar həyata keçirilir; Kiyev və Ukraynanın digər bölgələrində diaspor fəallarına inzibati qaydada təzyiqlər göstərilir.

    Bu kimi hallar Ukraynada yaşayan azərbaycanlılar arasında ciddi narahatlığa səbəb olur. Bir çox ailələr itkin düşən qohumları haqqında hələ də bir xəbər ala bilməyib, cinayətkarlar ifşa olunmayıb, heç kim cəzalandırılmayıb.

    Bundan savayı, bir ay əvvəl azərbaycan əsilli Ukrayna vətəndaşı da oğurlanıb – ailəli olan həmin sahibkar barəsində heç bir məlumat yoxdur.

    Ukraynada yaşayan azərbaycanlılar başda nazir Arsen Avakov olmaqla, ölkənin Daxili İşlər Nazirliyindən onların konstitusiya hüquqlarının qorunmasını, cinayətkarların ifşa olunmasını və Ukraynada quldurluğa qarşı ciddi mübarizənin aparılmasını tələb edir.

  • Azərbaycanda bu siqaretlər ucuzlaşdı (FOTO)

    Bakıda bəzi siqaretlərin qiyməti ucuzlaşıb.

    Median.Az-in azVision.az-ın məlumatına görə, “Vest Kompakt” və “Rothmans” siqaretləri bu gündən etibarən 30 qəpik ucuzlaşıb. Bundan əvvəl 1.80 manata satılan siqaretlər indi 1.50 manata müştərilərə təklif olunur.

    Əməkdaşımız paytaxtın bir neçə mağazasında müşahidə aparıb. Satıcılar siqaretin ucuzlaşmasını təsdiq ediblər. Bunun hansı səbəbdən olduğu bilinməsə də, digər markalı siqaretlərin də yaxın günlərdə ucuzlaşacağı gözlənilir.

    Qeyd edək ki, artıq Azərbaycanda ictimai yerlərdə və qapalı məkanlarda siqaret çəkmək qadağan olunub.

    Azərbaycanda bu siqaretlər ucuzlaşdı (FOTO)



  • Azərbaycanda qardaş iki dəfə ərdə olan bacısını və kiçik qardaşını zorladı – FOTO

    Azərbaycanda qardaş iki dəfə ərdə olan bacısını və kiçik qardaşını zorladı - FOTO

    Median.Az xəbər verir ki, big.az saytı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi ilə birgə “Susma” adlı layihəyə həyata keçirir. Bu layihənin məqsədi ictimai birliyin sığınacağına sığınmış, zorakılığa, şiddətə məruz qalan qadınların həyat hekayələrini ictimaiyyətə təqdim etməkdir. Big.az növbəti müsahibəsini təqdim edir. Budəfəki müsahibimiz öz qardaşı tərəfindən zorlanmaya məruz qalan Nigar Məmmədovadır(Ad şərtidir).

    – Siz necə oldu ki, bu sığınma evinə yerləşdirildiniz?

    -16 yaşımda özümdən 20 yaş böyük kişi ilə valideynlərim tərəfindən zorla evləndirilmişəm. Həmin şəxslə 10 il yaşadım. Övladım olmadığından həyat yoldaşımın ailəsi tərəfindən boşadılmışam. Mən uşağım olmadığından övladlığa uşaq götürmək istəmişəm. Anam razı olmadı. Yenə ikinci dəfə övladım olsun deyə zorla evləndirildim. Uşaq doğulduqdan sonra ona 11-ci ayında Uşaq Nevroloji Xəstəxanasında yataq xəstəsi diaqnozu qoyuldu. Ona görə ərimin ailəsi uşaqdan imtina elədi. 4 ildir ki, ikinci həyat yoldaşımla ayrıyıq. Amma ailə qurduğum şəxslərin heç birində zorakılığa, döyülmələrə, işgəncələrə məruz qalmamışam. Az da olsa təsəllimi ailə qurduğum şəxslərdə almışam. Mənə zülm verən mənim öz ailəm və valideynlərim olub. Çünki mənim atam içki düşkünü olub. Anam da dəfələrlə körpə qardaşımla məni atamın üstünə atıb gedib. Atam içən zaman təcavüz etmək üçün məni axtarırdı. Dəfələrlə olub ki, qamışlıqda gizlənmişəm ki, ələ keçməyim. 

    – Atandan gizlənməyinin səbəbi nə idi?

    – Çünki zorlanmaqdan qorxurdum. Amma çox çəkmədi qorxduğum başıma gəldi. Böyük qardaşım mənə dəfələrlə təcavüz edib. Bütün yaşadığım əzablara baxmayaraq yenə də özümü güclü hesab edirəm. Geriyə baxmaq istəmirəm. O qədər valideynlərimə, qardaşlarıma nifrət edirəm ki, imkanım olsa onlardan imtina edərəm. Dövlətdən də xahişim odur ki, onlarla mənim əlaqəmi kəssin. Məndən sonra ikinci qardaşım böyüdü. Əsgərlik yaşına çatanda qardaşıma da zorlayıb. Hal-hazırda eplepsiya xəstəsi olub. Mən o evdən sözümü deyib çıxmışdım. Yəni o ailə ilə yaşaya bilmirdim. Özüm işləyib oğlumu əməliyyat elətdirmişəm. 

    -Təhsiliniz varmı? Evinizi tərk etdikdən sonra necə ayaqda dura bildiniz?

    – Hər bir yalnız qadın kimi, ayağım üstə durmuşam. Əvvəl çayçı, sonra da özəl firmada işləmişəm. Nə mənim yoldaşlarıma, nə də valideynlərimə xəyanətim olmayıb. Qurduğum ailələrimin dağılma səbəbi də uşaq problemi olub. Bütün əzablarım öz ailəm tərəfindən olub. Sonra anamgil gəldilər ki, qayıdırsan evə. Məni zorlayan qardaşımla anam məni zorla geri evə aparmaq istədilər. Mən də bildirdim ki, mən o evə qayıtmram. Anamla qalaram, amma ata evinə getmərəm. Qardaşım dedi ki, hamı mənə dedi ki, bacın niyə tək yaşayır? Mən də dedim ki, sən onlara deyə bilmədin ki, bacım mənim əlimdən qaçıb. Mən namusumu zorlamışam. Bu sözləri deyəndə qardaşım məni vurdu. Hətta dişimin birini də sındırdı. 

    – Belə çıxır ki, ananız qardaşınızın sizə qarşı etdiklərinə göz yumub?

    – Anam da qardaşımı dəstəkləyirdi. O, hər zaman deyirdi ki, evin içində neyləyirsiz eləyin amma heç kimə deməyin. Ailəm məni başıma gələnləri açdığıma görə ölümlə hədələyir. Atam belə bu işin üstünə ciddi düşüb. Hətta atama anam tapşırıb ki, tap o qızı, öldür. Adını da qoyarıq ki, əxlaqsızlıq edirdi, biz də öldürdük. Anam məni, hətta işimdən də çıxartdırdı. O məni, həyatımı məhv etməklə hədələyir. Mən də deyirəm ki, onsuz da həyatımı 16 yaşımdan məhv etmisən. 

    – Ailənizin sənin başına gətirdikləri işgəncələrlə bağlı hüquq mühafizə orqanlarına müraciət etmisənmi?

    – Bütün hüquq mühafizə orqanlarına müraciət etmişəm. Onlar yaşadıqlarımı həqiqət hesab etmirlər. Anamla qardaşım məni öldürmək istəyəndə ayaqyalın uşaqla Qaradağ rayonun Sahil qəsəbəsinin 38 saylı polis bölməsinə qaçmışam. İzahatımı götürən rəis sərxoş idi. Hətta mən o sərxoş polis rəisindən də qorxdum. Buna görə heç nəyi açıb deyə bilmədim. Sadəcə dedim ki, məni öldürmək istəyirlər. O da qayıdıb mənə “Aç, görüm haranı bıçaqlayıblar?” dedi. Bundan əlavə məni təhqir etdi ki, tək yaşamaq istəyirsən. Qardaşınla ananın da haqqıdır səni öldürmək. Mən də dedim ki, mənə normal izahat götürəcək insan çağırın.


    -Ananı bağışlayarsanmı?

    – Anam mənə nə qədər pislik etsə də onu çox istəyirəm. Amma o evə getmərəm. O evdə nə atam, nə də qardaşlarım normal olmayıb. Anam da çox qəddar olub. Övladıma da yemək almaq istəmirdi. Deyirdi ki, mənə möhtac olduğunu söylə. 

    – Oğlunuzun xəstəliyi ilə bağlı həkimlər hansı diaqnozu qoyub?

    – Oğluma selebral iflic diaqnozu qoyulmuşdu. Həkim əməliyyat edən zaman ortaya çıxdı ki, səhv diaqnoz qoyulub. Əslində bunun xəstəliyi sinir damar tromblaşmasıdır. 7 yaşına qədər müalicə olmalıdır. Müalicəsi uzun sürən müalicədir.

    – Sizə kömək edə biləcək qohumlarınız yoxdur?

    – Qohumlarım var. Anama görə qohumlarımla da münasibətlərimiz yaxşı deyil. Mən bir aydır ki buradayam. Zəhmətimlə balamı saxlamışam. Mənim xoşbəxtliyim mənim övladımdır. Ancaq övladımın sağlamlığını istəyirəm. Dəfələrlə mənə deyilib ki, övladımı atım. Mən dövlətimizdən övladım üçün yardım istəyirəm. Arzumdur ki, o da normal uşaqlar kimi məktəbə, baxçaya getsin.

    Azərbaycanda qardaş iki dəfə ərdə olan bacısını və kiçik qardaşını zorladı - FOTO