Category: Cəmiyyət

  • Bakı məktəblərində müəllimlərə şok yeni il “sürprizi”: Səs yazısı yayıldı (AUDİO)

    Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin tabeçiliyində olan məktəblərdə müəllimlərin maaşı 50% kəsilib.

    Bu barədə Baku.ws-ə Yeni il bayramı ərəfəsində əmək haqqları kəsilən müəllimlər bildiriblər.

    Onların sözlərinə görə, müəllimlərin əmək haqqı əsassız şəkildə bir hissəsi ödənilməyib.

    Şikayətçi müəllimlər bildirir ki, bu barədə məktəb direktorlarına işçilərinin əmək haqlarının kəsiləcəyi təqdirdə şikayətə qalxan müəllimləri nəzarətdə saxlamaq və bu halların qarşısını almaqla məsələnin ictimailəşdirirlməməsi tapşırığı verilib.

    “Maaşların böyük bir hissəsinin kəsiləcəyi barədə rəsmi heç bir əmr və məlumat olmasına baxmayaraq, dekabr ayında verilən maaşda müəllimlər sürprizlə qarşılaşıblar. Yeni il hədiyyəsi olaraq, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tabeçiliyində olan bütün məktəblərdə müəllimlərin maaşını demək olar ki tam yarısı kəsilib. Səbəb olaraq, büdcədə pulun olmaması əsas göstərilib. Yaranmış vəziyyətdən narazı qalan müəllimlərin müxtəlif orqanlara kütləvi şəkildə şikayət etməsi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalovu narahat edib. Bu səbəbdən rəisin tapşırığına əsasən musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva whatsapp vasitəsilə direktorlara səs yazısı ilə müraciət edib. Səs yazısından da göründüyü kimi Bətulə Məmmədəliyeva sektor müdiri olmasına baxmayaraq, nazirin və rəisin adından rahatlıqla göştəriş verir. Bu isə onun bu işlərdə tam yaxından iştirak etdiyinə işarədir”, – deyə adının açıqlanmasını istəməyən müəllimlərdən biri qeyd edib.

    Şikayətlə bağlı Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə əlaqə saxladıq. Lakin idarədən məsələ ilə bağlı sorğu göndərilməsini tələb etsələr də sorğuya heç bir cavab verilmədi.

    Bətulə Məmmədəliyeva whatsapp vasitəsilə direktorlara göndərdiyi səs yazısını təqdim edirik.

  • Bakıda üç məhkum xəstəlikdən öldü

    Bakıda üç məhkum xəstəlikdən öldü

    Bakıda daha üç məhkum xəstəlikdən ölüb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.

    Orada müalicə alan məhkumlar – İlqar Cabbarov, Elçin Əliyev və Kərim Mirzəyevin xəstəlikdən öldükləri bildirilir.

  • “Ariva” hotel təkzib etdi: Ərəb turist otaqda tək olub

    “Ariva” hotel təkzib etdi: Ərəb turist otaqda tək olub

    “Ariva” hoteli yanvarın 8-də Bakıda ərəb turistin 311 nömrəli otaqda ölməsi ilə bağlı yerli KİV-də yayılan məlumatlara münasibət bildirib.

    Hoteldən oxu.az-a daxil olan məlumatda bildirilir ki, insident barədə dərhal polisə xəbər verilib və hadisə yerinə tibbi ekspertiza aparılıb.

    Qeyd edilir ki, mərhum ürək çatışmazlığından vəfat edib, otaqda onun qəbul etdiyi dərman preparatları da aşkar olunub.

    Hotel nümayəndəsi ərəb turistin otağında xanımların olması barədə məlumatı təkzib edib:

    “Saytlarda yayılan məlumatlar yanlışdır. Həmin şəxsin otağında xanım olmayıb. O, nömrədə tək olub”.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Deputatlar axundlara rəsmi nikah kəsmək hüququnun verilməsinin əleyhinədir

    Deputatlar axundlara rəsmi nikah kəsmək hüququnun verilməsinin əleyhinədir

    Türkiyədə din xadimlərinə – müftilərə rəsmi nikah kəsmək hüququ verilməsi məsələsi artıq neçə müddətdir gündəm mövzusu olaraq qalmaqdadır.

    Düzdür, bir ara bu məsələ kölgədə qalsa da, yenidən gündəmə gəlib.

    Yəni, bu günə qədər dini kəbin (molla kəbini) kəsməklə məşğul olan və fəaliyyəti bununla məhdudlaşan din xadimləri bundan sonra rəsmi dövlət orqanları kimi, rəsmi nikah kəsmək hüququ da əldə edə bilərlər.

    Qeyd edək ki, bu təklif iqtidar partiyası olan AKP tərəfindən gəlib və adıçəkilən partiyanın lideri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də dəstəklənib.

    O, bu məsələ gündəmə gələrkən, “İstəsəniz də, istəməsəniz də, bu, reallaşacaq”, – deyə bəyan etmişdi.

    Amma bu təklif istər həmin vaxt, istərsə də indi Türkiyədə bir sıra siyasi qüvvələr, o cümlədən, “ana müxalifət” partiyası olan CXP tərəfindən ciddi narazılıq və kəskin etirazla qarşılanmaqdadır. CXP rəsmiləri o zaman da, indi də bu məsələnin Türkiyənin Konstitusiyasına, dünyəvilik prinsiplərinə uyğun gəlmədiyini bildirirlər. Onların fikrincə, bu məsələ reallaşarsa, Türkiyədə o zaman çoxarvadlılıq, qızların erkən nikahlara məcbur edilməsi, xüsusilə, erkən nikahlar adı altında gənc qızların cinsi istismara məruz qoyulması halları arta və sürətlənə bilər. Ona görə də CXP-lilər bu təklifin qəbuledilməz olduğunu, onun reallaşmasına var gücləri ilə mane olacaqlarını vurğulayırlar.

    Bəs görəsən, qardaş və dost Türkiyədə sözügedən məsələ öz müsbət həllini taparsa, bu, gələcəkdə Azərbaycanda da reallaşa bilərmi? Daha doğrusu, din xadimlərinə – axundlara (mollalara) dini kəbin kəsməklə yanaşı, rəsmi nikah kəsmək hüququ da verilə, parlamentdə bu yöndə qanunvericilik aktı qəbul edilə bilərmi? Və bu zaman cəmiyyətdə nələr yaşanar?

    Bununla bağlı Oxu.Az-a açıqlamasında millət vəkili Sahib Alıyev bildirib ki, rəsmi nikah deyiləndə dövlət orqanının təsdiqlədiyi nikah nəzərdə tutulur.

    “Azərbaycanda din dövlətdən ayrıdır və buna görə din xadimləri dövlət adından rəsmi sənəd verə bilməzlər…”, – deyə millət vəkili qeyd edib.

    Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Musatafa hesab edir ki, vətəndaşın nikahına əksəriyyəti sağlam düşüncə daşıyıcısı olmayan din adamlarını qarışdırmaq yanlış addım olardı.

    “Türkiyədəki müftilərə hansı səbəbdən bu hüququn verilməsini bilmirəm. Əgər onların bir qismi dövlət məmuru sifəti ilə belə bir funksiyanı gerçəkləşdirirlərsə, o zaman bu, nikahın dövlət adından rəsmiləşdirilməsi deməkdir və burada narahatedici hansısa məqam olmaz. Ancaq dövlət qulluqçusu sayılmayan din xadimi tərəfindən bu nikah rəsmiləşdirilirsə, əlbəttə ki, laiklik – dünyəvilik prinsiplərinə zidd addım sayılacaq.

    Azərbaycanda bu funksiyanın dövlət qulluqçusu olmayan dindar şəxslərə verilməsi Konstitusiyamıza və dünyəvi dövlət modelimizə zidd olardı. Mövcud vəziyyət, fikrimcə, daha qaneedicidir və vətəndaşın nikahına əksəriyyəti sağlam düşüncə daşıyıcısı olmayan din adamlarını qarışdırmaq yanlış addım olardı”, – deyə millət vəkili sözlərinə əlavə edib.

    “Dini nikah ənənəsi min illər ərzində formalaşıb. İnsanlar ilahi izdivaca daxil olduqlarını bu yolla rəsmiləşdirməyə çalışıblar. Xüsusilə də dövlət anlayışının və hüquq normalarının formalaşmadığı orta əsrlərdə Şərqin ailə modeli başqa cür təsəvvür oluna bilməzdi. Lakin müasir dövrdə vəziyyət köklü şəkildə dəyişib. Çünki mülkiyyət münasibətlərindən tutmuş, sağlamlıq, vəzifə və imtiyazlar, bir sözlə, mənəvi-maddi şərait yalnız qanunlar vasitəsilə çözülə bilər”.

    Bu fikirlər millət vəkili Zahid Oruca məxsusdur.

    O qeyd edib ki, gizli izdivaclar və molla kəbini sabit ailə quruluşlarını təhdid edir. Belə cütlüklərdən doğulan uşaqların taleyi çox vaxt ortada qalır.

    “Ona görə də cəmiyyətdə etiraz səsləri eşidilməyə başlandı ki, din hər kəsin fərdi inanc hadisəsi olmaqdan çıxıb arbitr rolunu oynamağa qərar verəndə günahkar duruma düşür və ailənin də, dövlətin də şəkli dəyişir. Axı, şəriət qanunları ilə sivil normaları uzlaşdırmaq qeyri-mümkündür. Ona görə də dini nikahları tamamilə ləğv etmək nə qədər çətin olsa da, ona icazə hüququnun verilməsi məqbul deyil”, – deyə millət vəkili vurğulayıb.

  • Rəzalət! Bakida ərəb turi̇stlər üçün qiz çağirma xi̇dməti̇ – FOTOLAR

    Rəzalət! Bakida ərəb turi̇stlər üçün qiz çağirma xi̇dməti̇ - FOTOLAR

    Son aylar Bakıda artan ərəb turistlərin şəhərimiz haqqında təəssüratları müxtəlif xarici saytların forumlarında müzakirə edilir.

    Bu cür saytlarda paytaxt Bakının görməli və gəzməli yerləri haqqında yazan turistlər şəhərimizdəki eskort xidmətlərindən də bir xeyli razılıq edirlər. Maraqlı olan məqam isə bu insan alverinin böyük hissəsinin paytaxt Bakının mərkəzi küçəsi olan – Nizami küçəsində olmasıdır.

    Bəs ərəb turistlər ən çox eskort qızlarla harada tanış olurlar?

    Median.Az bildirir ki, azxeber.com bu sualla bağlı kiçik bir araşdırma aparıb. Məlum olub ki, bəzi zəngin ərəb turistlər qaldıqları otellərin əməkdaşlarına müraciət edərək özlərinə eskort qızlar çağıra bilirlər. Onların bəziləri isə Bakıya gəlmədən öncə artıq bir yerli qızlarla tanış olmaq imkanına sahib olurlar. Belə ki, hazırda dünya üzrə reytinqli eskort saytlarında paytaxt Bakıda yaşayan və xüsusilə də ərəb kişilərlə görüşmək istədiyini elan edən kifayət qədər xanımlara rast gəlmək mümkündür.

    Bu saytlarda isə qiymətlər kifayət qədər yüksək qoyulur. Taksi pulu ayrıca alınmaqla bir neçə saatlıq intim xidmətin 200 dollardan başladığı qeyd edilib.

    Araşdırma nəticəsində internet üzərindən Bakıda iki məşhur eskort şirkətinin olduğu məlum olub. Mərkəzi Rusiyada yerləşən və Kiyev, Tiflis kimi şəhərlərdə eskord xidməti həyata keçirən “Vodka Eskord”un Bakı nümayəndiliyinə olan tələb heç də digər şəhərlərdən geri qalmırmış. Bu xidmətdə qızlar öz şəkillərini və adlarını yerləşdirməsələr də, müştərilər “whatsapp” və ya “Viber” vasitəsi ilə şirkətlə əlaqə saxlayıb istədikləri kimi xanımlar sifariş edə bilirlər. Mərkəz ümumi sistem vasitəsi ilə Bakıda olan əməkdaşlarına məlumat ötürüb onları yönləndirir. Şirkətin əlaqə nömrələrində yazılır : “For quick booking contact us: +38091-900-5-900 (sms, whatsApp, Viber)”

    Şirkətin təklif etdiyi xidmətlər yarım saat üçün 100 dollar, bir saat üçün 200 dollar, 4 saat üçün 600 dollar, 24 saat üçün isə 1000 dollardır. Ödənişin isə “cash” (nağd) formada alınacağı öncədən bildirilir.

    Digər məşhur eskort agentliyi isə “Baku Eskort Aziza”dır. Bu şirkət isə digərindən fərqli olaraq əlaqə nömrəsi yerləşdirməyib. Belə ki, müştəri xidmətdən istifadə etmək istəyirsə istədiyi yaşda qızı seçdikdən sonra qeydiyyatdan keçməlidir. Bundan sonra şirkətin əməkdaşı onunla maksimum 2 saat sonra əlaqə saxlayaraq ünvanı istəyir. Müştəri əgər bir xanım sifariş edirsə xidmət ünvana 2 xanım göndərir. Xidmətdən istifadə edən şəxs bu zaman birini seçir və ikinci qız müştəridən pulu alaraq digərinin işinin bitməsini gözləyir. Həm də bu müştərinin seçim imkanını genişləndirmək üçün edilir.

    Araşdırma nəticəsində eskort agentlikləri ilə deyil fərdi şəkildə turistlərlə tanış olmaq istəyən xanımların da olduğu məlum olub. Onlar isə əsasən ərəb dilində fəaliyyət gösətərən tanışlıq saytlarına üstünlük verirlər. Bu cür saytlarda isə onlar öz şəkillərini yerləşdirərək “whatsApp” vasitəsi ilə ünsiyyət qura biləcəklərini qeyd ediblər.

    Onlar arasından bəzilərinin fotolarını sizlərə təqdim edirik:

    Rəzalət! Bakida ərəb turi̇stlər üçün qiz çağirma xi̇dməti̇ - FOTOLAR



  • Mikayıl Cabbarov generalların qohumlarını işdən çıxardı

    Чистки в Минналогов: Джаббаров уволил родственников генералов

    Yeni vergilər naziri Mikayıl Cabbarov 64 nəfəri tutduqları vəzifədən azad edib.

    Median.Az xəbər verir ki, “Report” özəl mənbələrə istinadən işdən azad edilən bəzi şəxslərin adlarını dəqiqləşdirə bilib.

    Tutduqları vəzifədən azad edilən şəxslərin qısa siyahısını təqdim edirik:

    1) Əfəndiyev Rahim Veys oğlu – Nazirin müşaviri,

    2) Seyfullayev Qüdrət Vəkil oğlu – Nazirin müşaviri,

    3) Məmmədov Əflatun Məsim oğlu – Nazirin müşaviri,

    4) Əhmədov İlqar İsmayıl oğlu – Nazirin müşaviri – Əlaqələndirmə və idarəetmə departamentinin baş direktoru,

    5) Abdullayev Natiq Faiq oğlu – Aparat rəhbərinin müavini,

    6) Balaqadaşov Məhəmməd Müslüm oğlu – Maliyyə və təminat departamentinin baş direktorunun müavini,

    7) Rəsul-Əsl Əhmədağa Qafur oğlu – Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktorunun müavini,

    8) Cəfərov Nəsimi Əsgər oğlu – Əlaqələndirmə və idarəetmə departamentinin baş direktorunun müavini,

    9) Abasəliyev İlham Yaşar oğlu – Ərazi vergi orqanları ilə iş departamentinin baş direktorunun müavini,

    10) Miriyev Famil Fail oğlu – Əlaqələndirmə və idarəetmə departamentinin Əlaqələndirmə və idarəetmə idarəsinin direktoru, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti,

    11) Axundov Akif Səadi oğlu – Departamentin baş direktorunun müavini,

    12) Verdiyev Mübariz Hüseyn oğlu – Departamentin İqtisadi təhlil idarəsinin 1-ci şöbəsinin rəhbəri,

    13) Bayramlı Fərid Mahmud oğlu – Departamentin İri vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin 1-ci bölməsinin böyük dövlət vergi müfəttişi, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti,

    14) Qurbanov Raqif Qurban oğlu – Departamentin baş direktorunun birinci müavini,

    15) Süleymanov Rasim Ramiz oğlu – Departamentin baş direktorunun müavini,

    16) Rzayev Vüqar Vaqif oğlu – Departamentin baş direktorunun müavini,

    17) Məmmədzadə Nicat Tahir oğlu – Departamentin Apellyasiya İdarəsinin 2-ci şöbəsinin böyük dövlət vergi müfəttişi,

    18) Hacıyev Tural Xəlil oğlu – Departamentin Bəyannamələr İdarəsinin 4-cü şöbəsinin rəhbəri,

    19) Hüseynov Azər Əskər oğlu – Departamentin Digər xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

    20) Əfəndiyev Mahmud Seyfəddin oğlu – Departamentin Digər xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

    21) Bədəlov Eldar Mülküm oğlu – Departamentin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

    22) Məmmədov Namiq İbiş oğlu – Departamentin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

    23) Qasımov Əbülfəs Natiq oğlu – Departamentin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliyinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin rəhbəri,

    24) Rzayev Hünər Yaşar oğlu – Departamentin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliyinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin dövlət vergi müfəttişi,

    25) Əmiraslanov Mübariz Rəhman oğlu – Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

    26) Tarquliyev Qabil Cəfər oğlu – Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

    27) Quliyev Ceyhun Firəddin oğlu – Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

    28) Cəfərov Nail İslam oğlu – Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin rəhbəri,

    29) Quliyev Murad Yavər oğlu – Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin rəhbərinin müavini,

    30) Əsədov Bəhram Rafiq oğlu – Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin rəhbərinin müavini,

    31) Muradov İlqar Heydər oğlu – Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi,

    32) Cahangirov Nazim Sucəddin oğlu – Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi,

    33) Abbasov Eldar Əvəz oğlu – Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

    34) Şahbazov Taryel Tapdıq oğlu – Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

    35) Həsənzadə Elxan Tofiq oğlu – Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

    36) Zeynalov Raul Süleyman oğlu – Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

    37) Baxşəliyev Kəmaləddin Məcid oğlu – Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

    38) Qurbanov Azər Şahvələd oğlu – Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi,

    39) Abdullayev Çingiz Şaban oğlu – Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi,

    40) Ağayev Allahverən Əliqulu oğlu – Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi,

    41) Zeynalov Fuad Məhəmməd oğlu – Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi,

    42) Rzayev Elçin Siyavuş oğlu – Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

    43) Poluxov Fəxrəddin Polux oğlu – Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

    44) Quliyev Fəhrad Mikayıl oğlu – Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

    45) Süleymanov Elyar Salman oğlu – Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

    46) Abbasov Abbas Qoşunalı oğlu – Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti,

    47) Qasımov İsrafil Məmməd oğlu – Departamentin baş direktorunun müavini,

    48) Abdullayev Kəramət Həsən oğlu – Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

    49) Mustafayev Zaur Zəki oğlu – Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

    50) Axundov Rauf Tofiq oğlu – Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

    51) Axundov Rəzzaq Fəttah oğlu – Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Bəyannamələrin və risklərin təhlili şöbəsinin rəhbəri,

    52) Mehdizadə Azər Ədalət oğlu – Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəhbəri,

    53) Məlikli Cəmil Güləhməd oğlu – Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini,

    54) Hacıyev Elşad Cavanşir oğlu – Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini,

    55) Aslanov Firdovsi Qubad oğlu – Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini,

    56) İmanov Yaqub Şaban oğlu – Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini,

    57) Mahmudov Turac Müzəffər oğlu – Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini,

    58) Muradzadə Asif Sevindik oğlu – Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini,

    59) Cahangirov Asif Əbülfət oğlu – Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini,

    60) Xanməmmədov Emil Məmməd oğlu – Departamentin Xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktoru,

    61) Xubanov Ravil Ziyəddin oğlu – Departamentin Xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

    62) Əhmədov Yavər Ziyafər oğlu – Departamentin Xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

    63) Kələntərli Elgüc Asif oğlu – Departamentin Xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

    64) Bəkirov Haley Əhməd oğlu – Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini.

    Qeyd edək ki, sərəncama göndərilən vergi işçilərindən Qabil Tarquliyev Diaspora ilə İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimovun bacısı oğlu, Fəxrəddin Poluxov Azərbaycanın Cənubi Afrika Respublikası, Anqola, Mozambik, Svazilend və Zimbabvedəki səfiri Elxan Poluxovun qardaşı, Abbas Abbasov Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasovun qardaşı, Azər Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədovun kürəkəni, Nəsimi Cəfərov İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun kürəkəni, Famil Miriyev Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun bibisi oğlu, Kəmaləddin Baxşəliyev, Çingiz Abdullayev, Turac Mahmudov, Raqif Qurbanov və Firdovsi Aslanov keçmiş vergilər naziri Fazil Məmmədovun tələbə yoldaşları, Rahim Əfəndiyev və Qüdrət Seyfullayev eks nazirin yaxın dostu, ölkə daxilində və xaricində olan biznesini idarə edən əsas şəxslərdəndir.

  • Bakıda 10 ildən artıq qul kimi işlədilən yaşlı qardaşların həyatı: “Taxta ilə döyürdülər…”

    Bakıda 10 ildən artıq qul kimi işlədilən yaşlı qardaşların həyatı: “Taxta ilə döyürdülər…”

    Yaşlı qardaşlar 10 ildən artıq donuz fermasında işlədiliblər. Onların təqaüdünə əl qoyub, ac saxlayıb və döyüblər. İndi onlardan biri psixi xəstəxanada müalicə alır, digəri isə məhkəmədə haqqını tələb edir.

    Uzun illər Azərbaycanda iki yaşlı qardaşı istismar etməkdə və insan alverində təqsirləndiriləm Tofiq Rzayev və onun qardaşı oğlu Vüqar Rzayevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

    Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baxılıb.

    İş üzrə zərərçəkmiş şəxslərdən biri Aleksandr Kolesnikovdur. Digəri isə, onun qardaşı İqor Kolesnikovdur. Hər iki qardaşın 60-dan çox yaşı var.

    Aleksandr Kolesnikov hazırda məhkəmə iclasında iştirak edə bilmir. Çünki o, Maştağadakı psixiatriya xəstəxanasında müalicə alır. Onun hüquqlarını Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elçin Quliyev müdafiə edir.

    Bu gün baş tutan məhkəmə iclasında zərərçəkən qardaşlardan İqor Kolesnikov ifadə verib. O, insan alverinin qurbanlarının yerləşdirildiyi düşərgədə yaşayır.

    Ayaq üstə dayanmaqda çətinlik çəkən İqor Kolesnikov məhkəmədəki ifadəsində 10 ildən artıq müddətdə Tofiq Abbasovun fermasında zorla işlədildiyini, dəfələrlə döyüldüyünü, ac saxlanıldığını söyləyib.

    İ.Kolesnikovun sözlərinə görə, illərlə fermasında çalışdıqları Tofiq Rzayev heç vaxt onlara normal şərait yaratmayıb.

    “Fermada qaraj var idi. İçərisi beton idi. Həmin qarajda yaşamışıq. Günlərlə yemək də yeməmişəm” – deyə zərərçəkmiş söyləyib.

    Onun sözlərinə görə, qardaşı və özü təqaüd alsalar da, həmin pul heç vaxt onlara çatmayıb: “140 manatdan çox mən, 130 manatdan çox da qardaşım pensiya alırdı. Amma biz nə pul görmüşük, nə də kartları. Dəqiq bilirəm ki, aylıq pensiyalarmızı alıblar”.

    İ.Kolesnikov onu da əlavə edib ki, təqsirləndirilən şəxslərlə uzaq qohumluq əlaqələri var.

    Suallara cavab verən İ.Kolesnikov qardaşının və özünün təqsirləndirilən şəxslər tərəfindən bir neçə dəfə döyüldüyünü söyləyib. “Tofiq Rzayev və Vüqar Rzayev məni və qardaşımı dəfələrlə taxta ilə döyüblər”.

    Ac saxlanılması ilə bağlı suala da cavab verən İ.Kolesnikov söyləyib ki, işlədiyi fermanın yaxınlığına gələn çobanlardan yemək alırmışlar: “Bizə yemək verirdilər. Amma elə vaxt olurdu ki, günlərlə ac qalırdım. Fermanın yaxınlığına gələn çobanlar bizə yemək verirdi”.

    Qardaşının səhhəti ilə bağlı suallara cavab verən İ.Kolesnikov bildirib ki, onun müalicəsi hazırda davam edir.

    İ.Kolesnikov məhkəmədə bildirib ki, təqsirləndirilən şəxslərdən şikayətçidir və onlardan işlədiyi müddət ərzində almalı olduğu əmək haqqını və təqaüdünü tələb edir.

    “Pulumu, əməyimin qarşılığını tələb edirəm. Bundan sonra da bunlardan ayrılıb, çıxıb gedəcəm. Öz həyatımı yaşayacam. Başqa bir yerdə iş tapıb işləyərəm”.

    Tofiq Rzayev və onun qardaşı oğlu Vüqar Rzayev onlara qarşı irəli sürülən ittihamla razılaşmırlar. Özlərinə təqsirli bilməyən şəxslər ötən məhkəmə iclasında prosesin qapalı keçirilməsini istəmişdilər. Amma məhkəmə onların vəsatətlərini əsassız hesab edərək, təmin etməmişdi.

    Qeyd edək ki, ittihama görə, təqsirləndirilən Tofiq Rzayev və onun qardaşı oğlu Vüqar Rzayev 2000-ci ildən bəri zərərçəkmiş şəxslərə hədə-qorxu gələrək Xəzər rayonunda yerləşən donuz kökəltmə fermasında məcburi şəkildə işlədiblər. Daha sonra hər iki şəxs 2016-cı il aprel ayının 28-də Daxili İşlər Nazirliyinin İnsan Alveri qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Onlar barəsində polis nəzarətində qətimkan tədbiri seçilib.

    Tofiq Rzayev və qardaşı oğlu Vüqar Rzayevə Cinayət Məcəlləsinin 144-2-ci (insan alveri və istismarı, məcburi əmək) maddəsi ilə ittiham verilib.//Musavat.com

  • Bakıda 13 yaşlı qız yoxa çıxıb — Onun oğurlandığı iddia edilir (VİDEO)

    Bakıda 13 yaşlı qız yoxa çıxıb — Onun oğurlandığı iddia edilir  (VİDEO)

    Median.Az “xezerxeber.az”a istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi 5 d ünvanında yaşayan 13 yaşlı Nəsibə Mirzəyeva iki gün əvvəl yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Bundan sonra uşağın valideynləri polisə müraciət ediblər. Uşağın atası Namiq Mirzəyev “Xəzər Xəbər”ə bildirdi ki, qızı evdən çıxarkən əynində açıq qəhvəyi rəngdə parça gödəkcə, qara rəngli cins şalvar və göy rəngli ayaqqabı olub. Ata iddia edir ki, Nəsibə Mirzəyevanı tanımadığı şəxslər aldadaraq oğurlayıblar.

    Namiq Mirzəyevin sözlərinə görə, qızı bir neçə dəfə həyətdə kiminləsə söhbət edib. Bu isə atasında şübhələr yaradıb. Buna görə də qızına evdən çölə çıxmaması ilə bağlı xəbərdarlıq edib.

    Atası deyir ki, Nəsibə Mirzəyevanın telefonu olmayıb. O, qızını hətta məktəbə getməyə də qoymurmuş. Üç qız atası olan Namiq Mirzəyev indi övladının tapılmasını istəyir.
    Faktla bağlı Sabunçu rayonu 14-cü polis bölməsində araşdırma aparılır.

  • Rövşən Lənkəranskinin həbsdə olan polkovnik qardaşı azadlığa çıxdı

    Rövşən Lənkəranskinin həbsdə olan polkovnik qardaşı azadlığa çıxdı

    Canıyevlə birlikdə ötən ilin noyabrında “qanuni oğru” Nadir Səlifova (Lotu Quli) qarşı sui-qəsdə cəhddə şübhəli bilinərək saxlanılan digər şəxslər də azad edilib

    Dünən axşam azərbaycanlı məmur — Dövlət Gömrük Komitəsinin Keşlə gömrük postunun rəisi, 2016-cı ilin avqustunda Türkiyədə qətlə yetirilən “qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşı, keçmiş gömrük polkovniki Namiq Canıyev İstanbul məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Bu barədə Sputnik Azərbaycan-a Türkiyənin hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

    Canıyevlə birlikdə ötən ilin noyabrında “qanuni oğru” Nadir Səlifova (Lotu Quli) qarşı sui-qəsdə cəhddə şübhəli bilinərək saxlanılan digər şəxslər də azad edilib.

    Qeyd edək ki, noyabrın 2-də 22 illik həbsxana həyatından sonra Qaradağ rayon məhkəməsinin qərarı ilə azadlığa buraxılmış Səlifova qarşı sui-qəsd cəhdi edilib. Səlifov həbsdən çıxdığı gün İstanbula qardaşları Namiq və Müşfiq Səlifovların yanına gedib.

    Həmin vaxt killerlər qrupu İstanbulda Səlifova qarşı hücum planlaşdırmağa cəhd ediblər. Keçirilən operativ əməliyyat nəticəsində qrup üzvləri İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində saxlanılıblar. Sui-qəsdə cəhdə görə Namiq Canıyev günahlandırılıb. Guya o, tərkibində bu şəxslərin olduğu killer qrupuna rəhbərlik edirmiş: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Abdurrəhman Çolak, Orxan Ergin, Hacı Ömər Ertekin, Əmrə Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Səbri Şirin. Onların arasında “qanuni oğru”, saxta pasportla dolaşan Hacı Beyləqanski ləqəbli kriminal avtoritet Talıbxanlı Hacıbaba Tahir oğlu da olub.

    Bununla yanaşı, İstanbulda baş verən olayların bəzi təfərrüatları da məlum olub.

    Məlumata görə, Namiq Canıyev kriminal avtoritetə qarşı sui-qəsddə iştirak etməyib. Səlifovla haqq-hesab çəkmək arzusunda çeçen kriminal avtoritet, oğru dünyasının “Ümumavropa kassası”nın nəzarətçisi Həmzət Qastəmirov (Şeyx Həmzət) olub. Mənbənin sözlərinə görə, Namiq Canıyev Türkiyəyə bir sıra maliyyə məsələlərini yoluna qoymaq üçün gəlib. O, səfər zamanı həmçinin Rövşən Lənkəranskinin yaxın tərəfdaşları olan Şeyx Həmzət və Hacı Beyləqanski ilə də görüşüb.

    Ümumiyyətlə, azərbaycanlı məmur geyindiyi uniformanın şərəfini ləkələməmək üçün həmişə kriminal aləmdən uzaq durmağa çalışır. Bunun üçün o, hətta qardaşı Rövşən həyatda olarkən onunla birlikdə şəkil belə çəkdirməyib. Amma bu dəfə mərhum qardaşının yaxın dostları ilə görüşmək onun üçün ölüm-dirim məsələsi olub. Ola bilsin, Namiq Canıyev qətlə yetirilmiş qardaşının intiqamının alınmasını istəyib. Rövşən Lənkəranskinin qisasını almağa bu yaxınlarda ona Şeyx Həmzət söz verib. Həmzət Qastəmirov bu məqsədlə türk və çeçen mafioz klanlarını bir yerə toplayıb. Mənbə onu da bildirib ki, Namiq Canıyev azadlığa çıxandan sonra Azərbaycana deportasiya edilib.

    Qeyd edək ki, türk məhkəməsi Canıyevlə birlikdə Hacı Beyləqanskiyə də bəraət verib.

  • Xaçmazda yeni avtomobil yolu inşa edilir – VİDEO

    Xaçmazda yeni avtomobil yolu inşa edilir - VİDEO

    Xaçmaz rayonunun Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad–Məmmədxanlı avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən dərhal təmir-tikinti işlərinə start verilib.

    Dövlət agentliyindən “Report”a verilən məlumata görə, vətəndaşların rahat gediş-gəlişini təmin edilməsinə xüsusi diqqət ayıran dövlət başçısının sərəncamı ilə yenidən qurulan və 8 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun uzunluğu 29 km təşkil edir.

    Torpaq və çınqıl örtüklü olan yolla xüsusən payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşdirib. Təmir-tikinti işlərindən sonra isə vətəndaşlar tam yeni və yüksək keyfiyyətli asfalt-beton örtüklü yoldan istifadə edəcəklər.

    Layihəyə əsasən yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. 2 hərəkət zolaqlı olan yolun ümumi eni 10 metr təşkil edəcək. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.

    Hazırda tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa olunur. Daha sonra qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri görüləcək. Ümumilikdə yolun 170 min m2-də çox hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək.

    Bundan başqa yol boyu zəruri olan yerlərdə yolun altından suların ötürülməsi üçün suötürücü boruları tikintisi, mövcudların isə təmir olunaraq bərpa edilməsi nəzərdə tutulub.