Category: Cəmiyyət

  • Sabah sulu qar yağacaq

    Sabah sulu qar yağacaq

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit olacağı, arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan xəbərə görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə və gündüz 2-5 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında yanvarın 10-da bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, əsasən şimal və şərq rayonlarında intensiv olacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

    Tibbi-meteoroloji proqnoz

    Yanvarın 09-u axşamdan 10-u axşamadək Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

  • Şıxliniskaya haqda 8 milyonluq iddia

    Şıxliniskaya haqda 8 milyonluq iddia

    Azərbaycanda məşhur klinikanın rəhbərinə cinayət işi açılıb.

    Median.Az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, “Leyla Şıxlinskaya” klinikasında aparılan araşdırmalar zamanı müəssisənin rəhbəri Leyla Şıxlinskayanın 8 milyon manat vergidən yayındığı aşkarlanıb.

    Hazırda Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma aparılır.

    Xatırladaq ki, həmin klinika ilə daha bir mənimsəmə işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

    Belə ki, “Leyla Şıxlinskaya” klinikasının mənimsəmədə və vergidən yayınmada təqsirləndirilən keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevanın işi də ayrıca icraatda aparılır. Təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir.

  • Deputatların ezamiyyət xərcləri artırılır

    Deputatların ezamiyyət xərcləri artırılır

    Milli Məclisin deputatları və işçilərinin ezamiyyət xərclərinin məbləği artırılacaq.

    Bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulub.

    Məlumata görə, 2018-ci ildə Milli Məclisin saxlanılma xərcləri 25 milyon 432 min manat təşkil edir.
    Ayrılan vəsaitin 68.8 faizini əmək haqqı xərcləri təşkil edəcək. Həmçinin, xarici səfərlər, avtoparkın yenilənməsi və digər məsələlər üçün də əlavə vəsait ayrılacaq.

    “2018-ci ilin dövlət büdcəsi haqqında” Qanunun tətbiq edilməsi barədə fərmana əsasən, bu ildən ezamiyyətə gedəcək hər bir deputatın aylıq əmək haqqına müəyyən vəsait əlavə olunacaq. Lakin bu il üçün deputatların əmək haqqlarında artım nəzərdə tutulmayıb.

  • Tanınmaz hala düşən Aşıq Əlidən açıqlama – VİDEO

    “Fotoşop deyil, 35 kiloqram arıqlamışam. 150-dən çox idim, 140-a düşüb. Səhhətimdə problem yox idi, amma gələcəkdə problem yarana bilərdi”

    Bu sözləri Aşıq Əli Tapdıqoğlu ARB TV-ni “Günə Son” proqramında arıqladıqdan sonra paylaşdığı şəkillə bağlı açıqlama verərkən deyib.

    Aşıq bildirib ki, arıqlamaq üçün heç bir əməliyyat keçirtməyib.

    “Bir az yeməkləri və qazlı suyu azaltdım. Artıq 15-20 kiloqramım qalıb. Məni eşidənlərə demək istəyirəm ki, arıqlayanda belə həkimə getmirəm. Deyirlər ki, əməliyyat elətdirib. Mən onu xoşlayan bir insan deyiləm. Həkimlər mənə təmənnasız etmək istəyiblər. Ancaq ehtiyac yoxdur. Sadəcə yaxşı ətraf oldu və yeməkləri azaltdım”.

    Aşıq Əli “İnstagram”da yazılan şərhlərə baxmağa vaxtının olmadığını, dostu Aşıq Vüqarın vəziyyəti ağır olduğu üçün onun yanında olduğunu bildirib.//azxeber.com

  • Bakıda 655 metrlik tunelin tikintisindən FOTOLAR

    Bakıda 655 metrlik tunelin tikintisindən FOTOLAR

    Paytaxtın Heydər Əliyev prospektində – Bakı Olimpiya Stadionunun qarşısında “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə yeni avtomobil tuneli inşa olunur.

    Median.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a dövlət agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlama verib.

    Tunelin ümumi uzunluğu 655 metr, qapalı hissəsinin uzunluğu isə 125 metr təşkil edir. Avtomobil tuneli hər birinin eni 4,5 metr olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin ümumi eni isə 11,5 təşkil edəcək.

    A.Nəcəfli qeyd edib ki, tunelin inşasında məqsəd günün pik saatlarında “Koroğlu” metro stansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır. Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn və Hava limanı istiqamətində gedən avtonəqliyyat vasitələri “Böyük Şor” yol qovşağında yerləşən körpünün üzərinə qalxaraq oradan dövrə vurub, “Koroğlu” metro stansiyasının qarşısından keçərək hərəkət edirlər. Bu isə həmin ərazidə müəyyən qədər sıxlığa səbəb olur. Bu sıxlığın aradan qaldırılması üçün avtonəqliyyat vasitələrinin “Koroğlu” stansiyasının qarşısına düşmədən Ziya Bünyadov prospektindən birbaşa hava limanı istiqamətinə hərəkət edə bilməsi üçün yeni avtomobil tuneli inşa olunur.

    Onun sözlərinə görə, yeni avtomobil tuneli hazır olanda artıq avtomobillər “Koroğlu” metro stansiyasının qarşısından keçmədən birbaşa Ziya Bünyadov prospektindən “Olimpiya” kəndi istiqamətinə və oradan da Bakı Olimpiya Stadionu arxasında yerləşən yoldan və tuneldən istifadə etməklə Hava limanı istiqamətinə hərəkət edə biləcəklər.

    Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Tikinti işlərinin 2018-ci il ərzində yekunlaşması planlaşdırılır.

    Bakıda 655 metrlik tunelin tikintisindən FOTOLAR






  • Nəsimi Paşayev: Metroda buna nail olmasa, gedib özünü körpüdən atacaq

    Nəsimi Paşayev: Metroda buna nail olmasa, gedib özünü körpüdən atacaq

    Dünən bir gün ərzində iki gənc intihar edib.

    İntiharın biri bulvarda baş verib. Digər hadisə metroda olub. 22 yaşlı gənc özünü qatarın altına atıb. Qatar gəncin üstündәn keçәrәk, onu iki yerә bölüb. Dünən baş vermiş intihar bu il “Bakı metropoliteni”ndə ilk olsa belə, keçən il ərzində bir neçə oxşar hadisə baş vermişdi.

    Bildirmək istərdik ki, bir sıra xarici ölkələrdə metroda relslərlə platforma arasında sədd var. Qatar stansiyaya daxil olandan sonra xüsusi mexanizm işə düşür, səddə qapılar açılır, sərnişinlər qatara rahat daxil olar bilirlər. Misal üçün Pekin (Çin) və Sank-Peterburqda belə bir mexanizm fəaliyyətdədir.

    Nəsimi Paşayev: Metroda buna nail olmasa, gedib özünü körpüdən atacaq

    Bu tipli stansiyalarda sərnişinlərin relslərin üstünə düşməsi, yaxud intihar məqsədilə qatarın altına tullanması mümkün deyil.

    Bəs Bakı metrosunda intiharların qarşısı almaq üçün hansı işlər görülür?

    Məsələ ilə bağlı “Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, bizdə belə bir mexanizmin qurulması mümkün deyil:

    “Hər yerdə belə bir mexanizm yoxdur. O, çox mürəkkəb mexanizmdir və stansiya layihələrində nəzərdə tutulmalıdır. Bizim stansiyalar 60-70-ci illərdə tikilib, o vaxt belə bir texnologiya olmayıb. Hal-hazırda dünyanın əksər metrostansiyalarında dediyiniz mexanizm yoxdur”.

    N.Paşayev hesab edir ki, intiharların qarşısını almaq maarifləndirmə yolu ilə mümkündür:

    “Metroda intihar hadisələri ilə mübarizə üçün hər hansı işlərin görülməsi nəzərdə tutulmur. Gün ərzində metrodan 700 min insan istifadə edir, hər adama bir nəfər ayırıb, yaxud hər kəs üçün hasar inşa edə bilmərik. İnsanın intihar üçün seçdiyi yeri öncədən müəyyənləşdirmək çox çətindir. O, metroda buna nail olmasa, gedib özünü körpüdən atar, tövlədən özünü asar. İnsanları maarifləndirib intihardan vaz keçirmək lazımdır”.

    Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, metroda intihar edən şəxs özündən başqalarına da zərər vurur: “Dünən bir nəfər özünü Xəzər dənizinə atıb. Metroda baş verən intihar hadisələri ümumi intiharların sayı ilə müqayisədə cüzidir”./oxu.az

  • Avtomobillərin evakuasiyasından yığılan pullardan kimlər xeyir götürür? – VİDEO

    Avtomobillərin evakuasiyasından yığılan pullardan kimlər xeyir götürür? - VİDEO

    Bu gün Lider TV-də yayımlanan “Status” verilişində Bakıda fəaliyyət göstərən evakuatorlarla bağlı maraqlı məqama toxunulub.

    Mövzusu “parkinq mədəniyyəti və evakuatorlar” olan verilişdəki qonaq, aparıcı Teymur Əliyev evakuatorlardan yığılan pulların büdcəyə heç bir xeyir vermədiyini bildirib. O, ötən illə bağlı Hesablama Palatasının rəsmi rəqəmlərinin də kifayət qədər maraq doğurduğunu qeyd edib.

    T. Əliyev bu xidmətin ümümiyyətlə lazım olmadığını hesab etdiyini deyib:

    “Evakuatorlar Dövlət Yol Polisinə məxsusdur? Əgər belədirsə, bir faktı nəzərinizə çatdırmaq istəyirəm. Azərbaycan Respublikası Hesablama Palatasının 2016-ci il üçün hazırladığı illik hesabatında göstərilib ki, son bir il ərzində evakuasiya xidməti nəticəsində dövlət büdcəsinə köçürülən məbləğin həcmi 42 min 80 manatdır. Mən bu rəqəmi görəndə şoka düşmüşdüm. Bu, 2104 maşının cərimələnməsi deməkdir. Burada böyük sual yaranır. Əgər evakuasiya xidməti nəticəsində büdcəyə də xeyir gəlmirsə, kimə xeyir gəlir və nəyə lazımdır? Ondansa, düzgün parkinq etməyən sürücülərin hamısını 20 AZN cərimələsinlər. O 20 manatlar da bank hesabı ilə büdcəyə köçürüləcək. Biz də heç olmasa biləcəyik ki, bu cərimələrin nəticəsində polislərin, müəllimlərin maaşı artırılıb. Yəqin ki fikir vermisiniz ki, evakuatorun haqqını qeyri-nəğd şəkildə ödəmək mümkün deyil”.

    Verilişin digər qonağı Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə suallara belə cavab verib: “Mən də Dövlət Yol Polisi olaraq hesab edirəm ki, evakuator avtomobilləri ləğv edilməlidir: Amma əgər vətəndaş özünü haqlı sayaraq iki saatdan artıq yolun hərəkət hissəsində avtomobilini saxlayır və “cəriməsini ödəyərəm” fikiri ilə məsələyə yanaşırsa, deməli hələ də evakuator xidməti ləğv edilə bilməz”./baku.ws

  • Bakı yollarında böyük tıxac – FOTO

    [b]Bu gün səhər saatlarında Böyükşor şosesi, Olimpiya stadionunun qarşısı (“Koroğlu” m/st yaxınlığında) avtonəqliyyatın hərəkətində ciddi sıxlıq yaranıb.

    Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mais Ağayev bildirir ki, paytaxt yollarında müşahidə olunan sıxlıq şəhər mərkəzi istiqamətində aparılan təmir-tikinti işləri ilə əlaqədar yolun 3 zolağının bağlanması ilə əlaqədardır.

    Analoji vəziyyət Babək və Nobel prospektlərində də müşahidə olunur.

  • Vaqif Əsədov: “Hər kəs deyir ki, bir dəqiqəlik dayanmışdım, araşdıranda məlum olur ki…”

    Vaqif Əsədov: "Hər kəs deyir ki, bir dəqiqəlik dayanmışdım, araşdıranda məlum olur ki..."

    Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dayanma, durma və parklanma ilə bağlı avtomobil sürücülərinə müraciət edib.

    Median.Az xəbər verir ki, İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, dayanma, durma və parklanma prioritret məsələlərdəndir:

    “Sürücülərin əksəriyyəti avtomobillərin parklanması ilə bağlı tərtib edilmiş protokollarla razılaşmır, şikayət edir. Bu gün Bakı şəhərində kifayət qədər avtomobil duracaqları var və bu duracaqlardan düzgün istifadə edilməlidir. Eyni zamanda, Bakı şəhərində 70-dən çox küçə və prospekt üzrə 300-ə yaxın parkomat var. Bu parkomatların ərazisində avtomobilləri düzgün, tələb edildiyi kimi park edin ki, yol polisi tərəfindən məsuliyyətə cəlb edilməyəsiniz. Hər kəs avtomobili düzgün saxlamalıdır. Buna qarşı təsirli tədbirlər görülür”.

  • Yaşayış məhəllələri yenidən layihələndiriləcək

    Жилые кварталы будут перепроектированы

    “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları” təsdiqlənib.

    Median.Az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, normalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 68.2-ci maddəsinə uyğun olaraq hazırlanıb. Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normaları müəyyən edilir.

    Normalara əsasən, yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq faizi ayrılmış ərazinin minimum 40 faizini təşkil etməlidir. Əhalinin mövcud məskunlaşdığı məhəllələr yenidən layihələndirilərkən yaşıllıq faizi həmin ərazinin minimum 25 faizi olmalıdır.