Category: Cəmiyyət

  • 22 Yanvar qeyri-iş günüdür?

    Будем ли мы работать 22 января?

    20 Yanvarın həftənin şənbə gününə təsadüf etməsinə baxmayaraq, həmin gün Ümumxalq Hüzün Günü olduğundan növbəti həftənin bazar ertəsi günü, yəni yanvarın 22-si iş günü hesab ediləcək.

    Yanvarın 20-si Ümumxalq Hüzün Günü olduğundan ölkədə iş günü hesab edilmir. Lakin Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri yalnız iş günü hesab olunmayan bayram günləri ilə üst-üstə düşdükdə həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. 20 Yanvarın şənbə gününə təsadüf etməsinə baxmayaraq, Ümumxalq Hüzün Günü olduğundan növbəti həftənin bazar ertəsi günü, yəni yanvarın 22-si iş günü hesab ediləcək.

    Qeyd edək ki, 2018-ci ildə 1, 2 yanvar – Yeni il bayramı, 20 Yanvar – Ümumxalq Hüzün Günü, 8 Mart – Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 9 May – Faşizm üzərində Qələbə günü, 28 May – Respublika Günü, 15 İyun – Milli Qurtuluş Günü, 15,16 iyun – Ramazan bayramı, 26 İyun – Silahlı Qüvvələri Günü, 22, 23 avqust – Qurban bayramı, 9 Noyabr – Dövlət Bayrağı Günü və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesab edilmir

  • Deputatların maaşlarının artması xəbəri yalan çıxdı

    Новость о повышении зарплат депутатам оказалось ложью

    Millət vəkillərinin əməkhaqlarında 800 manat artımın baş verməsi haqqında deyilənlər təsdiqini tapmayıb.

    Bu gün bəzi media orqanlarında deputatların məvaciblərində artımın baş verdiyi haqda məlumatlar yayılıb.

    Amma bununla bağlı xəbərlər rəsmi təsdiqini tapmayıb, parlamentdən bu yöndə iddiaların həqiqətə uyğyun olmadığı vurğulanıb.

    Daha doğrusu, parlamentin İşlər müdiri xidmətinin Maliyyə şöbəsinin müdir müavini Cavid Möhbalı mətbuata açıqlamasında iddia edib ki, deputatların maaşlarının 800 manat artması ilə bağlı məlumatlar əsassızdır.

    “Kimlərsə məsələni qarışdırır. 2018-ci ilin büdcəsində MM-ə ayrılan vəsaitin artmasından irəli gələrək deputatların xarici ezamiyyət xərclərində artım nəzərdə tutulur. Bu, əvvəlki illə müqayisədə müəyyən artımdır, lakin qeyd olunan rəqəm qədər deyil. Deputatların əməkhaqqında isə heç bir artım yoxdur…”, – deyə o sözlərinə əlavə edib.

  • Şuşa və Kəlbəcərin yeni görüntüləri yayıldı – VİDEO

    Şuşa və Kəlbəcərin yeni görüntüləri yayıldı – VİDEO

    Sosial şəbəkələrdə Ermənistan tərəfindən işğal olunan Azərbaycanın tarixi Şuşa şəhəri və Kəlbəcər rayonundan görüntülər yayılıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, videolar Youtube sosial şəbəkəsinə erməni blogger tərəfindən yerləşdirilib və Şuşa “qədim erməni şəhəri” adı ilə təqdim olunub. Bu azmış kimi blogger uydurduğu qondarma tarixi Azərbaycan musiqisinin sədaları altında sosial şəbəkə izləyicilərinə təqdim edib:

    “Təxminən yüz il əvvəl Qafqaz türkləri qədim erməni şəhəri olan Şuşada soyqırım törətdilər. Qatillər köklü əhalini məhv edib şəhərdə məskunlaşdılar. Daha sonra bolşeviklər süni olaraq xalq yaradıb onları azərbaycanlılar adlandırdılar. Tarixi Ermənistan torpaqları isə köçərilərə verildi. Şükr allaha, cəsur erməni qoşunları sayəsində bu ərazilərin bir hissəsi 1992-1994-cü illərdə azad edildi”.

  • XƏBƏRDARLIQ: Siqaretlə bağlı daha bir cərimə tətbiq olundu

    Milli Məclisin deputatı Vüsal Hüseynov son günlər siqaret çəkilməsi ilə bağlı cərimələrin tətbiq edilməməsi və hələ də qadağan edilmiş yerlərdə bu halların davam etməsi ilə bağlı müzakirələrə münasibət bildirib.

    Millət vəkili qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 212.2-ci maddəsinə əsasən müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə edilir:

    “Nəzərə alınmalıdır ki, elə “Tütün və tütün məmulatı haqqında” qanuna əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər də bu mənada vəzifəli şəxs hesab olunurlar və barələrində 400 manat cərimə tətbiq edilə bilər. Həmçinin qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə 30 manat cərimə müəyyən edilib”.

    Onun sözlərinə görə, müzakirələrə yol açan və çaşqınlıq yaradan incə hüquqi məqam odur ki, bu cərimələr “Tütün və tütün məmulatı haqqında” qanuna istinad edərək bu cərimələri tətbiq etməni müəyyən edir:

    “Yeni qəbul edilmiş və bu qadağaları ətraflı müəyyən edən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun isə mövcud İXM-in istinad etdiyi qanunda müvafiq maddələri (qadağan edilmiş yerləri) ləğv edir və bununla da müəyyən hüquqi boşluq yaradır. Belə ki, İXM-də istinad olunan qanunun hansı yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılmasını tənzimləyən maddənin artıq hüquqi qüvvəsi yoxdur. Mövcud vəziyyət hazırda yalnız İXM-yə əsasən qadağan edilmiş yerlərdə siqaret çəkilməsinə görə şəxslərin məsuliyyətə cəlb edilməsini təmin etmir. Həmçinin, İXM-in 212-ci maddəsi sadəcə siqaret çəkməklə ilə bağlı məsələni tənzimləyir, ancaq digər tütün məmulatları barədə hər hansı norma nəzərdə tutmur (məsələn, qalyan). Digər hallarda isə müəssisələr, idarə və təşkilatlar barəsində (ancaq siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə) isə məsuliyyət tədbirləri tətbiq edilə bilər”.

    V.Hüseynov bildirib ki, bu, qısamüddətli bir vəziyyətdir və qanunyaratma praktikasına əsasın Milli Məclis yeni qanunun tələblərini digər qanunlara uyğunlaşdırmaq üçün yaz sessiyasında bu dəyişiklikləri nəzərdən keçirəcək və İXM-yə yeni qanuna istinad və müvafiq cərimələrin tətbiqi üçün hüquqi imkanları təmin edəcək.

  • Fazil Məmmədovun qudası istefa ərizəsini yazdı

    Fazil Məmmədovun qudası istefa ərizəsini yazdı

    Vergilər nazirinin müavini Namiq Əliyevin istefa ərizəsi yazdığına dair məlumat yayılıb.

    Median.Az xəbər verir ki, modern.az saytını bilgiləndirən mənbənin sözlərinə görə, son günlər nazir müavininin iş yerinə gəldiyini görənlər olmayıb.

    Qeyd edilir ki, Namiq Əliyev ötən həftə kabinetindəki əşyalarını toplayaraq, nazirlikdən ayrılıb.

    Onun istefasının hələ ki rəsmiləşmədiyi, ancaq yerinə tezliklə yeni təyinat olacağı bildirilir.

    Vergilər Nazirliyindəndən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

    Namiq Əliyev 2004-cü ilin fevralından vergilər nazirinin müavini işləyir. Onun sabiq vergilər naziri Fazil Məmmədova yaxın kadr olduğu, onları qudalıq əlaqələrinin bağladığı söylənilir.

  • Taksi sürücüsünü kalqotka almağa göndərdi – Bakıda maraqlı hadisə (FOTO)

    Taksi sürücüsünü kalqotka almağa göndərdi - Bakıda maraqlı hadisə (FOTO)

    Bakıda taksi şirkətlərindən birində çalışan sürücünün başına maraqlı iş gəlib.

    Müştəri taksi sifariş edərək, sürücünü kapron kalqotka almağa göndərib. Belə ki, sürücüyə gələn sifarişdə “Gedib pul götürün, qara kalqotka almaq lazımdır” deyə qeyd olunub. Müştərinin sürücüyə qarşı bu hərəkəti isə tənqid olunub.

    Qeyd edək ki, məlumatı jurnalist Mahir Məmmədli paylaşıb.

  • Sumqayıtda çörək satışına qadağa qoyulması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA

    Sumqayıtda çörək satışına qadağa qoyulması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA

    Sumqaytda Bakıda istehsal olunan çörəklərin satışı qadağan olunması barədə xəbər yayılıb.

    Xəbərdə deyilir ki, market sahibləri şəhər İcra Hakimiyyətinə çağırılıb və başçının müavini onlarla görüşüb. Market sahiblərinə bildirilib ki, yanvarın 8-dən Sumqayıt şəhəri ərazisində Bakıda fəaliyyət göstərən çörək zavodlarının məhsullarının satışı qadağan olunub. Onlara yalnız Sumqayıt çörək zavodunun məhsullarını satacaqları ilə bağlı xəbərdarlıq edilib”.

    Bundan əlavə Bakıdan Sumqayıta çörək daşıyan maşınlar şəhərə girdiyi təqdirdə cərimə meydançasına aparılacağı ilə bağlı xəbər yayılıb.

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı “Ölkə.Az”ın suallarını Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev cavablandırıb.

    O, yayılan xəbərin həqiqəti əks etdirmədiyini bildirib:

    “Sumqayıtda Bakıda istehsal olunan çörək satılır, istəyən şəxs gəlib yoxlaya bilər. Sahibkar Bakıda istehsal olunan çörəyi qəbul etmirsə bu onun şəxsi işidir. Ancaq Sumqayıt Şəhər İcra Hakimiyyətinin belə bir qərarı, qadağası yoxdur”.

    Bakıda istehsal olunan çörək daşıyan maşnların Sumqayıtda aşkarlanacağı halda cərimələnəcəyinə gəldikdə isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri deyib ki, fakt varsa ortaya qoysunlar:

    “Sumqayıt şəhər icra hakimiyyətinin başçısı belə bir qərar verməyib. Bu qanunvericiliyə ziddir”.

  • Rusiyanın məşhur aparıcısı azərbaycanlıları tənqid etdi: “Siz heç utanmırsız?” – VİDEO

    Rusiyanın məşhur aparıcısı azərbaycanlıları tənqid etdi: "Siz heç utanmırsız?" - VİDEO

    Rusiyada tanınmış azərbaycanlı aşbaz Stalik Xankişiyev azərbaycanlıları tənqid edib.

    Baku.ws-in məlumatına görə, məşhur aparıcı xalq artisti Alim Qasımovun mahnıları “Youtube”da az baxış sayı olduğu üçün dilə gəlib.

    “Siz nə vaxta qədər silikon dodağı, üç cinsdən olan müğənniciklərə qulaq asacaqsız? Siz bunları Azərbaycan mahnıları adlandırısız?

    Alim Qasımovun “Youtube” kanalındakı mahnılarının baxışı çox azdır. Siz heç utanırsız?

    S.Xankişiyev əlavə edib ki, Alim Qasımov da öz menecerini dəyişsin.

  • Tərcümə Mərkəzi orfoqrafiya sözlüyünə yeni sözlər daxil edib – SİYAHI

    Tərcümə Mərkəzi orfoqrafiya sözlüyünə yeni sözlər daxil edib - SİYAHI

    Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşr etdiyi “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”ndə bir sıra mübahisəli söz yeni variantda təqdim olunub.

    “Report” xəbər verir ki, sözlük Azərbaycan dilinin söz ehtiyatının kəmiyyət üzrə deyil, saf Azərbaycan sözlərinin, eləcə də Azərbaycan dilinə daxil olmuş, işləklik qazanmış alınma sözlərin və terminlərin düzgün seçimi prinsipi üzrə, həmçinin mövcud orfoqrafiya qaydalarına uyğun şəkildə tərtib edilib.

    Əvvəlki orfoqrafiya lüğətlərində yer alan yüzlərlə lüzumsuz səs və onlara dair törəmələrdən yalnız məna kəsb edənləri saxlanılıb.

    Kitabda iddia olunub ki, sözlüyə əvvəlki orfoqrafiya lüğətlərində yer almamış buzlaşma, çəkələk, çitə, çivzə, dəst-xət, əhd-peyman, əhval-ruhiyyə, əlkimyagər, ənsə, əntiqçi, fokusçu, gödəkçə, güvən, həmmüəllif, hürgüc, hürkmək, ilginc, qamçı, qaraçuxa, qarahüruh, qavram, maya, məhrək, nəmər, ora, orada, ödəyici, önəm, sağın, salat, südçörəyi, uca, yayımlama və s. bu kimi mindən çox Azərbaycan sözü, həmçinin elm, texnologiya, idman, mədəniyyət, siyasət və s. sahələrdə işləklik qazanmış aktuallıq, aqressiya, ambulator, antiterror, anestezioloq, avroviziya, batut, deltaplan, ekzitpol, etno-caz, filmoqrafiya, fotosessiya, gid, xoreoqraf, moratori, multikultural, multikulturalizm, piar, pilates, pin-kod, prelüdiya, publik, publika, seysmoaktiv, seysmoloq və s. terminlər daxil edilib.

  • Uşaq dərs oxumaq istəmirsə, belə edin – VALİDEYNLƏRƏ TÖVSİYƏ

    Uşaq dərs oxumaq istəmirsə, belə edin - VALİDEYNLƏRƏ TÖVSİYƏ

    Məktəb dövründə valideynləri ən çox narahat edən problemlərdən biri uşaqların dərsə həvəs göstərməməsidir. Valideynlər nə qədər danışıb dil töksələr də, uşaqların dərs oxumağa həvəsi olmur. Bəs həvəssiz uşaqlarla necə davranmaq lazımdır? Uşaqları dərs oxumağa necə təşviq etmək olar?

    Median.Az lent.az-a istinadən xəbər verir ki, hər şeydən əvvəl, uşaq dərs oxumaq istəmirsə, onu məcbur etməyin. Uşağınıza istəmədiyi bir şeyi yalnız qısa bir zaman üçün etdirə bilərsiniz. Ancaq yenidən eyni problemlə qarşılaşacaqsınız. Müsbət bir nəticəyə nail olmağınız mümkün olmaz.

    Digər yandan, eyni böyüklər kimi, uşaqlar da zorla etdiyi şeydən heç bir zövq almayacaq. Hətta bəlkə sonradan sevə biləcəyi bir şeyi əvvəldən zorla etdiyini hiss edərsə, o işdən soyuyub uzaqlaşması mümkündür. Onun üzərindəki dərs oxuma basqısını azaltmanız bu baxımdan əhəmiyyətlidir. Sizin təlimatlarınız olmadan uşağınız öz alışqanlıqlarını yaratmağa çalışar. Burada əhəmiyyətli nöqtə odur ki, onun bu alışqanlıqları yaranarkən ona rol model olun. Yəni bənzər çalışma alışqanlıqlarını sizdə gördüyü zaman sizi özü üçün nümunə götürmək istəyəcək.

    TÖVSİYƏLƏR:

    Övladınızla aranızda olan ünsiyyətə əhəmiyyət verin. Onunla danışmaqdan çəkinməyin. Uşağınızın gələcəyi üçün narahatlıq keçirməyiniz normal haldır. Amma o, bunu hələ kifayət qədər anlamayacaq. İndiki zamanda yaşamağın dadını çıxardan uşaqlar biz böyüklərin etməklə cavabdeh olduğu planlar qarşısında sıxılır. Bu vəziyyətdə ona narahatlığınızı çatdırmaq yerinə, irəlidə nələr etmək istədiyi ilə bağlı suallar verin.
    Astronavt və ya həkim olmağa qərar veribsə, onun bu peşələr haqqında daha həvəsli olması üçün bəzi maraqlı məlumatlar toplayın. Beləcə, onu dərs oxumağın niyə əhəmiyyətli olmasına gizlicə həvəsləndirmiş olarsınız.

    Hədəflərin onu daha çox cəzb etməsi üçün əvvəlcə kiçik addımlar atması ilə bağlı ona yol göstərin.
    Kiçik-kiçik tamamlanan addımlar böyük və çatması çətin olan hədəflərə nisbətən daha maraqlı olur və müsbət nəticələr verir.

    Bacardığını görən uşağın özünə olan güvəni inkişaf edir.

    Uşaqlarınız çox dərs hazırlamaqdan yorularaq, “niyə dərs hazırlayıram?”, “Çalışdıqlarım heç bir işə yaramayacaq”, – deyə bilər. Bu zaman ona belə cavablar verməyin – qarşıda yaxşı bir universitetdə oxumaq, gözəl bir işə sahib olmaq üçün oxumalısan. Çünki yaxşı bir gələcək fikri hələ onun beyninə oturmayıb. Hazırda yaşadığı hal ona xoş gəlir və hələ sahib olmadığı gələcək üçün niyə əziyyət çəkim deyə soruşa bilər.

    Uşağınızı dərs oxumağa təşviq edərkən ona mehriban şəkildə qayğı göstərin. “Gəl, dərsini oxu”, “tez dərslərini hazırla” kimi əmr cümlələrindən istifadə etməyin.

    Əgər uşaqlarınızda dərs oxumağa meyl yaratmaq istəyirsinizsə, əvvəlcə onlarla bilik yarışları, əzbər yarışı, yüksək səslə oxuma kimi oyunlar tərtib edin.

    Onun dilindən danışmağınız, onu anladığınızı göstərməniz, uşağınızın sizə güvən duyub açılmasını və sizə qarşı cavabdeh kimi davranmasını təmin edəcək.