Category: Cəmiyyət

  • Bakı metrosunda intihar edən gəncin görüntüləri yayıldı – FOTO

    В Сети появились фотографии самоубийцы из бакинского метро

    Yanvarın 8-də Bakı Metropoliteninin “Ulduz” stansiyasında intihar edən şəxsin görüntüləri yayılıb.

    Özünü qatarın altına atan Mustafazadә Rәşad Gəncədə yaşayıb. O, daxili turizmlə məşğul olub. Bölgələrə səfər təşkil edib.

    22 yaşlı gənc bu yaxınlarda “Glamour Center” MMC adlı şirkətə direktor vəzifəsinə təyin olunubmuş.

    Sosial şəbəkələrdə yayılan məlumatlara görə, intihar edən gənc cinsi azlığın nümayəndəsi olub.

    Xatırladaq ki, ötən gün metronun “Ulduz” stansiyasında Rәşad Mustafazadә özünü qatarın altına atıb. 15 saylı qatar gəncin üstündәn keçәrәk, onu iki yerә bölüb.

    В Сети появились фотографии самоубийцы из бакинского метро








  • “USA Today” Bakıya səyahət etməyi tövsiyə edir

    USA Today рекомендует посетить Баку

    Yanvarın 5-də “USA Today” saytında səyahət üçün yeni və maraqlı istiqamətlərlə bağlı məqalə dərc olunub.

    Turistlərə tövsiyə olunan şəhərlər arasında birinci yerdə Bakı göstərilib.

    “Yeni ildə səyahətə çıxmaq qərarına gəlmisinizsə, 27 yaşı olmasına rəğmən, BMT-yə üzv olan 193 dövlətin hər birinə səyahət etmiş amerikalı gənc Sela Lavallodan örnək götürə bilərsiniz. Dünyanı səyahət yolu ilə tədqiq edən gənc amerikalı öz qeydlərində bildirir ki, onun ən çox yadında qalan yerlər, əslində, az tanınan məkanlar olub; onun səyahət istiqamətlərinin böyük hissəsi “Mariott İnternational” (“Mariott” hotellər şəbəkəsi) tərəfindən təsdiq olunub”.

    Səyahətçi belə məkanların bir çoxu barədə “Instagram”dakı @sallavallo səhifəsində məlumat verib.

    Ən çox xoşuna gələn səyahət marşrutlarını “USA Today” üçün Larri Bleyberqlə bölüşüb və Bakıya səyahəti barədə danışıb.

    “Bakı – mədəniyyətinə və müasir memarlığına milyardlarların yatırıldığı neftlə zəngin paytaxt şəhəridir. Bu, onu Qafqazın ən gözəl məkanlarından birinə çevirir. “Şəhərin küçələrini gəzəndə sənə elə gəlir, üstüaçıq muzeydə ekskursiya edirsən. Orada qədim, çox qədim tikililər var, arxa planda isə müasir binaları görmək olur. Bakıda həmçinin opera, balet və ikra dequstasiyası var. Azərbaycana kifayət qədər möhtəşəm səyahət edə bilərsiniz”, – deyə Lavallo bildirib.

    USA Today рекомендует посетить Баку

  • Ramil Usubov yeni polis rəisi təyin etdi

    Рамиль Усубов назначил нового начальника полиции

    Daşkəsən rayonunda polis rəisi vəzifəsinə yeni təyinat olub.

    Daxili işlər naziri, general polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, bu vəzifəyə Göygöl Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Vəfadar Orucov təyin olunub.

    Daşkəsən rayonunun əvvəlki polis rəisi Fəxrəddin Abbasov isə Ağsu Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

  • Aydın Əliyevin işçisinin görünməmiş vəhşiliyi – VİDEO

    Aydın Əliyevin işçisinin görünməmiş vəhşiliyi – VİDEO

    Sərhəd keçid məntəqələrinin birində gömrük işçisinin vətəndaşlarla kobud rəftarını əks etdirən videogörüntülər yayılıb.

    AzEuroNews.com–un məlumatına görə, yeni il öncəsi Dövlət Gömrük Komitəsinin əməkdaşının vətəndaşların bağlamalarını yoxlayan zaman onlarla kobud rəfdarı lentə alınıb. Gömrük əməkdaşı xanımların bağlamalarını “X-ray” aparatından keçirən zaman onların üstünə bağıraraq təhqir edib, daha sonra isə söyüb.

    Həmin videogörüntünü təqdim edirik:

  • “Hotiç”də şok “endirim”: 300 manata satılan ayaqqabı, endirimlə 370 manata – FOTO

    “Hotiç”də şok “endirim”: 300 manata satılan ayaqqabı, endirimlə 370 manata - FOTO

    Paytaxtın Bülbül prospektində yerləşən “Hotiç” ayaqqabı dükanı müştəriləri aldadır.

    Qaynarinfo xəbər verir ki, bu barədə paytaxt sakini Pərviz Musayev məlumat verib. O, “Hotiç” mağazasının fırıldaqçılıqla məşğul olduğunu və yalançı endirimlərlə müştəriləri aldatdıqlarını bildirib:

    “Bir neçə gün əvvəl “Hotiç” ayaqqabı dükanının “Instagram” səhifəsində kişi çəkməsi gördüm. Bir müştərinin qiymətlə bağlı sualı dükan tərəfindən “300 AZN” deyə cavablandırılmışdı.

    Az öncə “Hotiç”in qarşısından keçəndə vitrinə böyük hərflərlə “50% endirim” yazıldığını gördüm və dükana girərək həmin çəkməni soruşdum:

    – Bəli, Siz istəyən ölçü var.– Qiyməti?

    – 370 AZN.– Endirimə düşür?

    – Xeyr, yeni kolleksiyadır.Açıb “Instagram”da özlərinin yazdığı 300 AZN cavabını göstərirəm, xanım satıcı təəccüblə mənə baxaraq deyir:

    – Bunu kim yazıb bura?Nəsə deməyə ehtiyac qalmadığı üçün dükanı tərk etdim. Bu cür “endirimlər”, müştərini aldatmaqla dükana cəlb etmə demək olar ki əksər dükanlarda müşahidə edilir (istisnalar ola bilər)”.

  • Daha bir məşhur zavodun çörəyindən yad cism çıxdı – FOTO

    Bakıda fəaliyyət göstərən zavodun məhsulundan yad cism çıxıb.

    Bu barədə adının açıqlanmasını istəməyən paytaxt sakini bizimyol.info-ya məlumat verib. Belə ki, mağazadan aldığı çörəkdən mənşəyi məlum olmayan cism çıxıb. O, bunun nə olduğunu bilməyib. Fotoları saytımıza göndərən Bakı sakini məsələnin ictimailəşdirilməsini istəyib.

    Qeyd edək ki, alınan çörəyin “Çörəkçi” zavodu tərəfindən istehsal olunduğu bildirilib.

    Xatırladaq ki, bundan öncdə də məşhur zavodlardan birinin, həmçinin sexdə bişirilən çörəklərin içərisindən mismar, ip və s. bu kimi cismlər çıxıb.

    Daha bir məşhur zavodun çörəyindən yad cism çıxdı – FOTO

  • Mübariz Mənsimov mərhum aktrisanın ailəsinə ev bağışladı

    Mübariz Mənsimov mərhum aktrisanın ailəsinə ev bağışladı

    Xanım Qafarovanın ailəsinə yeni mənzil hədiyyə olunub.

    Median.Az-in məlumatına görə, bu barədə Kulis.az-a millət vəkili Qənirə Paşayeva məlumat verib.

    Onun sözlərinə görə azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov aktrisanın yararsız şəraitdə yaşayan ailəsinin – qızının və anasının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə onlara şəhərin mərkəzində mənzil hədiyyə edib:

    “Mərhum aktrisamız Xanım Qafarovanın mənzil şəraitinin yaxşılaşdırılması üçün müvafiq qurumların hamısına müraciət göndərmişdim. Azərbaycanlı iş adamı Mübariz Mənsimovdan da xahiş etmişdim ki, belə bir ailəmiz var, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına kömək etsin. O söz vermişdi ki, yaxın zamanlarda onların mənzil şəraitinin yaxşılaşdırılmasına əlindən gələn kömək edəcək və ailədən uyğun bir mənzil seçməsini istəmişdi. Sağ olsun, Mübariz müəllim sözünün üstündə durdu. Ona mənim təşəkkürlərimi çatdırmağınızı xahiş edirəm. Mən bu məsələni bir çox iş adamlarına demişdim. Amma bir tək Mübariz müəllimdən cavab ala bildik. Yaxın iki həftə içərisində Xanım Qafarovanın ailəsi o evə köçəcək.”

    Xatırladaq ki, bu günlərdə APA TV-nin “Show time” verilişi mərhum aktrisa Xanım Qafarovanın ailəsinin yaşadığı evdən süjet hazırlamışdı. Süjetdə aktrisanın ailəsinin – 8 yaşlı qızının və yaşlı anasının əvvəlki şəraitsiz, nəm çəkmiş, keçmişdə qaraj olmuş tikilidə yaşadıqları görünürdü.

  • “Kontakt Home” 1640 manata telefon alan müştərinin başına oyun açdı – ŞİKAYƏT

    "Kontakt Home" 1640 manata telefon alan müştərinin başına oyun açdı - ŞİKAYƏT

    “Kontakt Home” mağazalar şəbəkəsindən şikayət var.

    Azxeber.com xəbər verir ki, bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun məlumat yayıb.

    Ekspert bildirib ki, vətəndaşlardan biri onlara müraciət edərək mağaza tərəfindən ciddi şəkildə aldadıldığını iddia edib. Şikayət əsasında “Kontakt Home” mağazalar şəbəkəsi ilə əlaqə saxlanılıb danışıqlar vasitəsilə problem həll olunmağa çalışılsa da, konstruktiv danışıq aparan olmayıb.

    Eyyub Hüseynov artıq onların əlin bir şey gəlmədiyini və köməyi müvafiq dövlət strukturlarından gözlədiklərini bildirib.

    "Kontakt Home" 1640 manata telefon alan müştərinin başına oyun açdı - ŞİKAYƏT

    Şikayətçinin ərizəsini sizə təqdim edirik:

    “28.09.2017-ci il tarixində 14:54-də Nəsimi rayonu Azadlıq prospekti, ev 33 ünvanında yerləşən “ABC-Telecom” MMC Əlizadə Daşqın Fərrux oğluna məxsus “Kontakt Home” mağazasından satıcıdan İphone 7 Plus 128 GB modeli olan mobil cihazı 1 illik Qızıl zamanət ilə vitrindən 18 aylıq kreditlə almışam. 1640 AZN lik telefona ilkin olaraq 404 AZN ödədim.

    Telefonu aldığımız gündən problemlər aşkar etdik. Belə ki, video izləyərkən kadrları 50 dəfəyə qədər geriyə atır.

    02.10.2017-ci il tarixində “Kontakt-Home”dan aldığım məhsulu gətirib Vüqar adlı satıcıya göstərdim, problemi danışdım. Şikayətimi qəbul etmədən məni Nizami metro stansiyasının yanında, Şıxəli Qurbanov 19 ünvanında yerləşən “Servis Link” texniki servis mərkəzinə göndərdilər. Orada mənə bildirdilər ki, proqram yazıb, problemi aradan qaldıracaqlar. Həmin gün 17:45-də “Servis Link”də cihazı mənə təhvil verəndə əmin etdilər ki, lazımi qaydada işləyəcək. Həmin günün gecəsi problemlə yenə rastlaşdım, hətta digər bir problem aşkar olundu. Batareya yükləmə dərəcəsini pis saxlamağa, vaxtından tez qurtarmağa başladı.

    Yenidən Nəsimi rayonu, Azadlıq prospekti, ev 33 ünvanında yerləşən “Kontakt Home” mağazasına yaxınlaşdım və onlardan yenə mənə kömək etmələrini istədim. Yenidən məni “Servis Link”ə yolladılar.

    Cihazı yenidən diaqnostikaya saxladılar. Təxmini 40 dəqiqə ərzində mənə cihazı qaytarıb dedilər ki, cihazı açdırıb yoxlamaq lazımdı. Amma əmin edə bilmədilər ki, problem yox olacaq. Mən onların təkliflərindən razılaşmadım və cihazı alıb “Kontakt Home”a qayıtdım. Cihaz normal işləmədiyinə görə aldığım Qızıl zamanətdə olan təklifləri tələb etdim. Aydın oldu ki, Zamanət talonunda qeyd olunmuş təkliflərdə telefonu dəyişdirmə, qaytarma maddəsi yoxdur. Yalnız təmir bura daxildir. Telefonun eyni həmin modelin yenisi ilə əvəzlənməsini, mobil telefonun toplam dəyərin 30%-ni ödədiyim halda mümkün olduğunu bildirdilər. Qeyd edim ki, mənim birinci telefona ödədiyim aylıq ödənişləri ləğv edib, yeni eyni model telefon üçün 30%-i başdan hesablayacaqdılar. Bizə təklif etdikləri eyni modelin isə aşağı yaddaş tutumuna malik olduğu, həm də 30% ilkin ödəniş etməli olduğumuz üçün bu təkliflə razılaşmadıq. Zəmanət talonun mənə kömək etmədiyi halda özümə lazımsız hesab etdim, ləğv etmək qərarına gəldim.

    23.12.2017-ci il tarixində cihazımın kredit ödənişini etdiyim zaman “Kontakt Home”dan cihazı aldığım Əlizadə Daşqın Fərux oğlunun yanına yaxınlaşıb zamanəti ləğv etmələrini istədim. O mənə 24.12.2017-ci il tarixdə zəng vurub zamanəti ləğv etməyin yollarını deyəcəkdi. Amma həmin gün ondan zəng gəlmədi.

    25.12.2017-ci il tarixində Azadlıq prospekti ev 33 ünvanında yerləşən “Kontakt Home” mağazasına gedib direktorla görüşüb şikayətlərimi dedim və zamanəti ləğv etməyi istədim. Lakin o imtina edib, buna hüququnun olmadığını bildirdi. Şəfayət Mehdiyev 96 ünvanında olan “ABC-Telecom” ofisində işləyən hüquqşunasın qəbuluna yolladı. Həmin günün səhəri 26.12.2017 tarixdə Şəfayət Mehdiyev 96 ünvanında olan “ABC-Telecom”da işləyən Yusif adlı hüquqşunasa yaxınlaşıb şikayətlərimi bildirdim. Həmin şəxs, “Kontakt Home”da işləyən Əlizadə Daşqın, Ağa adlı şəxs və “Servis Link”də olan işçilər mənim bütün sorğunlarımdan imtina edib hüquqlarının olmadığını bildirdilər. Sonda mənim heç bir şikayətim nəzərə alınmadı və kömək göstərilmədi.

    Bu halda mən 26.12.2017-ci il tarixində Nəsimi rayon Polis İdarəsinə yaxınlaşıb qəbul edilməyən şikayətlərimi söylədim. Polis işçisi bu işlərə baxmadığını deyib məni həmin ünvanda olan Azad İstehlakçılar Birliyinə yolladı.

    Sizdən xahiş edirəm ki, mənə Azərbaycan Respublikasının vətəndaşı olaraq öz hüquqlarımın yerinə yetirməsinə kömək edəsiniz, hər ay ödədiyim pullar geri qaytarılsın (toplam 803 AZN ), kredit müqaviləsi ləğv olunsun. İnternet resurslarından aldığım mənfi xarakterli məlumatlar bu şirkətə inamımı azaldıb. Qızıl zəmanət üçün əlavə ödədiyim ödəniş isə heç bir əhəmiyyət kəsb etmir. 4 ay ödədiyim kredit puluna daxil olan zəmanət ödənişi mənasızdır. Məhz ona görə də telefonun dəyişdirilməsini istəmirəm. Xahiş edirəm, bu barədə dövlət orqanlarına və KİV-ə məlumat verəsiniz ki, əhali aldadılmasın”.

  • Azərbaycanın varlı qızlarının lüks həyatı – FOTOLAR

    Azərbaycanın varlı qızlarının lüks həyatı - FOTOLAR

    Azərbaycanın imkanlı ailələrinin qızlarının yeni fotoları yayılıb.

    Median.Az goldnews.az-a istinadən xəbər verir ki, gözəllikləri ilə diqqət çəkən varlı ailələrin qızları bu dəfə öz bahalı avtomobillərini nümayiş etdiriblər.

    Bahalı avtomobillər, dəyərli zinət əşyaları ilə diqqətləri özünə çəkməyi bacaran azərbaycanlı qızların fotolarını Instagram-da “Varlı Azərbaycan uşaqları” səhifəsi paylaşıb.

    Gözəllikləri ilə bütün dünyanı heyran qoyan varlı Azərbaycan qızlarının fotolarını təqdim edirik:

    Azərbaycanın varlı qızlarının lüks həyatı - FOTOLAR




  • Stadionlarda siqaret qadağan olunacaqmı? – AÇIQLAMA

    Stadionlarda siqaret qadağan olunacaqmı? - AÇIQLAMA

    “Qanun hamı üçündür. Çempionatın ikinci dövrəsi başlayanda stadionlarda bu barədə elan veriləcək. Fasilədə isə yeni qanunla bağlı təbliğat aparılacaq”.

    Median.Az xəbər verir ki, bu sözləri Qol.az-a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

    Qapalı yerlərdə siqaret çəkilməsini qadağan edən qanun idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalara və obyektlərə, habelə onların ərazilərinə də şamil edilir. Qanunun qüvvəyə minməsinə münasibət bildirən R. Musayev bundan sonra stadionlarda siqaret çəkilməməsi üçün nəzarət olacağını istisna etməyib. Amma onun sözlərinə görə, bunu PFL yox, dövlət edəcək:

    “Dövlətimiz hər şeyə nəzarət edir. Açığı, biz hansısa nəzarət mexanizmi yaratmaq üçün yeni işçilər cəlb etməliyik. Hazırda isə maddi durumumuz buna imkan vermir. Amma bu, o demək deyil ki, nəzarət olmayacaq. Stadionda mühafizəçilər, polislər olur. Onlar bu məsələyə də nəzarət edəcəklər”.