Category: Cəmiyyət

  • YENİLİK: Bağçalarda uşaqlara geyim və ayaqqabı veriləcək – VİDEO

    YENİLİK: Bağçalarda uşaqlara geyim və ayaqqabı veriləcək - VİDEO

    Dövlət bağçalarına gedən uşaqların sosial müdafiəsi qaydaları təsdiqlənib . Yeni qaydalarda , baxçalarda uşaqların sosial müdafiəsinin təmin edilməsi, onların intellektual, fiziki və psixi inkişafının, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması və tərbiyəsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

    Dövlət məktəbəqədər təhsil müəssələrindəki uşaqların sosial müdafiəsini gücləndirir. Əvvəllər, valideynlərin öhdəliyinə düşən bir çox məsələləri indi dövlət öz üzərinə götürür.

    Təsdiqlənən qaydalarda, əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat məktəblərdə, uşaq evlərində, yetim və valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabi, yumşaq inventarlarla təmin olunması nəzərdə tutulub.

    Bundan əlavə, uşaqların sosial müdafiəsinin təmin edilməsi istiqamətində bəzi tədbirlərin həyata keçirilməsi də planlaşdırılır. Bura, sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrində uşaqlara yardım, onların valideynlərinə psixoloji-pedaqoji dəstək, uşaqların funksional bacarıqlarının bərpa edilməsi, koqnitiv bacarıqlarının inkişaf etdirilməsi üçün aktiv terapiya, fizioterapiya, nitq və ünsiyyət terapiyasi, idman terapiyasi və digər tədbirlər daxildir.

    Bağçalardakı yeməklərə gəlincə, qidalar müəssisənin tibb işçiləri tərəfindən qiymətləndirildikdən sonra, uşaqlara veriləcək. Məktəbəqədər yaşlı uşaqlara tibbi ximətin göstərilməsi, onlara profilaktik peyvəndləmə də davam etdiriləcək.

    Qaydalarda öz istedad və bacarığı ilə fərqlənən uşaqların musiqi məktəblərinə, uşaq yaradıcilıq evlərinə göndərilməsi, habelə olimpiadalarda, festivallarda, müsabiqələrdə, yarışlarda, sərgilərdə iştirakına köməklik göstərilməsi də öz əksini tapıb. Təhsildə çətinlik çəkən, qüsurlu uşaqlara yaradıcılıq, intellektual və fiziki imkanlarına, yaşına uyğun sosial-psixoloji və pedaqoji yardım göstərilir.

    Uşaq evləri və ailə tipli kiçik qrup evlərində uşaqlara mütəmadi tibbi xidmət göstərilməsinin təmin edilməsi məqsədi ilə onlar müəssisənin yerləşdiyi ərazi üzrə tibb müəssisəsində qeydiyyata götürülürlər, uşaqlarin çətin həyat şəraitində olması, valideynlərini itirməsi, valideyn himayəsindən məhrum olmasi səbəbindən yaranmiş psixoloji sarsıntının aradan qaldırılması üçün aktiv həyata motivasiyanin yaradılmasi, psixoloji inkişafin yaş xüsusiyyətlərinə uyğunluğunun təmin edilməsi istiqamətlərində tədbirlər həyata keçirilir, uşaqların himayə və qəyyumluğa verilməsi üçün aiddiyyatı orqanlarla əməkdaşlıq edilir.

    Uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlər dövlət büdcəsi, ödənişli təhsil xidmətlərindən daxil olan vəsaitlər, kredit və qrantlar, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir.

  • Çeçenistandan 104 yaşlı qadınla bağlı – AÇIQLAMA

    104-летнюю чеченку заберут из Азербайджана

    Goranboyda tapılan 104 yaşlı çeçen qadın Çeçenistana aparılacaq.

    Bu barədə Respublikanın Milli Siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov bildirib.

    Onun sözlərinə görə, M.Əliyevanın doğum tarixi Azərbaycan Daxili İşlər Nazirliyinin dediyi kimi 1913-cü il deyil, 1914-cü ildir.

    C.Umarov qeyd edib ki, nənə çeçen torpaqlarında yaşayacaq: “Ona lazım olan kömək göstəriləcək. Mədinə Əliyeva öz xalqı arasında oğullarını, nəvələrini, eləcə də qardaşlarını tapacaq”.

    Umarovun sözlərinə görə, qadın Dağıstanın Xasavyurt rayonunun Osmanyurt kəndində doğulub.

  • Türkiyədə yaşayan azərbaycanlı milyarder otellərinə heç bir həmvətənini buraxmır – QALMAQAL

    Türkiyədə yaşayan azərbaycanlı milyarder otellərinə heç bir həmvətənini buraxmır - QALMAQAL

    Azərbaycanlı milyarder Qabil Həsənov Türkiyədəki otellərinə azərbaycanlı müştərilərin qəbul edilməsinə qadağa qoyub.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. İddia edilir ki, Q.Həsənovun otellərində bütün millətlərə, o cümlədən erməni əsilli turistlərə xidmət edilsə də, yalnız azərbaycanlıları qəbul etmirlər.

    Bu vaxta qədər Azərbaycanda adı o qədər də bəlli olmayan Qabil Həsənov kimdir?

    Əldə etdiyimiz məlumata görə, Q.Həsənov, əsasən, Rusiyada böyük biznesə sahib olub. Daha sonra isə Avropa ölkələrində də müəyyən fəaliyyət göstərib. Son illər, xüsusilə Rusiyaya tətbiq edilən sanksiyalardan sonra Rusiyadakı əmlakını sataraq, biznesini Türkiyəyə köçürüb.

    Türkiyədə “Tez Tour” şirkətinə məxsus “Alva Donna Beach Resort Comfort” otelini alıb. O, həmçinin Antalyanın Belek rayonunda da “Alva Donna” adında beşulduzlu otelə sahibdir.

    “Tez Tour” Türkiyənin ən məşhur şirkətlərindən biri sayılır. 1994-cü ildə iki rus və bir türk iş adamı – Ləvənt Aydın, Aleksandr Burtin və Aleksandr Sinigibiskiy tərəfindən qurulub. Qısa müddətdə məşhurlaşıb, 28 ölkədə fəaliyyətini qurub: ümumilikdə beşulduz olmaqla 1272 otelə sahib, 99 turist agentliyi ilə dünyanın ilk 500 şirkəti sırasında 113-cü yerə qalxıb.

    Ancaq 2012-ci ildə aralarında yaranan anlaşılmazlıq səbəbindən Ləvənt Aydın şirkətdən ayrılıb. Bundan sonra “Tez Tour”un çöküşü başlayıb. 2015-ci ilə qədər şirkət müflisləşmənin bir addımlığına qədər gəlib və dövlətə 322 milyon borclanır. Şirkətin illik gəliri yüksək olsa da, illərdir vergi borclarını ödəyə bilməyib.

    Nəticədə məhkəmə çəkişməsi başlayıb və məhkəmə şirkətin əmlakına əl qoyub, şirkətə rəhbərlik isə dövlət nümayəndəsinə keçib.

    2015-ci ildə şirkətin səhmlərinin bir hissəsi satılıb. Ancaq indiyə qədər şirkətin səhmlərini alan şəxsin adı gizli saxlanılır.

  • Bakıda məşhur özəl klinikanın həkimi alış-veriş saytında sevgili axtarışına çıxdı – FOTO

    Bakıda məşhur özəl klinikanın həkimi alış-veriş saytında sevgili axtarışına çıxdı – FOTO

    Hər kəsə məlum olduğu kimi alış-veriş saytları insanların evindəki artıq əşyaları, şəxsi mülklərini satmaq üçün bir vasitədir.

    Ancaq deyəsən bu saytların əsas səbəbindən bixəbr olanlar da var. Çünki bu cür saytları tanışlıq saytı təsəvvür edib elənlar yerləşdirilib.

    “Tanış olmaq istəyirəm” başlıqlı elan yerləşdirənlərin sayı həddindən artıqdır. Bu tanışlıqda özünə xanım axtaran kişilər daha üstünlük təşkil edir. Buna baxmayaraq bir bəylə tanış olmaq istəyən qızlarımız da az deyil.

    Ancaq diqqətimizi Azərbaycanın məşhur özəl klinikalarının birində həkim işləyən şəxsin elanı cəlb etdi. İbrahim adlı bəy saytda nömrəsini də yerləşdirərək bir xanımla tanış olmaq istədiyini yazıb:

    “Həyatda hər bir insanın qəlbində tək adamlıq üçün yer olduğu halda bəzən insanın qarşısına elələri çıxır ki, zərrə qədər insanlıqları olmur. Mənim qəlbimdəki bir nəfərlik yer boşdur.

    Mən həvəs yox, nəfəs olmağı bacaracaq, gözəl və baxımlı bir xanımla münasibət qurmaq istəyirəm. Gəzməyi, yeyib-içməyi, sinemaya getməyi sevən biriyəm. Bakının ən yaxşı özəl klinikalarından birində həkim işləyirəm. Bakıda və Sumqayıtda yaşayan xanım əlaqə saxlasın”.

    Maraqlıdır ki, İbrahim həkim bu elanın daha da baxımlı olması üçün əlavə ödəniş edərək “VİP elan” funksiyasında istifadə edib.//unikal.org


  • Hərbi hissədə Damlaya eşq etirafı: Əsgər onu qucaqladı, öpdü, müğənni donub qaldı – VİDEO

    Müğənni Damla konsert zamanı sürprizlə qarşılaşıb.

    A24.Az xəbər verir ki, hərbi hissələrdən birində konsert zamanı əsgərlərdən biri müğənniyə yaxınlaşaraq onu qucaqlayıb və yanağından öpüb.

    Damla “Yaraşırıq?” deyə zarafatla konsertin izləyicilərindən soruşub. Bu mənzərə alqışlarla qarşılanıb.

    Median.Az həmin görüntüləri təqdim edir:

  • Zakir Həsənov qoşunlar qarşısında tapşırıqlar qoydu

    Zakir Həsənov qoşunlar qarşısında tapşırıqlar qoydu

    Yanvarın 6-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

    Nazirlikdən oxu.az-a verilən məlumata görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik, birləşmə komandirləri və digər kateqoriyalardan olan məsul zabitlər də cəlb olunub.

    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımıza təbrikində səsləndirilən fikirləri, eləcə də Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları xüsusi qeyd edən nazir, 2017-ci ildə cəbhə xəttindəki vəziyyətin təhlilini apararaq cari ildə qarşıda duran vəzifələri bir daha şəxsi heyətin diqqətinə çatdırıb.

    General-polkovnik Z.Həsənov yeni tədris dövrünə hazırlıq məqsədilə qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır vəziyyətdə olması, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsi, o cümlədən digər istiqamətlərdə komandir və rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.

  • DİQQƏT: “Azəriqaz” sizi aldadıb pulunuzu almasın deyə bu xəbəri oxuyun (FOTOFAKT)

    “Azəriqaz” dekabrın qaz sərfini yanvar ayınının əvvəllərində qeyd etməyə başlayıb.

    Bu barədə Baku.ws-ə Şəki rayonu Orta Zəyzid kənd sakini Sakit Bəkirova bildirib.

    Onun sözlərinə görə, ötən gün “Azəriqaz”ın əməkdaşı Gülüstan Bayramov abonentin evinə gələrək sayğacı sıfırlayıb və yekun borc 38.70 AZN müəyyən edib.

    Abonent Sakit Bəkirovaya təqdim olunan qəbzdə isə son göstəricinin tarixi bir həftə əvvəli, yəni dekabrın 29-u qeyd olunub.

    Şikayətçi abonent deyir ki, sayğaca dekabrın 27-də 50 manat məbləğində qaz yükləmişdi. Bu qəbzdə də qeyd olunub.

    Bir həftə ərzində, dekabrın 29-dan yanvarın 5-dək isə abonentin qaz pulu 20 qəpikdən hesablanıb.

    Şikayətçinin sözlərinə görə, Orta Zəyzid kəndində əksər abonentlərə anoloji hadisə ilə qarşılaşıblar.

    DİQQƏT: "Azəriqaz" sizi aldadıb pulunuzu almasın deyə bu xəbəri oxuyun (FOTOFAKT)

    Hələ dekabrın 18-də Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı qaz abonentlərinə müraciət edərək diqqətli olmalarını bildirib və “Azəriqaz”ı fırıldaqçılıqda ittiham edib.

    O bildirirdi ki, “Azəriqaz” dekabrın qaz sərfini yanvar ayınınin əvvəllərində qeyd etməyi nəzərdə tutub.

    “Bildiyiniz kimi, Tarif Şurasının 22 dekabr, 2016-cı il 19 nömrəli qərarına əsasən bu ilin yanvarın 1-dən təbii qazın qiyməti 1700 kub metrədək olanda 10 qəpikdən, bundan artıq olan hissəsi üçün ödəniş isə 20 qəpikdən hesablanır. Limiti qalmış və yaxud limiti keçmiş abonentlərin sayğaclarının üzərindəki göstəricilər qanuna uyğun qaydada 25.12.2017-ci il tarixdən 28.12.2017-ci il tarixədək oxunub bütün abonentlərə bildirişlər paylanılmalıdır.

    Lakin abonentlərin sayğac göstəricilərində, dekabrın qaz sərfini yanvar ayınınin əvvəllərində qeyd etməyi nəzərdə tutublar.

    Bunun üçün bütün abonentlərin öz sayğac göstəricilərini 28.12.2017-ci il tarixdə oxuyub bir yerə qeyd etmələri məqsədəuyğun hesab olunur. Əks tədqirdə büdcənizə ziyan dəyə bilər. Qeyd edək ki, sərfiyyat oxuyan aparatin tarixi 15-gün öncəki günlərə çəkilib”, – deyə Mirvari Qəhrəmanlı bildirib.

    “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kəlbəliyev Baku.ws-ə açıqlamasında Mirvari Qəhrəmanlının iddiasını təkzib edib.

    “Tarif Şurasının qərarında heç bir dəyişiklik yoxdur. Limitlər dekabr ayının sonunda sıfırlanacaq. 2018-ci il yanvar ayının 1-dən isə yeni limitlər tətbiq olunacaq.

    Hər bir abonent sayğacın üzərindəki sərfiyyata nəzarət edə bilir. Ona görə, sərfiyyat oxuyan aparatin tarixi 15-gün əvvələ çəkilməsi iddiası əsassızdır”, – deyə İbrahim Kəlbəliyev bildirib.

  • Kəndlərdən Bakıya gələn avtobusların son dayanacaq yeri dəyişdi

    Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzi yanvarın 13-də sərnişinlərin istifadəsinə veriləcək.

    Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bununla əlaqədar müvafiq marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara da göstəriş verilib.

    Metronun “Dərnəgül” stansiyasının ətrafında yaradılan mübadilə mərkəzinin ərazisində asfalt örtüyü və piyada səkiləri təmir olunub, yol nişanları və nişanlanması təşkil edilib, 5 ədəd yeni avtobus dayanacaq pavilyonu quraşdırılıb. Mərkəz istifadəyə verildikdən sonra burada gün ərzində 11 marşrut xətti üzrə 112 avtobusun sərnişinlərə xidmət göstərəcəyi planlaşdırılır. Ərazidə eyni zamanda taksi minik avtomobilləri üçün də duracaqlar müəyyənləşdirilərək nişanlanıb.

    “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyətə başlaması ilə əsasən ətraf kənd və qəsəbələrdən “Azadlıq prospekti” metro stansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək yeni mərkəzə köçürüləcək. Məqsəd günün pik saatlarında metronun “Azadlıq prospekti” stansiyası ətrafında nəqliyyatın xaotik hərəkətinin qarşısını almaq və sıxlığı aradan qaldırmaqdır.

    Qeyd edək ki, hazırda Bakıda “Koroğlu”, “28 May” və “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzləri fəaliyyət göstərir. Bakı Nəqliyyat Agentliyinin Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması ilə bağlı hazırladığı konsepsiyaya uyğun olaraq növbəti belə mərkəzin Beynəlxalq Avtovağzal Kompleksinə yaxın ərazidə yaradılması planlaşdırılır. Eyni zamanda Bakının bir sıra ətraf kənd və qəsəbələrində bir qədər kiçik Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması nəzərdə tutulub.

  • Qazla işləyən avtomobillər təhlükəlidir?! – VİDEO

    Son dövrlər ölkəmizdə avtomobillərə qaz avadanlıqının quraşdırılmasına maraq artıb. Bu avadanlıqlarda yaranan nasazlıq isə avtomobilin qısa müddətdə alışmasına və partlamasına səbəb olur. Bəs görəsən sürücülər bu cür təhlükələrdən qorunmaq üçün nələrə diqqət etməlidir?

    Median.Az-in məlumatına görə, mütəxəssislər Xəzər TV-yə bildirir ki, yalnız keyfiyyətsiz və qeyri peşəkarlar tərəfindən quraşdırılan avadanlıqlar problemə səbəb ola bilər. Standarta uyğun qurulan müasir avadanlıqlarda alışma və partlama ehtimalı yoxdur.

    Yüksək təzyiqlə vurulduğu üçün metan qazla işləyən avtomobillərdə partalyış daha çox olur. Propan qaz avadanlığının quraşdırılması zamanı hətta qəza riski də nəzərə alınır və zəmanət verilir.

    Qeyd edək ki, avtomobillərə qaz avadanlıqları qənaət məqsədilə quraşdırılır və beniznlə işləyən maşına nisbətən yanacağa 50-65 faizə qədər qənaət etməyə imkan verir.

  • Mikayıl Cabbarov Elman Rüstəmovun müavinini özünə müşavir təyin etdi

    Заместитель Эльмана Рустамова назначен советником Микаила Джаббарова

    Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sabiq sədr müavini Xəqani Abdullayev vergilər nazirinin müşaviri təyin olunub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı vergilər naziri Mikayıl Cabbarov əmr imzalayıb.

    X.Abdullayev özü faktı təsdiqləyib. O bildirib ki, gələn həftənin birinci günündən, yanvar ayının 8-dən vəzifəsinin icrasına başlayacaq.

    Заместитель Эльмана Рустамова назначен советником Микаила Джаббарова

    Xatırladaq ki, X.Abdullayev ötən il Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini vəzifəsindən öz xahişi ilə azad olunmuşdu.

    Qeyd edək ki, X. Abdullayev 1976-cı ildə Beyləqan rayonunda anadan olub.

    1999-cu ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsi ilə bitirib.

    Əmək fəaliyyətinə 1997-ci ildən AMB-də Pul-kredit siyasəti departamentində aparıcı ekspert vəzifəsi ilə başlayıb.

    2000-ci ilin avqust ayından AMB-nin Monetar siyasəti departamentinin baş iqtisadçısı, şöbə rəisi, departament direktoru vəzifələrində çalışıb.

    2008-ci ildə ABŞ-ın “George Washington” universitetində “Fulbright” tədqiqat proqramı çərçivəsində ixtisaslaşmış təhsil alıb.

    2008-ci ilin aprel ayından AMB-nin baş direktoru vəzifəsinin icraçısı təyin edilib. 2009-cu ilin iyul ayında baş direktor vəzifəsinə təsdiq edilib.

    2010-cu ilin mart ayından Milli Məclisin qərarı ilə AMB-nin İdarə Heyətinin üzvü seçilib.

    2010-cu ilin aprel ayında AMB sədrinin müavini vəzifəsinə təyin edilib.

    2007-ci ilin fevral ayında bank sisteminin inkişafındakı xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

    2015-ci ilin aprel ayından Milli Məclisin qərarı ilə AMB İdarə Heyətinin üzvü seçilib.