Category: Cəmiyyət

  • Nikah bağlanarkən daha bir rəy də istənilə bilər – Video

    Nikah zamanı tibbi arayışla yanaşı, narkoloji arayışın tələbi də zəruri olmalıdır. Çünki hazırda boşanmaların bir səbəbi də narkotik asılığıdır. Buna görə də, hazırda HİV, QİÇS kimi viruslarla bağlı məcburi müayinə kimi, şəxslərin narkotik asılığı da yoxlansın və belə arayış tələb olunsun. Bu, aildə sonradan yarana biləcək bir çox problemlərin qarşısını alar.

    Bunu Milli Məclisin səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva “Xəzər Tv”yə müsahibəsində bildirib. O qeyd edib ki, testin cavabının həqiqəti əks etdirməsi üçün bu analizin bir deyil, bir neçə dəfə təkrarən verilməsi də zəruridir.

    Milli Məclisin üzvü onu da bildirdi ki, bu arayış, məhz nikaha daxil olarkən, həmin müddətdə, şəxsin narkotik asılılığının olub-olmamasını aydınlaşdırmaq üçündür.

  • “Bağçalı” hotelinin fəaliyyəti dayandırıldı – Video

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Şabran rayonu, Rəhimli kəndində yerləşən “Bağçalı” hotelinin fəaliyyətini dayandırıb.

    Bu barədə FHN-dən məlumat verilib.

    Bildirilib ki, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şabran rayonu, Rəhimli kəndində yerləşən “Bağçalı” otelinin fəaliyyətinin dayandırılıb.

  • Həcc mövsümü ilə bağlı yeni qaydaların icrasına başlanıldı

    Səudiyyə Ərəbistanında bazar ertəsi Həcc mövsümü ilə bağlı yeni qaydaların icrasına başlanılıb. Qaydalara əsasən, Məkkə şəhərinə giriş yalnız xüsusi icazəsi olan şəxslərə şamil ediləcək.

    Müqəddəs şəhərə yalnız orada verilmiş “yaşayış icazəsi” olanlar, Həcc vizası və ya mövsüm ərzində orada işləmək üçün rəsmi icazəsi olan şəxslər buraxılacaq.

    Vurğulanıb ki, müvafiq qurumlar tərəfindən verilmiş icazəsi olmayan şəxslərin Həcc məkanlarına daxil olmasına yol verilməyəcək.

    Mövsüm ərzində işləyən əcnəbi vətəndaşlar üçün giriş icazələri elektron qaydada “Absher” və “Muqeem” portalları vasitəsilə verilir.

    Bundan əvvəl Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi zəvvarların təhlükəsizliyini təmin etmək və ibadətin rahat şəkildə yerinə yetirilməsi məqsədilə bir sıra tədbirlər elan edib.

    Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi bildirib ki, Ümrə vizası ilə ölkəyə gələn zəvvarlar üçün son çıxış tarixi aprelin 18-i müəyyən edilib.

    Nazirlik, həmçinin qeyd edib ki, “Nusuk” platforması vasitəsilə Ümrə vizalarının verilməsi ölkə vətəndaşları, Körfəz ölkələrinin sakinləri, habelə ölkə daxilində yaşayan xaricilər və digər viza sahibləri üçün mayın 31-dək dayandırılıb.

    Açıqlamaya əsasən, aprelin 18-dən etibarən yalnız Həcc vizası olan şəxslərə Məkkə şəhərinə daxil olmağa və orada qalmağa icazə veriləcək.

    Nazirlik Həcc mövsümü ilə bağlı qaydalara əməl etməyə çağıraraq bildirib ki, bu tələblərin pozulması qanunvericiliyə uyğun olaraq cərimə və digər sanksiyalarla nəticələnə bilər.

  • Yanvar-fevral aylarında evlənənlərin sayı boşananlardan çox olub

    Bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5 250 nikah və 3 376 boşanma halı qeydə alınıb.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən nikahların sayı azalaraq 4.7-dən 3.2-yə, boşanmaların sayı isə 2,1-dən 2-ə düşüb.

  • Fövqəladə hallar nazirinə iki yeni müavin təyin edildi

    Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub.

    Cəbrayıl Eldar oğlu Xanlarov və daxili xidmət general-mayoru Yusif Mahmud oğlu Nəbiyev Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavinləri təyin ediliblər.

    Qeyd edək ki, Cəbrayıl Eldar oğlu Xanlarov 03.11.1972-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, iqtisad elmləri namizədidir.

    Yusif Mahmud oğlu Nəbiyev 18.09.1982-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq üzrə fəlsəfə doktorudur.

  • Salyana dolu düşüb

    Salyan rayonuna dolu düşüb.

    Dolu rayonun Kürsəngi kəndinə düşüb.

    Hələlik dolunun fəsadları barədə məlumat verilməyib.
    //unikal.az

  • 200-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verilib

    Qanuna müvafiq dəyişiklərdən sonra 103 işəgötürən tərəfindən ümumilikdə 213 işçiyə uşağının doğulması ilə əlaqədar 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bu məzuniyyət uşağın doğulmasından əvvəlki və sonrakı dövrləri əhatə edir.

    İşçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində elektron qaydada rəsmiləşdirilir.

    Qeyd edək ki, əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət hüququnun verilməsidir.
    //oxu.az

  • Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Koroğlu Rəhimov küçəsi, akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    2. Fətəli xan Xoyski prospekti, “Gənclik” metro stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində;

    3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    5. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

    7. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    8. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

    9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    10. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    11. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    12. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    13. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    14. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən akad. Həsən Əliyev küçəsi istiqamətində;

    15. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

  • Qubanın Afurca kəndində torpaq sürüşməsi qeydə alındı

    Son günlər aramsız yağan güclü yağışlardan sonra Quba rayonunun bir sıra ərazilərində torpaq sürüşmələri qeydə alınıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, rayonun Afurca kəndi ərazisindəki Sərtəng yaşayış məntəqəsində də sürüşmə olub. Sakinlərin sözlərinə görə, ərazidə baş verən torpaq sürüşməsindən sonra onların rayon mərkəzi ilə əlaqəsi kəsilib.

    Sakinlər əsasən yolun bağlanmasından şikayət edirlər.

    Quba rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, qeyd olunan yaşayış məntəqəsindəki vəziyyətdən xəbərdardılar və rayonun digər sürüşmə baş verən ərazilərində olduğu kimi, yaxın vaxtlarda Afurca kəndi ərazisində də müvafiq tədbirlər görüləcək.

  • Neft Daşlarının yaxınlığında balıqçı BATDI: Helikopter cəlb olundu – Video

    Neft Daşlarının yaxınlığında bir nəfər balıqçının dənizdə batıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb.

    Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla dənizdə batdığı ehtimal olunan Rahim Ramiz oğlu Osmanovun axtarışları davam etdirilir.

    Əlavə məlumat veriləcək.