Category: Cəmiyyət

  • Azərbaycanda sabiq nazirə yeni vəzifə verildi

    Naxçıvan Muxtar Respublikasının sabiq iqtisadiyyat naziri Tapdıq Əliyevə yeni vəzifə verilib.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, müvafiq əmrlə Tapdıq Vaqif oğlu Əliyev “Naxçıvan Sertifikatlaşdırma Və Metrologiya Mərkəzi” publik hüquqi şəxsin direktoru təyin edilib.

    Bundan əvvəl sözügedən qurumun direktoru Səbuhi Ələkbər oğlu Seyidov olub.

    Qeyd edək ki, Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qərarı ilə iqtisadiyyat naziri təyin olunub və 2023-cü ilin dekabrın 8-də Ali Məclisin qərarı ilə işdən azad edilib. Elə həmin ay Tapdıq Əliyev iqtisadiyyat nazirinin müavini təyin edilmişdi.

  • Mədəniyyət sahəsində qrant almaq istəyənlərə MÜJDƏ – Yeni qayda

    Mədəniyyət sahəsində qrant layihələrinin maliyyələşdirilməsi “Qrant haqqında” Qanuna uyğun olaraq həyata keçiriləcək.

    Sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Mədəniyyət haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Sənədə əsasən, mədəniyyət sahəsində layihələrin maliyyələşdirilməsi mədəniyyət xidmətlərinin, habelə mədəni və yaradıcı sənaye sahələrinin inkişafına və keyfiyyətinin artırılmasına yönəldilmiş innovativ fəaliyyət və tədqiqatların stimullaşdırılması, mədəniyyət müəssisələrinin infrastrukturunun inkişaf etdirilməsi, eləcə də mədəniyyət sahəsində maarifləndirmə məqsədilə “Qrant haqqında” Qanuna uyğun olaraq həyata keçiriləcək.

    Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

    Sənəddə qeyd olunur ki, “Qrant haqqında” Qanuna əsasən hüquqi və fiziki şəxslərə qrantların verilməsi ilə bağlı hər hansı məhdudiyyət müəyyən edilməsə də, Nazirlər Kabinetinin 2014-cü il 26 avqust tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası” mədəniyyət sahəsində yalnız QHT-lər üçün tədbirlərin maliyyələşdirilməsi prosedurunu müəyyənləşdirir.

    Vurğulanır ki, mədəniyyət sahəsində keçirilən tədbirlərin qrant maliyyələşdirilməsi üzrə QHT-lərlə yanaşı, hüquqi şəxslərin digər növləri, eləcə də fiziki şəxslər ilə bağlı tənzimləmənin həyata keçirilməsi üçün xüsusi qaydanın təsdiq edilməsi zəruridir.

    Qeyd olunanları nəzərə alaraq, mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasının müəyyən edilməsi məqsədilə “Mədəniyyət haqqında” Qanuna dəyişiklik layihəsi hazırlanıb.

    Bildirilir ki, sözügedən Qanunda yaradıcı sənaye ilə bağlı tənzimlənmə mövcud olsa da, bu ifadəyə anlayış verilməyib. “Mədəni və yaradıcı sənaye” ifadəsindən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında, “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası”nda və digər sənədlərdə istifadə edilir. Bu xüsusda, layihədə “mədəni və yaradıcı sənaye” anlayışının da təsbit edilməsi nəzərdə tutulur.

    Yekunda layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
    //oxu.az

  • Ofelya Şabanovanın müharibə iştirakçısı olan qardaşı dünyasını dəyişdi

    Müğənni Ofelya Şabanovanın qardaşı Nurməhəmməd Şabanov vəfat edib.

    Bu barədə sənətçinin həmkarı Canana Tuncaylı sosial şəbəkə hesabında məlumat yayıb.

    Xatırladaq ki, bir neçə gün əvvəl Ofelya Şabanova qardaşının komaya düşməsi barədə məlumat vermişdi.

    Qeyd edək ki, N.Şabanov Vətən müharibəsi iştirakçısı olub.

  • Qurban Nəzirov agentlikdəki vəzifəsini itirdi – YENİ TƏYİNAT

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) Mərkəzi Monitorinq və Qiymətləndirmə filialında kadr dəyişikliyi olub.

    Median.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Qurban Nəzirov Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının müdir müavini vəzifəsindən azad olunub.

    Digər əmrlə, onun yerinə indiyədək Risklərin qiymətləndirilməsi və təhlil şöbəsinin müdiri vəzifəsində çalışan Azər Əsədov təyin edilib.

    Xatırladaq ki, ötən ay Mərkəzi Monitorinq və Qiymətləndirmə filialına Elnur Qasımov müdir təyin edilib. Bu ayın əvvəlində İlham Məlikov filiala müdir müavini təyin olunub.

  • Sabunçuda evləri, həyətləri kanalizasiya suyu basıb – Video

    Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Məhərrəm Süleymanov küçəsində kollektorun ətrafı uçub-dağılıb, içərisi torpaq və tullantılarla dolub.

    Bu barədə Baku TV-nin videomaterialında bildirilib.

    Sakinlərdən biri bildirib ki, martın 28-dən etibarən su həyətlərdə yığılıb qalıb: “Evlərin hamısı suyun içindədir. Suyun səviyyəsi təxminən metr yarıma qədər qalxıb. Artıq 10-12 gündür ki, çəkilmir. Hamısı kanalizasiya suyudur. Dəfələrlə məlumat vermişik, hətta şəkillərini də təqdim etmişik ki, kollektorun təmir olunması lazımdır. Bizə deyirlər ki, hələ maşınımız yoxdur”.

    Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ərazidə tullantı su xəttində təmir işlərinin aparılması üçün qazıntı işləri görülməlidir.

    Qurumdan qeyd olunub ki, qazıntı işlərinin aparılması üçün müvafiq quruma müraciət edilib. İcazə alındıqdan sonra qazıntı işləri aparılacaq və xəttin təmir-bərpası həyata keçiriləcək.

  • Bulvarda batma təhlükəsi ilə üzləşən qadın xilas edildi – Video

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb edilib.

    Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2004-cü il təvəllüdlü Əliyeva Nuridə Tapdıq qızı dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

  • Bu ərazilərdə işıq olmayacaq

    Aprelin 10-da Biləsuvar və Yardımlının bəzi ərazilərinin elektrik enerjisi verlişində fasilə yaranacaq.

    Biləsuvar və Yardımlı Elektrik Şəbəkələrinin (EŞ) ərazilərində 10 kV-luq hava xətlərində təmir işləri həyata keçiriləcək.

    Bununla əlaqədar olaraq saat 10:30-dan 14:00-dək Biləsuvarın Xırmandalı, saat 14:00-dan 16:00-dək Yardımlının Dəlləkli, Gavran, Ostayır kəndlərində və şəhər ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

    Təmir işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

  • Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA – 100 min…

    “Bakı şəhərinin Baş planına uyğun olaraq aparılacaq yenidənqurma və söküntü prosesləri mərhələli şəkildə həyata keçiriləcək və bu, paytaxtın urban inkişafında ən iri layihələrdən biri hesab olunur”.

    Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

    Onun sözlərinə görə, şəhər üzrə 100 mindən artıq bina ya söküləcək, ya da qismən bərpa edilərək rekonstruksiya olunacaq:

    “Bu binaların bir hissəsi hələ də istifadəyə yararlı olduğundan onların tam sökülməsi deyil, kosmetik təmiri və gücləndirilməsi nəzərdə tutulur. Lakin qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş tikililər əsas prioritet kimi müəyyən edilib.

    İlkin mərhələdə təxminən 10-12 min binanın bu prosesə cəlb olunacağı gözlənilir. Söküntü və yenidənqurma işləri üç mərhələdə aparılacaq və ilk növbədə qəzalı binalar tamamilə aradan qaldırılacaq. Hazırda binaların konkret siyahısı və yerləşdiyi ərazilər üzrə müəyyənləşdirmə prosesi davam edir və bu siyahı mərhələli şəkildə təsdiqlənir.

    Artıq təsdiqlənmiş bəzi ərazilərdə köhnə və təhlükəli binaların sökülməsinə start verilib. Layihənin birinci mərhələsinin 2030-cu ilə qədər, ikinci mərhələsinin isə 2030–2040-cı illər ərzində həyata keçirilməsi planlaşdırılır.

    Yeni urban layihələr çərçivəsində nəqliyyat infrastrukturunun genişləndirilməsi əsas istiqamətlərdən biridir. Buraya magistral yolların yenilənməsi, tramvay xətlərinin çəkilməsi və yeni metro stansiyalarının inşası daxildir. Eyni zamanda şəhərdə yeni parkların, yaşıllıq zonalarının və ictimai istirahət məkanlarının yaradılması da planlaşdırılır”.

    AQC sədri əlavə əlavə edib ki, yeni tikililər müxtəlif maliyyə modelləri əsasında həyata keçiriləcək:

    “Binaların bir hissəsi dövlət büdcəsi hesabına, bir hissəsi dövlət-özəl tərəfdaşlığı çərçivəsində, digər hissəsi isə tam şəkildə investorlar tərəfindən inşa ediləcək. Lakin maliyyə mənbələrinin məhdudluğu və investorların seçimi prosesinin vaxt aparması səbəbindən bu işlərin sürətlə getməsi gözlənilmir.

    Yaxın dövrdə təxminən 300-ə yaxın binanın sökülməsi planlaşdırılır. Onların yerində ya yeni yaşayış kompleksləri tikiləcək, ya da park və ictimai məkanlar salınacaq. Ümumilikdə bu proses qısa müddətli deyil və illər ərzində mərhələli şəkildə davam edəcək.

    Sökülən binaların əvəzində müasir yaşayış kompleksləri, sosial obyektlər, parklar və ictimai istifadəyə açıq sahələr yaradılacaq. Burada əsas məqsəd təkcə köhnə binaları aradan qaldırmaq deyil, şəhərin ümumi inkişaf konsepsiyasını yeniləməkdir.

    Baş planın əsas prioritetləri sırasında əhali sıxlığının azaldılması, şəhərin daha balanslı şəkildə genişləndirilməsi, vətəndaşların yaşayış keyfiyyətinin yüksəldilməsi və nəqliyyat problemlərinin aradan qaldırılması dayanır. Eyni zamanda tıxacların azaldılması, nəqliyyat əlçatanlığının artırılması və ekoloji mühitin yaxşılaşdırılması da bu planın əsas hədəflərindəndir.

    Bununla yanaşı, yaşıl zonaların genişləndirilməsi və alternativ enerji mənbələrinin tətbiqi də nəzərdə tutulur ki, bu da Bakının daha dayanıqlı və ekoloji şəhərə çevrilməsinə xidmət edəcək.

    Söküntü prosesində prioritet üç əsas kateqoriyaya veriləcək:

    qəzalı vəziyyətdə olan binalar

    sovet dövründə tikilmiş və istismar müddətini başa vurmuş yaşayış yerləri

    normativlərə uyğun olmayan, plansız və qanunsuz inşa edilmiş fərdi yaşayış evləri.

    Ən çox yenilənmənin gözlənildiyi ərazilər sırasında Yasamal, Nəsimi və Nərimanov rayonları xüsusi qeyd olunur. Bununla yanaşı, mərkəzə yaxın, sıx və plansız tikilmiş məhəllələrdə də genişmiqyaslı dəyişikliklər gözlənilir”.

  • AYİB Azərbaycan və region ölkələrinə 5 milyard avro ayıracaq

    Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Yaxın Şərqdə münaqişədən təsirlənən iqtisadiyyatlara dəstək məqsədilə yeni proqram çərçivəsində 2026-cı ildə 5 milyard avro investisiya yatırmağı planlaşdırır.

    Median.Az bu barədə banka istinadən xəbər verir.

    Bankın açıqlamasına görə, proqram birbaşa və dolayı təsirlərə məruz qalan ölkələri əhatə edir. Bu ölkələr sırasında Azərbaycan da yer alır. AYİB-in diqqəti əsasən İraq, İordaniya, Livan, Qərb Sahili və Qəzzaya yönəlsə də, təsirin yayıldığı qonşu ölkələr; o cümlədən Azərbaycan, Misir, Türkiyə və Ermənistan da proqramın əhatə dairəsinə daxildir.

    Qeyd olunur ki, Yaxın Şərqdə davam edən münaqişə artıq bir sıra iqtisadiyyatlara təsir göstərir. Bu təsirlər ticarət marşrutlarının pozulması, enerji və əmtəə bazarlarında şoklar, investor inamının zəifləməsi və əhali üçün əlavə xərclərin yaranması ilə müşayiət olunur. Bununla yanaşı, təsirin miqyası vəziyyətin yaxın aylarda necə inkişaf edəcəyindən asılı olacaq.

    AYİB bildirir ki, investisiyaların həcmi sabit olmayacaq və vəziyyətin dinamikasına uyğun olaraq formalaşacaq. Bank eyni zamanda iqtisadi təhlükəsizlik risklərindən və makroiqtisadi təsirlərdən zərər görən digər fəaliyyət ölkələrinə də dəstək göstərməyə hazırdır.

    AYİB-in prezidenti Odil Reno-Basso qeyd edib ki, qurum qeyri-müəyyənlik dövründə əks-tsiklik dəstək göstərmək imkanına malikdir və digər maliyyə institutlarının geri çəkildiyi şəraitdə fəaliyyətini genişləndirir.

    Proqram iki mərhələdən ibarət olacaq. İlk mərhələdə iqtisadi aktivliyin dəstəklənməsi, maliyyə sektorunun sabitləşdirilməsi və əsas xidmətlərin fasiləsizliyinin təmin edilməsi nəzərdə tutulur. Növbəti mərhələdə isə dayanıqlı bərpa və iqtisadi artım üçün əsasların yaradılması hədəflənir.

    Enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə qısa müddətdə enerji şirkətlərinə likvidlik dəstəyi veriləcək, uzunmüddətli perspektivdə isə daha şaxələndirilmiş və dayanıqlı enerji sistemlərinə keçid sürətləndiriləcək. Dövlət müəssisələrinə dəstək isə əsas xidmətlərin davamlılığını təmin etməklə yanaşı, uzunmüddətli islahatlara töhfə verəcək.

    Özəl sektorda isə enerji bazarlarında və aqrar-ərzaq zəncirlərində yaranan pozuntuların təsirini azaltmaq üçün şirkətlərə dövriyyə kapitalı və likvidlik dəstəyi təqdim ediləcək. Uzunmüddətli dövrdə infrastruktur, ticarət marşrutları, ərzaq təhlükəsizliyi və rəqəmsal həllər üzrə investisiyalar genişləndiriləcək.

    AYİB-in investisiya fəaliyyəti siyasət dialoqu, texniki yardım və məsləhət xidmətləri ilə müşayiət olunacaq. Bank hökumətlər, donorlar və beynəlxalq maliyyə institutları ilə koordinasiyalı şəkildə çalışaraq əlavə maliyyə resurslarının səfərbər edilməsinə də çalışacaq.

    Qeyd edək ki, AYİB 2012-ci ildən bəri cənub və şərqi Aralıq dənizi regionunda 489 layihə üzrə 26,5 milyard avrodan çox investisiya yatırıb. Türkiyəyə isə Bank 2009-cu ildən etibarən 23 milyard avrodan artıq vəsait yönəldib.

  • Azərbaycanın vitse-konsulu Yekaterinburqda azərbaycanlı məhbuslarla görüşdü

    Azərbaycanın vitse-konsulu Yekaterinburq cəzaçəkmə müəssisəsində həmvətənlərinin saxlanma şəraitini yoxlayıb.

    Elnur Abdullayev Yekaterinburqdakı 10 saylı cəzaçəkmə müəssisəsində məhkum Azərbaycan vətəndaşları ilə görüşüb.

    Səfər zamanı diplomat həbsxana şəraitini, tibbi xidməti və qida keyfiyyətini yoxlayıb. Yoxlamanın əsas məqsədi cəza çəkən Azərbaycan vətəndaşlarının hüquqlarına hörmət edilməsini təmin etmək olub.