Category: Cəmiyyət

  • Sabiq icra nümayəndəsi vəfat edib

    Masallının Mahmudavar kəndinin sabiq icra nümayəndəsi Fariz Fərəcov vəfat edib.

    F.Fərəcov 2013-2019-cu illərdə adıçəkilən kəndin icra nümayəndəsi olub.

  • Qanunsuz silahlar aşkarlandı

    Aprelin 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 pulemyot, 3 qumbara, 12 tüfəng, 11 patron darağı və 459 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

    Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

    DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

  • “Qobu Park II”də yerləşən poliklinikada antisanitar vəziyyət – Video

    Lökbatan qəsəbəsi, Qobu Park II yaşayış kompleksində yerləşən poliklinikanın tavanından daman su səhiyyə müəssisəsində problemlərə yol açıb. Divarlar və döşəmə yararsız hala düşüb.

    Median.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, Şuşa Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan polinikanın kollektivi də, müayinə üçün yaxınlaşan vətəndaşlar da yaranmış anisanitar vəziyyətdən əziyyət çəkdiklərini deyirlər.

    Vətəndaşlar da mövcud vəziyyətdən narazılıqlarını ifadə edirlər.

    Polikilinikanin şöbə müdiri Arzu Hüseynova qeyd edib ki, 15-dən çox keçmiş məcburi köçkün ailəsinə xidmət edən tibb ocağında yaranmış vəziyyətdən aidiyyəti qurumlar xəbərdardır.

  • Avtobus marşrutlarına onlayn bilet satışı artıb

    Bu ilin birinci rübündə Azərbaycanda “biletim.az” portalı vasitəsilə onlayn qaydada 280 469 bilet əldə edilib.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

    Bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək çoxdur.

    2025-ci ilin yanvar-mart ayları ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 32,6% idisə, cari ilin müvafiq dövründə bu göstərici 43,3 %-ə yüksəlib. Bu artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini göstərir.

    Qeyd edək ki, “biletim.az” portalında 58 məntəqə, 91 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 356 reys olmaqla 405 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

  • Anar Pirməmmədov FHN-dəki vəzifəsinə qaytarıldı

    Fövqəladə Hallar Nazirliyində (FHN) Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri polkovnik-leytenant Anar Pirməmmədov vəzifəsinə qaytarılıb. 

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, model və bloger Çelsi Baxşıyevanın yaydığı videolarla gündəmə gələn Anar Pirməmmədovun sözügedən hadisəyə görə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən vəzifəsindən uzaqlaşdırıldığı deyilirdi. 

    Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, artıq hadisə ilə bağlı araşdırma başa çatdığından Anar Pirməmmədov vəzifəsinə bərpa olunub.
     
    Qeyd edək ki, Çelsi Baxşıyeva Anar Pirməmmədova qarşı ciddi ittihamlar səsləndirib. O iddia edib ki, aralarında sevgi münasibəti olub. Daha sonra Pirməmmədovun evli və iki övladı olduğunu öyrənib, şəxsi xarakterli video və yazışmaları sosial şəbəkələrdə yayıb. 

    Onu da bildirək ki, Anar Pirməmmədov Təhsil Nazirliyinin sabiq Aparat rəhbəri İlham Pirməmmədovun qardaşı oğludur. Sabiq aparat rəhbəri qardaşı oğlu ilə bağlı açıqlama verərək onun çətin vəziyyətdə və ölkədə biabır olduğunu demişdi. 

  • Xəzər dənizində növbəti ZƏLZƏLƏ – FOTO

    Xəzər dənizində zəlzələ olub.

    Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

    Zəlzələ yerli vaxtla 18:11-də qeydə alınıb.

    3.5 maqnitudalı yeraltı təkan 51 kilometr dərinlikdə olub.

  • ADSEA intensiv yağışların nəticələri ilə bağlı müvəqqəti qərargah yaradıb

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) intensiv yağışların nəticələri ilə bağlı müvəqqəti qərargah yaradıb.

    Median.Az bu barədə agentliyə istinadən xəbər verir.

    Məlumata görə, qərardaga Agentliyin sədri Zaur Mikayılov rəhbərlik edir. O, bu gün Bakının Xətai rayonunun Rəşid Bağırov küçəsində – izafi yüklənmə nəticəsində kollektorda qəza baş vermiş ərazidə olub, suyun kənarlaşdırılması ilə bağlı işin sürətləndirilməsi istiqamətində tapşırıqlarını verib.

    ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları yüklənmə nəticəsində çökən tullantı su kollektorunun 9 metr dərinlikdə olan qəzalı hissəsinin üzərindən torpaq qatını götürüb, təmir-bərpa işləri həyata keçirir.

    Həmin ünvanda evlərin altında qalan 500 millimetrlik çuğun xəttin 100 metr hissəsi polietilen boru ilə əvəzlənərək yeri dəyişdirilib. Qəzalı vəziyyətdə olan evin altında qalan 100 və 150 millimetrlik köhnə polad borular da ləğv edilərək diametri 110 və 160 millimetrlik yeni polietilen borularla əvəz olunub.

    Qəza ehtimalının artması ilə bağlı indiki hadisədən öncə sakinlərə xəbərdarlıq edilib, kollektorun üzərində təmir-tikinti, bərpa işlərinin təhlükəsiz icrası üçün ərazini boşaltmaları tapşırılıb.

  • Azərbaycanda doğum prosesində ölənlərin sayı məlum olub

    Azərbaycanda ötən il doğum prosesi zamanı ölənlərin sayı bilinib.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

    Qeyd edilib ki, 2025-ci ildə ölkə üzrə hamiləlik, doğuş və zahılıq dövründə ümumilikdə həyatını itirənlər qismində 26 nəfər qeydə alınıb.

  • Lənkəranda istehsal obyektində nöqsanlar aşkarlanıb

    Lənkəran rayonunun Şürük kəndində fəaliyyət göstərən, Əntiqə Qəhrəman qızı Rəhimovaya məxsus təndirxanada yoxlama keçirilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, istehsal obyektində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. İstifadə olunan suyun filtrdən keçirilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, avadanlıq və ləvazimatların gigiyenik səthə malik olmadığı və korroziyaya uğradığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb.

    Faktla bağlı inzibati protokol tərtib edilib, obyektdə istehsal sahəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

  • Kanalizasiya xəttinin üzərində tikilən təhlükəli evlər: İcazəni kimlər verir? – Video

    Təxminən bir il əvvəl Baku TV-nin qaynar xəttinə vətəndaş şikayəti daxil olmuşdu ki, onun yaşadığı – Bakının Nizami rayonu ərazisində yerləşən UPD qəsəbəsindəki evinin altından su axır. Nəticədə isə mülkü qəzalı vəziyyətə düşüb.

    Bununla bağlı material efirə getdikdən sonra bir neçə vətəndaş da öz şikayətini bildirmiş və eyni halla qarşılaşdığını qeyd etmişdi.

    Baku TV məsələni aydınlaşdırmaq üçün aidiyyəti qurumla əlaqə saxlayıb.

    ADSEA-dan bildirilib ki, həmin ərazidən böyük kollektor xətti keçir və orada baş verən qəzanı aradan qaldırmaq mümkün deyil. Çünki kollektor xəttinin üzərində qanunsuz formada evlər tikilib.

    Bəs görəsən, belə ərazilərdə evlərin tikilməsinə kimlər icazə verir?

    İlk olaraq kollektorların üzərində qanunsuz tikilən evlərin sayı diqqətə çatdırılıb.

    Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğuya cavab olaraq bildirilib ki, Bakı Sukanal İdarəsinin balansında və istismarında olan kanalizasiya, yağış kollektorlarının mühafizə zolağında, üzərində 1600-ə yaxın tikili mövcuddur:

    “Bu səbəbdən də xətlərin üzərində inşa edilən tikililərin yaratdığı yüklənmə, eləcə də xətlərə vaxtlı-vaxtında texniki qulluğun göstərilməsinin mümkünsüzlüyü nəticəsində qəzalar baş verir. Bu qəzaları baş verən anda aradan qaldırmaq mümkün olmur. Çünki hər hansı qazıntı işləri aparılacağı təqdirdə tikililər həyati təhlükəyə səbəb ola bilər”.

    Əmlak üzrə ekspert Ramil Qasımzadə mövzu ilə əlaqədar qeyd edib ki, sözügedən ərazilərdə evlərin qanunsuz olaraq tikilməsinə müvafiq rayon icra hakimiyyəti orqanları tərəfindən göz yumulub:

    “Bu evlər əsasən 2005-ci ildən başlayaraq 2015-ci ilə qədər tikilib”.

    Deputat Elşad Musayev isə bildirib ki, həmin dövrdə tikintiyə icazə verənlər məsuliyyətə cəlb olunmalıdırlar.