Category: Cəmiyyət

  • Prezidentin vəzifəyə təyin etdiyi Xalid Əhədov kimdir? – DOSYE

    Prezident İlham Əliyevin Sərəncamı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.

    Sərəncama əsasən, Müşahidə Şurasının sədri Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi təyin olunub. Hazırda isə bu vəzifəni Xalid Əhədov icra edir.

    Median.Az Xalid Əhədovun dosyesini təqdim edir:

    Xalid Nurəddin oğlu Əhədov 4 fevral 1980-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. 2012-ci ildə İspaniyanın “Instituto de Empresa” (IE) biznes məktəbində Biznesin idarə edilməsi, 2019-cu ildə Böyük Britaniyanın London İqtisadiyyat Məktəbində (LSE) Dövlət inzibatçılığı üzrə magistr dərəcəsi alıb.

    1999-cu ildən bank sektorunda çalışmağa başlayıb. “Bank of Baku”da (1999-2012), “Unibank”da (2012-2016) müxtəlif rəhbər vəzifələrdə işləyib, həmçinin “Atəşgah sığorta”nın Müşahidə Şurasının üzvü, “Millikart” prosessinq mərkəzinin Direktorlar Şurasının sədri olub.

    2016-cı ildə “AzərTürkBank”ın İdarə Heyətinin sədri, 2016-cı ilin dekabrından 2018-ci ilin martına qədər ABB-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü seçilib.

    2018-ci ilin 28 avqust tarixindən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, 2022-ci ilin 17 noyabr tarixindən Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisidir.

    27 fevral 2026-cı ildə yeni yaradılan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına üzv təyin olunub.

    Ailəlidir, üç övladı var. Atası Nurəddin Əhədov keçmiş Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı olub.
    //oxu.az

  • Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibi genişləndirildi

    Prezident İlham Əliyev “Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” 1 may 1995-ci il tarixli sərəncamında dəyişiklik edib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.

    Sərəncama əsasən, kollegiyaya DGK-nın aparat rəhbəri daxil edilib.

  • Metronun iki stansiyasını birləşdirən avtobus xəttində GEDİŞ PULSUZ OLA BİLƏR

    “Bakı Metropolitenində xətlərin ayrılması layihəsi icra edilərkən “28 May” və “Nizami” stansiyaları arasında avtobusların ödənişsiz fəaliyyət göstərməsi məsələsi müzakirə edilir”.

    Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib:

    “Bu məsələ yalnız Metropolitenə bağlı deyil. Proses üzrə bütün aidiyyəti qurumlar kompleks şəkildə işləyir. Bütün bunlar öncədən ictimaiyyətə elan ediləcək”, – M.Rzayev qeyd edib.

  • Bakıda GÜCLÜ KÜLƏK: Yol polisi piyada və sürücülərə müraciət etdi

    Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

    Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücü və piyadalara müraciət edib.

    Müraciətdə bildirilib ki, BDYPİ intensiv yağışlardan sonra növbəti əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.

    “Qoşqulu, tentli, iriqabaritli yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

    Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.

    Həmçinin piyadalar da mövcud hava şəraitini nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər”, – deyə müraciətdə vurğulanıb.

  • Azərbaycanda altı nəfər restoranda ZƏHƏRLƏNDİ

    Şirvanda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

    Median.Az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində fəaliyyət göstərən restoranlardan birində baş verib.

    Belə ki, həmin iaşə obyektində qidalanan altı nəfərin zəhərlənmə səbəbi ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

    Məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, onların vəziyyəti nəzarət altındadır.

  • Naxçıvanda yeddi minə yaxın abonent qazsız qalıb

    Naxçıvan şəhəri, Əziz Əliyev prospektində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq 6 437 əhali və 300 qeyri-əhali abonentin müvəqqəti olaraq qaz təchizatı dayandırılıb.

    Bu barədə Naxçıvan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

    Bildirilib ki, təmir-bərpa işləri zamanı 10-cu küçə, Çənlibel məhəlləsi, 9-cu, 11-ci, 12-ci, 20-ci, 35-ci, 36-cı, 48-ci və 49-cu məhəllələr, Məmməd Araz küçəsi, Xətai məhəlləsi, Əziz Əliyev küçəsi, Şahtaxtinski küçəsi, Ümid gənclər şəhərciyi, Sabir küçəsi, Qoçüstü məhəlləsi, “Cahan” ticarət mərkəzində qaz təchizatında məhdudiyyət olacaq.

    Qaz təchizatının 12:30-da bərpa edilməsi planlaşdırılır.

  • Mingəçevirdə avtomobil restorana çırpıldı – Üç nəfər xəsarət aldı

    Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə bu gün saat 2 radələrində şəhərin İslamzadə küçəsində qeydə alınıb.

    Belə ki, VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq restoranın divarına çırpılıb. Nəticədə sürücü, 29 yaşlı Qurban İsmayılov, eləcə də sərnişinləri – 20 yaşlı Ruslan Əhmədov və 23 yaşlı Kənan Məmmədov xəsarət alıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda müəllimə vəfat edib – FOTO

    C.Rəhimov adına 146 nömrəli məktəbin biologiya müəlliməsi Səidə Bahadur qızı Əliyeva vəfat edib.

    O, bu gün dünyasını dəyişib.

    S.Əliyevanın uzun müddət xəstəlikdən əziyyət çəkdiyi bildirilib.

  • İrandan Azərbaycana indiyədək 3 379 nəfər təxliyə olunub

    Fevralın 28-i saat 08:00-dən aprelin 8-i saat 10:00-dək İrandan Azərbaycana ümumilikdə 3 379 nəfər təxliyə olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, onların 598 nəfəri Azərbaycan vətəndaşıdır.

    Eyni zamanda, təxliyə olunanlar arasında 733 Çin, 373 Rusiya, 249 Hindistan, 198 Banqladeş, 192 Tacikistan, 151 Pakistan, 136 İran, 84 Oman, 68 İndoneziya, 57 Əlcəzair, 46 İtaliya, 27 Almaniya, 26 İspaniya, 26 Kanada, 25 Fransa, 19 Gürcüstan, 18 Səudiyyə Ərəbistanı, 18 Yaponiya, 17 Özbəkistan, 16 Bəhreyn, 15 ABŞ, 14 İsveçrə, 14 Polşa, 13 Nigeriya, 13 Qazaxıstan, 13 Belarus, 12 Macarıstan, 11 Meksika, 10 Böyük Britaniya, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 9 Braziliya, 8 Sudan, 8 Venesuela, 6 BƏƏ, 6 Slovakiya, 6 Belçika, 6 Rumıniya, 6 Finlandiya, 6 Çexiya, 6 Avstraliya, 5 Türkiyə, 5 Serbiya, 5 İsveç, 5 Əfqanıstan, 5 Avstriya, 5 Vyetnam, 5 Qırğızıstan, 5 Yunanıstan, 4 İordaniya, 4 Filippin, 4 Ukrayna, 4 Şri-lanka, 4 Küveyt, 4 Niderland, 3 Qətər, 3 Xorvatiya, 3 Danimarka, 3 Norveç, 2 Nepal, 2 Livan, 2 Yəmən, 2 Kipr, 2 Myanma, 2 Sloveniya, 2 Misir vətəndaşı var.

    İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı təxliyə olunub.

    İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Beliz və Dominikanın hər birinin 1 vətəndaşı təxliyə olunub.

  • Torpaq sürüşməsi kəndlərlə əlaqəni kəsdi – Video

    Güclü yağışlar Quba-Qonaqkənd yolunda torpaq sürüşməsinə səbəb olub… Təqribən 1 kilometr məsafədə dağılan yol bağlanıb…

    Quba-Qonaqkənd yolunun 42-ci kilometrliyində torpaq sürüşməsi baş verib, 25 kəndlə nəqliyyat əlaqəsi kəsilib. Vətəndaşların çoxu yolun həmin hissəsini piyada keçməli olublar.

    Hazırda ərazidə vəziyyət nəzarət altındadır. Sürüşmə sabitləşdikdən sonra sözügedən hissədə müvəqqəti yolun salınması istiqamətində işlərə başlanılacaq

    Leysandan sonra baş verən sürüşmə nəticəsində elektrik təsərrüfatına da ziyan dəyib. Ərazidə bir neçə elektrik dirəyi yararsız vəziyyətə düşüb. Hazırda müvafiq qurumların əməkdaşları tərəfindən elektrik xətlərinin bərpası istiqamətində tədbirlər görülür.

    Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.