Category: Dünya

  • Dağıstan üçün 5 milyon ianə etdi

    Rusiyalı müğənni Qriqori Leps Dağıstan sakinlərinə yardım məqsədilə xeyriyyə fonduna 5 milyon rubl ianə edib.

    Bu barədə ifaçının mətbuat xidməti məlumat yayıb.

    Sənətçi həmçinin respublikadakı vəziyyət sabitləşdikdən sonra xeyriyyə konserti təşkil edəcəyinə söz verib. O, baş verənləri bütün ölkə üçün böyük faciə adlandırıb.

    Xatırladaq ki, martın sonunda Şimali Qafqaz regionlarında genişmiqyaslı daşqınlar baş verib və Dağıstan hüdudlarından kənara da yayılıb. Çeçenistan ərazisində təxminən 2 min ev su altında qalıb və fövqəladə vəziyyət elan edilib.

    Maxaçkala şəhərində üç əsas enerji mərkəzi su altında qalıb və 65 min abunəçi işıqsız qalıb.

    Aprelin 5-nə keçən gecə Dağıstanda son günlər ərzində ikinci daşqın baş verib. Buna səbəb isə intensiv yağıntılar olub.

  • Kiyevdə silahlı şəxs supermarketdə insanları girov götürdü

    Ukraynanın paytaxtı Kiyevdə silahlı şəxs küçədə insanlara atəş açıb və sonra supermarketdə bir neçə nəfəri girov götürüb.

    Median.Az “Kiyev Novini” nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananlar var.

    Bəzi mənbələr dörd nəfərin öldüyünü bildirirlər. Xüsusi təyinatlıların müdaxiləsi nəticəsində silahlı şəxsi zərərsizləşdirmək mümkün olub.

  • 48 gün sonra İrana ilk təyyarə yola düşdü

    İran hava məkanının qismən açılması və Tehran da daxil olmaqla, ölkənin 6 hava limanında fəaliyyətin bərpa olunduğunun elan edilməsindən sonra Omandan İrana ilk təyyarə yola düşüb.

    Median.Az oxu.az-a istinadən xəbərinə görə, bu barədə Yaxın Şərq aviadispetçer xidmətindəki mənbə məlumat verib.

    Mənbə təyyarənin marşrutu, eləcə də bunun sərnişin reysi və ya texniki reys olub-olmadığına dair detalları açıqlamayıb.

    “Təyyarə Maskatdan İrana yola düşüb. Bu, İran hava məkanının qismən açılmasının elan edilməsindən bəri başqa ölkədən uçan ilk təyyarədir”, – deyə mənbə bildirib.

  • İran Təhlükəsizlik Şurasından Hörmüz boğazı ilə bağlı VACİB AÇIQLAMA

    İran hərbi əməliyyatlar tamamilə bitənə və regionda davamlı sülh bərqərar olanadək Hörmüz boğazından gəmilərin keçidinə nəzarət edəcək.

    Median.Az-ın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında belə deyilir.

    “Fars körfəzi bölgəsindəki ABŞ hərbi bazaları üçün avadanlıqların böyük bir hissəsinin Hörmüz boğazından keçirildiyini nəzərə alsaq, bu, İran və Fars körfəzi bölgəsi üçün milli təhlükəsizliyə təhdid yaradır. İran müharibə tamamilə bitənə və regionda davamlı sülh bərqərar olanadək Hörmüz boğazında gəmilərin hərəkətinə nəzarət etməkdə qərarlıdır”, – agentlik sənəddən sitat gətirib.

  • Hörmüz boğazında iki ticarət gəmisi hücuma məruz qalıb

    Hörmüz boğazını keçməyə çalışan iki ticarət gəmisi atəşə tutulub.

    Bu barədə “Reuters“ agentliyi məlumat yayıb.

    Hadisə zamanı gəmilərin nə dərəcədə zərər görməsi və insidentin nəticələri hələlik dəqiq müəyyən edilməyib.

    Dənizçilik və təhlükəsizlik üzrə mənbə bildirib ki, insident boğazdan keçid zamanı baş verib.

  • Müctəba Xameneidən yeni savaşla bağlı KRİTİK AÇIQLAMA

    İranın Ali Rəhbəri Müctəba Xamenei bəyan edib ki, İslam Respublikasının Hərbi Dəniz Qüvvələri rəqiblərini yenidən məğlub etməyə tam hazırdır.

    Müvafiq açıqlama onun rəsmi “Telegram” kanalında yerləşdirilib.

    “İran Silahlı Qüvvələri ölkəmizin torpaqlarının və ərazi sularının müdafiəsini qətiyyətlə davam etdirir. İslam Respublikasının pilotsuz təyyarələri Amerika və İsrail cinayətkarlarını ildırım tək vurduğu kimi, cəsur donanması da düşmənlərə yeni məğlubiyyətlərin acısını daddırmağa hazırdır”, – deyə Xameneinin Milli Ordu Günü münasibətilə yayımladığı təbrik mesajında qeyd olunur.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

    Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

    Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

  • İsrail Livanın cənubunda atəşkəsi pozub?

    Livanın cənub ərazilərində İsrail tərəfindən atəşkəs rejiminin pozulması halları qeydə alınıb.

    Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb. Qeyd olunub ki, İsrailin artilleriya qüvvələri Beyt-Yahun və Kounin yaşayış məntəqələrini hədəfə alıb.

    Qeyd edək ki, cümə günü Bakı vaxtı ilə saat 01:00-da Livan və İsrail arasında 10 günlük atəşkəs rejimi qüvvəyə minib. Sözügedən razılaşma ABŞ lideri Donald Trampın vasitəçiliyi ilə Livan Prezidenti Cozef Aun və yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahu arasında əldə olunmuşdu.

  • ABŞ prezidenti: “İranla bağlı bəzi xoş xəbərlərimiz var”

    ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqtonla Tehran arasındakı danışıqlar nəticəsiz qalarsa, Birləşmiş Ştatlar İran İslam Respublikasına qarşı hərbi əməliyyatları yenidən başlada bilər.

    Ağ Ev lideri bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

    “Ola bilsin ki, mən atəşkəsin müddətini uzatmayım. Hazırda blokada mövcuddur və təəssüf ki, biz yenidən bombardmanlara başlamaq məcburiyyətində qalacağıq”, – Donald Tramp atəşkəs rejiminin uzadılması ehtimalı və çərşənbə gününə qədər razılaşma əldə olunmayacağı təqdirdə atılacaq addımlarla bağlı sualın cavabında deyib.

    Ağ Ev lideri, həmçinin vurğulayıb ki, əgər İran zənginləşdirilmiş uranın ölkədən çıxarılması prosesində əməkdaşlıqdan imtina edərsə, ABŞ-nin cavabı dostyana olmayacaq. Zənginləşdirilmiş uranın İrandan nə vaxt çıxarılacağı barədə suala cavab verən prezident bunun razılaşma imzalandıqdan sonra istənilən hər hansı bir məqamda baş tutacağını bildirib.

    “Biz İranla birlikdə oraya daxil olacağıq, həmin uranı 100 faiz həcmində götürüb Birləşmiş Ştatlara gətirəcəyik. Əgər bu, könüllü şəkildə edilməsə, biz bunu başqa, heç də dostyana olmayan bir formada həyata keçirəcəyik”, – deyə o qeyd edib.

    Bundan başqa D.Tramp cümə günü İranla bağlı olduqca yaxşı xəbər aldığını iddia edib, ancaq təfərrüat verməyib.

    “İrana gəldikdə, Yaxın Şərqdə işlər yaxşı gedir. Bunu öyrənəcəksiniz”, – deyə Ağ Ev rəhbəri qeyd edib.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

    Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

    Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

  • Hindistanda ağlagəlməz həkim səhvi

    Hindistanda yaşlı qadın xəstələrin identifikasiyasında yol verilən kobud səhv nəticəsində lazımsız cərrahi müdaxiləyə məruz qaldıqdan sonra dünyasını dəyişib.

    Bu barədə “Times of India” qəzeti məlumat yayıb.

    Məlumata görə, hadisə yerli universitetlərdən birinin xəstəxanasının nəzdində fəaliyyət göstərən travmatologiya mərkəzində baş verib.

    Nəşrin yazdığına görə, 71 yaşlı qadın neyrocərrahiyyə şöbəsində planlı prosedurunu gözləyirmiş. Lakin o, səhvən başqa xəstənin əvəzinə əməliyyat otağına aparılıb.

    Cərrahlar əməliyyata başlayıblar, lakin baş ordinator xəstədə gözlənilən bud sümüyü sınığını aşkar etməyib.

    Bundan sonra tibb bacıları xəstələrin səhv salındığını təsdiqləyiblər.

    Həkimlər edilən kəsikləri tibbi qaydada müalicə edib qadını yenidən palataya qaytarıblar. Bildirilir ki, tibb işçiləri baş verən hadisə barədə qadının yaxınlarına məlumat verməyiblər.

  • Hörmüz boğazı ilə bağlı sevinc uzun çəkmədi

    İran Silahlı Qüvvələri Hörmüz boğazı üzərində nəzarəti yenidən bərpa edib.

    Bu barədə “Mehr” xəbər agentliyi İran Silahlı Qüvvələrinin mərkəzi qərargahının mətbuat katibinin açıqlamasına istinadən xəbər yayıb.

    “Əvvəllər danışıqlar yolu ilə əldə edilən razılaşmalara uyğun olaraq, İran İslam Respublikası məhdud sayda neft tankerinin və ticarət gəmisinin Hörmüz boğazından nəzarət altında keçməsinə razılıq verib. Təəssüf ki, ABŞ dəfələrlə vədlərini pozaraq, blokada adı altında quldurluq və soyğunçuluğa davam edib. Bu səbəbdən Hörmüz boğazına nəzarət əvvəlki vəziyyətinə qayıdıb və bu strateji əhəmiyyətli boğaz ciddi hərbi nəzarət altındadır”, – deyə açıqlamada qeyd olunub.

    Qərargahdan xüsusi olaraq vurğulanıb ki, ABŞ tərəfi İran gəmilərinin keçidinə mane olmağa son qoymayana qədər Hörmüz boğazındakı vəziyyət ciddi nəzarət altında qalmaqda davam edəcək.

    Xatırladaq ki, Hörmüz boğazının açılması barədə məlumatı ötən gün axşam saatlarında İranın xarici işlər naziri Abbas Əraqçı sosial şəbəkə hesabında vermişdi.