Category: Dünya

  • Samvel Karapetyanın ev dustaqlığı müddəti uzadıldı

    Ermənistanın Antikorrupsiya Məhkəməsi “Güclü Ermənistan” partiyasının rəhbəri Samvel Karapetyanın ev dustaqlığı müddətini üç ay uzatmaq barədə qərar qəbul edib.

    Median.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir.

    Qərarda qeyd edilir ki, siyasi proseslər və “Güclü Ermənistan” partiyasının onlarda iştirakı nəzərə alınaraq, ev dustaqlığının çəkildiyi yer Taşir şəhərindən İrəvana dəyişdirilib.

    S.Karapetyana KİV nümayəndələri, siyasətçilərlə görüşlər keçirmək və müsahibələr vermək icazəsi verilib. Hər növ rabitə, o cümlədən yazışma və telefon ünsiyyəti də mümkündür. Eyni zamanda iş üzrə digər fiqurantlarla ünsiyyət qadağan edilir.

    S.Karapetyan 2025-ci il iyunun 18-də hakimiyyəti ələ keçirməyə açıq çağırışlar ittihamı ilə saxlanılmışdı və iki ay müddətinə həbs edilmişdi, sonradan həbs müddəti bir neçə dəfə uzadılmışdı.

  • İran ABŞ-ni hədələdi: “Vaşinqton dəniz blokadasını ləğv etməsə, cavab verəcəyik”

    “Əgər Vaşinqton dəniz blokadasını ləğv etməsə və ya ABŞ ilə İran arasındakı sazişin şərtlərini başqa cür pozarsa, Tehran lazımi cavab tədbirləri görəcək”.

    Median.Az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib.

    “Əgər digər tərəf sazişi pozmaq niyyətindədirsə və görünən odur ki, bunu istəyir və dəniz blokadası davam edərsə, İran cavab olaraq lazımi tədbirlər görəcək”, – deyə o vurğulayıb.

    İ.Bəqai vurğulayıb ki, İran Vaşinqton tərəfindən boğazın blokadasını atəşkəs sazişinin pozulması kimi dəyərləndirir.

  • İsrailə Livanı bombalamaq qadağan edilib – Tramp

    Amerika Birləşmiş Ştatları (ABŞ) ayrıca olaraq Livanla işləyəcək və “Hizbullah” məsələsi ilə uyğun bir şəkildə məşğul olacaq.

    Bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

    O bildirib ki, İsrail artıq Livanı bombalamayacaq. “Bunu etmək ABŞ tərəfindən onlara qadağan edilib. Artıq kifayətdir”,- deyə o bildirib.

  • Bu ölkədə kütləvi əfv elan edildi

    Myanma prezidenti Min Aung Hlaing m4500-dən çox məhbusu əfv edib və məhkumların cəzalarını yüngülləşdirib.

    Bu barədə Myanma dövlət televiziya kanalı məlumat yayıb.

    Azad edilənlərin adları açıqlanmır, lakin onların arasında deportasiya edilməsi planlaşdırılan 179 əcnəbinin olduğu məlumdur. Hakimiyyət orqanları həmçinin bəzi məhkumların cəzasını yüngülləşdirib: bəzilərinin ömürlük həbs cəzası 40 ilə endirilib, digərlərinin cəzası isə altıda bir qədər azaldılıb.

    Bundan əlavə, prezident 17 aprel 2026-cı il tarixindən əvvəl cinayət törətmiş bütün məhkum edilmiş şəxslər üçün ölüm hökmünün ömürlük həbs cəzası ilə əvəz edilməsini əmr edib.

  • İsrail İranın bu ölkədən çıxarılmasını tələb etdi

    Livan hökumətinin atəşkəs tətbiq etmək imkanları məhduddur.

    Bu barədə srailin BMT-dəki səfiri Denni Danon “Fox News”a verdiyi açıqlamada bildirib.

    “Lakin biz Livanın müstəqilliyini və “Hizbullah” və İslam Respublikasının bu ölkədən çıxarılmasını tələb edirik”, – deyə o qeyd edib.
    //unikal.az

  • İsrailə Livanı bombalamaq qadağan edilib – Tramp

    Amerika Birləşmiş Ştatları (ABŞ) ayrıca olaraq Livanla işləyəcək və “Hizbullah” məsələsi ilə uyğun bir şəkildə məşğul olacaq.

    Bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

    O bildirib ki, İsrail artıq Livanı bombalamayacaq. “Bunu etmək ABŞ tərəfindən onlara qadağan edilib. Artıq kifayətdir”,- deyə o bildirib.

  • Türkiyədə məktəblərə hücumla bağlı 400-dən çox şəxs saxlanılıb

    Şanlıurfa və Kahramanmaraşda məktəblərə hücumlarla bağlı aparılan əməliyyatlar çərçivəsində 411 nəfər saxlanılıb.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb.

    “Araşdırmalar zamanı qəsdən dezinformasiya yayan, ictimaiyyət arasında nifrət və düşmənçilik hisslərini oyandırmağa yönəlmiş paylaşımlar edən sosial media hesabları müəyyən edilib. Təhlükəsizlik Baş İdarəsi sosial mediada təhdid və çağırışlar edən ümumilikdə 411 şübhəli şəxsi saxlayıb, 1 866 sosial media ünvanına giriş bloklanıb. Təhqiramiz və təxribat xarakterli məzmunlu 307 hesab inzibatçısı da müəyyən edilib. Hadisələrlə bağlı məlumat paylaşan “C31K” qrupuna məxsus 111 “Telegram” kanalı da bağlanılıb”, – deyə xəbərdə bildirilib.

    Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonunda yerləşən liseydə baş verən insident zamanı 16 nəfər xəsarət alıb. Aprelin 15-də isə Türkiyənin Kahramanmaraş şəhərində 8-ci sinif şagirdi məktəbə silahlı hücum edərək bir müəllimi və səkkiz şagirdi qətlə yetirib.

  • İran Hörmüz boğazını açdı

    İran Hörmüz boğazını açıb.

    Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı sosial şəbəkə hesabında məlumat verib.

    “Livandakı atəşkəsə uyğun olaraq, bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi atəşkəsin qalan müddəti üçün tamamilə açıq elan edilib. Bu, İslam Respublikasının Limanlar və Dənizçilik Təşkilatı tərəfindən elan edilən marşrut üzrə həyata keçiriləcək”, – deyə nazir bildirib.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

    Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

    Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

  • İranda internet açılmayacaq? – Parlament üzvündən gözlənilməz açıqlama

    “Hazırkı dövrdə qlobal şəbəkəyə çıxışın yenidən təmin edilməsi dövlətin maraqlarına cavab vermir”.

    Bu barədə “Iran International” nəşri iranlı deputat Fəzlullah Rəncbərin sözlərinə istinadən məlumat yayıb. Bununla yanaşı, o, hökuməti sahibkarların və sadə vətəndaşların məruz qaldığı maddi itkiləri qarşılamağa çağırıb.

    Qanunverici orqanın sosial komitəsinin təmsilçisi Fəzlullah Rəncbərin sözlərinə görə, vətəndaşlara ödəniləcək təzminatlar Hörmüz boğazından əldə olunan gəlirlər, dondurulmuş maliyyə vəsaitlərinin sərbəst buraxılması və ticari əlaqələrin genişləndirilməsi hesabına formalaşdırılmalıdır.

    “Mövcud vəziyyətdə internet şəbəkəsinin bərpa olunması ölkəmizin mənafelərinə ziddir”, – deyə o qeyd edib və əlavə edib ki, indiki mərhələdə internetə girişin yenidən açılmasını dəstəkləmir.

  • Sürətli Günəş küləyi Yerə yaxınlaşır: Maqnit fırtınası gözlənilir

    Günəşdəki koronal dəlikdən qaynaqlanan və Yerə doğru hərəkət edən sürətli günəş küləyi axını səbəbindən yaxın 24 saat ərzində geomaqnit fırtınaları başlayacağı proqnozlaşdırılır.

    Median.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu xəbərdarlığı Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası, eləcə də qurumun Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu edib.

    “Proqnozlara əsasən, günün sonunadək Günəşin iri tac dəliyindən çıxan sürətli külək axını Yer kürəsinə daxil olacaq və nəticədə 2-3 gün davam edəcək qeyri-sabit geomaqnit vəziyyəti yaranacaq. Planetimiz təqribən bir həftə müddətində bu sürətli axının təsiri altında qalacaq. Lakin ən kəskin reaksiyanın ilk iki gündə – şənbə və bazar günlərində baş verəcəyi, Yerin yeni xarici şəraitə adaptasiya olunaraq ən yüksək qeyri-sabitlik mərhələsindən keçəcəyi ehtimal edilir. Gözlənilir ki, bazar ertəsi maqnit sahəsi yenidən xarici mühitlə balanslaşacaq və geomaqnit fırtınasının ən aktiv dövrü yekunlaşacaq”, – deyə açıqlamada bildirilir.