Category: Dünya

  • Robert Köçəryana qarşı yeni ittiham irəli sürülüb

    Ermənistan Xüsusi İstintaq Xidməti həbsdə olan sabiq prezident Robert Köçəryana qarşı daha bir ittiham irəli sürüb.

    Median.Az “Report”a istinadən bildirir ki, vəkillərinin bildirdiyinə görə, sabiq dövlət başçısı külli miqdarda rüşvət almaqda ittiham olunur.

    Xatırladaq ki, R.Köçəryan 2008-ci ildə ölkədə Konstitusiya quruluşunu zorla dəyişdirməkdə ittiham olunaraq ötən il həbs olunub.

  • Çörəyin qiyməti 5 manata qalxdı – Türkmənistanda böhran dərinləşir

    Türkmənistanda iqtisadi böhran getdikcə dərinləşir. Buna uyğun olaraq, əhalinin sosial vəziyyəti də ağırlaşır.

    Median.Az
    bizimyol.info-ya istinadən xəbər verir ki, paytaxt Aşqabadda təndir çörəyini 5 manata satırlar. Düzdür, söhbət Türkmənistan manatından gedir. Amma bizim pula çevirəndə də yetərincə böyük rəqəm alınır. 5 Türkmənistan manatı təxminən 2,43 Azərbaycan manatına bərabərdir. Başqa sözlə, bizdəki qiymətdən beş dəfə baha…

    Türkmənistan hökuməti qiyməti süni yolla aşağı salmağa çalışır. Məsələn, Aşqabaddakı “Teke” və “Alemqoşar” bazarlarında müdiriyyət təndir çörəyini 1 manatdan baha satmamaqla bağlı xəbərdarlıq yapışdırıb. Satıcılar deyir ki, 1 manata çörək satmaq mümkün deyil. Çünki keyfiyyətli sayılan Rusiya ununun kiloqramı 12 manatdır. Ən yaxşı halda təndir çörəyini 2 manata satmaq olar. Onda da keyfiyyətsiz yerli undan istifadə etməklə… Hələ üstəlik, gündə 3 manat yer pulu vermək lazımdır.

    Alıcıların bəzisi çörəyi baha qiymətə görən kimi bazar rəhbərliyinə şikayət edir. Buna görə bazardakı çörək mağazalarının tən yarısı bağlanıb.

    Türkmənistan hökuməti başqa məhsullara münasibətdə də bu inzibati siyasəti yürüdür. Amma satıcıları ucuz qiymətə məcbur etmək effektiv deyil.

    Türkmənistanda dövlət mağazaları da var və adətən, orada qiymətlər bir az aşağı olur. Amma o mağazalara böyük növbələr üzündən yaxın düşmək asan deyil.

  • Zukerberqdən “WhatsApp”la bağlı etiraf – Neçə milyard dollara aldığını açıqladı

    “Facebook”un qurucusu Mark Zukerberq “WhatsApp”ı neçə milyard dollar qarşılığında satın aldığını etiraf edib.

    Median.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Zukerberq 5 il öncə bu sosial şəbəkəni 19 milyard dollar dəyərində aldığını bildirib.

    “WhatsApp”ın qurucusu olan Jan Xoum ilə danışıqlar apararkən olduqca çətin anlar yaşadıq. Jan Xoum bir qərar verə bilmirdi. Jan məndən düşünmək üçün zaman istədi. Elə o anda itim Bist içəri girərək onun qucağına atıldı. Sanki bu anda bütün buzlar əridi və biz ortaq məxrəcə gələ bildik” – deyə Mark Zukerberq əlavə edib.

    Qeyd edək ki, “Facebook”un qurucusu 2012-ci ildə 1 milyard dollar dəyərində “İnstagram” sosial şəbəkəsini də satın almışdı.

  • “Məni baş prokuror qoyun, Saakaşvilini bir həftəyə tutub gətirim” – İrma İnaşvili

    Gürcü xalqı Vahid Milli Hərəkat Partiyasını və Mixail Saakaşvilini dəstəkləmir.

    Median.Az virtualaz.org-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin vitse-spikeri İrma İnaşvili deyib.

    Onun sözlərinə görə, bütün məsul idarələr Saakaşvilinin ölkəyə gətirilməsi ilə məşğul olmalıdır: “Mənə maraqlıdır ki, niyə prokurorluq hərəkətə keçmir və niyə beynəlxalq təşkilatlarla Mixail Saakaşvilinin saxlanılması istiqamətində çalışmır? Bizim güc strukturlarımızın hərəkətə keçmək və onu Gürcüstana gətirmək zamanı çatıb. Məni baş prokuror təyin edin və söz verirəm ki, bir həftəyə Saakaşvilini ələ keçirəcəyəm. Bu, mənim “Gürcü Arzusu”na təklifimdir”.

  • Sarqsyan və Ohanyan üzləşdirildi

    Ermənistanın sabiq prezidenti Serj Sarqsyan və keçmiş müdafiə naziri Seyran Ohanyan İstintaq Komitəsində üzləşdirilib.

    Armtimes.com portalının yaydığı məlumata görə, dindirilmə 2008-ci il 1 mart hadisələri ilə əlaqədar deyil.

    Portalın istinad etdiyi mənbə bunun hələlik gizli saxlanılan cinayət işi ilə bağlı olduğunu açıqlayıb.

    Qeyd edilib ki, hər iki şəxs şahid qismində ifadə verib.

    Ohanyanın vəkili sayta verdiyi açıqlamada bunun istintaq sirri olduğunu və şərh verə bilməyəcəyini deyib.

  • Zukerberqdən “WhatsApp”la bağlı etiraf

    Mark Zukerberq bu dəfə də verdiyi pulun məbləğini açıqladı

    “Facebook”un qurucusu Mark Zukerberq “WhatsApp”ı neçə milyard dollar qarşılığında satın aldığını etiraf edib.

    Median.Az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Zukerberq 5 il öncə bu sosial şəbəkəni 19 milyard dollar dəyərində aldığını bildirib.

    “WhatsApp”ın qurucusu olan Jan Xoum ilə danışıqlar apararkən olduqca çətin anlar yaşadıq. Jan Xoum bir qərar verə bilmirdi. Jan məndən düşünmək üçün zaman istədi. Elə o anda itim Bist içəri girərək onun qucağına atıldı. Sanki bu anda bütün buzlar əridi və biz ortaq məxrəcə gələ bildik” – deyə Mark Zukerberq əlavə edib.

    Qeyd edək ki, “Facebook”un qurucusu 2012-ci ildə 1 milyard dollar dəyərində “İnstagram” sosial şəbəkəsini də satın almışdı.

    //sputnik.az

  • Hindistanda hotel yandı: 17 nəfər öldü – VİDEO

    Число погибших в результате пожара в отеле Arpit Palace в столице Индии Нью-Дели возросло до 17, трое пострадали, передаёт Median.Az со ссылкой на телеканал NDTV.

    По информации телеканала, 34 человека были спасены, все пострадавшие доставлены в больницы.

    Сообщение о пожаре в отеле в центре Нью-Дели поступило примерно в 04:30 по местному времени (03:00 по бакинскому времени – ред.). По данным полиции, большинство погибших скончались от удушья. Еще двое погибли, выпрыгнув из окна в попытке спастись от пожара.

  • Moskvada FTX-nin podpolkovniki döyüldü

    Moskvanın Xamovniki rayonunda naməlum şəxslər Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşını döyüblər.

    Median.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə DİN-in Moskva Baş İdarəsindən olan mənbə bildirib. Hadisə dünən Abrikosovsk döngəsində baş verib. Naməlum şəxslər əvvəlcə podpolkovnik Oleq Budaqotskovun xidməti maşınına şüşə qab atıblar.

    Daha sonra isə onun özünü döyüblər. Budaqotskov ona tibbi yardım göstərilməsindən imtina edib.

    Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır. İnsident barədə rəsmi məlumat verilməyib.

  • Rusiya kosmonavtları aya səfər edəcək

    Rusiyanın ilk idarə olunan ekspedisiyası 2031-ci ildə Aya uçmalıdır, sonra isə belə uçuşları hər il təkrarlamaq planlaşdırılır.

    Median.Az xəbər verir ki, ilk ekspedisiyanın heyəti “kosmonavtların Ayda fəaliyyəti üzrə əməliyyatlar” üzərində məşq etməlidir. 2032-ci ildə yerin təbii peykinə lunomobil (Ayda kosmonavtları daşımaq imkanı olan ağır aparat), həmçinin nəqliyyat vasitələrini yoxlayacaq ikinci ekspedisiya göndərilməlidir. Bir il sonra göndəriləcək üçüncü ekspedisiya isə lunomobil vasitəsi ilə uzaq məsafəyə səfərlər etməli və robot texnikası komplekslərini sınaqdan çıxarmalıdır.

    Bu uçuşlardan öncə 2028 və 2029-cu illərdə iki sınaq startı keçirilməlidir. Həmçinin 2034-cü ildə Ay bazasının tikintisinə başlamaq nəzərdə tutulur.//Azərtac

  • Ermənistanda əsgər güllələndi

    Ermənistanda hərbi hissələrin birində müqaviləli əsasda xidmət edən hərbçi ölüb.

    “Sputnik Armenia” agentliyinin məlumatına görə, bu barədə özünün “Facebook” səhifəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan yazıb.

    O bildirib ki, 1985-ci il təvəllüdlü Mesrop Qriqoryanın ölümünə səbəb güllə yarası olub.

    Ovannisyanın sözlərinə görə, hərbçinin ölümünün səbəbləri araşdırılır.