Category: Dünya

  • “Gmail”də boşluq aşkarlandı

    Cinayətkarlar qrupu “Gmail” poçt servisinin xüsusiyyətlərindən istifadə etməklə 65 min dollar məbləğində kredit alıb. Həmçinin hakerlər sosial müavinətlər üçün onlarla saxta bəyannamə və ərizə təqdim ediblər. Bu barədə “Agari” şirkətinin kibertəhlükəsizlik sahəsi üzrə tədqiqatçılarının məlumatında deyilir.

    Median.Az “ICTnews”a istinadən xəbər verir ki, məlumata görə, hakerlər tərəfindən “hesab nöqtəsi” kimi tanınan məşhur fırıldaqçılıq üsulu tətbiq edilib. O, istifadəçinin poçt ünvanında nöqtələri nəzərə almayan “Gmail” funksiyasına əsaslanır.

    Mütəxəssislər nümunə kimi “bad.guy007” adını qeyd ediblər: “Google” prinsiplərinə görə, belə ünvan həmişə “badguy007” kimi interpretasiya ediləcək. Bununla yanaşı, istifadəçi yeganə nöqtənin yerini dəyişə və ya yenilərini əlavə edə bilər.

    Lakin əksər servislər belə variantları müxtəlif ünvanlar kimi qəbul edir. Nəticədə bu boşluqdan çox vaxt fırıldaqçılar yararlanırlar. Onlar hesab adlarını seçməklə qurbanları müxtəlif saytlarda ödəniş və fərdi məlumatları təsdiqləməyə məcbur edirlər.

    “Agari” əməkdaşları bildirib ki, hakerlər bu şəkildə 56 ünvanı ələ keçirməyə nail olublar. Onlar kredit kartları üçün 48 sifariş verməklə bankdan böyük məbləğdə suda alıblar, eləcə də müxtəlif müavinətlər üçün çoxlu saxta vergi bəyannaməsi və ərizə təqdim ediblər.

  • İstanbulda altı mərtəbəli binanın çökmə anı – VİDEO

    İstanbulda altı mərtəbəli binanın çökmə anının görüntüləri yayılıb.

    Görüntülər “YouTube” videoportalına yerləşdirilib.

    Müşahidə kameralarına əks olunmuş kadrlardan görünür ki, bina qəflətən uçub və hadisə zamanı insanlar qaçmağa başlayıb.

    Binanın çökməsinin səbəbləri məlum deyil. İlkin ehtimallara görə, bina baş verən partlayışdan sonra uçub.

    Hadisə zamanı iki nəfər ölüb, altı nəfər yaralanıb.

  • İNANILMAZ: Sosial media bu görüntülərdən danışır – FOTO

    İspaniyanın Bilbao şəhəri yaxınlığındakı Subella çimərliyində baş verən hadisə görənləri heyrətləndirib.

    Median.Az metbuat.az-a istinadən bildirir ki, fırtınanın təsiri ilə sahilə vuran 17 metrlik yaralı balinanı görən vətəndaşlar qorxaraq qaçmağa başlayıblar. Vətəndaşların xəbərdarlığı ilə əraziyə kömək gəlib. Komandalar nəhəng balinanın xilas edilməsi üçün çalışmalara başlayıb.

    Bütün çalışmalara baxmayaraq balina xilas edilə bilməyib. Balinanın cansız bədəni nəhəng bir çuxura basdırılıb.

  • Çökən binanın dağıntıları altında qalanların sayı açıqlandı

    İstanbulda çökmüş səkkizmərtəbəli binanın 7 mərtəbəsində 14 mənzil olub.

    Median.Az xəbər verir ki, birinci mərtəbəsində atelye olduğu bina 1992-ci ildə inşa olunub. Bina əvvəlcə beşmərtəbəli olub. Sonradan qanunsuz yolla onun üstündə əlavə üç mərtəbə tikilib. İlkin araşdırmalar əsasında ehtimal edilir ki, dağıntılar altında ən azı 43 nəfər qalıb.

    Faciə yerində axtarış-xilasetmə işləri davam edir. Əraziyə əlavə texnika və canlı qüvvə cəlb olunub.

  • Rusiyanı qrip virusu bürüdü

    Qrip virusu Rusiyanın artıq 43 regionunu bürüyüb. Xəstəliyin yayılması barədə son məlumatlar “Rospotrebnadzor”da səsləndirilib.

    Qurumun məlumatına görə, bu gün xəstəliyə yoluxanların sayının artması səbəbindən Samara vilayətində və Kirovda məktəblər bağlanılıb, Şimali Osetiyada və Xantı-Mansiysk mahalında karantin müddəti daha bir həftə uzadılıb.

    Bryanskın, Voronejin və Tomsk vilayətinin tibb və təhsil müəssisələrində xüsusi rejim tətbiq olunub. “Rospotrebnadzor”un başçısı Anna Popova bildirib ki, hazırda Rusiyanın bütün ərazisi üzrə 2,5 min məktəb və təxminən min uşaq bağçasının fəaliyyəti müvəqqəti dayandırılıb.

    Məlumatlara əsasən, ötən həftə virus infeksiyaları və qrip ölkənin bir sıra regionlarını əhatə edib. Xəstəlik təkcə Şimalda yayılmayıb. Belə ki, Stavropolda həkimə yardım üçün 7 mindən artıq insan müraciət edib. “Rossiya 24” telekanalı xəbər verir ki, meriyadan məktəblilərin dərsə yalnız gələn həftənin əvvəllərində qayıda biləcəklərini deyiblər.

    Moskvada xəstəliyə yoluxma dərəcəsi hələ ki, epidemiya həddindən təxminən 20 faiz aşağıdır. “Rospotrebnadzor”da qeyd ediblər ki, paytaxt sakinlərinin yarısından çoxu qrip əleyhinə peyvənd etdiriblər. Sankt-Peterburqda yoluxma artıq epidemiya həddini ötüb keçib. Risk qrupunda olanlar 3 yaşından yuxarı uşaqlardır.

    Rusiyanın baş sanitar həkimi maksimal yoluxma həddinin təxminən iki dəfə ötüb keçdiyi qeydə alınan beş regionun adını çəkib. Anna Popovanın sözlərinə görə, bu regionlara Buryatiya, Yakutiya, Xakasiya, Altay diyarı və Sverdlovsk vilayəti aiddir. (Azərtac)

  • Qazaxıstanda şaxtadan donaraq xəsarət alanlar var

    Qazaxıstanda hava şəraiti kəskin dəyişib. Şaxtalı hava şəraitinin kəskin surətdə dəyişməsi nəticəsində təcili tibbi yardım məntəqələrinə soyuqdan donmuş insanlar gətirilib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Qazaxıstanın Pavlodar şəhərində 8 nəfər şaxtadan donub.

    Evsiz – “bomj” həyatı sürən şəxslər üçün xüsusi sığınacaq yeri təşkil edilib. Şaxtalı havalarda donan insanların sayının artacağı da istisna olunmur.

    Qazaxıstan Hava məlumatı bürosunun yaydığı xəbərə görə, fevralın 6-9-da ölkənin şimal, şərq və mərkəzi hissələrində 40-45 dərəcə şaxta gözlənilir. Sinoptiklər bu qış mövsümünün son illərin ən sərt keçən qışı olacağını bildirirlər.

    Bununla əlaqədar müvafiq qurumlar tərəfindən əhaliyə zərurət yaranmayacağı təqdirdə küçələrə çıxmamaq, şəxsi nəqliyyat vasitəsindən istifadə etməmək tövsiyə edilib.

  • Karl Marksın məzarına vandal hücumu olub

    Filosof, iqtisadçı və sosialist inqilabı nəzəriyyəsinin banisi Karl Marksın Londonun Highgate qəbiristanlığındakı məzarına vandal hücumu olub.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, vandallar Marksın məzarı üzərindəki başdaşını çəkiclə qırıb, həmçinin onun üzərindəki yazıları siliblər. Qəbiristanlıq müdiriyyətindən bildiriblər ki, məzarın başdaşını bərpa etmək çətindir və yaxın aylarda bu mümkün olmayacaq.

    Highgate qəbiristanlığının idarəçisi İan Dangevel deyib ki, Marksın məzarına bir neçə dəfə bu cür hücumlar olub. Onlardan ən pisi 1970-ci ildə məzarın yaxınlığına bomba yerləşdirilməsi ilə bağlı insidentdir. “Son illərdə də başdaşının üzərindən Marksın başı olan heykəlin qoparılması və onun rənglənməsi cəhdləri göstərilib. Son insident daha məyusedicidir. Çünki məzarın üzərindəki ağ mərmər lövhə oğurlanıb. Bu əməlləri törədənlər çox sərsəm adamlardır”, -deyə Dangevel əlavə edib.

  • Mixeil Saakaşvili: “Rusiya və Gürcüstan arasından Ermənistana yol çəkilməsi faciədir”

    “Rusiya və Gürcüstan arasından Ermənistana dəhlizin çəkilməsi haqqında müqavilənin imzalanması faciədir”.

    Median.Az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili Abxaziya və Cənubi Osetiya ərazisindən keçməklə Gürcüstanla Rusiya arasında yeni buraxılış məntəqələrinin açılmasını “Facebook” səhifəsində belə dəyərləndirib.

    “Mən bu məntəqələrin 2012-ci ildə bizim beynəlxalq səviyyədə tanınan sərhədlərimizdə qoyulması barədə razılığa nail olmuşdum. Bu, İvanişvilinin təslim olmasıdır. Bu, gürcü dövlətçiliyi üçün uzunmüddətli faciə olacaq”, – deyə o yazıb.

    Bildirilib ki, Rusiya ilə Gürcüstan arasında əldə edilən razılaşmaya əsasən, buraxılış məntəqələri Abxaziya və Cənubi Osetiya ərazilərində qoyulacaq. Məntəqənin işini İsveçrənin SGS şirkəti təşkil edəcək.

  • İstanbulda altımərtəbəli bina çökdü, dağıntılar altında qalanlar var

    Türkiyənin İstanbul şəhərində altımərtəbəli bina çöküb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, dağıntılar altında qalanlar var.

    Hazırda hadisə yerində xilasetmə işləri aparılır. Nə qədər adamın dağıntılar altında qaldığı hələlik məlum deyil.

    Hadisənin baş vermə səbəbləri araşdırılır.

    Son məlumatlara əsasən, dağıntılar altından bir nəfər xilas edilib.

  • Kadırov Nurməhəmmədovun atasına bahalı maşın bağışladı – FOTO

    Çeçenistan lideri Ramzan Kadırov Rusiyanın qarışıq döyüş növləri ustası (MMA) Həbib Nurməhəmədovun atasına qara “Mercedes” bağışlayıb.

    Bu barədə UFC çempionu öz “Instagram” səhifəsində məlumat paylaşıb.

    İdmançı Çeçenistan başçısına göstərdiyi diqqətə görə minnətdarlıq edib. Nurməhəmmədov Kadırovun “qardaş Dağıstan xalqına” dəstək olan layiqli addımlar atdığını xatırladıb.

    Xatırladaq ki, bundan əvvəl Kadırov dayanmadan dörd min dəfə “jim” edən beş yaşlı Rəhim Kuriyevə ağ “Mercedes” bağışlamışdı.