Category: Dünya

  • Ərdoğan: “Çox önəmli şəxs bizə təslim edildi”

    Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğan dünən axşam TRT-nin xüsusi buraxılışında bir çox sualları cavablandırıb.

    İki saata yaxın davam edən verilişdə Türkiyə prezidenti bələdiyyə seçkiləri, 15 iyul 2016-cı ildə törədilən çevriliş cəhdi, Qaşıqçı cinayəti və digər məsələlərdən danışıb.

    FETÖ-dən danışan Ərdoğan dünyanın bir çox ölkələrindən bu terror təşkilatının liderlərinin Türkiyəyə təslim etdiklərini açıqlayıb: “Ən son Azərbaycandan yenə çox-çox önəmli şəxsi bizə, sağ olsun İlham Əliyev qardaşım, təslim etdi”.

    Türkyə prezdenti FETÖ-nün ABŞ Konqresinə qədər uzanan ayaqlarının olduğunu deyib.

    Ərdoğan FETÖ-yə qarşı çox əməliyyatın keçiriləcəyini də açıqlayıb: “Dövlətin içində, dövlətin müxtəlif qurumlarında, polisdə, orduda, hər yerdə var. Onun üçün asan deyil. Bu, metastaz verib”.

    Canlı yayımda Ərdoğan HDP ilə PKK əlaqələrini də dəyərləndirib: “HDP bərabərdir PKK, bərabərdir YPG. Heç sağa, sola qaçmamalarının anlamı yoxdur”.

  • İranda kosmik mərkəzdə yanğın: üç alim öldü

    İranın Dövlət Kosmik Tədqiqatlar Mərkəzində baş vermiş yanğın nəticəsində üç nəfər həyatını itirib.

    Bu barədə ISNA agentliyi məlumat yayıb.

    Ölkənin telekommunikasiya naziri Məhəmməd Cavad Azəri mərkəzdə baş verən yanğının qurbanlarının tədqiqat aparan alimlər olduğunu açıqlayıb.

    “İranın Kosmik Tədqiqatlar Mərkəzinin filiallarından birində yanğın meydana gəlib. Təəssüflər olsun ki, alışmaya gec reaksiya veriblər. Nəticədə, mərkəzin üç alimi həyatını itirib”, – deyə nazir bildirib.

    İnsidentin təfərrüatı hələlik mətbuata açıqlanmır.

  • “Donuz qripi” müsəlman ölkəsini “vurdu”

    Mərakeşdə 11 nəfər H1N1 virusundan (“Donuz qripi”) ölüb.

    Median.Az Morocco World News-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

    Virusdan ölənlər arasında xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər, hamilə qadınlar və yaşlı şəxslər var.

    Bildirilir ki, “donuz qripi”nə yoluxan 15 nəfərin müalicəsi müsbət nəticə verib. Daha 32 nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir.

  • Misirdə 40 mumiya tapıldı

    Misirin Minyə şəhərindəki qədim qəbirlərdən birində 40 mumiya tapılıb.

    Bunu Qahirədə keçirdiyi mətbuat konfransında Misirin Antik Əsərlər üzrə naziri Xalid əl-Anani deyib. O, şəhərin Tuna Cəbəl bölgəsində tapılan mumiyalardan 10-nun uşaqlara aid olduğunu söyləyib:

    “Misirli arxeoloqlar tərəfindən aşkarlanan məzarda 3 müxtəlif quyu da tapılıb. Məzarlar qaya içərisində oyularaq hazırlanıb. Mumiyalardan bəziləri daş, bəziləri taxta tabutlarda, bir qismi isə tabutsuz şəkildə dəfn edilib”.

    Anani mumiyaların tarixin hansı dövrünə aid olması barədə açıqlama verməyib.

  • Gələn həftə bu ölkənin NATO-ya üzvlüyü rəsmiləşəcək

    Fevralın 6-da Belçikanın paytaxtı Brüssel şəhərində Şimali Makedoniya Respublikasının NATO-ya üzv qəbul edilməsinə dair protokol imzalanacaq.

    Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq “Twitter” hesabında yazıb.

    “Fevralın 6-da tarix yazacağıq: NATO müttəfiqləri xarici işlər naziri Nikola Dimitrovla gələcək Şimali Makedoniya Respublikasının bu təşkilata qoşulmasına dair protokolu imzalayacaqlar”, – deyə o qeyd edib.

  • Acı bibər qiymət artımında rekord qırdı – Türkiyədə

    İstanbul Ticaret Odası (İTO) 2019-cu ilin yanvar ayı ilə bağlı statistika açıqlayıb.

    Median.Az Sputnik Türkiyə-yə istinadla xəbər verir ki, statistikaya görə ötən ay ərzində kosmetika məhsullarının qiyməti ucuzlaşıb, ərzağın qiyməti qalxıb.

    Ən çox bahalaşan məhsul isə acı bibər olub. Belə ki, uzunsov bibərin qiyməti 73 faiz artıb.

  • Pişik saxlayanlar şizofren olur – Alimlərdən şok araşdırma

    Danimarkalı alimlər həyata keçirdikləri araşdırmada qorxunc nəticələr əldə ediblər. Araşdırmaya görə, pişik qumundan və ətdən yayılan bir parazit psixi xəstəlikləri “tərpədir”.

    Araşdırma Kopenhagen Universitetinin alimləri tərəfindən həyata keçirilib. Aralarından 2591-nə psixiatrik xəstəlik diaqnozu qoyulan 80 mindən çox insanın göstəriciləri analiz edilib. Məlum olub ki, pişiklər arasında geniş yayılan toksoplazma gondi adlı parazit şizofreniyaya səbəb olur.

    Toksoplazma gondi paraziti insana pişik qumu ilə təmas edildiyində və çiy ət vasitəsilə yoluxulur. Əsasən zərərsiz olduğu düşünülsə də, aparılan araşdırmaya görə, bu parazit şizofreniya risqini 50% artırır. Toksoplazma gondii paraziti zehni funksiyaları pozaraq riskli davranışları, depressiyanı və yol qəzalarını tətikləyir.

    Alimlərin fikrincə, dünya miqyasında 1 milyarddan çox insan bu parazitin daşıyıcısıdır. Araşdırma nəticələrinə görə, bu paraziti daşıyan insanların təxminən 50%-nə şizofreniya diaqnozu qoyulub.

    Toksoplazma gondi paraziti psixiatrik narahatlığı tətikləmir, amma somatoform adı verilən və fiziki ağrı və intihar təşəbbüsü ilə özünü göstərən psixi xəstəliyin meydana çıxmasına şərait yaradır.
    //medicina.az

  • Ukrayna Türkiyədən hərbi yardım gözləyir

    Türkiyənin Ukrayna ordusuna ən yaxın vaxtda onlarla milyon dollarlıq yardım etməsini gözləyirik.

    Bu sözləri Ukrayna Xarici İşlər naziri Pavel Klimkin türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.


    Pavel Klimkin və Mövlud Çavuşoğlu

    “Türkiyəli dostlarımız Ukrayna ordusuna xüsusi olaraq yardım göstərəcək və bu kömək ciddi bir addım olacaq. Bu barədə müzakirə apardıq”, – Klimkin qeyd edib.

  • İndoneziyada növbəti güclü zəlzələ

    İndoneziyada növbəti güclü zəlzələ qeydə alınıb.

    Zəlzələ Mentavay adalarında yerin 10 km müşahidə edilib və gücü 6,1 bal olub.

    Təbiət hadisəsindən sonra sunami xəbərdarlığı edilməyib.

  • Fransada polisin “sarı jiletlilər”ə qarşı ifrat güc tətbiqi halları araşdırılır

    Fransada polisin “sarı jiletlilər”ə qarşı ehtimal olunan ifrat güc tətbiqi halları ilə bağlı 116 cinayət işi açılıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, işlərin azı 36-sı polisin rezin güllə və qumbara atan xüsusi LBD cihazlarından istifadə etməsi, bir neçəsi də nümayişçilərə qarşı təhqiramiz ifadələr işlətməsi ilə bağlıdır.

    Xatırladaq ki, yanvarın 26-da Parisin Bastili meydanında baş verən polislə qarşıdurma zamanı “sarı jiletlilər”in qeyri-rəsmi lideri Erik Druenin silahdaşlarından olan Jerom Rodriges baş nahiyəsindən xəsarət almışdı.

    Daxili İşlər Nazirliyinin dövlət katibi Loran Nunes isə asayiş keşikçilərinə dair hüquq müdafiəçilərinin tənqidlərini şərh edərkən bildirib: “Polis etirazçılara hücum etməz, əksinə, onları qoruyar, radikalların törətdiyi zorakılığa son qoymaq üçün əlindən gələni edər”.

    Qeyd edək ki, bu gün Fransanın bir çox iri şəhərlərində “sarı jiletlilər” daha əvvəl polislə toqquşmalarda zərər çəkənlərlə həmrəylik yürüşləri keçirməyi nəzərdə tuturlar.