Category: Dünya

  • Gürcüstanda buraxılış imtahanları tam ləğv edildi

    “Gürcüstanda bu il 12-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirilməyəcək”.

    Median.Az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze bu gün keçirdiyi brifinqdə bildirib.

    O deyib ki, təhsil sistemində islahatların həyata keçirilməsi hökumətin əsas prioritetlərindən biridir: “Təhsil, Elm, Mədəniyyət və İdman Nazirlyi 2019-cu ildə attestat imtahanlarının yalnız 11-ci sinif şagirdləri üçün ləğv olunması barədə qərar qəbul edib. Bu prinsipial olaraq düzgün yanaşmadır və məsələ ilə bağlı məsləhətləşmələr aparıldı. Nəticədə buraxılış imtahanlarının həm 11, həm də 12-ci sinif şagirdləri üçün ləğv olunması haqqında qərar qəbul edildi”.

    Qeyd edək ki, bu yaxınlarda təqdim olunmuş təhsil sisteminin yeni modelinə əsasən, 2019-cu ildə ictimai məktəblərdə buraxılış imtahanlarının ləğvi yalnız 11-ci sinif şagirdlərinə şamil olunacaqdı. 12-ci sinif şagirdlərinin bu imtahanlardan azad edilməməsi cəmiyyətdə ciddi narazılığa səbəb olmuşdu.

  • Almaniyada azərbaycanlılara HÜCUM – XƏSARƏT ALANLAR VAR

    Almaniyanın Köln şəhəri yaxınlığında alban və serblərdən ibarət bir qrup azərbaycanlılara hücum edib.

    “Report”un Berlin bürosunun verdiyi məlumata görə, buna səbəb alban və serblərin nalayiq hərəkətləri və həmin ərazidə yanlarında həmyerli qadınların da olduğu azərbaycanlıların sərt reaksiyası olub.

    Bundan hiddətlənən 10-12 nəfərdən ibarət bir qrup azərbaycanlılara soyuq silahlarla hücum edib. Nəticədə Surxay və Ruslan adlı azərbaycanlı xəsarət alıb. Hücum edən qrupun 5 üzvü isə polis tərəfindən saxlanılıb.

  • Azərbaycanlı Rusiyada uşaq bağçasını partlatmaqla hədələdi

    Rusiyanın Sankt-Peterburq şəhərinin Oxta rayonunda naməlum şəxs Malinova küçəsində yerləşən 19 saylı bağçaya məktub göndərərək, binanı partlatmaqla hədələyib.

    Konkretno.ru saytının məlumatına görə, binada olan 98 uşaq və bağçanın 12 əməkdaşı təxliyyə edilib. Şübhəli əşya aşkar edilməyib.

    Həmin gün axşam saatlarında həmin şəxs polis idarəsinə zəng edərək, Optikov küçəsində tanışının yaşadığı evi partladacağını bildirib.

    Aparılan araşdırmalar zamanı zəngin Novoçerkassk prospektindəki evlərdən birindən gəldiyi və zəngin 58 yaşlı azərbaycanlı tərəfindən edildiyi məlum olub.

    Uşaq bağçasına məktub göndərənin də həmin şəxs olduğu müəyyən edilib.

    Bildirilib ki, azərbaycanlı Peterburqda qeydiyyatsız yaşayır və işləmir. Hazırda onun axtarışlarına başlanılıb.

  • Yaponiyada Türkiyə vətəndaşları işə götürülməyəcək

    Yaponiyada qəbul olunan qalmaqallı qanun Ankaranı qəzəbləndirib. Belə ki, rəsmi Tokio vətəndaşlarına işgüzar viza verilən ölkələrin siyahısına Türkiyəni daxil etməyib.

    Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

    Türkiyə XİN-in mətbuat katibi Hami Aksoy Yaponiyada iş icazəsinin verilməsi şərtlərini təsdiq edən qanuna diqqət çəkib.

    2019-cu ilin aprel ayında qüvvəyə minəcək normativ akta bir sıra ölkələrdən ibarət siyahı daxildir. Bu siyahıda yer alan ölkələrin vətəndaşları Yaponiyada işləmək icazəsi ala bilməyəcək və daimi yaşayış qeydiyyatına düşməyəcək.

    Aksoyun sözlərinə görə, yeni qanun Türkiyə və Yaponiya arasında strateji tərəfdaşlıq ruhuna ziddir.

    Ankara qanuna yenidən baxılacağına inanır. Türkiyə hökumətinin bununla bağlı narahatlığı artıq Yaponiyanın Ankaradakı fövqəladə və səlahiyyətli səfirinin diqqətinə çatdırılıb.

  • Yunanıstan lideri Ərdoğanın dəvətini qəbul etdi

    Yunanıstan baş naziri Aleksis Tsipras 5-6 fevral tarixlərində Türkiyəyə səfər edəcək.

    Median.Az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Yunanıstan hökumətinin mətbuat katibi Dimitris Tsanakopulos jurnalistlərə açıqlamasında deyib.

    Səfər çərçivəsində Tsipras Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq. Onun həmçinin Konstantinopol patriarxı Varfolomeylə görüşü planlaşdırılıb.

    Qeyd edək ki, səfər Ərdoğanın dəvəti əsasında baş tutacaq.

  • Quaydo Maduro ilə dialoqdan imtina etdi

    Venesuela müxalifətinin lideri Xuan Quaydo Nikolas Maduro hökuməti ilə danışıqlarda iştirak etmək niyyətində olmadığını bəyan edib.

    Median.Az xəbər verir ki, bu badərə TASS-ın yaydığı məlumatda deyilir.

    Bunu o, Karakasda Venesuela Mərkəzi Universitetinin binasında tərəfdarları qarşısında çıxış edərkən deyib.

    “Daha heç vaxt yalançı dialoqa razılıq vermərik”, – deyə Quaydo vurğulayıb.

  • Qərbdən Rusiyaya sərt xəbərdarlıq

    ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bəyan edib ki, ölkəsi və Avropa İttifaqı Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdən keçirir.

    Median.Az oxu.az-a istinadən bildirir ki, buna səbəb kimi Kerç boğazındakı insident göstərilir.

    Volkerin sözlərinə görə, Moskva ukraynalı dənizçiləri qaytarmasa, ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları qəbul edə bilər.

    O həmçinin əlavə edib ki, Avropa İttifaqı fevralda Rusiyaya qarşı mövcud sanksiyaların müddətini uzatmaq niyyətindədir.

  • Bu sosial şəbəkə istifadəçilərinə BƏD XƏBƏR – Fəaliyyəti dayandırılır

    “Google” şirkəti xüsusi dəstək səhifəsində “Google+” sosial şəbəkəsinin fəaliyyətinin dayandırılacağını elan edib.

    Median.az xəbər verir ki, aprelin 2-dən “Google+” sosial şəbəkəsində şəxsi hesabların bağlanılmasına başlanacaq. Bu vaxta kimi istifadəçilər sosial şəbəkədə saxlanılan məlumatlarını yükləyə bilərlər. “Google+” hesabı bağlandıqdan sonra şəkillər “Google Photos” xidmətindən yoxa çıxmayacaq.

    Fevralın 4-dən isə “Google+” şəbəkəsində yeni profil, səhifə, cəmiyyət yaratmaq mümkün olmayacaq. Yaxın həftələr ərzində “Google+” xidmətinin köməyi ilə saytlara giriş imkanı əlçatmaz olacaq, əvəzində “Google”un köməyi ilə daxilolma düyməsi təqdim ediləcək.

  • Türkmənistandan yeni qərar: Müəllimlər maaş almayacaq

    Türkmənistan dünyanın ən qapalı ölkələrindən biridir və burada xeyli qadağalar var. Son illər əhalinin yaşayış səviyyəsi çox aşağı düşüb.
    Median.Az
    xəbər verir ki, sabahdan bütün ali təhsil məktəbləri və elmi müəssisələrin büdcədən maliyyələşdirilməsi dayandırılacaq. Asiya ölkəsinin dövlət informasiya agentliyi bununla bağlı məlumat yayıb.

    Bu məsələ Mühəndis-Texnologiya Universietində keçirilən konfransda ali məktəb müəllimlərinin və tələbələrin nəzərinə çatdırılıb. Onlara bildirilib ki, bundan sonra bazar şərtlərinə uyğunlaşmaq lazımdır. Büdcədən maliyyələşmə dayandırılır, özünümaliyyələşdirmə başlanır.

    Türkmənistan hökuməti iddia edir ki, bu, resurslardan rasional istifadəyə şərait yaradacaq, yeni biznes imkanları açacaq, investorların diqqətini çəkəcək. Agentlik əmin edir ki, konfransa toplaşanlar işə məsuliyyətlə, peşəkarcasına yanaşmağa, ortaya zəhmət və yaradıcı təşəbbüs qoymağa hazırdırlar.

    Yaxın üç ildə elmlər akademiyasına da büdcədən maliyyələşdirilməsinin dayandırılması nəzərdə tutulub.

    Açıq-aşkar görünür ki, Türkmənistan hökuməti daha müəllimlərə maaş, tələbələrə təqaüd vermək fikrində deyil. Yəqin ali məktəb ocaqlarının rüşvət sayəsində ayaqda dayanması gözlənilir.

  • Poroşenkoya qarşı 11 dəfə sui-qəsd edilib

    Ötən il Ukrayna prezidenti Petra Poroşenkoya qarşı 11 sui-qəsd cəhdi olub.
    Bu barədə ölkənin Dövlət Mühafizə İdarəsinin rəhbəri Valeri Qeletey bildirib:

    “2018-ci ildə təkcə prezidentimizə qarşı 11 sui-qəsd cəhdi olub”. Qeletey sui-qəsdlərin təfərrüatını açıqlamasa da, hüquq mühafizə orqanlarının kəşfiyyat orqanları, polis şöbələri, təhlükəsizlik xidməti ilə əlaqəli işlədiyini qeyd edib. (Qafqazinfo.az)