Şimali Kipr Türk Respublikasının qurucusu, sabiq prezident Rauf Denktaşın həyat yoldaşı Aydın Denktaş 86 yaşında həyatını itirib.
Median.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, yorğunluq, halsızlıq, ürəkdöyünməsi şikayətləri ilə paytaxt Lefkoşadakı xəstəxanaya yerləşdirilən Aydın Denktaşa pnevmaniya diaqnozu qoyulmuşdu.
Qeyd edək ki, Rauf Denktaş 2012-ci ildə vəfat edib.
“Universal” kinostudiyası “Forsaj” kinosilsiləsindən olan növbəti filmin treylerini “YouTube” portalına yerləşdirib.
“Spinof”da (filmin və ya silsilənin əsas sujet xəttindən müstəqil olan, ayrıca hissəsi-red) Dueyn Conson və Ceyson Stethem baş rollara çəkilib. Filmin böyük ekranlara avqust ayında yol tapacağı bildirilir.
Yeni hissədə Vin Dizelin personajının olmaması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
“Kadrlarda keçəllərə çox az rast gəlinir. Bu heçdə yaxşı deyil”, – deyə istifadəçilərdən biri gileylənib. “Vin Dizelsiz forsaj , forsaj deyil”, – deyə başqa biri yazıb.
Xatırladaq ki, 2016-cı ildə Vin Dizellə Dueyn Consonun “Forsaj 8” filminin çəkilişlərində mübahisə etdikləri barədə xəbər yayılmışdı.
Birinci, “Qaya” ləqəbli aktyorla səhnələrin birində mübahisə edərək, çəkiliş meydançasını tərk etmişdi. Bir müddət sonra yerli “sarı mətbuat” onların barışdığını bildirmişdi.
ABŞ-ın analoji addımına cavab olaraq Rusiya Orta və kiçik mənzilli raketlərin ləğv olunması haqqında Müqavilədə iştirakını dayandırır.
“RİA Novosti”nin məlumatına əsasən, bu haqda Rusiya prezidenti Vladimir Putin bəyanat verib.
“Bizim cavabımız qarşılıqlı olacaq. Amerikalı tərəfdaşlar Müqavilədə iştiraklarını dayandırdıqlarını elan etdilər, biz də dayandırırıq”, -deyə Putin Rusiya XİN rəhbəri Serqey Lavrov və Müdafiə Naziri Serqey Şoyqu ilə keçirdiyi görüşdə bildirib.
1987-ci ildə ABŞ və Rusiya arasında imzalanmış müqavilə radiusu 500-dən 5500 km-ə qədər olan ballistik və qanadlı raketlərin istismarını və saxlanılmasını qadağan edir. 1991-ci ilə kimi bütün raketlər utilizasiya edilib. Ancaq 2014-cü ildə amerikalılar Rusiyanın 9M729 qanadlı raketinin 500 km-dən uzaqda olan hədəfləri vura bildiyini, ona görə müqavilənin tələblərini pozduğunu iddia edib. Rusiya sonradan bu iddiaları rədd edərək raketin təsir dairəsinin cəmi 480 km olduğunu bildirib.
ABŞ prezidenti Donald Tramp orta və yaxın mənzilli raketlərin ləğvinə dair yeni müqavilə bağlamaq istədiyini bəyan edib.
Median.Az “Reuters”ə istinadən xəbər verir ki, o, müqaviləni təkcə ABŞ-la Rusiyanı deyil, digər ölkələri də əhatə etməsinin vacibliyini vurğulayıb.
“Əsas odur ki, tərəflərdən biri bu müqaviləyə riayət etməyib. Biz riayət etmişik, digər tərəf isə yox. Onlar öhdəlikəri yerinə yetirməyənədək biz müqaviləni yerinə yetirən tək tərəf olmamalıyıq”, – deyə o bildirib.
Qeyd edək ki, ötən ilin oktyabrın 20-də ABŞ prezidenti Donald Tramp ölkəsinin orta və yaxın mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxacağını bəyan edib. 1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanan müqavilə Avropada orta və yaxın mənzilli raketlərin ləğvini nəzərdə tuturdu.
Median.Az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiyanın sözügedən ölkədəki səfirliyindən bildiriblər.
Qeyd olunur ki, ESER gəmisində polis əməkdaşları 9,5 ton kokain aşkar ediblər. Gəminin ekipajı saxlanılıb, gəmi Praya limanında qalmaqdadır.
Rusiya səfirliyindən bildiriblər ki, məsələ nəzarətdədir.
Panama bayrağı altında üzən gəmi Panamadan Mərakeşə doğru irəliləyərkən ekipaj üzvlərindən biri ölüb. Bu üzdən də gəmi Kabo-Verde limanına daxil olmaq məcburiyyətində qalıb.
İtaliyada həbsxana həyatı yaşayanlar “Skype” vasitəsilə videozənglər edərək yaxınları ilə ünsiyyət qura biləcəklər.
Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, ölkənin penitensiar müəssisələrinin yeni administrativ kodeksində əksini tapıb.
Müvafiq qərar ölkədəki müxtəlif həbsxanalarda aparılan bir sıra pilot layihələrindən sonra Ədliyyə Nazirliyi tərəfindən verilib. Kommunikasiya texnologiyaları və internetdən istifadə xarici aləmlə əlaqə saxlamağa imkan yaradır. Bu, əsasən də məhbusların digər regionlardakı həbsxanada saxlandığı zaman ailə üzvləri ilə görüşü çətinləşdiyindən daha çox əhəmiyyət daşıyır.
Bununla yanaşı, məhbusların hamısı bu imkandan istifadə edə bilməyəcək. Həbsxana administrasiyası belə ünsiyyət imkanlarını qiymətləndirən zaman təhlükəsizliyin təmin olunmasını və barmaqlıqların hər iki tərəfindəki insanların psixoloji vəziyyətini prioritet kimi götürəcək. Həmçinin “Skype” vasitəsilə əlaqə imkanları ağır cinayətlərə görə həbs olunan və xüsusi rejimli həbsxanalarda saxlanılan məhbuslara şamil edilməyəcək.
İngiltərə şahzadəsi Harri ilə ailə qurduqdan sonra gündəmdən düşməyən Meqan Markl haqda yeni iddia irəli sürülüb.
Median.Az axşam.az-a istinadən xəbər verir ki, Meqanın sinəsinin balaca olması və qarnının gah böyük, gaha da balaca görünməsi sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.
Bir çox izləyici Marklın hamilə olmadığını və övladını daşıyıcı ana vasitəsilə dünyaya gətirəcəyini, qarnındakının isə silikon olduğunu qeyd edib.
Sevənləri qədər sevməyənləri də çox olan kral gəlini hələ ki, üzləşdiyi bu iddia ilə bağlı heç bir açıqlama verməyib.
Qeyd edək ki, analoji proqnoz kral ailəsinin böyük gəlini Keyt Middlton haqda da səslənmişdi. Keytin hamilə vaxtı da baxımlı olması övladının daşıyıcı ana vasitəsilə ilə dünyaya gətirəcəyi haqda iddianın yayılmasına səbəb olmuşdu.