Category: Dünya

  • Rusiyada nənə və baba 11 aylıq nəvələrini sobada yandırıb

    Rusiyada Xakasiya vilayətinin Taptış rayonunun kəndlərindən birində sobanın içərisində 11 aylıq körpənin külə dönmüş meyiti tapılıb.

    Median.az Life.ru-ya istinadən xəbər verir ki, hadisə haqqında Rusiya İstintaq Komitəsinin regional istintaq idarəsinin mətbuat xidməti məlumat yayıb.

    Müstəntiqlərin məlumatına əsasən, uşağın anası oğlunu 42 yaşlı nənəsi və 47 yaşlı babasının yanında tərk edərək qonşu kəndə gedib. İçkili halda olan qohumlar qətl törədiblər. Körpənin sobadakı meyitini ailənin qohumlarından biri aşkar edib.

    Hazırda şübhəlilər saxlanılıb, hadisənin səbəbləri araşdırılır.

    Müstəntiqlər tərəfindən “Azyaşlının ölümü” maddəsi ilə cinayət işi başlanılıb.

  • Qonçu ölkədə SOS: 20 nəfərin “donuz qripi”ndən ölməsi təsdiqləndi

    Gürcüstanda “donuz qripi” adlandırılan A (H1N1) virusundan 20 nəfərin ölməsi laboratoriya şəraitində təsdiq olunub.

    Median.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

    Onun sözlərinə görə, son dörd həftə ərzində A (H1N1) virusunun yayılmasında azalma qeydə alınır: “Azalma yalnız yayılma baxımından deyil, xəstəxanaya yerləşdirilmə baxımından da müşahidə olunur. Azalma kəskin olmasa da, istənilən halda artım tempi yoxdur. Təcili tibbi yardım və 24 saat fəaliyyət göstərən tibb müəssisələrinə müraciətlərin sayı da azalır”.

    A.Qamkrelidze deyib ki, “donuz qripi” ilə bağlı dəqiqləşdirilmiş məlumatlar qrip mövsümünün sonunda açıqlanacaq.

  • Son dəqiqə – Futbolçunun içində olduğu təyyarənin qalıqları tapıldı

    Fransadan Uelsə uçarkən hava radarlarından naməlum şəkildə yox olan gənc futbolçu Emiliano Salanın olduğu təyyarənin qalıqları tapılıb.

    Median.az xəbər verir ki, bu barədə Hava Qəzalarını Araşdırma Şöbəsi informasiya yayıb.

    “Sky Sport”un xəbərinə görə, ikinci dəfə başladılan axtarış əməliyyatları nəticəsində hələ ki, bu qədər irəliləyiş əldə edilib.

    Qeyd edək ki, Emiliano Sala Fransa liqasında mübarizə aparan “Nants” komandasından “Kardiff Siti” komandasına transfer olunmuş, yeni komandasının düşərgəsinə qatılmaq üçün xüsusi təyyarə ilə yola çıxmışdı.

  • Kreml: Rusiya və Ukrayna arasında heç bir müharibə yoxdur

    Rusiya və Ukrayna arasında heç bir müharibə yoxdur, yalnız Kiyevin təxribatları var.

    Median.Az xəbər verir ki, bu sözləri RF prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna lideri Pyotr Poroşenkonun bəyanatını şərh edərkən bildirib.

    Xatırladaq ki, Poroşenko bir müddət əvvəl verdiyi bəyanatda ukraynalıların müharibədən cana gəldiyini və Ukrayna ilə Rusiya arasında soyuq müharibəyə ehtiyac olduğunu bildirmişdi.

    “Birincisi, Rusiya və Ukrayna arasında heç bir müharibə yoxdur. Ukraynada vətəndaş müharibəsi var, Ukraynada Kiyevdəki hakimiyyətin təhriki ilə baş verən hadisələr var”, – deyə Peskov jurnalistlərə verdiyi açıqlamada qeyd edib.

    Peskov təmas xəttində bir sıra təxribatların və Kiyevdə güc yolu ilə həyata keçirilən hakimiyyət dəyişikliyinin fəsadı olaraq baş verən bir sıra hadisələr müşahidə olunduğunu əlavə edib.

    “Ona görə Rusiya və Ukrayna arasında heç bir müharibə yoxdur, iki qonşu ölkə, iki qardaş xalq var. Ancaq əlbəttə ki, biz bayaq qeyd etdiyim hallara müsbət qiymət verə bilmərik”, – deyə Peskov vurğulayıb.

  • Nazarbayev nazirlərə: Siz qorxaqsınız

    Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astanada Nazirlər Kabineti üzvləri ilə keçirdiyi görüşdə hökumət üzvlərini sərt tənqid atəşinə tutub.

    Median.Az xəbər verir ki, bu barədə “Tengrinews.kz” məlumat yayıb.

    “Maliyyə sistemi belədir. Bank yaradılır. İnsanlar inanmağa başlayır, gəlib pullarını qoyurlar. “Kvaziqossektor” pulları yatırır, ancaq çox keçmədən öz səhmdarları oradan pulları çıxarıb, oğurlamağa başlayırlar. Çıxıb gedirlər, qaçırlar, biz isə onların dalınca düşürük.

    Daniyar (Akişev, Milli Bankın rəhbəri), başınla cavab verirsən. Nəzarət etməlisən ki, səhmdarlar pulları oğurlamasın. Bəs biz burada niyə oturmuşuq? Bu, tam səriştəsizlikdən xəbər verir. İqtisadiyyatımız müflisləşmə hallarından təmizlənməsə, biz normal inkişaf edə bilməyəcəyik. Həm hökumət, həm banklar daima büdrəyəcək”, – deyə Nazarbayev bildirib.

    Qazaxıstanlı lider şirkətlərin müflis olmasından ehtiyat edən hökumət üzvlərini “qorxaqlar” adlandırıb.

    “Müflisləşmə bazar iqtisadiyyatı ölkələrində geniş yayılmış bir haldır. Siz hökumət üzvləri, nazirlər deyilsiniz, qorxaqsınız. Qərar verməli olanda əl-ayağınızı titrəmə tutur. Bəs onda niyə işləyirsiniz?”, – deyə Nazarbayev vurğulayıb.

  • Türkmənistanda tələbələrə əylənmək qadağan olundu

    Türkmənistanda ali məktəb tələbələrindən qış tətilində ədəb qaydalarına uyğun davranış haqqında yazılı iltizam alınıb.

    Median.az xəbər verir ki, bu barədə “Radio Azattık” müəllim və tələbələrə istinadən məlumat yayıb.

    Tələbələr bildiriblər ki, tətilə çıxmamışdan öncə onlarla müvafiq söhbətlər aparılıb və yazılı iltizam alınıb. Konkret olaraq tələbələrə mobil telefonla danışmaq, internetdən istifadə etmək, toylara, habelə qonaq getmək və yaşadıqları kənd və qəsəbələri tərk etmək qadağan olunub.

    Tələbələrə həmçinin evə yalnız qatar, təyyarə və dövlət müəssisələrinə məxsus avtobuslarla getmək tövsiyə olunub. Tətildən sonra onlar oxuduqları ali məktəbin dekanlığına biletlərin sürətini təqdim etməlidir.

  • Rusiyada maşınların texniki baxışı ləğv oluna bilər

    Rusiya Dövlət Dumasına şəxsi avtomobillər üçün texniki baxışın ləğvini nəzərdə tutan qanun layihəsi təqdim olunub.

    Median.az “RİA Novosti”yə istinadən xəbər verir ki, müvafiq təşəbbüslə “Ədalətli Rusiya” partiyasının deputatları çıxış ediblər.

    Qanun layihəsinin müəllifləri DİN yol hərəkəti təhlükəsizliyi elmi mərkəzinin statistik məlumatlarına əsaslanıblar. Belə ki, 2018-ci ilin ilk doqquz ayı ərzində yol-nəqliyyat hadisələrinin yalnız 3,8 faizinə avtomobillərin texniki nasazlığı səbəb olub. Qəzaların 37,1 faizi isə yol-küçə şəbəkəsinin vəziyyəti ilə bağlı olub.

    Deputatların fikrincə, mövcud sistem qəzaların sayının azalmasına xidmət etmir, yalnız sürücülərin xərclərini artırır.

  • İran toyuq əti ixracını qadağan etdi

    İran toyuq əti ixracını 2 ay müddətinə qadağan edib.

    Median.az Trend-ə istinadən bildirir ki, bu barədə Bazarın Tənzimlənməsi üzrə Komitənin iclasında qərar verilib.

    İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani məhsullara ciddi şəkildə nəzarət edildiyini vurğulayıb.

    Qeyd edək ki, İranda daxili bazarda toyuq ətinə tələbatı ödəmək üçün mütəmadi olaraq ixraca müvəqqəti qadağa tətbiq edilir.

  • Bu telefon istifadəçilərinə BƏD XƏBƏR

    ABŞ-ın “Apple” texnologiya şirkəti cihazlarındakı daha bir çatışmazlığı ilə gündəmə gəlib.

    Median.az xəbər verir ki, “Apple”ın görüntülü zəng xüsusiyyəti olan “Face Time” sistemindəki xəta səbəbilə istifadəçilərin xəbəri olmadan danışıqların dinlənilməsi mümkündür.

    “Texnobloq”un xəbərinə görə, iOS 12.1 sistemi ilə çalışan “iPad” və ya “iPhone” cihazlara vasitəsilə “Face Time” vasitəsilə zəng gəldikdə həmin şəxs zəngə cavab verməsə belə, onun səsi eşidilə bilir. Belə ki, bir nəfər “Face Time” vasitəsilə ilə zəng edilərkən öz telefon nömrəsini görüşməyə əlavə edəndə “Face Time” bunun aktiv bir konfrans görüşü olduğunu düşünür və zəng edilən həmin şəxsin səsi eşidilir.

    “The Verge” saytının infromasiyasına görə, şirkət bu durumdan xəbərdardır. Bu həftə ərzində təklif ediləcək yeniliklə problem həll ediləcək. İstifadəçiləri bu xətadan uzaq tutacaq yeganə yol isə hələlik “Face Time” proqramını deaktiv etməkdir.

  • Toyuq yumurtasından xərçəng əleyhinə dərman hazırlanacaq

    Şotlandiyalı alimlər insan zülalı olan yumurtalar yumurtlayacaq yeni genetik modifikasiya olunmuş toyuq növü yaradıblar.

    Median.Az EurekAlert-ə istinadən xəbər verir ki, tədqiqatçılar insan orqanizmində zülal istehsal edən gen aşkar ediblər.

    Onun elementlərini cücələrin DNT-sinə implantasiya ediblər. Beləliklə, artıq cücələr böyüdükdən sonra tərkibində lazımi zülal olan yumurtalar yumurtlayacaqlar.

    Artıq tərkibində insan proteini olan yumurtaların ilk partiyası əldə edilib. Bu cür zülallar virus əleyhinə və xərçəng əlieyhinə xüsusiyyətlərə malikdirlər, həmçinin, zədələnmiş toxumaların bərpa olunmasına da xidmət edirlər.

    Dərmanların yumurtalardan hazırlanması onların laboratoriyada sintez edilməsindən təqribən 100 dəfə ucuz başa gələcək. Beləliklə, virus əleyhinə və xərçəng əleyhinə olan yeni dərmanlar kifayət qədər ucuz ola bilər.