Category: Dünya

  • İranda havanın çirkliliyi təhlükəli həddə çatıb

    İranın Ərak şəhərində havanın çirkliliyi həssas insanlar üçün təhlükəlidir.

    Median.az Trend-ə istinadən bildirir ki, bunu İranın Mərkəzi vilayəti Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin direktoru Rza Mirzayi deyib.

    Mirzayinin sözlərinə görə, hava keyfiyyətinin göstəricisi bu gün 41 mikroqram/kubmetrə çatıb. Bu da havanın təhlükəli olduğunu göstərir.

    İranın Kirmanşah vilayəti Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin direktor müavini Azər Vəlizadə vilayətin 4 şəhərində – Qəsre-Şirin, Kirmanşah, Pavə və Kəngavər şəhərlərində hava çirkliliyinin xəbərdarlıq səviyyəsində olduğunu deyib.

    Vəlizadə əlavə edib ki, hava çirkliliyi Qəsre-Şirində 239 mikroqram/kubmetr, Kirmanşahda 331 mikroqram/kubmetr, Pavədə 238 mikroqram/kubmetr və Kəngavərdə 197 mikroqram/kubmetrdir.

  • Avropada yoxa çıxan 5 minə yaxın qaçqının taleyi necə olub? – Miqrantlarla bağlı dəhşətli faktlar

    İnsanlar dünyanın müxtəlif yerlərindən müharibədən, aclıqdan, işsizlikdən qaçdıqca qlobal miqrasiya rekord səviyyəyə çatır. 2017-ci ildə dünyada 258 milyon beynəlxalq miqrant olub. BMT bunun əsrin əvvəlindən 49 faiz çox olduğunu bildirir.

    Amma bu kütləvi miqrasiyanın itkiləri də az deyil. On minlərlə adam səyahət zamanı ya həlak olurlar, ya da yoxa çıxırlar. Çoxları dənizdə batır, bəziləri səhralarda ölür, ya da insan qaçaqçılarının əlinə keçir. Dünyanın müxtəlif yerlərində isə məzarlıqlarda dəfn olunan kimsəsizlərin sayı az deyil.

    “Associated Press” agentliyi 2014-cü ildən bəri azı 56 min 800 miqrantın ya öldüyünü, ya da itkin düşdüyünü hesablayıb. BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı indiyədək bir dəfə belə hesablama aparıb, oktyabrın 1-dək 28 min 500-dən çox miqrantın öldüyünü, yaxud itkin düşdüyünü üzə çıxarıb. AP-nin hesablaması isə bundan 2 dəfə çoxdur.

    Agentlik digər beynəlxalq qrupların informasiyasını toplayıb, ekspertiza, itkinlər, ölənlərlə bağlı sənədlərini istəyib, miqrantlarla minlərlə müsahibə aparıb.

    “AP-nin hesabladığı da azdır. Miqrantların cəsədləri səhra qumluqlarında, dənizin dibində qalır. Ailələr də çox vaxt yaxınlarının itkin düşməsi barədə məlumat vermirlər, çünki onların elədiyi qanunsuzdur, ya da evdən gedəndə konkret haraya yol aldıqlarını söyləməyiblər”, – agentlik yazır.

    Agentlik Avropada olan, ya da bu qitəyə üz tutmuş 4 min 900-dək adamın yoxa çıxdığını aşkarlayıb. Onların içində 2 min 700 uşaq var, ailələri Qırmızı Xaça məlumat veriblər.

    Hazırda həm Avropada, həm də Birləşmiş Ştatlarda siyasi cərəyan miqrantlara qarşı yönəlir. ABŞ hökuməti Mərkəzi Amerikadan gələn miqrant karvanını qarşılamağa hərbçilər göndərir. Agentlik miqrantlarla bağlı layihələrə ayrılan pulun da azaldığını yazır.

    “Məsələn, 2015-ci ilin aprelində İtaliya sahillərində gəmi qəzasında 800-dən çox adam həlak oldu. Bu, Avropanın miqrantlarla bağlı ən ağır dəniz faciəsi idi. O zaman İtaliya müstəntiqləri onların kimliyini müəyyənləşdirib ailələrinə təhvil verəcəkləridni dedilər. Hadisədən üç ildən çox keçir, amma yeni populist hökumət bu işə ayrılan maliyyəni kəsir”, – agentlik yazır.

  • Gürcüstanda 716 nəfər qızılcaya yoluxub

    Bu ilin yanvar ayında Gürcüstanda qızılca xəstliynə 716 yoluxma halı qeydə alınıb.

    Median.az “Report”a istinadən bildirir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

    O bildirib ki, xəstəliyə yoluxma halları ən çox Tbilisi şəhəri, Kaxeti, Sameqrelo və İmereti bölgələrində yayılıb:

    “Qızılcaya yoluxanların 52 faizini 20-40 yaşarası insanlar təşkil edir. Xəstəliyin yayılma dinamikası artır və yoluxmanın qarşısını almaq üçün yeganə vasitə peyvənd olunmaqdır”.

    Qonşu ölkədə 0-19 yaşarası insanlar üçün qızılcaya qarşı peyvənd məcburidir. Epidemiyanın qarşısını almaq məqsədilə hökumətin qərarı əsasında peyvənd bütün vətəndaşlar üçün ödənişsiz həyata keçirilir.

  • Facebook haqqında ŞOK İDDİA: Mark Zukerberqin tələbə yoldaşı onu ifşa etdi

    “Facebook”un saxta hesablar problemini yanlış dəyərləndirdiyi və istifadəçilərinin 50%-nin gerçək olmadığı iddia edilir.

    Median.az xəbər verir ki, iddianın sahibi isə “Facebook”un qurucusu Mark Zukerbergin Harvard Üniversitetindən tələbə yoldaşı Aaron Qrenspandır (Aaron Greenspan).

    Müstəqil araşdırmaçılardan ibarət “PlainSite” adlı bir qrup 70 səhifəlik parort yayımlayaraq “Facebook´un qurucusu
    Mark Zukerbergin şirkətin yatırımçılarını aldatdığını bildirib.

    Aaron Qrenspanın liderlik etdiyi qrupun raportunda bildirilir ki, “Facebook” saxta hesablar problemi haqqında yatırımçılara əvvəldən bəri yalan söyləyir və bu səbəbdən də “Facebook” bir çox statistik rəqəmləri açıqlamağı dayandırıb. Çünki bu statistikalar bir-birlərinə
    zid gəlir və hətta uydurmadır.

    Qrupun açıqlamasında, “şirkət öz yaratdığına nəzarəti itirdi” ifadəsi işlədilir.

    Araşdırmaya görə gerçekmiş kimi hərəkət edən avtomatik saxta hesablar “Facebook”a reklam verənlərin boşuna pul xərcləməsinə
    səbəb olur.

    Bu avtomatik saxta hesablardan eyni zamanda yalan xəbər kampanyaları təşkil etmək və ya seçkilər kimi önəmli hadisələrdə istifadəçiləri yönləndirmək üçün istifadə edilir.//Baku.ws

  • Əfqanıstanda stadionda TERROR – Çox sayda ölü və yaralı var

    Əfqanıstanda bomba partlayışı nəticədə 5 nəfər ölüb.

    Median.az xəbər verir ki, hadisə Əfqanıstanın Baqlan vilayətinin Tala-Barfak rayonunda voleybol oyunu zamanı baş verib.

    Rayon rəhbəri Əbdül Əhməd bildirib ki, voleybol oyunundan əvvəl stadiona partlayıcı maddə yerləşdirilib və partlayış yarış başlayanda törədilib.

    Partlayış zamanı 20 nəfər də yaralanıb.

    Qeyd edilir ki, Barfak rayonu Talibanın nəzarətindədir.

    Partlayışı heç bir terror təşkilatı öz üzərinə götürməyib.

  • Məşhur musiqiçinin milyonluq evi yandı – FOTO

    Britaniyanın məşhur musiqiçilərindən Ed Şiranın 1,5 milyon funt sterlinq (təxminən, 1,98 milyon dollar) dəyərindəki əmlakında yanğın hadisəsi baş verib.


    Median.az xarici mətbuata istinadən xəbər verir ki, musiqiçi bu xəbərdən şoka düşüb.

    Hadisə yerinə üç yanğınsöndürən maşını və xilasetmə qüvvələri cəlb olunub. 90 dəqiqə ərzində alov söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb.

  • Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 20-yə çatdı

    Gürcüstanın Zuqdidi şəhərində “donuz qripi” adlandırılan A (H1N1) virusundan bir nəfər ölüb.

    Median.az xəbər verir ki, həmin şəxs qrip simptomları ilə xəstəxanaya yerləşdirilib və ötən gün dünyasını dəyişib.

    Bununla da qonşu ölkədə “donuz qripi”ndən ölənlərin sayı 20 nəfərə çatıb.

    Hazırda Zuqdidi xəstəxanasında 19 pasiyent qripdən müalicə olunur. Onlardan 6-sı uşaqdır.//Report

  • Qasırğa Antalya aeroportunda avtobusları aşırdı – 12 yaralı (Video)

    Antalyada bir neçə gündür davam edən güclü qasırğanın fəsadlarına dair yeni görüntülər yayılıb.

    Qasırğa hava limanında iki avtobusu və iki mikroavtobusu aşırıb, 2 təyyarə və 1 bir polis heikopterinə ziyan dəyib. Hadisə zamanı 12 nəfərin yaralandığı açıqlanıb.

    Ankara valisi aeroportun nəqliyyata qapalı elan edildiyini bildirib. Eyni zamanda, vətəndaşlara vacib olmadığı təqdirdə çölə çıxmamağı tövsiyə edib.

  • “Facebook”, “Instagram” və “Whatsapp” birləşir

    “Facebook” şirkətinin rəhbəri Mark Zukerberq “Facebook Messenger” , “WhatsApp” və “Istagram Messenger” proqramları arasında qarşılıqlı əlaqə yaratmaq niyyətindədir.

    Bu haqda “BBC Russian” məlumat yayıb.

    “Facebook”, “Instagram” və “WhatsApp” müstəqil proqram olaraq qalacaq, lakin inteqrasiya planı uğurlu şəkildə həyata keçsə hər üç tətbiqin istifadəçiləri bir-birilə ünsiyyət qura biləcək.

    Məsələn, “Facebook Messenger”dən “WhatsApp”a ismarıc göndərmək mümkün olacaq (göndərən istifadəçi “WhatsApp” istifadəçisi olmasa belə).

  • Moskvaya güclü çovğun yaxınlaşır: 100 dən çox reys təxirə salındı

    Rusiyanın “Aeroflot” şirkəti 26-27 yanvar tarixlərinə planlaşdırılan 131 hava reysini təxirə salıb.

    Median.az xəbər verir ki, bu haqda şirkətin saytına məlumat dərc olunub.

    Şeremetyevo aeroportunda onlarla hava reysinin vaxtı dəyişdirilib. Əksər hava reysləri bir neçə saat müddətinə ertələnib.

    Hava reyslərinin təxirə salınmasına və ertələnməsinə səbəb, meteoroloqların güclü qar çovğunu proqnozlaşdırmasıdır.

    Onların hesablamalarına görə, Rusiya paytaxtına təkcə iki gün ərzində yarım aylıq yağıntı normasının düşəcəyi gözlənilir.