Category: Dünya

  • Leninin iki portreti hərracda 140 min funt-sterlinqə satılıb

    Amerikalı rəssam Endi Uorholun Vladimir İliç Leninin 1987-ci ildə çəkdiyi iki portreti Londonun “Phillips” hərracında müvafiq olaraq 81 və 60 min funt-sterlinqə satılıb.

    Median.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat satış evinin saytında yerləşdirilib. “Qırmızı Lenin” və “Lenin” adlı rəsm əsərləri ilkin qiymətləndirilən məbləğdən xeyli baha satılıb. Leninin hər iki portretini rəssam ölümündən bir qədər əvvəl çəkib.

    Sovet dövlətinin banisinin portretlərindən əlavə, Uorholun “Bethoven” (1987) və “Səbəbsiz üsyankar” (1985) rəsm əsərləri də öz alıcısını tapıb.

    Satış evində, həmçinin Pablo Pikasso, Anri Mattiss, Demien Hörst və Benksinin əsərləri də nümayiş edilib. Hərracda satılan ən bahalı lot isə yaponiyalı rəssam Yayoi Kusamanın 10 rəngli applikasiyasından ibarət dəsti olub. Alıcı ona 200 min funt-sterlinq ödəyib.

  • Zukerberq “WhatsApp”, “Instagram” və “Facebook Messenger”i birləşdirməyi düşünür

    “Facebook” şirkətinin rəhbəri Mark Zukerberq şirkətə məxsus “Facebook Messenger”, “WhatsApp” və “Instagram” sosial şəbəkələrini birləşdirməyi planlaşdırır.

    Median.az Trend-ə istinadən bildirir ki, onun belə planları barədə məlumatlı şəxslər bildirib.

    Mənbə bu prosesin ilkin mərhələdə olduğunu və 2019-cu ilin sonu və ya 2020-ci ilin əvəlləri üçün yekunlaşcağını bildirib.

    Bildirilir ki, bu addım Zukerberqə “Facebook” ətrafında baş verən qalmqallar fonunda şirkət üzərində nəzarəti gücləndirməyə imkan verəcək.

  • Rusiyada pişik evi yandırdı

    Rusiyanın Krasnodar şəhərində pişik yanğına səbəb olub.

    Median.az xəbər verir ki, Zipovskaya küçəsində yerləşən hündür mərtəbəli binada gecə saatlarında yanğın baş verib. Hadisə yerinə gələn yanğın söndürənlər yanğın başlayan evdə yaralı pişik tapıblar. Dərhal müalicəsinə başlanılan pişiyin vəziyyətinin normal olduğu və sahibinə qaytarılacağı bildirilib.

    Yanğınsöndürənlərin ilkin tədqiqatına görə hadisə evdəki tək canlı tərəfindən törədilib. Adətən qızdırıcının yanında yatan pişik düyməyə basıb. Daha sonra qızdırıcı işə düşüb, üzərindəki təmizlik bezlərini alışdırıb və yanğın bütün evə yayılıb.

    Hadisə pişik tərəfindən törədildiyi üçün istintaq prosesinə start verilməyib.

  • “Bozun əlli çaları” müəllifinin yeni romanı çıxacaq

    Dünya ədəbiyyatının bestsellerlərindən sayılan “Bozun əlli çaları” kitabının müəllifi, britaniyalı yazıçı Erika Leonard Ceyms aprel ayında “Mister” adlı yeni erotik romanını nəşr etdirəcək.

    Median.Az xəbər verir ki, bu barədə “Penguin” nəşri məlumat yayıb.

    Yeni roman Londona təzə gəlmiş sirli qadına bir könüldən min könülə aşiq olan gənc ingilis zadəgandan bəhs edir. Yazıçının sözlərinə görə, kitabın süjet xətti bir növ “Zoluşkanın” XXI əsr variantıdır.

    Kitab ABŞ və Böyük Britaniyada aprelin 16-da işıq üzü görəcək.

  • Malayziya kralı uğrunda taxtdan imtina etdiyi “Miss Moskva” ilə boşanmır

    “Miss Moskva-2015” tituluna sahib Oksana Voyevodinanın mətbuat katibi onun uğrunda taxtdan imtina etmiş Malayziya kralı ilə boşanmaları haqqında KİV-də yayılan məlumatı təkzib edib.

    Median.Az xəbər verir ki, bu barədə “Moskva” agentliyi məlumat yayıb.

    Mariya Şaxovanın bildirdiyinə görə, 25 yaşlı rus gözəlin 49 yaşlı Tuanku V Sultan Məhəmmədlə boşanması xəbəri heç kim tərəfindən yoxlanılmayıb.

    “Hamı “Telegram” kanalına istinad edir və orada bu boşanma xəbəri “belə deyirlər” kimi təqdim olunub. Kim deyir, harada deyir? Bəlkə, bu haqda divarlarda yazıblar?”, – deyə o bildirib.

    Xatırladaq ki, dəbdəbəli toy mərasimi noyabrın 22-də Rusiyanın paytaxtında “Barvixa” zalında baş tutub. Mərasim rus adətləri ilə keçirilib, lakin spirtli içki verilməyib, gəlin isə toyun gedişində gəlinlik paltarını hicabla əvəz edib. Bəzi məlumatlara görə, o, həm də İslamı qəbul edib və müsəlman adı olan Rihana adını götürüb.

    Kral və qalmaqallı realiti-şouda iştirakı ilə də tanınmış gözəllik yarışmasının qalibi il yarım əvvəl Avropada saat sərgisində tanış olublar və O.Voyevodina sərgidə stend yanında məhsul reklam edirmiş.

  • ABŞ Venesueladakı diplomatlarını geri çağırdı

    ABŞ dövlət departamenti Venesuelada olan diplomatların bir hissəsini geri çağırıb.

    Median.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

    Həmçinin, Amerika hökumətinin Venesueladakı vətəndaşlarına təcili xidmətlərin göstərilməsini məhdudlaşdırmalı olduğu deyilir.

    Xatırladaq ki, yanvarın 23-də Venesuelanın hazırkı başçısı Nikolas Maduro ABŞ-la diplomatik əlaqələri kəsdiyini elan edib.

    O, Vaşinqtonu ölkədə dövlət çevrilişinə cəhddə ittiham edib. Maduro ölkənin ABŞ-dakı səfirlik və konsulluğunun bağlandığını elan edib.

  • Ukraynada azərbaycanlı qarətçilər kameraya düşdülər – FOTO/VİDEO

    Ukraynanın Xarkov şəhərində polis zərgərlik mağazasına hücumda şübhəli bilinən altı nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

    Median.Az tsn.ua portalına istinadən xəbər verir ki, bununla bağlı Ukrayna polis rəisinin birinci müavini Vyaçeslav Abroskin məlumat verib.

    Onun sözlərinə görə, hadisə yanvarın 19-da Denropetrovsk vilayətində baş verib. Azərbaycanlılar mağazaya daxil olaraq, oranı qarət edib.

    Saxlanılma zamanı onların üzərindən 1,5 kiloqram qızıl-zinət əşyaları və odlu silah götürülüb.


  • Suriyada terrorçuların qərargahının yerləşdiyi məscidə aviazərbə endirildi

    ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada terrorçuların qərargahını məhv edib.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, İŞİD terror qruplaşmasının qərargahının yerləşdiyi məscidə endirilən aviazərbə nəticəsində bir neçə terrorçu öldürülüb.

    Koalisiyanın yaydığı məlumatda bildirilir ki, terrorçular silahlı münaqişələr zamanı mütamadi olaraq xüsusi statusa malik bina və tikililərdən istifadə edirlər. Onlar adətən məscid və xəstəxanalarda gizlənirlər.

  • Ermənilərlə dağıstanlılar arasında kütləvi dava – VİDEO

    Mash Telegram-kanalı Çexov şəhərində ermənilər və dağıstanlılar arasında kütləvi davanın videosunu yayıb.

    Çexov şəhəri ermənilər və dağıstanlıların yer aldığı iki qruplaşmanın təsir dairəsindədir.

    Bildirilir ki, bu yaxınlarda ermənilər nüfuzlarını möhkəmləndirmək yolunu dağıstanlıların qruplaşmasına “müharibə” elan etməkdə görüblər. Bu üzdən onlar dağıstanlılarla münasibətlərə aydınlıq gətirmək üçün “Ray” kafesinə yollanıblar. Bu, kütləvi dava ilə nəticələnib.

    Mash Telegram-kanalı bildirir ki, polis davada iştirak edənlərin hamısını tutub. İddia olunur ki, ermənilər polis zabitlərinə rüşvət verdikdən sonra cinayət işi üzrə maddi sübutlar yoxa çıxıb, habelə iki erməninin adı cinayət işinin fiqurantları siyahısından silinib.

    Faktla bağlı araşdırma aparılır.

  • Salanın axtarışları dayandırıldı

    “Kardiff Siti”də forma geyinən Emilyano Salanın olduğu və La-Manş boğazında yoxa çıxan təyyarənin axtarışları dayandırılıb.

    Median.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, nə pilota, nə də sərnişinlərə aid izə rast gəlinib. Axtarışlar 3 gündür Fransa və Böyük Britaniyanın ərazilərində aparılırdı.