Category: Dünya

  • Ərini öldürdü, parçalara ayırdı, sonra… – Qadından TÜKÜRPƏDƏN CİNAYƏT

    Türkiyənin Hatay şəhərində qan donduracaq dəhşətli hadisə baş verib.

    Median.az yerli mediaya istinadən xəbər verir ki, 35 yaşlı Havva Z. 40 yaşlı həyat yoldaşı Mikail Z.-ni bıçaqlayaraq öldürüb, daha sonra onu parçalayıb.

    Qadın ərinin meyitini 4 hissəyə parçalayıb, sonra onları palaza bükərək həyətdə basdırıb. Hadisə barədə qonşuları polisə məlumat verib. Belə ki, qonşular əvvəl evdən dava səsləri eşidib. Daha sonra qadının binanın həyətində nə isə basdırmasından şübhələnib polisə məlumat veriblər. Qadın polisə ifadəsində ərini öldürüb, parçalara ayırıb həyətdə basdırdığını etiraf edib.

  • Xilasedicilər itkin düşən futbolçunun axtarışlarını bərpa etdilər

    Xilasedicilər İngiltərənin “Kardiff Siti” klubunun yeni futbolçusu Emiliano Salanın da yer aldığı təyyarənin axtarışlarına davam etməyə qərar veriblər.

    Onlar bəzi qalıqlar tapıb, lakin bunun oyunçunun yer aldığı təyyarəyə aid olub-olmadığını müəyyənləşdirməyiblər. Xilasedicilər bu gün sahil axtarışlarına yönəldiləcəklər.

    Qeyd edək ki, Fransanın “Nant” klubundan “Kardiff Siti”yə keçən Emiliano Sala yanvarın 22-də komanda yoldaşları ilə sağollaşaraq xüsusi təyyarə ilə Uelsə yola düşüb. Ancaq təyyarə ünvana çatmasına 1,5 saat qalmış radardan itib.

  • Yanukoviç 13 il azadlıqdan məhrum edilib – Video

    Kiyev məhkəməsi Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçi qiyabi olaraq 13 il azadlıqdan məhrum edib.

    Median.az Rusiya mediasına istinadən xəbər verir ki, siyasətçi dövlət çevrilişində və təcavüzkar müharibə aparmaqda ittiham olunur. Məhkəmə Yanukoviçin əmlakına da həbs qoyub.

    Xatırladaq ki, Yanukoviçə qarşı istintaq 2017-ci ilin iyunundan başlayıb. Ona qarşı cinayət işi hazırkı hökumət tərəfindən açılıb.

  • Türkiyənin bir neçə şəhərində zəlzələ oldu

    Aralıq dənizi sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.

    Median.az Türkiyə mediasına istinadən xəbər verir ki, episentri Muğlada olan təkanlar İzmir, Marmara, Aydın, Muğla şəhərlərində hiss edilib.

    Kandilli rəsədxanası isə zəlzələ episentrinin Yunanıstanın Dodekanes adasında yerləşdiyini bildirib.

  • Dövlət Dumasının rəhbəri “Google” şirkətini təhdid etdi

    Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin tövsiyə edib ki, “Google” şirkətinin nümayəndəsi parlamentə dəvət edilsin.

    Median.az virtualaz.org-a istinadən xəbər verir ki, buna səbəb kimi “Google” internet-axtarış sisteminin xəritələrində Krım yarımadasının Rusiya ərazisi kimi qeyd olunmaması göstərilib. Volodinin fikrincə, bununla “Google” Rusiya Konstitusiyasını pozur.

    “Google” şirkəti öz xəritələrində Krımı başqa dövlətin ərazisi kimi göstərir, bu gün isə bu, Rusiyanın ərazisidir. Bu, bizim Konstitusiyamızın pozulmasıdır, qanunlarımızın pozulmasıdır. Buna görə də, düzgün olardı ki, təhlükəsizlik komitəsi “Google” şirkətinin nümayəndəsini dəvət etsin və mövqeyimizi ona çatdırsın. Sonra isə qərar qəbul edilsin”, – Volodin deyib.

  • Qardaş ölkədə böyük faciə: Qasırğa Antalyanı vurdu, ölən və yaralananlar var – VİDEO – FOTO

    Türkiyənin Antalya vilayətində qasırğa olub.

    Median.az xəbər verir ki, təbii fəlakət nəticəsində 13 yaşlı qız ölüb, 14 nəfər isə xəsarət alıb.

    Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

    Qasırğanın vurduğu ziyan müəyyən edilir.

  • Dünyanın borcu 2 dəfə artdı – 66 trilyon

    2018-ci ilin sonunda dünyanın ümumi borcu 66 trilyon dollara çatıb.

    Median.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Fiç” beynəlxalq reytinq agentliyi yayıb. Məlumata görə, dünyanın borcu qlobal ümumdaxili məhsulun 80%-nə çatıb. Beləliklə, dünyanın borcu 2007-ci ilin göstəriciləri ilə müqayisədə 2 dəfə artıb.

    “Fiç” hazırda dünyanın ən çox dövlət borcu olan ölkələrin ABŞ (21 trilyon dollar), Yaponiya (12 trilyon) və Çin (6 trilyon) olduğunu vurğulayıb. Agentlik 2012-ci ildən bu yana inkişaf etmiş ölkələrin borcluluq səviyyəsinin stabil vəziyyətdə qaldığı və təxminən 50 trilyon dollar təşkil etdiyini bildirib. İnkişafda olan ölkələrin borcu isə bu dövr ərzində 10 trilyon dollardan 15 trilyon dollara qədər yüksəldiyi açıqlanıb.

  • Adnan Oktarın həbsxanadan görüntüsü yayıldı – FOTO

    Türkiyənin İstanbul şəhərindəki həbsxanalardan birində saxlanılan Adnan Oktarın görüntüləri yayılıb.

    Median.Az “Sabah” qəzetinə istinadən xəbər verir ki, fotolarda beş aydır həbsxanada saxlanılan Oktarın saçlarının ağardığı və arıqladığı görünür.

    Xatırladaq ki, Adnan Oktar 235 müridi ilə birlikdə ötən il iyulun 11-də saxlanılıb.

    Onun yaşadığı evdən çoxlu sayda silah-sursat aşkar edilib.

    Oktar “cinayət törətmək məqsədilə təşkilat qurma”, “azyaşlıya cinsi təcavüz”, “şantaj”, “var-dövlətini ölkə sərhədlərindən xaricə çıxarma”, “zorakılıq və təhdid” maddələri ilə ittiham edilib.


  • Çinli milyarder bəşəriyyətin ən ağır “xəstəliyindən” danışdı

    “Alibaba” onlar alış-veriş saytının təsisçisi, çinli milyarder Cek Ma İsveçrədə Davos İqtisadi Forumunda çıxış edib. Ma xərçəng şişindən daha qorxulu, müalicəsi olmayan xəstəlikdən söz açıb.

    Çinli milyarder şirkətdəki işçilərin hansı keyfiyyətlərinə üstünlük verməsi ilə bağlı aparıcının verdiyi sualı cavablandırıb.

    “Mən özümdən ağıllı insanları işə götürürəm. Elə insanlar ki, dörd-beş ilə mənim rəhbərim ola bilərlər. Əgər siz axmaqsınızsa, bu xərçəng xəstəliyindəndə pisdir. Xərçəngi müalicə etmək olur. Amma siz axmaqsınızsa, sizi müalicə etmək mümkün olmayacaq”, – deyə Cek Ma bildirib.

    “Alibaba” rəhbəri işəgötürmə zamanı insanların şəxsiyyətinə böyük önəm verdiyini və heç zaman təslim olmayan, düşdüyü çətin şəraitdən gileylənməyən nikbin xasiyyətli insanlara üstünlük verdiyini diqqətə çatdırıb.

  • Lüksemburq dünyada ictimai nəqliyyatdan istifadənin pulsuz olduğu ilk ölkə olacaq

    Gələn il martın 1-dən etibarən Avropa İttifaqının ikinci ən kiçik ölkəsi Lüksemburqda ictimai nəqliyyatın bütün növlərindən istifadə pulsuz olacaq. Avtobus, tramvay və qatardan istifadə edən hər bir sərnişinin bilet əvəzinə şəxsiyyətini təsdiqləyən sənədi göstərməsi kifayət edəcəkdir.

    Median.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı bu ölkənin infrastruktur naziri Fransua Bauş təsdiqləyib. Onun sözlərinə görə, bu addımla da dünyada ilk ölkə olaraq Lüksemburqda ictimai nəqliyyat pulsuz olacaq. İnsanları ictimai nəqliyyatdan istifadəyə həvəsləndirməyə xidmət edən bu addım dövlətə hər il 41 milyon avroya başa gələcək. Nazir həmçinin vurğulayıb ki, bu tədbirlər sayəsində nəqliyyat müəssisələrində iş yerləri ixtisar edilməyəcək və heç bir kadr azaldılması baş verməyəcək.

    Bununla belə qatarlarda 1-ci sinif vaqonlarda səfər etmək istəyən sərnişinlər əvvəlki qaydada bilet almalı olacaqlar.

    Lüksemburq 2023-cü ilədək dəmir yolu infrastrukturunun inkişafına 2,2 milyard avro sərmayə yatıracaq və ölkədəki bütün avtobuslar 2030-cu ilədək elektrik mühərrikli avtobuslarla əvəz ediləcək.