Category: Dünya

  • Xocalı cəlladına Gürcüstanda abidə qoyuldu – FOTO

    20 Yanvar tarixində Axalkalaki rayonunun Buqaşen kəndində Dağlıq Qarabağ müharibəsində iştirak etmiş Mixeil Avaqyanın abidəsi ucaldılıb.

    Median.az “24News.ge” istinadən xəbər verir ki, ucaldılan abidənin açılış mərasimində Axalkalaki Bələdiyyə başçısı Yurik Hunanyan, millət vəkilləri Enzel Mikonyan və Samvel Manukyan, Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Ruben Sadoyan, eləcə də Buqaşen və qonşu kəndinlərin sakinləri iştitak edib.

    Qarabağ müharibəsində vəfat edən Mixail Avaqyanın abidəsini və onun ətrafında salınan oyun meydançasını xeyriyyəçi Qaqika Avaqyanın maddi dəstəyi ilə ərsəyə gətirilib.

    Abidənin açılışını Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan və xeyriyyəçi Gagik Avaqyan birlikdə edib.

    Mərasimdə Mixeil Avaqyanın qızı, oğlu və nəvəsi iştirak ediblər.

    Tədbir daha sonra şeir, müsiqi və rəqs nömrələri ilə davam edib.

    Qeyd edək ki, Mixail Avaqyan Axalkalakinin Buqaşen kəndində doğulub, məktəbi bitirdikdən sonra Ermənistanın Razdan şəhərində texnikomu bitirib. Hərbi xidmətini başa vurduqdan sonra Sverdlovsk Daxili İşlər Nazirliyinin peşə məktəbinə daxil olub. Abxaziya Daxili işlər orqanlarında işləyib. Ermənistanın Sarnaxbyur kəndinə köçüb və orada ailə qurub.

    Qarabağ müharibəsi başlayan zaman Mixeil Avaqyan, Horadiz, Xocalı, Hadrut və Fizuli istiqamətlərində döyüşlərdə iştirak edib. Kobra ləqəbli ilə tanınıb. O, Azərbaycan dilinə yaxından bələd lub. Horadiz körpüsü uğurunda mübarizədə snayper tərəfindən yaralanmış, xəstəxanaya aparılarkən yolda həyatını itirib.

  • Avropa İttifaqında ən az borcu olan ölkə

    Estoniyanın dövlət borcu ölkənin ümumdaxili məhsulunun 8 faizi həcmindədir.

    Median.az AZƏRTAC-a istinadən bildirir ki, 2018-ci ilin 3-cü rübünün nəticələrinə görə, Estoniyanın dövlət borcu daha 0,3 faiz azalıb. Hazırda Estoniya dövlət borcunun azlığına görə Avropa İttifaqına daxil olan 28 ölkə sırasında liderdir.

    Avropa ittifaqında ən çox borcu olan ölkə Yunanıstandır. Bu ölkənin dövlət borcu ÜDM-nin 182,2 faizinə bərabərdir. Portuqaliyada bu rəqəm 125, Belçikada isə 105,4 faizdir.

  • Ağdərədə erməni sakin çaqqal əvəzinə oğlunu güllələdi

    Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində silahlı insident baş verib.

    Median.az azvision.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 22-də Ağdərə rayonu ərazisində qeydə alınıb.

    Məlumata görə, 37 yaşlı erməni sakin “MK Sayqa” ov tüfəngi ilə çaqqal əvəzinə təsadüfən 11 yaşlı oğlunu güllələyib. Açılan atəş nəticəsində oğlan baş nahiyəsindən ağır güllə yarası alıb. Silah polis tərəfindən müsadirə olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Məşhur aktrisa vəfat etdi

    Türk kinosunun məşhur aktrisası Ayşen Qruda vəfat edib.

    Median.az xəbər verir ki, məşhur sənətçi müalicə olundğu Kağıthane Derindere xəstəxanasında dünyasını dəyişib.

    Ayşen Qruda 1945-ci ilin 30 noyabr tarixində İstanbulun Yeşilköy səmtində anadan olub. O, Osmanlı imperiyası dövründə qərargah kimi istifadə edilən bir mülkdə, Erman ailəsinin ortancıl qızı kimi dünyaya gəlib. Atası maşinist olub. Uşaq yaşlarından istedadı ailəsi tərəfindən kəşf edilib. Orta məktəbdə oxuyanda atasını itirir və məktəbi buraxıb işləməyə başlayıb.

    Tevfik Bilgenin qastrol teatrında peşəkar karyeraya atılıb. İlk dəfə 1962-ci ildə “Kongre Eğleniyor” adlı tamaşada xidmətçi qız rolunu oynayıb.

  • Qrip Avropanı da cənginə alır: Bolqarıstanda həyəcan – 1 həftədə 6 ölü

    Bolqarıstanda aralarında uşaqlar da olmaqla son bir həftədə qrip virusundan ölənlərin sayı 6 nəfərə çatıb.

    Median.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin 12 şəhərində qriplə bağlı həyəcan təbili çalınıb, epidemiya halı aldığı elan edilib.

    Bir çox şəhərdə, ümumilikdə 1071 məktəbdə yanvarın 27-nə kimi tədris dayandırılıb.

    Yerli həkimlər qripin çox sürətlə yayıldığına, ölkədə durumun ciddi olduğuna diqqət çəkiblər. Virus immuniteti zəif olanlara – daha çox uşaq və yaşlılara təsir edir.

  • Rusiyada təyyarəni qaçırıb Azərbaycana gətirmək istədi – FOTO + VİDEO

    Surqut-Moskva reysi ilə uçan təyyarəni qaçıran şəxs stüardessanı yanına çağıraraq, laynerin marşrutunu Azərbaycana doğru dəyişməsini istəyib.

    Bununla bağlı Rusiyanın ntv.ru saytı məlumat yayıb.

    Bildirilib ki, Pavel Şapanov daha sonra fikrini dəyişərək, istiqamətin Əfqanıstana doğru dəyişməsini tələb edib.

    Məlum olub ki, 41 yaşlı Şapanov Xantı-Mansi sakinidir, ailəli olub, daha sonra isə həyat yoldaşı onun spirtli içki qəbul etməsi və döyülmə səbəbindən ərindən boşanıb.

    Bundan sonra, o, qohumlarının evinə köçüb və meşəbəyi işləyib. O, əvvəllər başqasının əmlakını məhv etdiyi üçün məhkum olunub.

    Hadisə zamanı P.Şapanov içkili olub. Saxlanılma zamanı üzərində heç bir silah aşkarlanmayıb.

  • Dünyanı içməli su qıtlığı gözləyir

    Qlobal istiləşmənin qrunt sularına göstərdiyi təsir “saatlı bomba” effekti yaradır, yüz və ya min illər sonra misli görülməmiş fəsadlara yol aça bilər. Yaxın yüz il ərzində yeraltı suların yarısı, iqlim dəyişikliyinə görə yağıntının fərqli miqdar və intensivlikdə düşməsinə görə yeni rejimdə sirkulyasiya edəcək.

    Beynəlxalq tədqiqat qrupunun bu barədə məqaləsi “Nature” jurnalında dərc olunub.

    Yeraltı sular iki milyarda yaxın insanın içməli su mənbəyidir. Bu sular səth suları və iqlimlə sıx qarşılıqlı əlaqədə olur, atmosfer yağıntıları hesabına sirkulyasiya edir və bilavasitə iqlimə təsir edir.

    Halbuki son illərin qlobal istiləşmə proqnozları ilə bağlı nəzəri modellərində bu qarşılıqlı əlaqə nəzərə alınmırdı.

    Yeni elmi işdə beynəlxalq alim qrupu yeraltı suların hidroloji göstəricilərini təhlil edib və qrunt sularının 100 və daha çox il ərzində iqlim dəyişikliyinə hansı şəkildə təsir edəcəyini müəyyən etmək üçün xüsusi kompüter modeli yaradıb.

    Məlum olub ki, yeraltı sular uzunmüddətli hidravlik yaddaşa malikdir. Yəni səth suları və yağıntılarla əlaqəli rejimə uyğun olduqca ləng nizamlanırlar.

    Orta hesabla reaksiya (great response time) müddəti altı min ilə çatır. Quraq bölgələr nəzərə alınmasa, hidravlik yaddaş 1200 il davam edib. Bütün yeraltı suların yalnız 44 faizi 100 ildən az müddətə yeni tarazlıq vəziyyətinə çatır.

    Bu, o deməkdir ki, aşağı GRT reaksiya göstəricisi olan yeraltı sular quraqlıq zamanı daha tez tükənir, bol yağıntı düşən vaxtlarda isə əksinə, səviyyəsi artır.

    Quraq zonalarda isə GRT reaksiya göstəricisi olduqca yüksəkdir, qrunt suları qısamüddətli iqlim dəyişikliklərinə az həssasdır. Habelə uzunmüddətli quraqlıqdan sonra onların bərpasına min illər lazım gəlir. Məsələn, Böyük Səhra ətrafında olan içməli su mənbələri hazırda 10 min il əvvəl baş verən proseslərin nəticəsi ilə üzləşməkdədir.

    Alimlərin proqnozlarına görə, yaxın gələcəkdə qlobal istiləşməyə görə bəzi regionlar daha quraq olacaq.

  • Gənc bloqer telefonu itirdikdən sonra ağlayıb və intihar edib – FOTO

    İngiltərədə tələbə müəmmalı şəkildə intihar edib.

    Median.Az xəbər verir ki, bu haqda “Daily Mail” məlumat yayıb.

    Bildirilir ki, gənc oğlan klubda əylənərkən “İphone” smartfonunu itirdiyindən kədərlənib və bu üzdən çox ağlayıb. Ertəsi gün onun meyiti Salford universitetinin yataqxanasında aşkarlanıb. Jurnalistika fakultəsində təhsil alan tələbə intihar edib.

    Gəncin ailəsi bildirib ki, o, intihar etmək fikrində olmayıb. Qohumların fikrincə, o, bunu spirtli içkinin təsiri altında edib.

    Gənc oğlanın dostları isə bildiriblər ki, o, depressiya haqqında oxuyan müğənnilərə maraq göstərib və “İnstagram” səhifəsində “Artıq ölməli idim” yazısını paylaşıb.

    Qeyd edək ki, itirilən telefonu tapmaq mümkün olmayıb.


  • Rusiyada qadın “donuz qripi”ndən öldü

    Rusiyanın Novqorod vilayətindəki xəstəxanalardan birində qadın “donuz qripi”ndən ölüb. Bununla bağlı regionun baş infeksionisti Svetlana Kalaç məlumat verib.

    Median.Az “İnterfaks”a istinadən xəbər verir ki, qadın xəstəliyin səkkizinci günündə ağır vəziyyətdə xəstəxanaya müraciət edib.

    “Qadın dərhal reanimasiyaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, o ölüb”, – S.Kalaç bildirib. İlkin ehtimallara görə, ölümə səbəb AH1N1 virusu və pnevmoniya olub.

    Məlumatlara görə, vilayətdə “donuz qripi”nə yoluxma halı dörd nəfərdə – iki uşaq və iki böyükdə aşkar edilib.

  • Rusiyada silahlı şəxs sərnişin təyyarəsini ələ keçirib – YENİLƏNİB + FOTO

    Surqut-Moskva reysinin istiqamətini Əfqanıstana doğru dəyişmək istəyən sərnişin saxlanılıb.

    Median.Az xəbər verir ki, bununla bağlı “Ren” TV məlumat yayıb.

    Qeyd edilib ki, hadisəni törədən şəxs güclü spirtli içkinin təsiri altında olub.

    * * * * *

    Rusiyada silahlı şəxs tərəfindən qaçırılan təyyarə Xantı-Mansi aeroportunda təcili eniş edib.

    Median.Az “Ren” TV-yə istinadən xəbər verir ki, hadisə yerinə dərhal Xantı-Mansi Muxtar Dairəsinin qubernatorunun müavini Aleksey Zabozlayev gəlib.

    Bölgənin fövqəladə xidmətindən verilən məlumata görə, təyyarəni qaçıran şəxs 1978-ci il təvəllüdlü Pavel adlı şəxsdir.

    * * * * *

    Surqut-Moskva reysi ilə uçan təyyarə silahlı şəxs tərəfindən ələ keçirilib.

    Median.Az “Ren” TV-yə istinadən xəbər verir ki, bununla bağlı avia-dispetçer xidmətindəki mənbə məlumat verib.

    Onun sözlərinə görə, silahlı şəxs təyyarənin Əfqanıstana doğru uçmasını tələb edib.

    Bildirilib ki, həmin şəxs narkotik, oğurluq və xuliqanlıq maddələri ilə əvvəllər məhkum edilib.