Category: Dünya

  • Moskva aeroportlarında bomba həyəcanı

    Rusiyanın paytaxtı Moskvada Vnukovo hava limanında polis yoxlama aparır.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, buna aeroport ərazisində bomba qoyulması barədə anonim zəng səbəb olub.

    Qeyd olunur ki, hazırda hava limanının bütün ərazisində xüsusi itlərin vasitəsilə axtarış davam etdirilir.

    Bununla belə, aeroport rəhbərliyi təxliyənin planlaşdırılmadığını, hava limanının adi rejimdə işini davam etdirdiyini bildirib.

    Eyni zamanda, Domodedovo və Şeremetyevo hava limanlarına analoji anonim zənglərin daxil olduğu deyilir.

    Hər üç aeroportda axtarışlar davam etdirilir.

  • Avropada qar uçqunları: ölənlər var

    Avstriyanın Alp dağlarında yerləşən Lex-am-Arblerq dağ-xizək kurortu yaxınlığında baş verən qar uçqunu nəticəsində üç nəfər həyatını itirib.

    Median.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

    Qrupdan olan dördüncü şəxs itkin düşüb, əlverişsiz hava şəraiti və qar uçqunu riski ilə əlaqədar axtarışlar müvəqqəti olaraq dayandırılıb.

    Məlumata əsasən, xizəkçilər Almaniyadan olan turistlərdir.

    Fransanın Morillon dağ-xizək kurortunun iki əməkdaşı isə faciəvi şəkildə ölüb. Onlar qar uçqununa qarşı partlayıcı vasitə quraşdıran zaman partlayış baş verib.

    İnsident 1,800 metr yüksəklikdə baş verib. Adıçəkilən kurortda qar uçqununa qarşı profilaktik tədbirlər hər il dağ-xizək mövsümünün açılışı ərəfəsində həyata keçirilir.

  • Dubay restoranı müştəriləri cərimələyəcək

    Dubay restoranlarının birində qeyri-adi qaydalar tətbiq olunub.

    Median.Az Time Out Dubai nəşrinə istinadən xəbər verir ki, qablarında yemək qalan müştərilər cərimə ödəməli olacaqlar.

    Cərimənin məbləği təxminən 14 dollar olacaq.

    Bildirilir ki, bununla da restoran sahibləri qida məhsullarının israfçılığını azaltmaq və müştərilərin yemək sifarişi zamanı daha düşünülmüş yanaşma sərgiləməsinə nail olmaq istəyirlər.

  • Polşada şəhər meri bıçaqlandı – VİDEO + YENİLƏNİB

    Polşada xeyriyyə konserti zamanı bıçaqlanmış Qdansk şəhər meri Pavel Adamoviç beş saat əməliyyat olunub.

    Media.Az “RİA Novosti”yə istinadən xəbər ki, merə 41 porsiya qan köçürülüb.

    Hazırda reanimasiyada olan merin vəziyyətinin ağır olduğu bildirilir.

    Bundan əvvəl “Radio Gdansk” nəşri Adamoviçin ürək nayihəsindən bıçaqlandığını və aortasının zədələndiyini bildirmişdi.

    * * * * *

    Polşada şəhər meri naməlum şəxs tərəfindən bıçaqlanıb.

    Hadisə Qdanskda xeyriyyə konserti zamanı baş verib.

    Bildirilir ki, Qdansk meri Pavel Adamoviçin olduğu səhnəyə çıxan kişi əvvəlki hökumət dönəmində qanunsuz həbs edildiyini bəyan edib. Sonra ara qarışıb və nəticədə, Adamoviç bıçaq xəsarəti alıb.

    Qdansk meri xəstəxanaya yerləşdirilib.

    Adamoviçə hücum edən şəxs saxlanılıb.

  • İranda təyyarə qəzaya uğrayıb: ekipaj ölüb – YENİLƏNİB + FOTO/VİDEO

    İranın Kərəc şəhərində qəzəya uğrayan “Boeing 707” yük təyyarəsinin Bişkek-Kərəc reysi ilə uçduğu məlum olub.

    Median.Az Mehrnews.com-a istinadən xəbər verir ki, pilotlar təyyarəni Payam Beynəlxalq aeroportu əvəzinə, səhvən Fəth hava limanında endirməyə çalışıb.

    Qəza nəticəsində doqquz nəfərin öldüyü xəbər verilir.

    Bundan əvvəl təyyarənin göyərtəsində 10 nəfərin olduğu bildirilirdi.

    * * * * *

    Tehran yaxınlığında baş verən aviaqəza nəticəsində yük təyyarəsinin göyərtəsində olan bütün ekipaj üzvləri və sərnişinlər həyatını itirib.

    Median.Az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

    Bundan əvvəl “Boing 707” təyyarəsinin göyərtəsində 10 nəfərin olduğu bildirilirdi.

    * * * * *

    Tehran yaxınlığında “Boeing” 707 yük təyyarəsi qəzaya uğrayıb.

    Median.Az xəbər verir ki, bu haqda “Republica.İt” məlumat yayıb.

    Məlumata əsasən, göyərtəsində 10 nəfərin olduğu deyilən yük təyyarəsi Kərəc hava limanı yaxınlığında yerə çırpılıb.

    İtkilər və qəza səbəbi barədə məlumat verilmir. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım dəstələrinin göndərildiyi bildirilir.

  • Yerevanda etirazçılarla polis arasında toqquşma – Video

    Ermənistanın paytaxtı Yerevanda sabiq deputat, ehtiyatda olan general Manvel Qriqoryanın azadlığa buraxılmasına etiraz əlaməti olaraq aksiya keçirilib. 

    Nümayiş iştirakçıları Yerevan aeroportuna gedən yolları bağlayıblar.

    Şəhər polisi etirazçılara qarşı güc tətbiq edərək, yolu açmağa çalışıb. Bu zaman polislərlə etirazçılar arasında toqquşmalar baş verib.

    Xatırladaq ki, qanunsuz silah saxlamaqda və külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham edilən Qriqoryan 2018-ci il dekabrın 21-də Yerevan məhkəməsinin qərarı ilə 25 milyon dram (486 min dollar – red.) qarşılığında azadlığa buraxılıb.

  • Parisin mərkəzində güclü partlayış – VİDEO

    Parisin 9-cu rayonunda Sena çayının sağ sahilində güclü partlayış baş verib. Yerli polisin verdiyi məlumata görə, partlayış Treviz küçəsində qeydə alınıb.

    Median.Az Vesti.ru-ya istinadən xəbər verir ki, bir neçə yaralının olması haqqında məlumat verilir.

    Ən çox zərər bu küçədə yerləşən un məmulatları dükanın dəyib və orada yanğın baş verib. Hadisə yerinə yanğınsödürənlər, təcili yardım maşınları və polis gəlib.

    Partlayış Parisdə və digər böyük şəhərlərdə “sarı jiletli”lərin – qiymətlərin və vergilərin artımında narazı olan vətəndaşların etirazlarının doqquzuncu günündə baş verib.

    Bu rayonda Parisin bəzi mühüm görülməli və turistlər arasında məşhur olan “Lafayet” qalereyası, mum fiqurlar muzeyi və Kapusin bulvarında “Olimpiya” konsert zalı kimi məskənləri yerləşir.

    Polisin ilkin rəyinə görə partlayışa səbəb qaz sızması olub.

  • Azyaşlının qol sevinci sosial şəbəkələri fəth etdi – VİDEO

    Sevimli komandasına azarkeşlik edən uşağın videosu sosial şəbəkələrdə iki milyona yaxın baxış sayı toplayıb.

    Videoçarx “Sportbible” Twitter səhifəsində dərc olunub.

    Şotlandiya futbol çempionatı çərçivəsində keçirilən “Reyncers” – “Seltik” matçına tamaşa edən uşaq əvvəl əl çalaraq, komandasına dəstək olub.

    Ancaq komandasının qol vurmasından sonra ayağa qalxaraq “Qol” deyə sevincək şəkildə otaqda var-gəl etməyə başlayıb.

    Qeyd edək ki, matçda ev sahibləri minimal hesablı qələbə qazanıb.

  • Azərbaycanlı dindarların Moskvada toplaşdığı yeganə məscid bağlandı

    Rusiya Federasiyasının paytaxtı Moskvanın Otradnıy rayonunda azərbaycanlılara məxsus “İnam” cümə məscid bağlanıb və cümə namazına heç kim buraxılmır.

    Median.Az “Report”a istinadən xəbər verir ki, məscid onu azərbaycanlılara icarəyə verən tatar mənşəli Rəşid adlı sahibi tərəfindən bağlanıb.

    Hazırda məscidin qarşısında buna etiraz edən azərbaycanlı inanclılarla görüşə gəlməyən sahibi bağlamağına səbəb olaraq icarə haqqının onu qane etmədiyi ismarıcını göndərib.

    Hazırda polis məscidin ətrafını nəzarətə götürüb, hər hansı qarşıdurmanın baş verməməsi üçün keçik çəkir.

    Qeyd edək ki, “İnam” məscidi azərbaycanlı dindarların Moskvada toplaşdığı yeganə məsciddir.

  • Türkiyənin məşhur telekanalı yayımı dayandırır

    Türkiyənin “Kral” televiziya kanalı bağlanır.

    Median.Az xəbər verir ki, bu barədə telekanalın “Twitter” səhifəsində yazılıb.

    Bildirilir ki, telekanalın yayımı fevralın 1-dən dayandırılacaq.

    Bundan sonra Kral TV-ni yalnız mobil əlavələrdə, habelə Kral Müzik YouTube Kanalında izləmək mümkün olacaq.