Category: Dünya

  • Tbilisi-Batumi qatarlarında səyyar kitabxana fəaliyyət göstərir

    Yeni ildə Tbilisi-Batumi ikimərtəbəli sərnişin qatarlarında səyyar kitabxana fəaliyyətə başlayıb.

    Sərnişinlər bu kitabxanalarda klassiklərin və müasir dövrün şair və yazıçılarının əsərlərini oxuya bilərlər.

    Gürcüstan Dəmir Yollarının mətbuat xidmətinin rəhbəri Daçi Tsquriya deyib ki, məqsəd sərnişinlər üçün daha rahat, maraqlı səyahət şəraiti yaratmaqdır.

    Gələcəkdə səyyar kitabxananın digər qatarlarda və uzaq məsafələr üçün nəzərdə tutulmuş başqa nəqliyyat vasitələrində də açılması nəzərdə tutulub.

  • Moskvada körpü uçdu, xəsarət alanlar var – VİDEO

    Moskvada körpü uçub.

    Median.Az TASS-a istinadən xəbər verir ki, hadisə Qorki Parkında baş verib.

    Bildirilir ki, buz meydançasının üzərində olan taxta körpünün uçması nəticəsində körpüdə olan insanlar meydançada olanların üstünə düşüblər.

    Nəticədə 13 nəfər xəsarət alıb.

  • Ukrayna Rusiya vətəndaşları ilə bağlı qərar verdi

    Ukrayna Rusiya vətəndaşı olan kişilərin ölkə ərazisinə girişinə qoyulan qadağanı ləğv edib.

    Bundan sonra sərhəd-keçid məntəqələrində Rusiyadan gələn kişilərin səfərinin məqsədi yoxlanılacaq.

    Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Oleq Slobodyan bildirib ki, Rusiya vətəndaşlarından xarici pasportla yanaşı səfərin məqsədini təsdiqləyən digər sənədlər də tələb oluna bilər.

    Qeyd edək ki, Ukraynanın tətbiq etdiyi qadağa yaşı 16-60 arasında olan rusiyalı kişilərə aid idi.

  • Paşinyan Putinlə görüşdən məyus qayıtdı

    Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan Rusiya səfərini başa vurub. Paşinyan Yerevanda jurnalistlərin suallarını cavablandırarkən məyusluğunu gizlətməyib. Belə ki, Moskvada nə Qarabağ, nə KTMT, nə də Rusiyadan alınacaq qazın qiyməti ilə bağlı danışıqlar aparılmayıb.

    Median.Az xəbər verir ki, bununla bağlı News.am portalı məlumat yayıb.

    Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı müzakirə edilən məsələləri açıqlayıb.

    “Biz, əsasən, ikitərəfli münasibətlərin gələcəkdə inkişaf perspektivlərini müzakirə etdik”, – o bildirib.

    Paşinyan qeyd edib ki, görüş zamanı Qarabağ problemi ilə bağlı müzakirələr aparılmayıb.

    “Bundan başqa, bizim KTMT baş katibinin namizədliyi ilə bağlı qısa müzakirəmiz oldu. Hər birimiz öz mövqeyimizi səsləndirdik”, – deyə Paşinyan əlavə edib.

    Ermənistan baş naziri Putinlə Rusiyadan alınacaq qazın qiymətlərinin gələn ildən artırılıb-artırılmayacağı məsələsinin də müzakirə edilmədiyini deyib.

    “Bununla bağlı heç bir qərar qəbul edilməyib. Bu məsələ ətrafında müzakirələr işgüzar qaydada davam edir. Ümid edirəm ki, bu məsələ bizim istədiyimiz qaydada inkişaf edəcək”, – Paşinyan bildirib.

  • Putin rouminqi ləğv etdi

    Rusiya prezidenti Vladimir Putin milli rouminqin ləğv edilməsi ilə bağlı qanunu imzalayıb.

    Median.Az Lenta.ru-ya istinadən xəbər verir ki, sənədin mətni prezidentin rəsmi informasiya portalında dərc edilib.

    Qəbul edilmiş qanuna əsasən, rabitə operatorları yerləşdiyi regiondan asılı olmayaraq, hər bir abonentə eyni xidmət göstərməlidir. Ödəniş yalnız istifadəçinin Rusiya sərhədlərindən kənardakı şəxslərlə əlaqəsi zamanı tutulacaq.

    Dekabrın 19-da Dövlət Duması tərəfindən qəbul edilən və dekabrın 21-də isə Federasiya Şurası tərəfindən təsdiqlənən qanun 2019-cu il iyunun 1-dən qüvvəyə minəcək.

  • Türkiyədə turistlər vergi ödəməli olacaqlar

    Türkiyədə turistlər təhlükəsizlik vergisi ödəməli olacaqlar.

    Median.Az xəbər verir ki, müvafiq qayda 2019-cu ilin 1 yanvar tarixindən qüvvəyə minir.

    Yenilik Türkiyəni hava limanları vasitəsi ilə tərk edən turistlərə şamil olunacaq.

    Ölkənin bütün aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirən Türkiyə hökuməti xərclərin bir hissəsini turistlərin üzərinə qoyur.

    Yeni vergi rüsumunu istər Türkiyə vətəndaşları, istər də əcnəbilər ödəməli olacaqlar. Bu məsələdə yaş həddi və səfər mövsümü kimi amillər nəzərə alınmayacaq.

  • Sarqsyanı daha bir vəzifədən məhrum etdilər

    Ermənistanın sabiq prezidenti Serj Sarqsyan daha bir vəzifədən məhrum edilib.

    Median.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Sarqsyan Yerevan Dövlət Universitetinin Qəyyumlar Şurasının rəhbəri vəzifəsindən uzaqlaşdırılıb.

    Bununla bağlı universitetin rektoru Aram Simonyan məlumat verib.

    O bildirib ki, şuranın növbəti iclasının keçiriləcəyi vaxt məlum deyil:

    “İlk növbədə, hökumət şuranın yeni tərkibini təsdiq etməlidir”.

  • Yaponiyada yakudzanın keçmiş başçısı edam edildi

    Yaponiyada yakudza qanqsterlərinin keçmiş rəhbəri, 60 yaşlı Keydzo Okamoto və onun müşaviri, 67 yaşlı keçmiş maliyyəçi Xiroya Suemori saxlandıqları Osaka şəhər həbsxanasında edam edilib.

    Median.Az TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı NHK telekanalı məlumat verib.

    Onlar 1988-ci ildə törətdikləri iki cinayətə görə ölüm hökmünə məhkum ediliblər.

    Edam Yaponiyanın ədliyyə naziri Takasi Yamasitanın əmri ilə həyata keçirilib.

    Bu, ölkənin baş naziri Sindzo Abenin hakimiyyəti dövründə 36-cı edam faktıdır. Cari ilin iyulunda “Aum Sinrikyo” ekstremist qruplaşmasının rəhbəri və 13 döyüşçüsü, eləcə də, yaradıcısı edam edilmişdi.

  • Məşhur veriliş bağlanır – VIDEO

    Məşhur səyahət proqramı olan “Oryol i reşka: Perezaqruska”nın aparıcıları Anastasiya İvleyeva və Yevsey Kovalyov layihənin bağlandığını açıqlayıb.

    Onlar bununla bağlı şounun rəsmi “Instagram” hesabında məlumat veriblər.

    “Nə vaxtsa bu, baş verməli idi. 15 382… kilometr, iki il, 80 macəra, üç qəhrəman. Bu, möhtəşəm idi! Bizimlə birgə olan hər kəsə təşəkkür edirik!”, – videomüraciətdə bildirilib.

    Qeyd edək ki, layihə 2017-ci ildən fəaliyyət göstərirdi.

  • “Windows 10” sahibini üzdən tanıyacaq

    Yeni il bayramından sonra bir sıra aparıcı texnologiya şirkətləri istifadəçiləri unikal innovasiyaları ilə sevindirəcək. Fərdi kompüterlər və noutbuklar üçün ən populyar əməliyyat sistemini ərsəyə gətirməyə çalışan “Microsoft” şirkəti bu baxımdan istisna deyil.

    Median.Az “Hi-News” portalına istinadən xəbər verir ki, nəzərdə tutulan yeni texnologiyaya əsasən Windows əməliyyat sistemi ilə çalışan istənilən kompüter öz istifadəçisini üzdən tanıyacaq.

    “Microsoft” yeni texnologiyanın hansı funksiya əsasında gerçəkləşəcəyini də gizlətmir.

    Məlumata əsasən, 2019-cu ildə “Microsoft” şirkəti Windows 10 və Xbox One sistemləri üçün yeni veb kameralar satışa çıxaracaq.

    Kameranın əsas özəlliklərindən biri Windows 10 əməliyyat sistemi ilə çalışan istənilən kompüterdə Windows Hello – üzün tanınması proqramını dəstəkləməsi olacaq.

    Digər kamera isə Xbox One əməliyyat sistemi üçün nəzərdə tutulub, və İstifadəçilərin “üz tanınma” funksiyası ilə hesaba daxil olmasını təmin edən “Kinect” funksiyasını dəstəkləyəcək.