Category: Dünya

  • Mərakeşdə turistlərin başlarını kəsdilər

    Mərakeşdə Altas dağlarında çadır quran 24 yaşlı Luiza Vesteraqer Yespersen və 28 yaşlı norveçli Maren Uelandın başı kəsilmiş cəsədləri aşkar edilib.

    Median.Az xəbər verir ki, hadisədən iki gün sonra sosial şəbəkələrdə qətl anının görüntüləri yayımlanıb.

    Videoda mətbəx bıçağı ilə qadınları öldürən kişi deyir:

    “Bu, sizə Suriya üçündür – bu da sizin tanrılarınızın başıdır”, – “Əl-Cəzirə” telekanalının saytı yazıb.

    Danimarka xüsusi xidmət orqanları qətllərdə məsuliyyəti İŞİD terror qruplaşmasının daşıdığını açıqlayıb.

    Mərakeş polisi də hadisəni terror aktı adlandırıb.

  • Putin jurnalist Fuad Səfərovun sualına cavab verdi

    Atatürk Türkiyə tarixinin dahi xadimi olub. O, Rusiyanın dostu olub və Türkiyə dövlətinin əsasını qoyub.

    Median.Az xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı jurnalist Fuad Səfərovun sualına cavab verən Rusiya prezidenti Vladimir Putin deyib.

    Rusiyalı lider qeyd edib ki, hazırda Moskva və Ankaranın münasibətləri çox gözəl inkişaf edir, əlaqələr möhkəmlənir.

    “Tərəflərin maraqları nədəsə üst-üstə düşməsə də, biz kompromis yolu tapırıq. Biz görürük ki, bizim türkiyəli həmkarlarımız Rusiya-Türkiyə münasibətlərinin möhkəmlənməsi, Suriya münaqişəsinin həlli, terrorçuluğa qarşı birgə mübarizə aparılması yolunda kompromisə getməyə hazırdırlar”, – deyə Rusiya Federasiyasının prezidenti əlavə edib.

    V.Putin qeyd edib ki, Türkiyə NATO-nun üzvü olsa da, müstəqil xarici siyasət yürüdür.

  • Bənzərinə görə 17 il həbsdə yatan amerikalıya bir milyon dollar veriləcək

    Kanzas ştatının rəhbərliyi ona çox bənzəyən başqa bir şəxsə görə 17 il həbsdə yatan keçmiş məhkuma 1,1 milyon dollar ödəməyə razılıq verib.

    Median.Az bildirir ki, bu haqda “Associated Press” məlumat verir.

    Bildirilir ki, 42 yaşlı məhkum Riçard Entoni Cons və Kanzasın rəhbərliyi ilə razılıq 17 dekabrda əldə edilib. Ştat prokurorunun sözlərinə görə, R.Cons qeyri-qanuni həbs olunan şəxslərə ödəniləcək təzminat haqqında yeni qanuna əsasən təzminat alacaq ilk insandır. Hazırda daha iki oxşar iddia nəzərdən keçirilir.

    Cons 1999-cu ildə oğurluq etməkdə təqsirli bilinərək həbs edilmişdi. Onun sübutlarının olmasına baxmayaraq, şahidlər onu oğruya bənzətdiklərinə görə o məhkum edilmişdi. Və yalnız 17 il sonra onun vəkilləri ona çox bənzəyən başqa bir şəxsi tapdıqdan sonra hadisə şahidləri özlərinin ilkin ifadələrində əmin olmayıblar və R.Cons azadlığa buraxılıb.

  • Nyu-Yorkda marixuana leqallaşdırılır

    Nyu-Yorkda 2019-cu ildə marixuanadan istifadəyə icazə verilə bilər.

    Median.Az xəbər verir ki, bu haqda Nyu-York ştatının qubernatoru Endrü Kuomo “Twitter” səhifəsində açıqlama verib.

    Onun sözlərinə görə, rekreasion marixuananın dekriminilaziyası 2019-cu ildə qəbul olunması planlaşdırılan qanun layihələrinə daxildir.

    Qeyd edək ki, ABŞ-da marixuana artıq doqquz ştatda (Vaşinqton, Oreqon, Nevada, Kaliforniya, Kolorado, Vermont, Men və Massaçusets) və paytaxt Vaşinqtonda leqallaşdırılıb.

    30 ştatda isə marixuanadan tibbi məqsədlə, o cümlədən qlaukomanın müalicəsi üçün istifadəsinə icazə verilir.

  • Qlobal fəlakət yaxınlaşır: İçməli su qıtlığı

    Avstraliyanın Yeni-Cənubi Uels Universitetinin alimləri qlobal istiləşmənin uzunmüddətli quraqlığa və içməli su qıtlığına yol açacağını bəyan ediblər.

    Elmi araşdırmanın nəticələri haqqında press-reliz “Phys.org” saytında dərc olunub.

    Tədqiqatçılar 43 min meteoroloji stansiya və 160 ölkədə çay axının monitorinqini aparan 5300 məntəqənin topladığı məlumatları təfsilatlı şəkildə təhlil edib. İqlim dəyişikliyinin müntəzəm ekstremal yağıntılara təsir göstərməsinə baxmayaraq, iri çaylarda su səviyyəsinin aşağı düşməsi bir çox bölgələrdə quraqlığa yol aça bilər.

    Mütəxəssislər bu paradoksu torpağın quruması ilə əlaqələndirir. Torpaq təbəqəsinin yağıntı suları ilə təmasından sonra artıq rütubətin çaylara axması (ümumi yağıntı miqdarının 36 faizə yaxını) müşahidə olunurdusa, quru torpaq özünə daha çox su çəkir və nəticədə, çaylara normadan az qrunt suları daxil olur.

    Nəticədə, torpaqlar hava temperaturunun artımı ilə rütubətini itirir. Bu, dünyanın müxtəlif bölgələrində ferma və şəhərlərin su təchizatına ciddi təhdid yaradır.

    Digər yandan, normadan artıq yağıntı, yaşayış məntəqələrində faciəvi daşqınlara yol açır və içməli su hövzələrini effektiv şəkildə doldurmaq mümkün olmur.

  • Paşinyan Türkiyəyə təklif irəli sürdü

    Ermənistan Dağlıq Qarabağla bağlı ilkin şərtlər olmadan Türkiyə ilə diplomatik əlaqələrin qurulmasına hazırdır.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib.

    “Biz hər hansı ilkin şərt olmadan Türkiyə ilə birbaşa əlaqələr qurmağa hazırıq. Lakin Türkiyə ilə münasibətlər Dağlıq Qarabağ məsələsi, üçüncü ölkə ilə əlaqəlidir. Azərbaycanı nəzərdə tuturam”, – deyə o vurğulayıb.

    Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər yoxdur. İki ölkə arasında sərhədlər 1992-ci ildən bağlıdır.

  • Koçaryanın vəkili Azərbaycan dilində danışdı – VİDEO

    Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın vəkili Ruben Sahakyan jurnalistə Azərbaycan dilində cavab verib.

    Ruben Sahakyan “Koçaryan nə zaman həbs ediləcək” sualına azərbaycanca “bilmirəm” deyə cavab verib.

    Vəkili bu cavabı Ermənistanda sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

    Qeyd edək ki, Ermənistanın ikinci prezidenti, 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan ötən gün yenidən həbs olunub.
    //baku.ws

  • Ermənistanda seçkilərin yekun nəticələri açıqlandı

    Ermənistan Mərkəzi Seçki Komissiyası dünən baş tutan seçkilərin yekun nəticələrini açıqlayıb.

    Median.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarında bülletenlərin 100 faizi hesablanıb.

    Nəticələrə əsasən, 70,43% (884 min 456) səslə Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın “Mənim addımım” bloku qələbə qazanıb. İkinci yeri 8,27 faizlə (103 min 824) “Çiçəklənən Ermənistan” partiyası tutub. “İşıqlı Ermənistan” partiyası 6,37 faizlə (80024) üçüncü olub. Qalan partiyalar isə Milli Məclisin 7-ci çağırışı üçün lazım olan baryeri keçə bilməyib.

    Beləliklə, yeni parlamentdə beş il müddətində yalnız Nikol Paşinyanın silahdaşları və müttəfiqləri olacaq.

    Seçkilərdə iştirak edən digər partiyaların səs faizləri belədir:

    “Daşnaqsütyun” – 3,89% (48811),

    “Biz” bloku – 2% (25174),

    “Sasna Tsrer” – 1,82% (22862),

    “Orinats erkir” – 0,99% (12389),

    “Vətəndaşın qərarı” – 0,68% (8530),

    “Xristian xalq dirçəlişi” – 0,51% (6456),

    “Milli tərəqqi” – 0,33% (4122).

  • Putinin qızı ilk dəfə Rusiya televiziyasında – FOTO

    Rusiya prezidenti Vladimir Putinin kiçik qızı Yekaterina Tixonova ilk dəfə ölkə televiziyasının efirində görünüb.

    Median.Az “Rosbalt”a istinadən xəbər verir ki, onu “Rossiya” telekanalında Moskvanın “İnnopraktika” institutunun fəaliyyətinə həsr olunmuş reportajda göstəriblər.

    Bəzi məlumatlara görə, Y. Tixonova Putinin dostu Nikolay Şamalovun oğlu Kirill Şamalova ərə gedib. “Bloomberg”in xəbərində bildirilir ki, cütlük 2018-ci ildə ayrılıb.

  • Özbəkistan polisi ictimaiyyət qarşısında rüşvət almayacağına dair Qurana and içib

    Özbəkistanın Daşkənd vilayətinin Yukoriçirçik rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları ictimaiyyət qarşısında rüşvət almayacaqlarına dair Qurana and içiblər.

    Bu barədə “Report” “Azadlıq” radiosunun Özbəkistan üzrə bürosu “Radio Ozodlik”ə istinadən xəbər verir.

    Beləliklə, Özbəkistanda prezident Şavkat Mirziyoyevun təsdiq etdiyi “Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Proqramı” yerinə yetirilir. Rayonun yerli milisinin sözlərinə görə, tədbirdə rayonun baş imamı da iştirak edib.

    Ruhani və növbətçi hissənin inspektoru andiçmə mərasimini şərh etməkdən imtina edib.