Category: Dünya

  • Gürcüstan prezidentini seçir

    Bu gün Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilir.

    Yerli vaxtla 08:00-dan etibarən səsvermə prosesinə start verilib.

    Vətəndaşların rahat səsverməsi üçün 3 min 703 seçki məntəqəsi yaradılıb. Səsvermə saat 00:00-dək davam edəcək.

    Məlumatlarda seçicilərin ümumi sayının 3 milyon 528 min 658 nəfər təşkil etdiyi bildirilib.

    Seçkilərdə iki namizəd hakim “Gürcü Arzusu” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparır.

    Qeyd edək ki, oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin birinci turunda S.Zurabişvili 38,64%, Q. Vaşadze isə 37,74% səs toplayıb.

  • Rusiyada yeniyetmələr gənc oğlanı yandırdılar – VİDEO

    Rusiyada bir qrup yeniyetmə zarafatla öz dostunu yandırıb.

    Hadisə Krasnoyarskda baş verib.

    Bu səhnə videoya çəkilib və sosial şəbəkələrdə yayılıb.

    Videodan görünür ki, gənc alovun gücləndiyini görüncə, təşvişə düşür.

    Zarafatın pis nəticələnəcəyini başa düşən yeniyetmələr alovu çətinliklə olsa da, söndürə biliblər.

  • 8 yaşlı qızı 10 yaşlı oğlana ərə verdilər — ölkədə biabırçılıq (VIDEO)

    Rumıniyanın Dolj şəhərində qəribə hadisə baş verib.

    Rumın ailə 8 yaşlı qız uşağı ilə 10 yaşlı oğlan uşağını evləndirib. Toyun kadrları internetdə yayımlandıqdan sonra reaksiyalara səbəb olub.

    Toyda mahnı oxuyan müğənni mikrofonla bəyə “Sən artıq evlisən, oyuncaqları yerə qoy” deyib. Gəlin isə ətrafdakı marağa görə xoşbəxt görünürdü.

    Məlum olub ki, iki uşağın belə evləndirilməsi ənənəvi bir ritualdır və gəlin ilə bəy böyüyənə qədər cinsi münasibətə girməyəcəklər. Uşaqlar ailələri ilə birlikdə yaşayacaqlar.

  • Pakistanda mədrəsə önündə partlayış: 25 ölü, 35 yaralı

    Pakistanda mədrəsə önündə terror aktı baş verib.

    Terrorçu-kamikadzenin partlayıcı qurğunu işə salması nəticəsində 25 nəfər ölüb, 35 nəfər yaralanıb.

    Hadisə Hayber-Pahtunxva əyalətinin Hanqu şəhərində baş verib.

    Yaralanan şəxslər Koxat dairəsinin xəstəxanasına yerləşdirilib.

  • İnterpola yeni prezident seçildi

    Cənubi Koreyadan olan namizəd Kim Çon Yan İnterpolun yeni prezidenti olub.

    Bununla bağlı təşkilatın “Twitter” hesabında məlumat verilib.

    Qərar İnterpolun baş assambleyasının Dubayda keçirilən 87-ci sessiyasında qəbul edilib.

    Kim Çon Yan iki il müddətinə təşkilata rəhbərlik edəcək.

    Xatırladaq ki, İnterpolun keçmiş rəhbəri Men Xunvey sentyabrın sonunda korrupsiya ittihamı ilə Çində həbs edildikdən sonra oktyabr ayında istefa verib.

  • Moskva aeroportunda təyyarə ermənini vurdu – VİDEO

    Rusiyanın hüquq-mühafizə orqanları Moskvanın “Şeremetovo” aeroportunda təyyarənin vurduğu kişinin şəxsiyyətini müəyyənləşdirib.

    Median.Az “Moskva 24” telekanalına istinadən xəbər verir ki, ölən şəxs Madriddən vətəninə deportasiya edilən və Moskva aeroportundan Yerevana getməli olan 25 yaşlı Ermənistan vətəndaşıdır.

    Qeyd edilib ki, kişi Madriddən Moskvaya uçan təyyarənin göyərtəsində insident törətdikdən sonra reysi tərk edib, bundan sonra onun taleyi naməlum qalıb.

    Aeroport nümayəndəsi kişinin cəsədinin eniş zolağında aşkarlandığını təsdiqləyib.

    Faktla bağlı araşdırma aparılır.

  • Səudiyyə şahzadəsi taxtdan məhrum ola bilər

    Səudiyyə Ərəbistanının kral ailəsinin bəzi üzvləri jurnalist Camal Kaşıkçının ölümünə görə beynəlxalq arenada yaranmış qalmaqal fonunda şahzadə Məhəmməd Bin Salman Əl Saudun taxta çıxmasına mane olmaq niyyətindədirlər.

    Median.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, kral ailəsinə yaxın mənbələrin verdiyi məlumata görə, onlarla şahzadə və kral ailəsinin digər üzvləri hakimiyyətə başqa şahzadənin gəlməsini istəsələr də, 82 yaşlı kral Salman Bin Abdel Əziz Əl Saud sağ olduğu müddətdə hərəkətə keçməyəcəklər.

    Onlar kralın öz sevimli oğlunu hər bir halda müdafiə edəcəyini düşünürlər.

    “Reuters” agentliyinin məlumatına görə, kraldan sonra onun yerinə Qərb tərəfindən dəstəklənən 76 yaşlı qardaşı Əhməd İbn Abdulla Əziz İbn Səud gələ bilər.

  • Kadırov tapançasına status yazdı, “blok” edildi

    Çeçenistan rəhbəri Ramzan Kadırovun “Instagram” səhifəsi yenidən bloka düşüb. Qeyd edək ki, ötən ilin dekabrında blok edilmiş səhifə yenicə bərpa olunmuşdu.

    Median.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Kadırov sosial şəbəkədəki ilk postunu tapançasına həsr edib.

    “Mənim sənə deyəcək çox sözüm var, dostum. Sən mənim həyatımı və şərəfimi qorumaq üçün düşmənlərə və yaramazlara nə qədər dəqiq “sözlər” demisən. Sən mənə qardaş oldun. Səni mənim övladlarım da sevir”, – deyə Kadırov öz postunda yazıb.

    Səhifə bağlandıqdan sonra Kadırov öz “Telegram” kanalında bu postu 2017-ci ilin dekabrında yazdığını, lakin dərc etmədiyini bildirib.

    Kadırovun “Instagram” və “Facebook”dakı səhifələri ötən il onun “Maqnitski siyahısına” salınmasından bir neçə gün sonra bloka düşmüşdü. ABŞ-ın bu “qara” siyahısına insan haqlarını pozan dövlət rəhbərlərinin adları daxil edilir.

    Kadırov bu addımdan sonra Çeçenistana məxsus sosial şəbəkədə qeydiyyatdan keçərək səhifəsinin bloklanması ilə milyonlarla izləyicisinin ona birbaşa müraciət etmək və ilk mənbədən informasiya almaq imkanından məhrum olduğunu yazıb.

  • İt üç aydır sahibinin öldüyü yerdə onu gözləyir – VİDEO

    Çinin şimalında yerləşən Daxili Monqolustan vilayətinin Xux-Xoto şəhərində bir it artıq üç aydır sahibinin öldüyü yerdə onun geri qayıtmasını gözləyir.

    Median.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, avqustun 21-də Xux-Xoto şəhərində yol-nəqliyyat hadisəsi zamanı piyada xanımı maşın vurub.

    Qadın hadisə yerində ölüb. Elə həmin gündən onun sadiq iti hadisə yerinə gəlməyə başlayıb.

    “Artıq üç aydır bu it qəza yerinə gəlir, qar və ya yağış yağmasına baxmayaraq, burada gözləyir. Bu, çox təsirlidir”,- deyə Qo Sinxua adlı taksi sürücüsü bildirib.

    O qeyd edib ki, gecə növbəsində işləyəndə də iti burada görür.

    “Sadiq it insanlar yaxınlaşanda qaçır, hər kəs gedəndə yenidən qayıdıb burada gözləməyə başlayır”.

  • Aşqabadda çörək qıtlığı: mağazalarda növbələr yaranıb – VİDEO

    Türkmənistanın paytaxtı Aşqabadda dövlət mağazalarında çörək qıtlığı və özəl müəssisələrdə un məmulatlarının bahalaşması müşahidə olunur.

    Median.Az-ın məlumatına görə, bu barədə “Türkmənistan xronikası” saytı məlumat yayıb.

    Dövlət mağazalarına daxil olan çörək sürətlə qurtarır. Ailəsində 4-5 adam olan şəxslər gündə bir neçə dəfə mağazalara gəlməli və növbələrə düzülməli olurlar. Çünki hər adama cəmi bir çörək satılmasına icazə var.

    Demək olar ki, paytaxtdakı bütün dövlət mağazalarının qarşısında uzun növbələr müşahidə olunur. Bir çox mağazaların qarşısında sübh tezdən növbələr yaranır. Digər çörək satan mağazalar isə işləmir. Bir çox çörəkxanaların bağlandığı bildirilir.

    Yerli KİV bəzi kommersiya mağazalrında çörəyin 5-6 manata (1,4-1,7 dollar) satıldığını yazır.