Category: Dünya

  • “Marvel Komiks”in yaradıcısı öldü

    “Marvel Komiks” şirkətinin sabiq prezidenti, yazıçı, yaratdığı komiksləri ilə məşhurlaşan Sten Li 96 yaşında vəfat edib.

    Median.Az Lenta.ru-ya istinadən xəbər verir ki, Sten Linin doğmaları onun halının pisləşdiyini görüb, evə təcili tibbi yardım çağırıblar.

    Lakin yazıçı xəstəxanaya aparılarkən vəfat edib.

    Fevral ayında “Marvel” şirkətinin sabiq prezidenti ürək və nəfəs yollarındakı problemlərlə bağlı Cedars-Sinai xəstəxanasına yerləşdirilmişdi. Həkimlər müalicədən sonra onun vəziyyətinin stabilləşdiyini qeyd etmişdilər.

    Stenli Martin Liber 1922-ci ildə Nyu-Yorkda, Manhetten adasında dünyaya gəlib. Öz əsərlərində məhz bu rayonu qəhrəmanlarının yaşadığı məkan olaraq qeyd edirdi. Sten Li “Hörümçək adam”, “Fantastik Dördlük”, “X-Men”, “Daredevil”, “Halk” və “Dəmir adam” kimi “Marvel” komikslərinin yaradıcısıdır.

    Yazıçı “Dəmir adam”, “Halk”, Hörümçək adam” və başqa filmlərdə epizodik rollarda çəkilib.

    Son illər komikslərin müəllifi bir neçə xəstəlikdən əziyyət çəkirdi. O, xüsusən yazmaq və oxumaq qabiliyyətini itirməsindən şikayətlənirdi.

  • Sirkdə bəbir uşağa hücum etdi – VİDEO

    Rusiyada sirkdə bəbir 4 yaşlı uşağa hücum edib.

    Median.Az xəbər verir ki, REN TV telekanalı hücum anının videosunu yayıb.

    Hadisə heyvan təlimçisi bəbiri dəhlizə çıxararkən baş verib.

    Uşaqlar yaxın məsafədə olduğundan vəhşi heyvan fürsəti əldən verməyib.

  • Şotlandiyada LGBT dərsləri məcburi olacaq

    Şotlandiyada məktəblərdə LGBT dərsləri məcburi olacaq.

    Median.Az “The Guardian”a istinadən xəbər verir ki, dərslərdə şagirdlərə homoseksuallar, biseksuallar və transgenderlər barədə məlumat veriləcək.

    Bu cür dərslərin məqsədlərindən biri homofobiya və transfobiya ilə mübarizə olacaq.

    Hər hansı səbəbdən dərslərdən imtina etmək olmaz.

    Qeyd edək ki, dünyada ilk dəfə məktəblərdə LGBT-nin tədrisi Şotlandiyada tətbiq olunacaq.

  • Məşhur bəstəkar vəfat etdi

    Məşhur fransalı bəstəkar Fransis Le vəfat edib.

    “Oskar” laureatı olan bəstəkar 86 yaşında dünyasını dəyişib.

    Fransis Le ötən əsrin 60-cı illərində filmlərə yazdığı musiqi ilə məşhurlaşıb. O, 60-dək saundtrek yazıb. Onların arasında “Kişi və qadın”, “Yağışın sərnişini”, “Sevgi tarixçəsi” və digər filmlərə yazılan saundtreklər var.

  • Ukraynada azərbaycanlı güllələndi

    Ukraynanın Kropivnitski şəhərində Azərbaycan vətəndaşı güllələnib.

    Bununla bağlı Ukrayna KİV məlumat yayıb.

    “Noyabrın 6-da, yerli vaxtla 22:00-də Verxniy Permsk küçəsində naməlum şəxslər vətəndaşa atəş açıblar. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib. Ölən kişinin şəxsiyyəti müəyyənləşdirilib. Məlum olub ki, o, 40 yaşlı Azərbaycan əsilli vilayət sakinidir.

    Faktla bağlı araşdırmalar aparılır”, – vilayətin baş polis idarəsinin nümayəndəsi Vitalin Bevzenko deyib.

    Yerli KİV-lər həmin şəxsin əvvəllər məhkum olunduğunu yazıblar. Hücum edənlərin iki nəfər olduğu bildirilib.

  • 18 nəfəri öldürən erməni azadlığa çıxdı

    Yeni Moskvada yol-nəqliyyat hadisəsi törədərək, 18 nəfərin ölümünə səbəb olan Qraşya Arutyunyan amnistiya ilə azadlığa buraxılıb.

    Bununla bağlı Ermənistan KİV məlumat yayıb.

    2014-cü ildə Moskvada ona 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası verilib, 2017-ci ildə isə Avropa konvensiyasına uyğun olaraq Arutyunyan Ermənistana ekstradisiya edilib.

    Dəhşətli qəza 2013-cü ilin iyulunda Podolsk yaxınlığında baş verib. Arutyunyan idarə etdiyi yük maşını ilə sərnişin avtobusuna çırpılıb. Hadisə zamanı 18 nəfər ölüb, 60-dan çox insan yaralanıb.

  • “LUKOİL” vitse-prezidentinin oğlu tələbə qızı zorlamaqda ittiham edilir – FOTOLAR

    Məşhur biznesmenin 22 yaşlı oğlu tələbə qızı zorlamaqda ittiham olunur.

    Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva universitetlərinin birində təhsil alan tələbə “Lukoil” şirkətinin vitse-prezidenti Azat Şamsuvarovun oğlu Ruslan Şamsurovu onu zorlamaqda ittiham edir. İnsident paytaxtın Qələbə meydanının yaxınlığındakı evlərin birində olub. Zərərçəkən baş verənlərdən sonra hüquq-mühafizə orqanlarına müraciət edib və ərizə yazıb.

    Ruslanı bu işlə bağlı artıq sorğu-sual ediblər. Şamsuvarov ittihamları rədd edib və intim münasibətin hər ikisinin razılığı ilə baş verdiyini deyib. Bundan əlavə, Ruslan qeyd edib ki, qız ona eskortluq fəaliyyəti ilə məşğul olması və maddi vəziyyətinin o qədər də yaxşı olmaması haqda danışmışdı. Qıza pul verməkdən imtina etdiyi üçün isə o, Ruslandan polisə şikayət edib. Sözügedən iş üzrə araşdırmalar davam edir.

    ///Baku.ws


  • “Talibanın atası”nı güllələdilər

    Pakistanda din xadimi, Pakistan Senatının sabiq üzvü Sami əl-Hak güllələnib.

    Median.Az xəbər verir ki, bu barədə Daily Pakistan nəşrinin məlumatında deyilir.

    Bildirilir ki, “Talıbanın atası” ləqəbli Sami əl-Hak ölkənin şimalında qətlə yetirilib. Ona bu ləqəb “Taliban” qruplaşmasının liderlərindən biri Məhəmməd Ömərlə yaxın münasibətlərə görə verilib.

  • Dövlət himninin həcmi azaldılsın – TƏKLİF

    Mən uşaqlarım hələ kiçik yaşlarında olanda onları məcbur etmişəm ki, dövlət himnimizi bilsinlər.

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

    Millət vəkili dövlət himinin həcminin azaldılmasını təklif edib:

    “Dünya ölkələrinin əksəriyyətində dövlət himnləri iki dəqiqə səsləndirilir. Ancaq bizdə dövlət himni dörd dəqiqə davam edir. Hesab edirəm ki, bunun həcmini azaltmaq lazımdır.

    Bildiyimiz kimi, dahi bəstəkarımız Üzeyir Hacıbəyov Sovet İttifaqının da himnini hazırlayıb. Açığını deyəcəm, o bundan daha cazibədar idi. Təklif edirəm ki, himnin həcmi azaldılsın”.

    Millət vəkili Fəzail İbrahimli isə bu məsələdə ehtiyatlı olmağı, milli atributlara toxunmamağı tövsiyə edib:

    “Başqa məsələlərlə oynamaq olar. Amma bu məsələ ilə yox. Bundan yan keçin”.//oxu.az

  • İndoneziyada qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı – FOTO

    İndoneziyada qəzaya uğrayan “Boeing 737 Max 8” təyyarəsinin qara qutusu aşkarlanıb və sudan çıxarılıb.

    Median.Az xəbər verir ki, bununla bağlı “Detik News” məlumat yayıb.

    Qara qutu təyyarənin qəzaya uğradığı yerdə suyun 32 metr dərinliyində aşkar edilib.

    Bundan başqa, hökumət ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsinə başlayıb. Polis insan qalıqlarının olduğu 48 kisəni ekspertizaya göndərib.

    Xatırladaq ki, “Lion Air” şirkətinə məxsus təyyarə Cakartadan havaya qalxdıqdan 13 dəqiqə sonra qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə 189 nəfər olub. Onların hamısı qəza zamanı ölüb.