Category: Dünya

  • Tarixdə ilk LGBT aviareysi açılacaq – VIDEO

    Britaniyanın “Virgin Atlantic” aviaşirkəti tarixdə ilk LGBT reysinin açılacağını bəyan edib.

    Median.Az xəbər verir ki, bu barədə The Guardian nəşri məlumat yayıb.

    Bildirilir ki, təyyarənin ekipajı LGBT hərəkatının üzvlərindən ibarət olacaq.

    İlk uçuş 2019-cu ilin 28 iyun tarixində Londondan Nyu-Yorka olacaq.

    Qeyd edək ki, 2015-ci ildə ABŞ-da cinsi azlıq nümayəndələri olan turistlər üçün xüsusi proqram hazırlanıb.

  • Şərqi Azərbaycanda qəza: ölənlər var

    İranın Şərqi Azərbaycan vilayətində baş verən yol-nəqliyyat hadisəsi zamanı azı üç nəfər ölüb, 40 nəfər yaralanıb.

    Median.Az “Belta”ya istinadla xəbər verir ki, bununla bağlı vilayətin tibb xidməti məlumat yayıb.

    42 tələbənin olduğu avtobus Təbriz şəhərində qəzaya uğrayıb.

    İlkin məlumatlara görə, qəzaya yüksək sürət və yolun sürüşkən olması səbəb olub.

  • “Miss Bağdad”ın qətli kameraya düşdü – VİDEO

    Sosial şəbəkədə “Miss Bağdad – 2014” müsabiqəsinin qalibi, iraqlı model Tarı Faresin qətlinin görüntüləri yayılıb.

    Kadrlarda kişinin sükan arxasında olan Faresə atəş açması, daha sonra motosikletlə oradan uzaqlaşması əks olunub. Qızın avtomobili digər maşına dəyərək dayanıb.

    Qeyd edilib ki, 22 yaşlı modeli ekstremist öldürüb. Ölümündən bir gün əvvəl, yəni sentyabrın 27-də onu İraqın sosial şəbəkədəki ən məşhur ulduzu adlandırıblar.

  • Jirinovski yıxılmasından danışdı

    Rusiya Dövlət Dumasının sədr müavini, Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Vladimirsk vilayətinin qubernatoru Vladimir Sipyaqinin inauqurasiya mərasimi zamanı yıxılmasına səbəb kimi pilləkənin artıq pilləsini göstərib.

    Median.Az bununla bağlı “RİA Novosti”yə istinadla xəbər yayır.

    “Pillə qoyublar, ancaq üzərini bağlayıblar. Buna haqları yoxdur. Bu pilləyə ilişib yıxıldım. Bu, regionun əvvəlki rəhbəri Svetlana Orlovanın səhvidir. Hətta səhnəni də düzgün qura bilməmisiniz. Dünyanın heç bir yerində səhnədə pillə qoymurlar”, – Jirinovski deyib.

    Xatırladaq ki, dünən inauqurasiya mərasimi zamanı Jirinovski səhnəyə qalxarkən ayağı büdrəyib və yıxılıb.

  • Rusiyada körpü qatarın üstünə aşdı – VİDEO

    Rusiyanın Amur vilayətinin Svobodnıy şəhərinin dəmiryolu stansiyasında körpü aşıb.

    Median.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, körpünün bir hissəsi relslərinin üstünə düşüb.

    Məlumatlara görə, hadisə yüksək tonnajlı avtomobilin körpüdən keçidi zamanı baş verib. Sürücü xəstəxanaya yerləşdirilib.

  • Ermənistanda Yerevan-Bakı dəmir yolunun relsləri oğurlanıb

    Ermənistanda Yerevan-Bakı dəmir yolunun Mehri-Qafan hissəsində relslərin sökülməsi ilə əlaqədar cinayət işi açılıb.

    Median.Az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda deyilir.

    Bildirilir ki, relslər 2010-2011-ci illərdə oğurlanıb.

    Dəmir yolunun 40 kilometrlik Mehri-Qafan hissəsi Ermənistan Nəqliyyat Nazirliyi ilə Cənubi Qafqaz Dəmir Yolu Qapalı Səhmdar Cəmiyyəti arasında 2008-ci ildə imzalanan sazişə əsasən sözügedən şirkətin mülkiyyətinə keçib.

  • Həbibin fanatları reper Timatini hədələdilər

    Reper Timatinin ünvanına təhdidlər səslənməyə başlayıb.

    Həbib Nurməhəmmədovun fanatlarına Timatinin “Həbibin Konor Makqreqor üzərində qələbəsi Rusiyanın deyil, ayrıca regionundur” ifadəsi xoş gəlməyib.

    Bu üzdən də onlar reperin Instagram səhifəsində təhdid dolu sözlər yazıblar.

    Timatiyə “itmək”, “çirkli ağzını açmamaq” kimi məsləhətlər veriblər. Həmçinin qeyri-etik formada zorakı hərəkətlərlə hədələyiblər.

  • Daha bir amerikalı reper güllələndi

    Nyu-Yorkda Hollywood Play hip-hop ifaçısı güllələnib.

    Median.Az-ın xəbərinə görə, bu barədə “New York Post” nəşri polisə istinadən məlumat yayıb.

    Bildirilir ki, 35 yaşlı Frenk Snayder (əsl adı və soyadı) gecə klubu yaxınlığında boynundan və ayağından güllə yarası alıb. Atəş naməlum şəxslər tərəfindən avtomobildən açılıb. Təcili tibbi yardım briqadası musiqiçini xəstəxanaya çatdırıblar, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

    Hüquq-mühafizə orqanlarında faktla bağlı araşdırma aparılır.

  • Monserrat Kabalye vəfat etdi – VIDEO

    Məşhur ispaniyalı opera müğənnisi Monserrat Kabalye 85 yaşında vəfat edib.

    Median.Az bu barədə “RİA Novosti”yə istinadən məlumat yayıb.

    Qeyd edək ki, M.Kabalye Barselona xəstəxanalarının birində müalicə alırdı.

    Onun sidik kisəsində problemlərin olduğu bildirilirdi.

    Monserrat Kabalye Puççini, Bellini və Doniçettinin klassik italyan operalarında çıxışları ilə məşhurlaşıb.

  • Azərbaycandan çıxışınıza `STOP` qoyulubmu? – BURADAN ÖYRƏNİN

    Azərbaycan vətəndaşları ölkədən xaricə çıxışlarına qadağa qoyulub-qoyulmadığını asanlıqla öyrənə biləcəklər.

    Bu, Ədliyyə Nazirliyinin istifadəyə verdiyi yeni elektron xidmət sayəsində mümkün olub.

    Yeni xidmət “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi” adlanır.

    Bu xidmətdən istifadə edən vətəndaşlar öz şəxsiyyət vəsiqələrinin göstəricilərini daxil etməklə adlarının ölkədən çıxışına qadağa qoyulanlar arasınlda olub-olmadığını öyrənə biləcəklər.

    Elektron xidmət pulsuzdur.

    Xidmətdən istifadə etmək üçün BURA daxil olmaq lazımdır.