Category: Dünya

  • Türkmənistanda bütün güzəştlər ləğv edildi

    Türkmənistan hökuməti 2019-cu il yanvarın 1-dən əhaliyə pulsuz elektrik enerjisi, qaz, içməli su və xörək duzu verməyi dayandıracaq.

    Bununla bağlı Türkmənistan dövlət informasiya agentliyi məlumat yayıb.

    Qərar dünən Aşqabadda keçirilən iclasda verilib.

    “Türkmənistan iqtisadiyyatında azad bazar münasibətlərinin inkişafını davam etdirmək, eləcə də, elektrik enerjisi, qaz, kommunal xidmətlərin qiymətinin tənzimlənməsi məqsədilə 2019-cu il yanvarın 1-dən əhaliyə pulsuz elektrik enerjisi, qaz, içməli su və xörək duzu verilməsi dayandırılacaq”, – Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun qərarında deyilir.

    Bununla yanaşı, Xalq Şurası 2019-cu il yanvarın 1-dən etibarən Türkmənistan əhalisinə elektrik enerjisi, qaz, içməli su və xörək duzunun güzəştli qiymətlərlə verilməsi qərarını qəbul edib.

    Türkmənistan hökumətinə normativ-hüquqi aktların hazırlanması və prezidentə təqdim olunması tapşırılıb.

  • Sosial şəbəkə moderatoru psixi xəstə oldu

    “Facebook” sosial şəbəkəsinin keçmiş moderatoru Selena Skola məhkəmədə iddia qaldırıb.

    Buna səbəb S. Skolanın “yüksək toksikli” şəkillərə baxması üzündən psixi xəstəliyə düçar olmasıdır.

    Keçmiş menecer “Facebook” şirkətini iş yerində təhlükəsizlik qaydalarına əməl etməməkdə günahlandırır.

    Məlum olub ki, Skola “Facebook”da işləyərkən zorakılıq səhnələrinin yer aldığı minlərlə şəkil, video və canlı yayıma tamaşa etməli olub.

    Məhkəmə iddiasında qeyd olunur ki, Skola soyuq otaqda olarkən, kompüter mausuna toxunarkən, televiziya ilə zorakılıq səhnələri izləyərkən stressə düşür.

    İddiaçı şirkətdən tibbi monitorinq fondunu yaratmağı tələb edir. Şirkət isə bu tələbi hazırda nəzərdən keçirdiyini bəyan edib.

  • Xərçəng xəstəsi olduğunu dedi, minlərlə dollar yığdı

    Avstraliyanın Viktoriya ştatının Kerolayn-Sprinqs şəhərinin sakinini yalan danışaraq, ianə topladığına görə cəza gözləyir.

    Median.Az “Daily Mail”ə istinadla xəbər verir ki, 26 yaşlı qadın pula ehtiyacı olduğu üçün iki ay müddətində yaxınlarına, dostlarına və qohumlarına qaraciyər xərçənginə tutulduğunu deyib.

    Çoxları ona kömək etməyə razılıq verib, nağd və ya bank vasitəsilə ona yardımı çatdırıb. Qadın bu yolla 9000 Avstraliya dolları (6500 ABŞ dolları – red.) yığıb.

    Yalan üzə çıxdıqda isə məsələyə hüquq-mühafizə orqanları qarışıb. Ona qarşı aldatma yolu ilə mülkiyyətin alınması ittihamı irəli sürülüb. Hazırda polis zərərçəkmiş şəxsləri axtarır.

  • Moldova prezidenti vəzifəsindən uzaqlaşdırıldı

    Moldova Konstitusiya Məhkəməsi prezident İqor Dodonun vəzifəsindən müvəqqəti uzaqlaşdırılması ilə bağlı qərar qəbul edib.

    Median.Az bununla bağlı “RİA Novosti” agentliyinə istinadla məlumat yayıb.

    Bu, onun yeni nazirləri təsdiqləməkdən imtina etməsindən sonra baş verib.

    Məhkəmə qərar verib ki, parlament sədri və ya baş nazir prezident İqro Dodonun əvəzinə hökumətin iki üzvünü təyin edə bilər.

  • Vahid Ələkbərovun şirkəti ikinci oldu

    Rusiyanın “Qazprom” şirkəti “S&P Global Platts” dünyanın iri enerji şirkətləri siyahısında birinci yerdən 17-ci yerə qədər geriləyib.

    Eyni zamanda, ABŞ-ın “ExxonMobil” şirkəti 2017-ci ildə itirilmiş liderliyini geri qaytarıb.

    Reytinqin müəllifləri şirkətin uğuru kimi neftin qiymətinin bərpasını və ABŞ-da gözlənilən ixrac bumunu göstəriblər.

    İkinci yeri Vahid Ələkbərovun rəhbərlik etdiyi Rusiyanın “Lukoyl” şirkəti tutub. Üçüncü yerdə ABŞ-ın “Phillips 66” şirkəti qərarlaşıb.

    Hər il “S&P Global Platts” aktivlərin dəyərləri, gəlirlər və kapital qoyuluşu əsasında dünyanın 250 iri enerji şirkətinin siyahısını hazırlayır.

  • Yumor ustası Yerevan meri seçildi

    Dünən Ermənistanda Yerevan Ağsaqqallar Şurası növbədənkənar seçkilər keçirilib.

    Median.Az erməni KİV-ə istinadla xəbər verir ki, Mərkəzi Seçkilər Komissiyası gecə saatlarında seçkilərin nəticələrini elan edib: seçkilərdə Ermənistan baş naziri Nikol Paşinyanı dəstəkləyən “Mənim addımın” bloku qələbə qazanıb.

    Seçicilərin 81,06%-i bu bloka səs verib.

    Bununla da blokun rəhbəri, yumor ustası Ayk Marutyan Yerevan meri seçilib.

    Yerli KİV-lər seçkilərdə fəallığın 43,65 faiz olduğunu açıqlayıblar. Eyni zamanda seçki prosesində 129 pozuntu halı aşkar edilib.

  • İranda hərbi paradda terror aktı – YENİLƏNİB + FOTO/VİDEO

    İranın Əhvaz şəhərində hərbi paradda törədilən terror aktı zamanı ölənlərin sayı 10-a çatıb.

    Median.Az-ın Tasnim agentliyinə istinadən xəbərinə görə, hadisə nəticəsində daha 21 nəfər yaralanıb.

    * * * * *

    İranda hərbi paradda törədilən terror aktı zamanı 8 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

    Median.Az-ın xəbərinə görə, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

    Məlumatda həmçinin bildirilir ki, atışma zamanı hücum edənlərdən ikisi zərərsizləşdirilib, daha iki yaraqlının isə axtarışları davam edir.

    * * * * *

    İranın Əhvaz şəhərində terror aktı törədilib. Hadisə zamanı bir neçə nəfər ölüb.

    Median.Az İranın “Press TV” telekanalına istinadla xəbər verir ki, naməlum şəxslər hərbi paradın iştirakçılarına və tamaşaçılarına atəş açıb.

    “Əhvaz şəhərində baş verən terror aktı nəticəsində bir neçə nəfər ölüb”, – telekanalının məlumatında deyilir.



  • Kanadada “arzuların işi”nə işçi axtarılır

    “AHLOT” (A Higher Level Of Thought) marixuananın satışı şirkəti Torontoda marixuananın dəyərləndirilməsi vakansiyası elan edib.

    Bununla bağlı məlumat şirkətin saytında dərc edilib.

    Namizədlər marixuananın müxtəlif növləri haqqında şirkətə daim məlumat verməlidirlər.

    Şirkət gələcək əməkdaşlarına xəbərdarlıq edib ki, təkcə narkotiki qəbul etmək deyil, bu sənəti yaxşı başa düşmək lazımdır.

    Maksimum işdə olma müddəti aylıq 12 saatdır və hər saatına görə işçi 50 dollar alacaq.

  • Neftçilәr Xәstәxanasının baş direktoru vəzifəsindən azad edildi

    Mәrkәzi Neftçilәr Xәstәxanasının baş direktoru Hikmәt Hәsәnov işindən azad edilib.

    Bu barədə oxu.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib.

    Səfayə Əhmədova qeyd edib ki, Hikmәt Hәsәnov öz ərizəsi ilə işdən ayrılıb:

    “Hazırda onun vəzifəsini müvəqqəti olaraq Mərkəzi Neftçilər Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin müdiri Raud Əsədov icra edir”.

    Qeyd edək ki, Hikmət Həsənov 2018-ci ilin fevral ayından bu vəzifəyə təyinat almışdı.

  • Ərəb ölkəsi aclıqdan öləcək

    Yəmən humanitar fəlakətin astanasındadır, çünki son həftələr ərzaq çatdırılması vəziyyəti kəskin şəkildə pisləşib.

    Median.Az “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bu fikirləri BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok təşkilatın Təhlükəsizlik Şurasının iclasında deyib.

    “Bir sözlə, hər şey pisdir. Aclıqla mübarizədə uduzuruq. Biz ölkə üzrə insanların aclıqdan öləcəyinin qarşısını ala bilməyəcəyimiz nöqtəyə yaxınlaşırıq”, – o bildirib. Loukok əlavə edib ki, sakinlərin yarısından çoxu (29 milyondan 18 milyonu) ərzaqla təmin edilməyib, onlardan 8 milyonuna fövqəladə yardım lazımdır.

    2017-ci ilin noyabrında BMT milyonlarla insanın öləcəyi kütləvi aclıq təhlükəsi iə bağlı xəbərdarlıq edib. Baş katib ərəb koalisiyasını Yəməni blokadasını dayandırmağa səsləyib.