Category: Dünya

  • Türkiyə ordusunda kütləvi həbslər

    Ankara Baş Prokurorluğu dövlət çevrilişinə cəhdlə bağlı aparılan istintaq araşdırmaları çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin 110 hərbçisinin həbs olunması ilə bağlı qərar verib.

    Median.Az NTV-yə istinadla xəbər verir ki, onlar Fətullahçı Terror Təşkilatına üzv olmaqda ittiham edilir.

    Saxlanılan şəxslər arasında kiçik zabitlərlə yanaşı, bir neçə polkovnik və kapitan da var. Həmin şəxslərin saxlanılması üçün ölkənin 15 bölgəsində əməliyyat başlayıb.

    2016-cı il iyulun 15-də Türkiyə Silahlı Qüvvələrində xidmət edən bir qrup əsgər və zabit ölkədə hərbi çevrilişə cəhd edib.

  • Məktəbli Binəli Yıldırımı görüb ağladı – Bakıda duyğusal anlar (FOTO)

    Xəbər verdiyimiz kimi, Türkiyənin Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün ötən gecə Azərbaycana rəsmi səfərə gəlib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, parlament sədrini hava limanında görən məktəbli ilə Binəli Yıldırım arasında maraqlı anlar yaşanıb. Belə ki, Yıldırımı görən Məhəmməd Taha adlı şagird sevincindən ağlamağa başlayıb. Binəli Yıldırım isə şagirdi qucaqlayaraq öpüb, daha sonra birgə şəkil çəkdiriblər.

  • Elmar Məmmədyarov ABŞ-a getdi

    Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində iştirak etmək məqsədilə Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.

    Səfər çərçivəsində E.Məmmədyarovun BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxışı, BMT-nin cari sessiyasının gündəliyinin müxtəlif məsələlərə həsr olunan iclaslarında iştirakı və ikitərəfli əsasda çoxsaylı görüşləri nəzərdə tutulub.

  • Rusiya hökumətinin vəkili zorlamada ittiham olunur

    Rusiya hökumətinin ali məhkəmə instansiyalarında səlahiyyətli nümayəndəsi, tanınmış hüquqşünas Mixail Barşevski qadını zorlamaqda ittiham olunur.

    Median.Az Daily Storm nəşrinə istinadən xəbər verir ki, sentyabrın 18-də Moskva polisinə tərəvəz satışı ilə məşğul olan şirkətin rəhbər işçilərindən biri müraciət edib.

    37 yaşlı xanım bildirib ki, Barşevski onu 2011-c ildə zorlayıb. Onun sözlərinə görə, o vaxt Asiya ölkələrindən gətirilən kosmetika məshullarının satışı ilə məşğul olub və Daxili İşlər Nazirliyi yanında iqtisadi təhlükəsizlik şöbəsi ilə problemləri yaranıb. Buna görə qadın hüquqi yardım məqsədi ilə tanınmış hüquqşünas Barşevskiyə müraciət etmək qərarına gəlib.

    Qadın Barşevski tərəfindən zorlamanın telefona çəkildiyini iddia edib. Bu hadisədən sonra hüquqşünas qadını dörd ay ərzində həftədə dörd dəfə onunla görüşməyə məcbur edib.

    Öz növbəsində Barşevski qadının dediklərini həqiqətə uyğun olmadığını bildirirərək onun iddialarını rədd edib.

  • Vyetnam prezidenti vəfat etdi

    Vyetnam prezidenti Çan Day Kuanq vəfat edib.

    Median.Az-ın “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Mərkəzi Səhiyyə İdarəsinin rəisi Nquen Kuok Çiyey məlumat verib.

    Bildirilir ki, Çan Day Kuanq 61 yaşında 108 saylı Hanoy hərbi hospitalında dünyasını dəyişib.

    Çan Day Kuanq Vyetnamın onuncu prezidenti idi. O, ölkəyə 2016-cı ilin aprel ayından rəhbərlik edirdi.

  • Dünyada hər beş saniyədə bir uşaq ölür

    BMT-nin hesabatına əsasən, ötən il ərzində 15 yaşına çatmayan 6,3 milyon uşaq ölüb. Bu isə hər beş saniyədə bir uşağın öldüyü anlamına gəlir. Onlar su çatışmazlığı, antisanitariya, zəif qidalanma və tibbi xidmətin olmaması səbəbindən ölüblər.

    Median.Az “Reuters” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı BMT-nin hesabatında məlumat verilib.

    Uşaqların çoxu, daha doğrusu, 5,4 milyonu həyatlarının ilk beş ilində ölüblər, həmin uşaqların yarısı isə yeni doğulmuş olub.

    “Adi yardım üsulları – dərmanların, təmiz suyun, vaksinasiyanın çatıdırılması ilə uşaq ölümlərin sayını kəskin şəkildə azaltmaq olar”, – UNİCEF-in eksperti Lourens Çendi deyib.

    Əgər yaxın vaxtlarda təcili tədbirlər görülməsə, 2018-2030-cu illər ərzində beş yaşdan aşağı 56 milyon uşaq ölə bilər.

    Yaşı beşdən aşağı olaraq ölən uşaqların yarısı Afrika ölkələrində qeydə alınır ki, burada hər 13-cü uşaq dünyasını dəyişir.

    Bu ölümlərin sayını kifayət qədər azaltmaq olar. Afrikada uşaqların əksəriyyəti doğum zamanı, pnevmaniya, malyariya və digər xəstəliklərdən ölürlər.

    Bununla yanaşı, BMT-nin hesabatında bildirilib ki, uşaq ölümləri ilbəil azalır. Belə ki, yaşı beşdən aşağı olan uşaqlar arasında ölüm halları 1990-cı ildə 12,6 milyon idisə, 2017-ci ildə bu rəqəm 5,4 milyon olub.

  • Məkkə və Mədinəni sürət qatarı birləşdirəcək

    Məkkədən Mədinəyə iki yollu elektrikləşdirilmiş yüksək sürətli dəmiryolunun tikintisi başa çatıb. Bu yolda qatarların maksimum sürəti 360 km/saat olacaq.

    Bununla bağlı “Jenmin jibao” layihənin tikintisini həyata keçirən Çinin CRCC şrikətinə istinadla məlumat yayıb.

    Bu, Çin şirkəti tərəfindən hazırlanmış və səhradan keçən ilk dəmiryolu xəttidir. Xəttin uzunluğu 450,25 kilometdir və qatar bu yolla hərəkət edərkən, Ərəbistan səhrasını, Ciddəni və Rabiq şəhərini keçir.

    Bu layihənin işə düşməsindən sonra Məkkədən Mədinəyə iki saata getmək mümkün olacaq. Əvvəllər isə bu şəhərlər arasındakı məsafəni qət etmək üçün insanlar dörd saat vaxt sərf edirdilər.

  • İki Koreya razılığa gəldi

    Şimali və Cənubi Koreya liderləri Kim Çen In və Mun Çje İn birgə bəyanat imzalayıblar.

    Bu barədə çərşənbə günü, sentyabrın 19-da “Yonhap” agentliyi məlumat yayıb.

    Sənədə əsasən, rəsmi Pxenyan və Seul yarımadada nüvə silahından imtinaya dair razılığa gəliblər.

    Bundan əlavə, iki ölkə arasında hərbi müqavilə imzalanıb. Müdafiə nazirlərinin imzaladığı sənədə görə, iki Koreya arasında gərginlik azaldılmalı, müharibə təhlükəsi olmamalıdır.

  • Daha bir ölkə marixuananı leqallaşdırdı

    Cənubi Afrika Respublikasının Ali Məhkəməsi marixuananın leqallaşdırılması ilə bağlı qərar qəbul edib.

    Median.Az xəbər verir ki, bununla bağlı “BBC News” məlumat yayıb.

    Hakimlər yekdilliklə qərar veriblər ki, yetkinlik yaşına çatan istənilən vətəndaş qeyri-ictimai yerlərdə narkotik qəbul edə bilər. Bundan başqa, CAR-da şəxsi tələbat üçün çətənə yetişdirməyə və saxlamağa da icazə verilib.

    Qadağanın aradan qaldırılmasına narkotik üstündə həbs edilən 3 afrikalı olub. Onların fikrincə, narkotikə qadağa qoyulması onların şəxsi həyatına müdaxilədir.

    Marixuananın ictimai yerlərdə istifadəsi, eləcə də satılması və bu məqsədlə yetişdirilməsi qanunla qadağandır.

  • Tanınmış müğənnidən Telman İsmayılova sərt ittiham

    Rusiyalı müğənni Avraam Russo hüquq-mühafizə orqanlarına müraciət edərək, 2004-cü ildə oğurlanmasının və döyülməsinin biznesmen Telman İsmayılovun sifarişi əsasında baş tutduğunu bildirib.

    Median.Az xəbər verir ki, bununla bağlı “Kommersant” nəşri gizli mənbəyə istinadla məlumat verib.

    İstintaq komitəsi sentyabrın 17-də Russonun oğurlanması və döyülməsi ilə bağlı cinayət işi başlayıb. Həmin gün bu işdə şübhəli bilinənlərdən biri – İsmayılovun qardaşı oğlu, “Praqa” restoranın keçmiş baş direktoru Zaur Mərdanov saxlanılıb. Saxlanıldıqdan sonra Russo və Mərdanov üzləşdirilib.

    Ehtimal edilir ki, o zaman iş adamları və qonaqlar üçün çıxışlar edən Russonun qaçırılmasını İsmayılov təşkil edib. Onun oğurlanması üçün İsmayılov Mərdanovu, ikinci isə daha beş nəfəri bu işə cəlb edib.

    Telman İsmayılovun vəkili Marina Rusakova hesab edir ki, müştərisinin ünvanına səsləndirilən fikirlər qanunsuz, uydurma və absurddur. O, Russonun 14 il sonra bu işdən şikayət etməsini məntiqsiz sayıb.