Category: Dünya

  • Məşhur reper ölü tapıldı

    ABŞ-da məşhur reper Mak Miller ölü tapılıb.

    Median.Az TMZ-yə istinadən xəbər verir ki, reperin meyiti yaşadığı evdə aşkar edilib.

    Bildirilir ki, amerikalı müğənni Ariana Qrandenin keçmiş boyfrendi olan M. Miller son zamanlar narkotik asılılığından əziyyət çəkirdi.

    İlkin versiyaya görə, reper dozadan artıq narkotik qəbul etdiyi üçün ölüb.

  • Gürcüstanda çadra və niqab qadağan oluna bilər

    Gürcüstanda ictimai yerlərdə çadra və niqab qadağan oluna bilər.

    Median.Az Georgia Online saytına istinadən xəbər verir ki, qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi təşəbbüsü ilə “Patriotlar alyansı” fraksiyasının üzvü Emzar Kvitsiani çıxış edib.

    Tezliklə Gürcüstan parlamentinin büro iclasında deputatın hazırladığı qanun layihəsi müzakirəyə çıxarılacaq. Təklifə əsasən, Gürcüstanda ictimai nəqliyyatda, park və skverlərdə çadra və niqabdan istifadə edən qadınlar 500 lari cərimələnəcək. Təkrar hal baş verərsə, cərimə 1500 lari olacaq.

    Qadağa Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun qadın əməkdaşlarına şamil olunmur.

  • İranda güclü zəlzələ

    İranın şərqində, Bam şəhərindən 126 kilometr aralıda güclü zəlzələ baş verib. Yeraltı təkanlar Rixter şkalası üzrə 5,5 bal olub.

    Median.Az Newsru.co.il portalına istinadla xəbər verir ki, zəlzələ bu gün səhər saatlarında baş verib.

    Dağıntı və tələfatla bağlı məlumat verilmir. Bam və Zahedan şəhərləri arasındakı rayon seysmik cəhətdən qeyri-stabil hesab edilir.

    Ötən il İranda baş verən 7,3 bal gücündə zəlzələ zamanı 500 nəfər ölüb, altı mindən çox insan yaralanıb.

  • “Terminator”un aktyoru öldü

    ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu, aktyor Kristofer Louford 64 yaşında vəfat edib.

    Bununla bağlı TMZ məlumat yayıb.

    Aktyor dəqiq ölüm səbəbi məlum deyil. Məlumatlara görə, Louford yoqa ilə məşğul olduqdan sonra halı pisləşib. Aktyorun evinə gələn həkimlər onun həyatını xilas edə bilməyiblər.

    Portalın məlumatına görə, 1970-1980-ci illərdə aktyorun narkotiklərlə ciddi problemi olub. Aktyor müxtəlif dərman preparatları əldə etmək üçün özünü həkim kimi təqdim etdiyinə görə həbs olunub.

    Louford “Yalnız qəlblər”, “Əsas hospital”, “Freyzer” kimi seriallarda, eləcə də, “Terminator 3: Maşınların üsyanı” filmində oynayıb.

  • Rusiyalı jurnalistlər Gürcüstana buraxılmadı

    “KİV-in regionda etimadın möhkəmləndirilməsində rolu” Cənubi Qafqaz beynəlxalq mediaforumunda iştirak etmək üçün Gürcüstana gəlmək istəyən üç rusiyalı jurnalist bu ölkəyə buraxılmayıb.

    Median.Az “Sputnik Gürcüstan”a istinadla xəbər verir ki, həmin şəxslər NTV telekanalının jurnalisti Aleksandr Tokaryev, TASS agentliyinin hərbi müxbiri Viktor Litovkin və Rusiya cəmiyyətinin tədqiqatçıları beynəlxalq assosiasiyasının prezidenti Qennadiy Bordyuqov olub.

    Forum təşkilatçıları bildiriblər ki, Tbilisi aeroportunda sərhədçilər rusiyalılara onların Gürcüstana girişinin qadağan edildiyini deyib.

    Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, rusiyalılar “işğal olunmuş ərazilər haqqında” qanunu pozduğu üçün ölkəyə buraxılmayıb.

  • Pakistanın yeni prezidenti seçildi

    Pakistanın hakim partiyası olan “Texrik-e-İnsaf”ın (Ədalət üçün hərəkat) namizədi Arif Alvi ölkənin 13-cü prezidenti seçilib.

    Median.Az xəbər verir ki, bununla bağlı “Geo” TV səsvermənin qeyri-rəsmi nəticələrinə əsasən məlumat verib.

    Seçkilər federal parlamentdə və dörd əyalət assambleyasında yerli vaxtla 10-dan 16-yadək keçirilib. Rəsmi nəticələrin bu gün axşam saatlarında açıqlanması gözlənilir.

    Ölkə prezidenti postu uğrunda üç namizəd mübarizə aparıb: Arif Alvi, Pakistan Xalq Partiyasından Aizaz Axsan və müxalif birləşmələrin nümayəndəsi Maulana Fazl-ur-Rahman.

  • Koçaryan Ermənistanı tərk etməyə çalışacaq

    Ermənistanın sabiq prezidenti Robert Koçaryan illik tibbi baxışdan keçmək üçün Almaniyaya getmək niyyətindədir, ancaq istintaq komitəsinin bununla bağlı qadağası var.

    Median.Az xəbər verir ki bu fikirləri “Radio Azautyun”a açıqlamasında Koçaryanın vəkili Aram Orbelyan məlumat verib.

    Onun sözlərinə görə, hazırda Koçaryan müştərisi Ermənistandadır, ancaq müdafiə tərəfi bu qadağanın ləğv edilməsi ilə məşğuldur.

    “Söhbət ondan gedir ki, Koçaryana qarşı qətimkan tədbiri seçilməyib, ancaq sabiq prezidentin pasportu hüquq-mühafizə orqanlarındadır”, – Orbelyan əlavə edib.

    Robert Koçaryan iyulda həbs edilib, ancaq avqustun 13-də Apellyasiya Məhkəməsinin qərarı ilə azad edilib. O, 2008-ci ildə ölkədə konstitusiya rejiminin devrilməsində ittiham olunur.

  • Nikol Paşinyanın protokol xidmətinin kobud səhvləri – FOTO

    Ermənistanda etiket mütəxəssisləri baş nazir Nikol Paşinyanın protokol xidmətinin kobud səhvlərini qeydə alıblar.

    Erməni KİV baş nazirin rəsmi görüşlər zamanı lentə alınan fotolarında Paşinyanın protokol xidmətinin qeyri-səlisliyini gözdən qaçırmayıb.

    Rəsmi görüşlər zamanı masanın üstündə olan stəkanlar diqqət çəkib.

    Etiket üzrə erməni mütəxəssis Marqarita Xaçatryanın sözlərinə görə, Paşinyanın masası üzrəindəki stəkan su yox, ağ çaxır üçün nəzərdə tutulub.

    Beynəlxalq etiketə əsasən, rəsmi, diplomatik və işgüzar görüşlər zamanı ayaqsız stəkan və ya üç santimetrdən çox olmayan ayaqlı stəkan istifadə olunmalıdır./oxu.az





  • Bakılı “Nokia”nın Rusiya bölməsinə rəhbər təyin edildi

    “Nokia”nın Rusiya bölməsinin yeni baş direktoru Rusiya Federasiyasının rabitə nazirinin sabiq müavini Rəşid İsmayılov olub.

    Median.Az “Vestnik Kafkaz”a istinadla xəbər verir ki, bununla bağlı məlumatı şirkət özü yayıb.

    “Nokia”da İsmayılov rusiyalı müştərilərlə şirkətin iş perspektivlərini müzakirə edəcək. Eyni zamanda, o, dövlət müştəriləri və digər orqanlarla əlaqələrdə şirkətin maraqlarını təmsil edəcək.

    Bundan başqa, Rəşid İsmayılov “Nokia”nın Şərqi Avropada servis bölməsinin rəhbəri və Beynəlxalq Kommunikasiya Şurasının sədridir.

    İyulun sonunda İsmayılov Rabitə Nazirliyindəki vəzifəsindən könüllü şəkildə istefa verib.

  • Zaxarçenko Kobzonun yas mərasimində partladılıb – TƏFƏRRÜAT

    Tanınmamış Donetsk Xalq Respublikasının sədri Aleksandr Zaxarçenkoya rusiyalı estrada ifaçısı İosif Kobzonun yas mərasimində qatılmaq üçün “Separ” kafesinə gəldiyi zaman sui-qəsd təşkil olunub.

    Median.az xəbər verir ki, bununla bağlı “Kommersant” qəzeti mənbəyə istinadla məlumat yayıb.

    Mənbənin sözlərinə görə, kafedə partlayış yerli vaxtla 17:00-da baş verib. Məlumatlara görə, Zaxarçenko və Kobzon yaxın olublar, hətta rusiyalı ifaçının ölümündən sonra Donetskdə üç günlük matəm elan olunub.

    Zaxarçenko Donetskin mərkəzindəki “Separ” kafesində baş verən partlayış zamanı aldığı kəllə-beyin travması ilə hadisə yerində ölüb.