
Məşhur sovet və rusiyalı müğənni İosif Kobzon bu gün Moskvada vəfat edib.
Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə müğənninin həyat yoldaşının köməkçisi bildirib.
O, 80 yaşında dünyasını dəyişib.

Məşhur sovet və rusiyalı müğənni İosif Kobzon bu gün Moskvada vəfat edib.
Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə müğənninin həyat yoldaşının köməkçisi bildirib.
O, 80 yaşında dünyasını dəyişib.

Səudiyyə Ərəbistanında beş qadına sərnişin təyyarəsini idarə etmək icazəsi verilib.
Mülki Aviasiya Baş İdarəsinin verdiyi lisenziya onlara ölkənin özəl aviaşirkətlərində işləmək icazəsi verir.
Qeyd edək ki, bir müddət öncə Səudiyyə Ərəbistanında tarixdə ilk dəfə qadına sürücülük vəsiqəsi verilib.

Yaponiyada pilotsuz taksilərin sınaqlarına start verilib.
Median.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, sınaqlar Tokioda keçirilir.
İlk dəfədir ki, pilotsuz taksilərin sınağı avtomobillərdə sərnişinlər ola-ola keçirilir.
Yaponiya hökuməti pilotsuz taksilərdən Olimpiada-2020 keçiriləcəyi zaman istifadə etməyi planlaşdırır.

İranın Kirmanşah vilayətində 6,1 bal gücündə baş verən zəlzələ qurbanlarının sayı artıb.
Press-TV telekanalının yaydığı məlumata görə, zəlzələ nəticəsində 1 nəfər ölüb, 140 nəfər yaralanıb.
Qeyd edək ki, daha əvvəl zəlzələ nəticəsində 1 nəfərin öldüyü, 58 nəfərin yaralandığı xəbər verilmişdi.
Zəlzələ ocağının 9-10 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Yeraltı təkanlar İraqın paytaxtı Bağdadda da hiss olunub.
(Azertac)

İranın Məşhəd şəhərində üç yaşayış evi uçub.
Median.Az “Fars News” agentliyinə istinadla xəbər verir ki, buna binalardan birində su qızdırıcısının partlaması səbəb olub.
Partlayış nəticəsində 15 binaya ciddi ziyan dəyib.
İlkin məlumatlara görə, hadisə zamanı 10 nəfər həlak olub, beş nəfər yaralanıb.

Peruda 7,1 bal gücündə zəlzələ baş verib. Bununla bağlı ABŞ Geoloji Xidməti məlumat yayıb.
Median.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla 09:04-də qeydə alınıb.
Zəlzələnin episentri İberiya bölgəsindən 138 kilometr aralıda, yerin 609,5 kilometr dərinliyində yerləşib.
Dağıntı və tələfatla bağlı hələlik heç bir məlumat yoxdur.

Almaniya Gürcüstanın NATO-ya inteqrasiyasını dəstəkləyir, ancaq onun tezliklə alyansa üzv olacağı az inandırıcıdır.
Median.Az TASS agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Almaniya kansleri Angela Merkel Tbilisidə tələbələr qarşısında çıxışı zamanı deyib.
“Almaniya Gürcüstanın NATO-ya isteqrasiyasını dəstəkləyir, ancaq açıq danışmaq istəyirəm ki, Gürcüstanın bu mərhələdə alyansa üzv olacağından danışması tezdir”, – o bildirib.

Afina və ətrafyanı şəhərlər də daxil olmaqla Yunanıstanın bir neçə bölgəsi qaranlığa qərq olub.
Median.Az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Pallini rayonunun mərkəzi elektrik yarımstansiyasında qəzanın baş verməsidir.
Qeyd edək ki, hadisəyə görə, təcili yardım xidmətinə 90 zəng olunub.

Rusiyanın Taqil şəhərinin sakini Perudan gətirdiyi ayyauaska içkisinə görə 11,5 həbs cəzasına məhkum olunub.
Median.Az xəbər verir ki, sözügedən məhlul Amazonka şamanları tərəfindən müalicə məqasədləri üçün hazırlanır və istifadə edilir. Rusiyalı da ondan bel ağrılarını aradan aparmaq üçün yararlanıb.
Məhlulun tərkibinə narkotik maddə – dimetikkriptamin – daxil olduğu üçün, onun Rusiyaya gətirilməsi qadağandır.
Lakin binəva turist butulkadakı içkinin tərkibindən bixəbər olub. O, daha öncə 2 ölkə – Peru və İspaniya sərhədində heç bir problem yaşamayıb. Lakin vətənində butulkanın tərkibi şübhə doğurub.
Qeyd olunur ki, ayyauaska içkisində narkotik maddə çox az miqdardadır. Lakin hakim bunu nəzərə almayıb və butulkanın bütün tərkibini narkotik kimi qəbul edərək rusiyalıya hökm oxuyub.
Piyada yolun kənarındakı beton maneənin üstündən qəfildən tullanıb və maşının altına düşüb.
Median.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, “Mitsubishi” markalı xidməti polis maşını M-05 Kiyev-Odessa avtomagistralı ilə hərəkət zamanı yolu keçməyə çalışan piyadanı vurub öldürüb.
Piyada yolun kənarındakı beton maneənin üstündən qəfildən tullanıb və maşının altına düşüb. Bu barədə patrul polisinin mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, aldığı xəsarətlərdən hadisə yerində ölmüş piyada Azərbaycan vətəndaşıdır.
Hadisə ilə bağlı araşdırma aparılır.