Category: Dünya

  • Dollar 5 lirəni keçdi – TARİXİ REKORD

    Türk lirəsi dollar qarşısında ucuzlaşmaqda davam edir.

    Dollar/tl məzənnəsi həftənin ilk iş günü, səhər saatlarında 5.12 lirə səviyyəsinə yüksəlib.

    Beləliklə, dollar lirəyə nisbətdə son bir həftə ərzində 5,36 faiz bahalaşaraq, ilin əvvəlindən bu yana 25 faiz güclənib.

    Qeyd edək ki, iyul ayında Türkiyədə illik inflyasiya 15,85 faiz təşkil edib. Aylıq bu rəqəm 0,55 faiz olub.

    Ümumiyyətlə, son bir ayda ABŞ dollarına nəzərən rus rublu 5,6 faiz, avro 3,3 faiz, qazax təngəsi 2,4 faiz, gürcü larisi 1,5 faiz dəyər itirib.

  • Tualetdə yatan şəxsin inanılmaz HƏYAT HEKAYƏSİ – İndi “Ferrari”yə minir və … – FOTO

    Türkiyədə səfalət içində yaşayan şəxs özü də gözləmədiyi anda imkanlı birinə çevrilib.

    Median.Az “haberler”ə istinadən xəbər verir ki, Hüseyin Özer Türkiyənin Tokat vilayətində yaşayırmış. Onun uşaqlığı çox acınacaqlı olub. Doğulandan bir neçə gün sonra anası və atası onu küçəyə atır.

    Doğulduğu kəndin çobanı onu oğulluğa götürür. Bir müddət onunla birgə yaşayan Hüseyin Özer məktəbə belə getməyib. Ona yazı yazmağı və hesablamağı çoban öyrədib. Çoban öldükdən sonra isə Hüseyin yenidən tənhan yaşamağa məcbur olur.

    Valideynləri tərəfindən küçəyə atılması azmış kimi Hüseyin bacı və qardaşları tərəfindən də zərbələr alır. Bacı və qardaşları ailənin əkin yerlərindən ona pay düşməsin deyə Hüseyini öldürmək qərarına gəlirlər. Ona zəhərli əncir yedizdirirlər. 

    “Zəhərli meyvə yesəm də, ölmədim. Bəlkə də həmin gün mənim ən xoşbəxt günlərimdən idi. Sanki dünyaya ikinci dəfə gəlmişdim”, – deyə Hüseyin Özer bildirib.

    Sonradan pul qazanmaq üçün Ankaraya yollanır. Bir müddət orada işləyir. Sonradan hərbi xidmətə gedir. Qayıtdıqdan sonra İstanbula gedib orada çalışır. Restoranların birində qabyuyan işləməyə başlayır. Qazancı çox az olduğu üçün restoranda iş bitdikdən sonra oranın tualetində gecələməyə məcbur qalır. Qalmağa yeri olmadığına görə, tualetdə özünə yataq düzəldir.

    Günlərin birində isə bəxt Hüseyin Özerin üzünə gülür. Restoranın aşbazı işə gəlmədiyinə görə, yemək bişirməyi ona tapşırırlar. Elə həmin gündən Hüseyin öz məharətini göstərir. Sonradan dostlaşdığı bir nəfər onun üçün kiçik kafe açır. Hüseyin dostunun və öz xəyallarını gerçəkləşdirir.

    Günlərin bir günü Londonda “Sofra” restoranlarının sahibi Türkiyədə səfərdə olarkən onun kafesinə təşrif buyurur. Hüseyin yeməklərini bəyənir və onu İngiltərəyə dəvət edir. Bundan sonra Hüseyinin həyatında önəmli dönəm başlayır. O, Londonda bir neçə il işləyir. O, Türkiyəyə dönəndə artıq varlı biri idi.

    Orta hesabla Hüseyin Özerin 37 milyon dollara yaxın sərvəti var. Yəni, bir vaxtlar valideynləri tərəfindən küçəyə atılan, bacı-qardaşı tərəfindən sui-qəsdə məruz qalan və tualetlərdə yatan Hüseyin Özer “Ferrari”yə minir, hər gün yüzlərlə insana çörək verir.



  • Ben Ladenin anası ilk dəfə danışdı: “O yaxşı uşaq idi, beynini yudular”

    Əl Qaidə terror təşkilatının keçmiş rəhbəri Usamə Ben Ladenin anası Aliyə Qanem ilk dəfə müsahibə verib.

    Qadın Böyük Britaniyanın “The Guardian” nəşrinə müsahibəsində oğlununuşaqlıqda çox yaxşı insan olduğunu bildirib:

    “Mənim həyatım çox çətin keçib. Ona görə ki, oğlum hər zaman məndən uzaqda olub. O, çox yaxşı uşaq idi və məni çox sevirdi”.

    Onun sözlərinə görə, Usamanı üç yaşından ikinci həyat yoldaşı olan, oğlunun ögey atası Məhəmməd Attas böyüdüb:

    “O, yaxşı uşaq idi, universitet vaxtı qarşısına çıxan şəxslər onun beynini yudu. Oğlum 20 yaşında onun beynini yumağa kömək edən insanlara rast gələnə qədər… Siz bunu dini amil adlandıra bilərsiniz. Onlar bu işə görə pul alırdılar. Mən hər zaman ona deyirdim ki, bu adamlardan kənar dayan, o isə heç bir zaman mənə nə etdiyini demirdi. Bunun səbəbi isə onun məni çox sevməsi idi. Mən təsəvvür edə bilmirdim ki, Usama cihadçı ola bilər və bunu görəndə çox təəssüflənmişdim”.

    Hazırda Aliyə Qanem ilə birlikdə Ciddə şəhərində terrorçunun qardaşları Qanem Əhməd və Qanem Həsən, eləcə də, ikinci əri Məhəmməd əl-Attas yaşayır.

    Aliyə Qanemin digər oğlu Qanem Əhməd isə anasının hələ də Usamanı terrorçu kimi tanımadığını deyib:

    “11 sentyabrdan 17 il keçib və anam hələ də Usamanı inkar edir. O, yalnız Usamanın bizim hamımızın gördüyü yaxşı tərəflərini dərk və qəbul edir. O, Usamanı elə çox sevirdi ki, oğlunu günahlandırmaqdan imtina edirdi. Onun yerinə isə ətrafdakıları ittiham edir. O, ancaq həmin oğlanın yaxşı tərəfini bilir.

    11 Sentyabr baş verəndə bizim ailə bilirdi ki, bunun arxasında qardaşımız Usama dayanır. Mən heyrətə düşmüşdüm. Bu, qəribə hiss idi. Biz ilk 48 saatda bunun Usama tərəfindən törədildiyini öyrəndik. Bizim ailənin kiçiyindən böyüyünə qədər hər kəs Usamaya görə utanırdı. Sonuncu dəfə Usamanı 1999-cu ildə Qəndahardakı bazalardan birinin yaxınlığında gördük. O vaxtdam ölənə qədər onunla görüşə bilmədik”.

    Qeyd edək ki, Usama Ben Ladenin anasından müsahibə şəxsən Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın icazəsindən sonra alınıb. Bu ailə hələ də Səudiyyə Ərəbistanının ən nüfuzlu ailələrindən biri sayılır. \Unikal.org

  • Adnan Oktar tanınmış professorun qızlarını zorlayıb, nəvəsini isə … – DƏHŞƏTLİ FAKTLAR – VİDEO

    Türkiyənin tanınmış professorlarından olan Cevat Babunanın ailəsi “Adnan Hoca” adı ilə tanınan, özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktar tərəfindən dağıdılıb.

    Median.Az “hurriyet”ə istinadən xəbər verir ki, bu barədə türk aliminin həyat yoldaşı polisə verdiyi ifadədə bildirib. Onun sözlərinə görə, Adnan Oktar Babuna ailəsinə atom bombası kimi düşüb.

    “Bu adam bizim ailəni məhv etdi. O, 5 övladımı və nəvəmi təşkilata götürdü. Onlar 25 ildir Adnan Oktar tərəfindən zorakılığa məruz qalırlar. Onların beynini o qədər yuyub ki, uşaqlarım mənimlə görüşmək istəmirdilər. Məni kafir adlandırırdılar. Adnan özünü peyğəmbər kimi təqdim edib uşaqlarımı “din” adamı eləyəcəyini dedi və həyatlarını məhv elədi. Qızlarıma təcavüz ediblər, zorlayıblar”, – deyə qadın fəryad edib.

    Qadın bildirib ki, Adnan Oktar üzündən cəmiyyət içində də rüsvay olublar: “Mal-dövlətimizi taladı, bu bir yana, qızlarımı bizlə düşman etdi. Bundan əlavə, insanlar arasında rüsvay olduq”./baku.ws







  • “Selfi polisi” yaradılır

    Avstraliya hökuməti turistlərin təbii gözəlliklər fonunda şəkil çəkdirmək həvəsindən yaranan təhlükənin qarşısını almaq üçün yeni polis bölməsi – “selfi polisi” yaratmağı planlaşdırır.

    Median.Az-ın xarici mediaya istinadən xəbərinə görə, bir çox hallarda turistlərin bu cür istəkləri onların ölümü ilə nəticələnir.

    Yeni bölmənin əməkdaşları foto həvəskarları arasında populyarlığı ilə seçilən yerlərdə növbə çəkərək, onları gözlənilən təhlükə barədə xəbərdar edəcəklər. Belə ərazilərin daha çox ölkənin qoruq rayonlarında olduğu bildirilir. Həmin populyar obyektlərdən biri Kral Milli Parkında yerləşən qayanın çıxıntısıdır.

    Birbaşa okean üzərində yerləşən bu qaya selfi həvəskarlarının ən sevimli yeri hesab edilir. Lakin mütəxəssislərin rəyinə görə, kövrək qum dənələrindən ibarət olan qaya istənilən məqamda çökə bilər.

    Qeyd olunur ki, turistlərin ölümü ilə nəticələnən hadisələr sırasında selfi altıncı yeri tutur.

  • Dünyanın ən bahalı şirkətinin adı açıqlandı

    “Apple” şirkətinin bazar kapitallaşması bir trilyon dolları ötüb.

    Bu, tarixdə rekord göstəricidir.

    Avqustun 1-də “Apple” rüblük hesabatını açıqlayıb və nəticələr əksər analitiklərin proqnozlarından fərqli olub.

    Dünyanın bahalı şirkətləri sıralamsında “Amazon” ikincidir. Onun dəyəri 880 milyon dollar məbləğində qiymətləndirilir.

  • İranı etirazlar bürüdü

    İranın Məşhəd, Şiraz və İsfahan şəhərlərində ölkənin iqtisadi şəraitinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyası keçirilib.

    Median.Az bununla bağlı İran KİV-ə istinadla məlumat verir.

    Aksiya iştirakçıları hökumətdən qiymət artımının və milli valyutanın məzənnəsinin aşağı düşməsinin qarşısını almağı tələb edirlər. Onlar hazırkı rejimin əleyhinə şüarlar səsləndirib və təkərlər yandırıblar. Aksiya polis tərəfindən dağıdılıb.

  • Orxan Camalın oğurlanması və dindirilməsinin təfərrüatı məlum olub

    Rusiya çəkiliş qrupunun üzvləri Mərkəzi Afrika Respublikasında öldürülmədən əvvəl oğurlanıb və dindirilib.

    Median.Az xəbər verir ki, bununla bağlı “Palmarescentrafrique.com” portalı mənbəyə istinadla məlumat yayıb.

    Sayt iki cəsədin olduğu foto da paylaşıb.

    Məlumata əsasən, jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenkonu Dekoa şəhərinə gedən yollara nəzarət edən “Seleka” müsəlman qruplaşmasının silahlıları öldürüb. Onlara Nurəddin Adam adlı şəxs rəhbərlik edir.

    Nəşr qeyd edib ki, rusiyalıların müşayiət edilmədən getmək qərarı “böyük səhv” olub.

    Rusiyalı çəkiliş qrupunun “Seleka” silahlıları tərəfindən öldürülməsi versiyası artıq səsləndirilib. Digər versiya isə qarətdir.

  • Ərdoğan ABŞ-ın təhdidlərinə cavab verdi

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, ABŞ-ın Türkiyənin ünvanına səsləndirdiyi təhdidlər qəbuledilməzdir və heç kim üçün sərfəli deyil.

    Median.Az NTV telekanalına istinadla xəbər verir ki, bununla bağlı Ərdoğan jurnalistlərə açıqlamasında danışıb.

    “Təhdidlə deyilən söz heç kimə bir şey qazandırmayacaq. Hesab edirik ki, təhdid dili qəbuledilməzdir”, – o, Vaşinqton və Ankara arasında Türkiyədə həbsdə olan amerikalı keşiş Endryu Bransonla bağlı gərgin vəziyyəti şərh edərkən deyib.

  • Nijni Novqorodda son həftə ərzində ikinci jurnalist həlak oldu

    İyulun 21-də “Arqumentı i faktı” nəşriyyat evinin Nijni Novqorodda yoxa çıxan jurnalisti Sergey Qraçovun meyiti tapılıb.

    Bu barədə Median.Az TASS-a istinadla xəbər verir.

    Jurnalistin itməsi ilə əlaqədar axtarışları həyata keçirən Nijni Novqorodun “Rıs” axtarış-xilasetmə qrupu “VKontakte” saytındakı səhifəsində məlumat yayıb:

    “Tapıldı, ölüb. Yardıma və məlumatın yayılmasına görə hər kəsə təşəkkür! Mərhumun qohumlarına və yaxınlarına başsağlığı veririk”.

    Daha öncə jurnalistin Nijni Novqoroda ezamiyyət zamanı yoxa çıxması barədə xəbərlər yayılmışdı. Son dəfə onu iyulun 21-də mehmanxanadan çıxan zaman görüblər. İyulun 27-də isə qəzet əməkdaşının itkin düşməsi faktı üzrə cinayət işi açılmışdı.

    Xatırladaq ki, bu, son həftə ərzində Nijni Novqorodda ikinci jurnalist ölümüdür. Bir neçə gün əvvəl “Nijni Novqorod” telekanalının əməkdaşı Denis Suvorov qətlə yetirilmişdi.