Category: Dünya

  • Əfqanıstanda kişi doqquz yaşlı arvadını öldürüb

    Əfqanıstanda doqquz yaşlı “qadın” əri tərəfindən amansızlıqla qətlə yetirilib.

    Median.Az “Tolo News”a istinadən xəbər verir ki, 35 yaşlı ər evli olduqları iki il ərzində qadını dəfələrlə döyüb.

    Qətl törədilən gün isə onlar arasında ailə-məişət münaqişəsi baş verib və Sharafuddin adlı kişi doqquz yaşlı Samianı boğub.

    Samianın atası həbs edilib. Qatil ərin axtarışları davam edir.

    Qeyd edək ki, qızcığaz ailələr arasındakı ədavətə son qoymaq məqsədilə ərə verilib.

  • Erməni qızlar Moskvada atalarını öldürdü – FOTO

    Moskvada yaşayan erməni ailəsində dəhşətli cinayət hadisəsi baş verib. 57 yaşlı Mixail Xaçaturyan doğma qızları tərəfindən qətlə yetirilib.

    Median.Az bununla bağlı “Mash” telekanalına istinadla xəbər yayıb.

    Məlumatlara əsasən, ailənin böyük qızı, 19 yaşlı Angelina polisə müraciət edib. O bildirib ki, bacıları 17 yaşlı Kristina və 18 yaşlı Marya ilə atalarını öldürülüblər.




  • Qızına qarşı seksual hərəkətlər etdi, sonra azərbaycanlı sevgilisini öldürdü

    İyulun 24-də Türkiyənin Konya vilayətinin Karatay rayonunda sevgilisi, 50 yaşlı Azərbaycan əsilli Saibə Yüksəliri öldürməkdə ittiham olunan 46 yaşlı kolleksioner Rahim A. ilə bağlı yeni məlumatlar üzə çıxıb.

    Məlumatlarda hadisədən bir gün əvvəl Rahimin Saibənin 14 yaşlı qızına qarşı seksual xarakterli hərəkətlər etdiyi bildirilib.

    Yeniyetmə qız hadisə baş verən günü polisə gedərək, faktla bağlı şikayət edib.

    Xatırladaq ki, bir neçə gün əvvəl üç uşaq anası və həyat yoldaşından boşanmış Saibə Rahimin iş yerinə gəlib. O, sevgilisindən arvadını boşamağı tələb edib. Bu zaman tərəflər arasında mübahisə düşüb və hadisə yerinə polis çağırılıb. Cütlük bir-birindən şikayətçi olmadığını bildirib.

    Rahim iyulun 24-də avtomobili ilə iş yerinə gəldiyi vaxt tapança ilə Saibəyə səkkiz dəfə atəş açıb və onu maşından ataraq, hadisə yerindən qaçıb. Saibə Yüksəlir isə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Rahim A. 2001-ci ildə iki nəfəri öldürmüş və 12 il həbsxana həyatı yaşadıqdan sonra şərti azadlığa çıxmışdı.

  • Mədinədə hacıları daşıyan avtobus yandı – VİDEO

    Səudiyyə Ərəbistanın Mədinə şəhərində Türkiyədən olan hacıları daşıyan avtobus qarşıdan gələn “pikap” tipli avtomobil ilə toqquşub.

    Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü ölüb.

    Qum fırtınası səbəbi ilə yolların qumlarla örtülməsinə görə qarşıdan gələn nəqliyyat vasitəsi yolu düzgün nizamlaya bilməyib və türk hacıların olduğu avtobusa çırpılıb.

    Çırpılmanın şiddəti ilə qəzadan dərhal sonra hər iki nəqliyyat vasitəsi yanmağa başlayıb.

    Qəzadan sonra qapıları açılan avtobusdan enən hacılar yanmaqdan xilas ola biliblər. Lakin deformasiyaya uğrayan nəqliyyat vasitələrinin sürücüləri sükan arxasından çıxarıla bilmədikləri üçün ölüblər.

  • Əmisi tərəfindən zorlanan 18 yaşlı qız üsyan etdi – VİDEO

    Türkiyədə 18 yaşlı Bahar Doğrul sosial mediada video paylaşaraq, əmisi tərəfindən zorlandığını bildirib.

    Median.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, videoda gənc qız Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan yardım istəyib.

    “Mən Bahar Doğrul, 18 yaşındayam. Doğma əmim tərəfindən zorlandım. Ədalətin yerini tapmasını istəyirəm. İstəyirəm ki, səsimi eşitsinlər. Mən də Özgəcan və Leyla kimi vəziyyətə düşdükdən sonra səsimi eşidəcəklər? Mən də ölməliyəm? Bu insanların cəzasız qalmasını istəmirəm”, – deyə qız müraciət edib.

    Qısa müddətdə video minlərlə izləyici, həmçinin Türkiyənin bir çox tanınmış siması tərəfindən də paylaşılıb.

  • Jirinovski: Əgər Rusiya olmasaydı, Qarabağda ermənilər artıq yox idi

    Rusiya ordusunun Ermənistana yerləşdirilməsi səbəbindən ermənilər Qarabağda sakit yaşayır.

    Bu fikirləri Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Ermənistanın Rusiyadan uzaqlaşmaq arzusunu şərh edərkən deyib.

    Onun sözlərinə görə, əgər Rusiya olmasaydı, Qarabağda ermənilər artıq yox idi.

    “Bu sözlər Tacikistan və Donbasa da aiddir. Əgər siz rusları sıxışdırıb öldürməsəydiz, heç bir problem olmazdı”, – Jirinovski bildirib.

    O əlavə edib ki, gürcü hərbçilər son 20 ildə 100 rus xüsusi təyinatlısını öldürüb:

    “Biz bunu dayandırdıq, Osetiya və Abxaziyanı xilas etdik. Biz bütün keçmiş SSRİ-nin əhalisini qoruyacaq və xilas edəcəyik. Demokratiya budur”.

  • “Instagram”ın ən “bahalı” qadını müəyyənləşdi

    Amerikalı modelyer və iş adamı Kayli Cenner “Instagram Rich List 2018”də ən bahalı istifadəçilər arasında birinci olub.

    Median.Az “Hopper HQ”yə istinadla xəbər verir ki, 20 yaşlı qadının şəxsi hesabındakı bir paylaşımın qiyməti bir milyon dollar təşkil edir.

    Sözügedən sıralamada ötənilki reytinqin lideri aktrisa Selena Qomes ikinci (800 min dollar), futbolçu Kriştianu Ronaldu üçüncü (750 min dollar), Kayli Cennerin bacısı Kim Kardaşyan isə dördüncü (720 min dollar) pillələrdə qərarlaşıblar.

    Hazırda Kayli Cennerin “Instagram” səhifəsinin 111 milyon abunəçisi var.

  • Zukerberq iki saata 17 milyard dollar itirdi

    Analitiklərin mənfi proqnozlarının yer aldığı rüblük hesabat dərc olunduqdan sonra “Facebook” şirkətinin səhmlərinin kəskin şəkildə ucuzlaşması Mark Zukerberqə 17 milyard dollara başa gəlib.

    Median.Az “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, şirkət bu hesabatdan sonra 130 milyard dollar itirib.

    Agentliyin məlumatına görə, bu, sosial şəbəkə tarixində səhmlərin ən kəskin ucuzlaşmasıdır və bununla Zukerberq planetin varlı insanları siyahısında 3-cü yeri əldən verə bilər.

    Hesabatda deyilir ki, “Facebook” rüblük gəliri 13 milyard dollar olub. Bu isə planlaşdırılmış göstəricidən az olub. Sosial şəbəkədən gündəlik istifadə edənlərin sayı 1,47 milyard olub. Ancaq planlaşdırılmaya əsasən, bu rəqəm 1,49 milyard olmalı idi.

    Mark Zukerberq iyulun əvvəlində planetin ən varlı insanları siyahısında 3-cü olub. Onun sərvəti 81,6 milyard dollar olaraq qiymətləndirilir.

  • Rusiyada telejurnalist qətlə yetirilib

    Rusiyanın Nijnı Novqorod şəhərində televiziya jurnalisti Denis Suvorov qətlə yetirilib.

    O, “Nijni Novqorod” teleşirkətinin əməkdaşı olub.

    İstintaq Komitəsi İdarəsinin məlumatında bildirilir ki, 27 yaşlı Suvorovun zorakılıq əlamətləri olan cəsədi çayın sahilində tapılıb.

    Ölüm hadisəsi ilə bağlı cinayət işi açılıb.

    Denis Suvorov bir neçə verilişin aparıcısı olmaqla yanaşı radioteatrın tamaşalarını səsləndirib və redaktor kimi fəaliyyət göstərib.Rusiyanın Nijnı Novqorod şəhərində televiziya jurnalisti Denis Suvorov qətlə yetirilib.

    Oxu.Az xəbər verir ki, o, “Nijni Novqorod” teleşirkətinin əməkdaşı olub.

    İstintaq Komitəsi İdarəsinin məlumatında bildirilir ki, 27 yaşlı Suvorovun zorakılıq əlamətləri olan cəsədi çayın sahilində tapılıb.

    Ölüm hadisəsi ilə bağlı cinayət işi açılıb.

    Denis Suvorov bir neçə verilişin aparıcısı olmaqla yanaşı radioteatrın tamaşalarını səsləndirib və redaktor kimi fəaliyyət göstərib.

  • “Kurtlar Vadisi Pusu”nun məşhur aktyoru xəstəxanalıq oldu – Foto

    “Kurtlar Vadisi Pusu” serialındakı “Davut Tataroğlu” rolunu canlandırmış türkiyəli aktyor Can Gürzap qəzaya düşüb.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçini Sapanca ərazisində yoldan keçərkən motosiklet vurub.

    74 yaşlı aktyor qəzadan sonra qanlar içində yerə yıxılıb. Bu zaman onun köməyinəətrafdakıl insanlar gəlib. Təcili yardımla xəstəxanaya aparılan Gürzapın başı və sinəsi yaralanıb.

    Beyin cərrahı sənətçinin başının və sinəsinin tomoqrafiya olduğunu, Gürzapın vəziyyətinin hələlik stabil olduğunu deyib.

    Qeyd edək ki, aktyoru vuran motosikletin nömrəsiz olduğu və sürücünün Suriya əsilli şəxs olduğu ortaya çıxıb.

    Onu da bildirək ki, qəzada yaralanan motosiklet sürücüsü də eyni xəstəxanada müalicə alır.\unikal.org