Category: Dünya

  • Qarsda 14 azərbaycanlı qadın saxlanıldı

    Qars rayon polis idarəsinin əxlaq bürosu Karadağ məhəlləsində yerləşən gecə klublarından birində əməliyyat keçirib.

    Median.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, əməliyyat zamanı işləmə icazəsi olmayan 31 əcnəbi qadın saxlanılıb.

    Məlumata görə, saxlanılanlardan 14-ü azərbaycanlı, dördü rus, ikisi gürcü, yeddisi erməni, üçü özbək, biri isə moldovalıdır.

    Sənədləşmələrdən sonra Posof sərhəd-keçid məntəqəsindən deportasiya ediliblər.

  • Trampın qızı sərxoş görüntüsü ilə gündəmdə – FOTO

    ABŞ prezidenti Donald Trampın ikinci həyat yoldaşı Marla Maplstan olan 24 yaşlı qızı Tiffani Tramp alkoqollu görüntüləri ilə İngiltərənin gündəmindədir.

    Ötən gün gecənin gec saatlarınadək anası ilə bardan çıxarkən görüntülənən Tiffani ayaq üstdə durmaqda çətinlik çəkib.

    Mühafizəçisinin köməyi ilə yeriyən Tramp media nümayəndələrini görüb gülümsəməyə başlayıb.


  • “Palmali” şirkətinin dənizçiləri aclıq elan etdi

    Azov dənizinin akvatoriyasında olan “Riroyl-5” gəmisinin ekipaj üzvü aclıq elan edib.

    Median.Az TASS agentliyinə istinadla xəbər verir ki, onlar Türkiyənin “Palmali” şirkətinin üzvləridir.

    Məsələ ilə bağlı Rusiya Dənizçilər Birliyinin Azon-Don bölməsinin rəhbəri Leonid Qluşak danışıb. Onun sözlərinə görə, dənizçilər səkkiz ay müddətində əməkhaqqı ala bilməyiblər. Şirkətin 100 min dollar borcu yaranıb.

    “Vədlərə baxmayaraq, şirkət rəhbərlik yalnız bir dənizçi ilə hesablaşıb. Əməkdaşlar iyulun 18-dən aclıq aksiyasına başlayıb. Bir müddət gəminin cərəyanı kəsilib, bu isə faciəyə səbəb ola bilərdi. Gəmini Azov limanının kapitanı saxlayıb”, – Qluşak deyib.

    Hazırda məhkəməyə müraciət edilməsi üçün sənədlərin hazırlanma prosesi gedir.

    Rusiya KİV-in verdiyi məlumata görə, bu, ilk belə hal deyil, Rostov limanında şirkətə məxsus olan “Riroyl-3” gəmisi də var.

    Şirkətin onlara olan borcunun ümumi həcmi də 100 min dollardır.

  • Müğənni ölmüş atası ilə selfi etdi – FOTO

    Serbiyalı müğənni və model Yelika Lyubiçiç xəstəxanada vəfat etmiş atası ilə selfi edib.

    Median.Az xarici KİV-ə istinadla xəbər verir ki, o, fotonu “Instagram” hesabında “Ata, hüzur içində yat” şərhi ilə paylaşıb.

    Müğənninin bu hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən sərt reaksiya ilə qarşılanıb. Onlar ifaçının “psixi xəstə” olduğunu iddia ediblər.

    “Sadəcə xəstə insan bunu edə bilər”, – istifadəçilərdən biri yazıb.

  • Adnan Oktarla bağlı şok iddia: Cinsi əlaqəyə girə bilmirdi

    Adnan Oktar və 235 müridi ilə bağlı şok iddialar yayılıb.

    Median.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, 16 il Adnan Oktarın yanında qalan G.S. 2001-ci ildə 17 yaşı olarkən qrup üzvlərindən biri ilə tanış olduğunu bildirib.

    “O zaman İslamı başa salan modern təşkilat olduğuna inanmışdım. Bununla bağlı təşkilat üzvləri ilə görüşməyə başladım. Bir neçə ay sonra Adnan Oktarla tanış oldum. Hər gün məni Kandillidəki evinə çağırırdı. Daha sonra təşkilat üzvlərindən birinin evində qaldım”, – 34 yaşlı qadın deyib.

    Onun sözlərinə görə, Adnan Oktar onun yanına bir nəfəri nəzarətçi qoyub:

    “Onunla universitetə gedib-gəlirdim. Kənar heç bir yerə gedə bilmirdim. Bəhanələri isə mənim təhlükəsizliyimi təmin etmələri idi. Ancaq onlar mənim təşkilatdan qaçmağıma mane olurdular. Əlbəttə ki, o yaşda bunu anlaya bilməzdim. Bundan sonra Adnan Oktarın təcavüzləri başladı. Mənə dəfələrlə təcavüz edib. Oktar cinsi əlaqəyə girə bilmirdi, ancaq əli ilə təcavüz edirdi”.

    Qadın bildirib ki, hamı qazandığı pulları və ailəsindən qaldığı mirası təşkilata təhvil verirdi:

    “Cinsi əlaqələr zamanı da Adnan Oktarın verdiyi qərarlar yerinə yetirilirdi. Oktar deyirdi ki, evli olmayan insanların münasibətə girməsi halaldır. Təşkilata qatılan bəzi qızlar buradakı kişilərin hamısının cinsi ehtiyaclarını ödəməli idilər. Qızlar buna etiraz edə bilmirdi, çünki onlar deyirdilər ki, bu, Mehdinin əmridir”.

    G.S. qızların iyrənc vədlərlə təşkilatdan asılı vəziyyətə salındığını deyib:

    “Evlənəcəyi şəxs deyirdi ki, digər dostlarımla əlaqədə olmasan, səninlə evlənməyəcəm. Onlar da məcbur olub, bu yola gedirdilər. Daha sonra isə təşkilatdan asılı vəziyyətə düşürdülər. Bu sistemə etiraz edənlər təhqir olunur və gizli kamera ilə lentə alına biləcəyi qorxusu ilə şikayət etmirdilər”.

    Qadın əlavə edib ki, Oktar lezbiyanlığı halal hesab edib:

    “O deyirdi ki, iki qızın bir-birini sevməsi niyə qadağan olunsun ki?! “Quran”da da belə bir fikir yoxdur. Şərab və şampandan başqa bütün içkilər Oktar və müridləri üçün halal idi”.

  • Çeçen məmurun qızı Türkiyədə saxlanıldı

    Türkiyədə İŞİD terror təşkilatı ilə əlaqədə olan beş nəfər saxlanılıb.

    Median.Az xəbər verir ki, bununla bağlı “Daily Sabah” qəzeti məlumat yayıb.

    Saxlanılanlar arasında Çeçenistan Federal Miqrasiya Xidmətinin sabiq rəhbəri Asu Dudurkayevin qızı da var. İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər iyulun 4-də İstanbulda saxlanılıblar.

    2013-cü ilin noyabrında Çeçenistan rəhbəri Ramzan Kadırov Dudurkayevi istefaya göndərib. Buna səbəb məmurun qızının Suriyadakı terrorçulara qoşulması olub.

  • İsrail rəsmən yəhudi dövləti oldu

    Bu gün Knesset ikinci və üçüncü oxunuşdan sonra İsrail dövlətinin milli xarakteri haqqında qanunu qəbul edib. Bu, İsrailin yəhudi xalqının milli dövləti olduğu statusunu göstərən ölkənin tarixində ilk qanunvericilik aktıdır.

    Median.Az İsrail KİV-ə istinadla xəbər verir ki, qanuna əsasən, İsrail yəhudi xalqının öz müqəddaratını təyin etmə, dini və mədəniyyət hüquqları olan milli dövlətidir.

    Qanun layihəsində göstərilib ki, vahid Qüds İsrailin paytaxtıdır.

    Bundan başqa, yeni qanuna əsasən, ivrit dili yeganə dövlət dili elan olunub, ərəb dilinə isə xüsusi status verilib. Sonuncu maddə gərgin müzakirələrə səbəb olub.

    Qanunun ikinci və üçüncü oxunuşda müzakirəsi 12 saat davam edib. Deputatlardan 62-si qanunun lehinə, 55-i əleyhinə səs verib. Avi Dixter qanunun qəbulundan sonra bildirib:

    “Biz bunu etdik. Biz Qertsl və Ben Qurionun başladığını bitirdik. Biz tarixi anı yaşayırıq”.

  • Qız sərnişin qatarda soyundu – Çılpaq görüntüsünü kameraya çəkdilər – FOTO

    Nyu-Yorkun məşhur metrostansiyalarından birində çəkilən bu görüntülər sürətli şəkildə sosial şəbəkələrdə yayılıb.

    Səhər saatlarında işə tələsən sərnişinlər gözlənilməz bir olayla qarşı-qarşıya qalıblar. Qatarın qapısı kənarında ayaq üstə duran gənc qadın qəfil soyunmağa başlayıb.

    Üst geyimini tamamilə soyunan qızı görən sərnişinlər təəccüblə bir-birilərinə baxıblar.

    Qarşıdakı qapının şüşəsindən necə göründüyünə diqqət yetirən qızın sərbəst hərəkətləri diqqətdən qaçmayıb.

    Başqa bir sərnişin qızın bu addımını anbaan kameraya çəkərək sosial şəbəkədə paylaşıb. Saytlara sızan bu görüntülər qısa zamanda 60 min dəfə izlənilib.

    ///Milli.Az




  • Adnan Oktar həbs edildi

    İstanbul Respublika Prokurorluğu Adnan Oktar və qrupu ilə bağlı aparılan araşdırmalardan sonra 187 şübhəlidən 182-nin hakim qarşısına çıxarılması, beşinin isə bəraət alması barədə qərar qəbul edib.

    Median.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Sülh Cəza Hakimliyinə aparılan 116 şübhəli “cinayət törətmək məqsədilə təşkilat qurma”, “azyaşlıya cinsi təcavüz”, “şantaj”, “var-dövlətini ölkə sərhədlərindən xaricə çıxarma”, “zorakılıq və təhdid” maddələri ilə həbs edilib.

    Onlar arasında Adnan Oktar da var. Bundan başqa, şübhəlilərdən 12-si barəsində bəraət qərarı verilib. 54 şübhəlinin isə dindirilməsi davam etdirilir.

  • “Anam məni gecə 3-də Adnan Oktara aparırdı” – 13 yaşında zorlanan qızdan dəhşətli etiraf

    Türkiyədə özünü din xadimi kimi təqdim edən Adnan Oktar və cinayətkar təşkilatından zərərçəkənlərin polisə danışdıqları dəhşətli həqiqətləri bir-bir ortaya çıxarır.

    13 yaşında ikən Adnan Oktarın təcavüzünə uğrayan, bu gün 15 yaşında olan Serra M. İsveçrədən gələrək Oktarın villasında yaşadıqlarını polisə danışıb.

    Serra M. hələ 9 yaşında olarkən Oktarla görüşdürülüb.

    “Mən 9-10 yaşlarımda olanda valideynlərimiz Adnan Oktarla ünsiyyət qurmuşdular. 13 yaşımda olanda gecə saat 3-də anama zəng edirdilər. Anam məni yuxudan qaldıraraq makiyaj edir və onların studiyasının olduğu yerə aparırdı. Anam mənə “az danışacaqsan” deyərək xəbərdarlıqedirdi. Anam “Adnan Oktar nə istəsə, onu edəcəksən” deyirdi”, – o bildirib.

    Onun sözlərinə görə, Çengelköydə hovuzlu evdə ona hədiyyə alınan dövşanlar və quşlar var idi:

    “Bu evdə Coşkun Pamir, Damla Pamir, Bülent Sezgin, Erdem Ertüzün, Uğur Şahin, Sibel Yılmaztürk, Gülşah Güçyetmez, Akın Gözükan, Gökalp Barla, Kartal Göktan ve Levent Denizcioğlu və bir çox adam var idi. Onlardan ən kiçiyi mən idim. Digər kişilərin mənə toxunması qadağan idi. Heyvanlarla oynayırdım. O, qulağıma “qulağıma nə istəyirsən söylə, səni istəyirəm” kimi sözlər deyirdi. Mehdi olub-olmadığını, onu istəyib-istəmədiyini söyləməyimi istəyirdi. Yaşım az olduğu üçün dölərim kiçik idi. O, məndən dekolteli paltarlar geyinməyimi istəyirdi. Anamdan “Artıq Serranı mənə verdinmi” deyə soruşmuşdu. Anam da “verdim” söyləmişdi. Anam İsveçrəyə qayıdanda “Qızım Mehdi Adnan Oktar ilə evlənəcək” deyirdi”.

    Qeyd edək ki, Adnan Oktar və təşkilatı barədə aparılan istintaqda təşkilatın Türkiyə üzrə 100 minə qədər üzvünün olduğunu müəyyən edib.

    ///Publika.az