Category: Dünya

  • Adnan Oktar dindirilir: Azərbaycanlı şikayətçilər də var – FOTO

    Bu gün səhər saatlarından 235 müridi ilə tutulan Adnan Oktarın dindirilməsinə başlanılıb.

    Median.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, dindirilmə prosesində Oktarın üç vəkili də iştirak edib.

    Dindirilmə zamanı Adnan Oktar barəsindəki bütün ittihamları rədd edib və psixi sağlamlığının yerində olduğunu bildirib.

    Məlumatlara görə, bu günə qədər 187 nəfər Adnan Oktar və yaxın ətrafından şikayətçi olub. Onlar arasında Azərbaycan vətəndaşları da var.

  • İranda “Instagram”a görə kütləvi həbslər başlayıb

    İranın Bəndər Abbas şəhərində həyata keçirilən əməliyyat nəticəsində “Instagram”da “uyğun olmayan” paylaşımlarına görə 46 nəfər saxlanılıb.

    Ssaxlanılanlardan altısı qadındır.

    Tutulanların fotoqraf, gözəllik salonları və restoran işçiləri olduğu məlum olub.

    Polis İdarəsinin sözçüsü bildirib ki, onlar “mədəniyyətə zərər vermək məqsədilə” paylaşımlar ediblər.

    Qeyd edək ki, İranda 2009-cu ildən etibarən “Facebook” və “Twitter” yasaqlansa da, İranın ali dini lideri Ayətullah Xameneyinin rəsmi “Twitter” hesabı var.

  • Hindistanda musson yağışları 500 can aldı

    Hindistanda yağan son 64 ilin ən güclü musson yağışları 500-dən çox insanın ölümünə səbəb olub.

    Median.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı ölkənin Su Resursları üzə Mərkəzi Komissiyası məlumat yayıb.

    “Daşqınlar nəticəsində 511 nəfər həlak olub, 176 nəfər xəsarət alıb”, – məlumatda qeyd edilib.

    Bildirilib ki, əlverişsiz hava şəraiti ölkənin 91 regionuna zərər verib.

    Güclü yağışlar 55 min evin dağılmasına, 1 milyondan çox mal-qaranın tələfatına səbəb olub.

  • Moskvada güclü partlayış – yaralılar içərisində azərbaycanlı da var

    Rusiyanın paytaxtı Moskva şəhərində kafelərin birində güclü partlayış baş verib.

    Median.Az “RİA Novesti” agentliyinə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.

    Moskva meri Sergey Sobyanin “Тwitter” hesabında yazıb ki, hadisə qaz sızması nəticəsində qeydə alınıb. Hadisə zamanı 13 nəfər xəsarət alıb.

    Partlayış nəticəsində ərazidə böyük sıxlıq yaranıb. Hadisə yerinə yanğınsöndürənlər, həkimlər və helikopter cəlb edilib. Yaralılar helikopter vasitəsilə ərazidən çıxarılıb.

    Yaralılar arasında uşaqlar yoxdur. Verilən məlumata görə, xəsarət alanlardan 2 nəfərin vəziyyəti daha ağırdır. Hadisə zamanı xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşı da var.

    Faktla bağlı araşdırma aparılır.

  • ABŞ azərbaycanlının dizaynı əsasında “Tank” hazırladı – FOTO/VİDEO

    ABŞ azərbaycanlı Samir Sadıqovun dizaynı əsasında yeni “Tank” hərbi yolsuzluq avtomobilini təqdim edib.

    ABŞ-ın “Rezvani Motors” şirkətinin hazırladığı “Tank” 2017-ci ildən bəri buraxılan ilk yolsuzluq avtomobilidir.

    Şirkətin saytında dərc olunan məlumata görə, avtomobilin dizayneri Gəncə sakini, İtaliyanın Dizayn institutunun məzunu Samir Sadıqovdur.

    Samir Sadıqov uzun illərdir avtomobillərin dizaynının hazırlanması ilə məşğuldur. Bu, Sadıqov tərəfindən Amerika şirkətinə təqdim olunan sayca 3-cü layihədir. O, həmçinin, Volkswagen, Ferrari və Lamborghini kimi dünya nəhəngləri ilə əməkdaşlıq edib.

    “Tank Military Edition” adını almış avtomobil “Tank” modelindən zirehli kuzovu, əlavə müdafiə vasitələri və 717 at qüvvəli V8 Hellcat mühərriki ilə fərqlənir.

    Yeni model avtomobil zirehli kapsulaya və hücum tüfənginin atəşinə davam gətirən şüşələrə sahib olub. Avtomobilin akkumulyator batareyası və yanacaq çəni də kevlardan hazırlanmış müdafiə örtüyü ilə təchiz edilir. “Tank Military Edition” avtomobilinin altı da partlayışlardan müdafiəni təmin etmək üçün gücləndirilib.

    “Tank Military Edition” modelinin təchizatına radiatorun müdafiəsi, hərbi şinlər, çıxan qapı dəstəkləri, tüstü qatı sistemi, gecə görüntü sistemi, gözqamaşdıran işıqlar, stroboskoplar, sirena, əleyhqazlar, ilk yardım dəsti və soyuqdan müdafiə sistemi daxildir. Əlavə avadanlıq siyahısına bir neçə növ tənzimlənən asqı sistemi, interyer tərtibatı və rəng həlləri daxil edilib.





  • Uşaqlıqda içdiyi alkoqola görə iranlıya 80 şallaq vuruldu

    İranda kişi 10 il əvvəl qəbul etdiyi alkoqola görə hamının gözləri önündə şallaqlanıb.

    Median.Az “BBC News”a istinadla xəbər verir ki, hadisə Kəşmir şəhərində baş verib. İranlıya 80 şallaq zərbəsi vurulub.

    Məlumatlara görə, bu cəza iranlının 14-15 yaşlarında toyda alkoqol qəbul etdiyi üçün verilib.

    Hadisə 2006-2007-ci ildə baş verib. Həmin vaxt o həbs edilib və məhkəmə həmin şəxsə cəza kəsib. Cəzanın niyə 10 ildən sonra yerinə yetirildyi açıqlanmır.

  • Vəkildən açıqlama: Adnan Oktar şizofrenikdir

    235 müridi ilə saxlanılan Adnan Oktarla bağlı dindirilmələr davam edir. Ona qarşı 15 uşağa təcavüz ittihamı irəli sürülüb.

    Median.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, vəkili Oktarın “cəza almama səbəbi” kimi təqdim etdiyi sənəddə onun psixoloji vəziyyətinin normal olmadığı bildirilib.

    Bu səbəbdən Otkar tibbi ekspertizadan keçiriləcək. Vəkil Atanur Demirin sözlərinə görə, Adnan Oktar şizofreniyadan əziyyət çəkir. O bildirib ki, Oktar bu səbəbdən Bakırköy xəstəxanasında 10 ay müddətində müalicə olunub.

    Hazırda Oktarın dindirilmə üçün İstanbul polis idarəsində saxlanıldığı bildirilib.

    Adnan Oktarın təşkilatındakı qadınlar və kişilər hər biri 3 qrupa bölünübmüş: “Bacılar”, “İmam Bacılar”, “Bacı İmamları”, “Kardeşler” “İmam Kardeşler” və “Kardeş İmamları”. Adnan Oktardan sonra təşkilatda ikinci şəxs Didem Ürer olub.

    Qeyd edək ki, Oktara və 235 müridinə qarşı uşağa təcavüz, təhdid, şantaj maddələri ilə ittiham irəli sürülüb.

  • Atası qızına təcavüz edənin cinsi orqanını kəsdi – VİDEO

    13 yaşlı qız uşağına təcavüz edən şəxs xədim edilib.

    Bu olay Türkiyədə yaşanıb.

    Belə ki, Ankaranın “Demetevlər” məhəlləsində yaşayan kiçik yaşlı bir qız uşağı bir nəfər seksual manyakın təcavüzünə məruz qalıb.

    Bunu bilən qızın atası həmin şəxsin dalınca düşərək, onu yaxalayıb, xeyli zərbələr vurduqdan sonra huşsuz vəyiyyətə salıb və elə küçənin ortasında seksual manyakın cinsi orqanını kəsərək, xədim edib.

  • Adnan Oktarın “kediciklər”i makiyajsız tanınmaz halda – Fotolar

    Dünən 235 müridi ilə birlikdə həbs edilən Adnan Oktarın “kedicikləri” də nəzarətə götürülüb.

    Median.Az Türkiyə mediasına istinadən xəbər verir ki, izləyicilərin makiyajlı və fotoşoplu şəkildə görməyə öyrəşdiyi “kediciklər” adi halları ilə hər kəsi şoka salıb.
     
    Polis bölməsinə aparılan qadınların real görünüşünü təqdim edirik:
     

     

     

     

     

     

     

     

     

     

     

     

  • Gürcüstanda hökumətin yeni tərkibi açıqlandı

    Gürcüstan baş naziri Mamuka Baxtadze hökumətin yeni tərkibini açıqlayıb. Tərkibə ölkə parlamenti tərəfindən etimad göstərilməlidir.

    Median.Az xəbər verir ki, bununla bağlı “Sputnik Gürcüstan” məlumat yayıb.

    Baxtadzenin sözlərinə görə, hökumətdə üç yeni rəhbəri olacaq. Təhsil, elm, mədəniyyət və idman naziri vəzifəsinə Mixail Batiaşvilinin, iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə Georgi Kobuliyanın, maliyyə naziri vəzifəsinə isə İvan Maçavarianinin adı təqdim olunub.

    Baxtadze əlavə edib ki, David Zalkaliani Gürcüstanın xarici işlər naziri postunda qalıb.