Bu ilin sonunadək Gürcüstanın dövlət avtomobil parklarındakı xidməti maşınların sayı 1000 ədəd azaldılacaq.
Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın baş naziri Mamuka Baxtadze deyib.
Baş nazir bildirib ki, eyni zamanda, xidməti avtomobillərdən istifadə edəcək məmurların da siyahısında dəyişikliklər ediləcək və onların da sayı azaldılacaq.
Qeyd edilib ki, xidməti avtomobillərin sayının azaldılması büdcə xərclərinin qənaətinə səbəb olacaq.
Həmçinin, bildirilib ki, ixtisara düşən xidməti avtomobillər satılmaq üçün Maliyyə Nazirliyinə veriləcək.
Satışdan əldə olunacaq gəlirlər hesabına isə təbiəti mühafizə xidməti və patrullar üçün xüsusi texniki avadanlıq alınacaq.
Türkiyədə səhər saatlarında xüsusi əməliyyatla saxlanılan Adnan Oktarın görüntüləri yayılıb.
Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçirilə əməliyyat nəticəsində Adnan Oktar polis bölməsinə qandallanaraq aparılıb. Onunla birlikdəə saxlanılar arasında “kedicik”ləri kimi tanınan qadınlar da var. Bildirilir ki, onlar sağlamlıq müayinəsindən keçdikdən sonra dindirilmək üçün idarəyə aparılacaqlar.
Qeyd edək ki, İstanbulda eyni zamanda 5 ünvanda keçirilən xüsusi əməliyyata vertolyotlar, onlarla maşın cəlb edilib. Adnan Oktarla yanaşı 235 müridi də saxlanılıb. O, 10-dan çox cinayət maddəsi ilə ittiham edilir.
Misirə turist kimi gedən livanlı qadın ölkə barəsində tənqidi fikirlər səsləndirdiyinə görə 8 il müddətinə həbs cəzası alıb.
Median.Az Milli.Az-a istinadla xəbər verir ki, Mona em-Mazboh adlı 24 yaşlı qadın Qahirədə saxlanılıb. Onun tutulmasına səbəb kimi sosial şəbəkə hesabında Misir cəmiyyəti barədə tənqidi fikirlər səsləndirməsidir.
Belə ki, Mona Facebook-da 10 dəqiqəlik video yayaraq Misirdə qadınlara qarşı təcavüz hallarının çox olduğunu, restoranlarda müştərilərə xidmətin zəif olduğunu söyləyib və Misiri “fahişə oğulların ölkəsi”, misirli kişiləri qadın alverçisi, qadınları isə “fahişə” adlandırıb.
Qeyd edək ki, əvvəl Mona üçün 11 illik həbs cəzası təyin edilsə də, sonradan 8 ilə endirilib
Ermənistanda polislər “Yeni Ermənistan, yeni patriarx” hərəkatını dağıdıb.
Median.Az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bundan sonra prezident dəftərxanası qarşısındakı çadırlar və etirazçılara məxsus digər əşyalar yığışdırılıb.
Ermənistanda hökumət dəyişikliyindən sonra bütün ermənilərin katolikosunun istefa verməsi tələbi ilə etiraz aksiyaları başlayıb.
Etirazçılar iyulun 6-dan prezident dəftərxanası qarşısında etiraz aksiyaları keçirir.
Yeməklərdə yol verilən israf yaxın zamanlarda Səudiyyə Ərəbistanında ciddi qanun pozuntusuna çevrilə bilər. Hazırda Krallığın Məşvərət Şurası müvafiq qanun layihəsini nəzərdən keçirir.
Median.Az-ın “Al Arabiya”ya istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı artıq uzun illərdir ki, adam başına düşən qida tullantılarının ən çox olduğu ölkələr siyahısına başçılıq edir. Belə ki, Səudiyyə vətəndaşı orta hesabla ildə 250 kiloqram ərzağı zibilxanaya atır. Dünya üzrə müvafiq orta statistik göstərici isə 115 kiloqram təşkil edir.
Belə israf Dövlət büdcəsinə ildə 13 milyard dollar ziyan vurur. Yeni qanunun tətbiqində əsas məqsəd cəmiyyətdə rasional istehlak mədəniyyəti aşılamaqdır.
Sənədə əsasən, yarımçıq yeyilmiş yeməklərə görə (ümumi çəkisi 1 kiloqramdan artıq olarsa) müştərilər restoranda yeməyin ümumi dəyərinin 5% – 20%-ni cərimə kimi ödəyəcəklər. Amma müştəri yeməyin qalıqlarını özü ilə aparacağı təqdirdə cərimədən qurtula biləcək.
Andiçmədən sonra Ərdoğandan ilk açıqlama “Xeyirli-uğurlu olsun” cümləsi olub.
Ərdoğanın andiçmə mətni:
“Prezident kimi dövlətin mövcudluğu və müstəqilliyini, vətənin və millətin bölünməz bütünlüyünü, millətin qeydsiz-şərtsiz suverenliyini qoruyacağıma, Konstitusiyaya, hüququn üstünlüyünə, demokratiyaya, Atatürkün müddəaları və inqilablarına, laiq respublika müddəasına bağlı qalacağıma, millətin sabitlik və rifahı, milli birlik və ədalət anlayışı içində hər kəsin insan haqlarından və azadlıqdan yararlanmasından ayrılmayacağıma, Türkiyə Respublikasının şan və şərəfini qorumaq, ucaltmaq və üzərimə götürdüyüm vəzifəni tərəfsiz şəkildə icra etmək üçün bütün gücümlə işləyəcəyimə böyük türk milləti və tarix qarşısında namusum və şərəfim üzərinə and içirəm”.
Türkiyənin Çorlu şəhəri (Tekirdağ əyaləti) yaxınlığında Uzunköprüdən Halkalıya gedən sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 24-ə çatıb.
Bu barədə Türkiyə baş nazirinin müavini Rəcəb Akdağ bildirib.
Məlumata əsasən, Çorlu yaşayış məntəqəsi yaxınlığında baş verən qəzaya leysan yağışların yağması nəticəsində relslərin altındakı torpağın yuyulması olub.
Qeyd edək ki, iyulun 8-i yerli vaxtla saat 17:00-da Çorlu şəhəri yaxınlığında 362 sərnişin və 6 heyyət üzvünü Uzunköprüdən Halkalıya daşıyan 6 vaqondan ibarət sərnişin qatarı qəzaya uğrayıb. Nəticədə qatarın 5 vaqonu relsdən çıxıb.
* * * * *
Türkiyədə sərnişin qatarının qəzaya uğraması nəticəsində 10 nəfər ölüb, 73-ü xəsarət alıb.
Bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.
* * * * *
Türkiyənin Tekirdağ əyalətinin Çorlu qəsəbəsi yaxınlığında Uzunköprü-İstanbul istiqaməti üzrə hərəkət edən sərnişin qatarı qəzaya uğrayıb.
Median.Az-ın Sözcü-yə istinadən verdiyi xəbərə görə, 6 qatardan ibarət qatarın beş vaqonu relsdən çıxaraq aşıb.
Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilsə də, onların dəqiq sayı barədə hələlik məlumat verilmir.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.
İlkin məlumata əsasən, qəza zamanı qatarda 360 sərnişin olub.
Tekirdağın valisi Mehmet Ceylan hadisə ilə bağlı açıqlamasında “Hadisə havanın pisləşməsi nəticəsində meydana gəlib. Çoxlu sayda yaralı var. Ölənlər də var, amma indi dəqiq rəqəm söyləyə bilmirik”-deyə, bildirib.