Category: Dünya

  • Kanadada anomal isti can alır: 54 ölü

    Kanadanın Kvebek əyalətində anomal istilərdən ölənlərin sayı 54 nəfərə çatıb. Bu barədə ölkənin “Montreal Gazette” nəşri yerli səhiyyə orqanlarına istinadla məlumat yayıb. Bundan əvvəl 33 nəfərin öldüyü bildirilib.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, Kvebek əyalətinin səhiyyə naziri Lyusi Çarlbua ölənlərin sayının 50 nəfər olduğunu təsdiqləyib.

    Kanada təcili tibbi yardım xidmətinin nümayəndəsi Stefan Overhoff bildirib ki, havada rütubət azalsa da, təhlükə səviyyəsi yüksək olaraq qalır. Xidmətin məlumatına görə, gündə 1,2 mindən çox zəng qəbul edilir.

  • Gürcüstan prezidentinin kürəkəni güllələndi

    Gecə saatlarında Gürcüstan prezidentinin kürəkəni Mindio Qoqoçuri silahlı hücum nəticəsində yaralanıb və xəstəxanaya yerləşdirilib.

    Bununla bağlı “Rustavi 2” telekanalı məlumat verib.

    “Respublika xəstəxanasına çatdırılan Qoqoçuri əməliyyat olunub”, – məlumatda bildirilib.

    Qeyd edilib ki, Gürcüstan Daxili İşlər Nazirliyində məsələnin araşdırılmasına başlanıb. Hadisənin təfərrüatı məlum deyil.

    Qoqoçuri birinci xanımın qızı ilə qeydiyyatsız nikahda yaşayır. O, 2017-ci ilin yanvarında da diqqət mərkəzinə düşmüşdü. Həmin vaxt o və dostu şəhərin mərkəzində güllələnmişdi.

  • Fransız oğru türmədən helikopterlə qaçıb

    Fransadakı həbsxanalardan birindəki oğru müasir müdafiə sistemləri ilə təchiz olunmuş türmədən helikopter vasitəsilə qaça bilib.

    Median.Az Lenta.ru-ya istinadla xəbər verir ki, həbsxana Parisdən 45 kilomert aralıda yerləşdir.

    46 yaşlı Reduan Faid səhər saat 11.30-da qaça bilib. Ona üç silahlı şəxs kömək edib.

    Silahlılar cinayətkarı daimi görüş kamerasından qaçırıblar. Belə ki, burada ailənin yaxın üzvləri ilə görüş nəzərədə tutulduğundan gözətçi olmur.

  • Rusiyada ermənilər arasında kütləvi dava olub – VIDEO

    Rusiyanın Tümen vilayətinin Xanta-Mansi muxtar dairəsinin Surqut şəhərində ermənilər arasında kütləvi dava baş verib.

    Median.Az yerli KİV-ə istinadən bildirir ki, davanı şəhərin mərkəzində yerləşən “Erməni şaurması” restoranının işçiləri törədib.

    Ermənilərin başlatdığı davaya onlarla adam cəlb olunub. Kütləvi qarşıdurmanın iştirakçıları taxta parçaları və “Erməni şaurması”nın stullarından istifadə edərək bir-birilərinə ciddi xəsarətlər yetiriblər. İlkin məlumatlara görə, yaralanan bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

    Kütləvi davanın dəqiq səbəbləri hələlik məlum deyil. Məsələyə müdaxilə edən polis hadisə barədə daha sonra açıqlama veriləcəyini deyib.

    Ura.ru isə bildirir ki, dava “Erməni şaurması”nın rəhbərliyi ilə başqa bir sahibkar arasında yaşanıb. Sonradan onların dostları və işçilərinin qoşulması ilə dava kütləvi xarakter alıb.

  • Daha bir ölkə “üçüncü cins”i tanıdı

    Avstriya Konstitusiya Məhkəməsi “üçüncü cins” bəndinin əlavə olunması barədə müsbət qərar verib.

    Median.Az xəbər verir ki, bu barədə “Associated Press” xəbər verir.

    Mövcud qanun məhkəmə qərarına uyğun olaraq dəyişdirilməyəcək, çünki orada konkret olaraq kişi və ya qadın cinsinin göstərilməsi tələb olunmur.

    Ancaq indi interseks insanları ifadə etmək üçün digər sözlərdən istifadə etmək mümkün olacaq.

    Avstriya Konstitusiya Məhkəməsi “fərdi cinsi şəxsiyyət” hüququnu təmin edən və alternativ cinsi şəxsiyyətləri qoruyan Avropa İnsan Hüquqları Konvensiyasının səkkizinci maddəsinə istinad edib.

  • Gürcüstanda məmurlara şəxsi maşınlar qadağan olunacaq

    Gürcüstanın yeni baş naziri Mamuka Baxtadze dövlət idarələrinin və müəssisələrinin duracaqlarında fərdi avtomobillərin olmasının “qəti şəkildə yolverilməz olduğunu” bildirib.

    Bu haqda “İnterfaks” məlumat yayıb.

    “Hökumətin gələn iclasında mən mütləq, təkcə “ciplərə” aid deyil, bütünlükdə avtoparklara xüsusilə fərdi avtomobillərə aid yeni təşəbbüs irəli sürəcəyəm”, – deyə Baxtadze vurğulayıb.

    Xatırladaq ki, bundan əvvəl onun sələfi Qeorqi Kvirikaşvili də oxşar təşəbbüslə çıxış edərək, hökumət nümayəndələrini “qara ciplər dövrünü” keçmişdə qoymağa və digər, müxtəlif rənglərdə olan xidməti avtomobillərə əyləşməyə səsləmişdi. Onun fikrincə qara rəng artıq gözü qıcıqlandırır.

  • Gəlinin makiyajsız halını toydan sonra görən bəy qorxdu, boşanmaq istədi – FOTO

    Hindistanda qəribə hadisə baş verib.

    Hindistanda kişi arvadı saqqal saxladığına və səsi qalın çıxdığına görə həyat yoldaşını məhkəməyə verib.

    Yeni evlənən kişi toydan 1 həftə sonra arvadının saqqallarının olduğunu söyləyərək xanımından boşanmaq üçün məhkəməyə müraciət edib.

    “Onu ilk dəfə görəndə makiyajlı idi. Toydan sonra bir həftəlik başqa şəhərə getdim. Qayıdanda gördüm ki, üzü tüklənib. Səsi də qalınlaşıb. Boşanmaq istəyirəm”, – deyə Rupeş adlı kişi məhkəmədə söyləyib.

    Məhkəmə onun iddialarını rədd edib.(milli.az)

  • Əfsanəvi Maykl Ceksonun atası vəfat etdi

    2009-cu il iyunun 25-d ölən əfsanəvi musiqiçi Maykl Ceksonun atası Co Cekson 90 yaşında Los-Ancelesdə vəfat edib.

    Bununla bağlı TMZ məlumat yayıb.

    Bir neçə həftə əvvəl ankoloji xəstəliyə görə Co xəstəxanaya yerləşdirilib.

    Co Cekson hər zaman sağlamlığına diqqət yetirib və həyat yoldaşını oğlunun ölümündə ittiham edib. Onun fikrincə, qadın Mayklı lazım olan həkimlərin yanına aparmayıb.

    Co son illər sağlam həyat tərzi sürürdü. Ancaq 2015-ci ildə o, 3 dəfə infakt keçirib və xəstəxanaya yerləşdirilib.

    Co Cekson vaxtılə “The Jackson Five” qrupunun meneceri kimi tanınıb.

  • “Facebook”u Zukerberqdən almaq istəyirlər

    Mark Zukerberq işdən uzaqlaşdırıla bilər. Əllərində təxminən üç milyard dollar səhmləri olan “Facebook” sosial şəbəkəsinin nəhəng investorları nəinki idarə heyətinin başçısını istefaya göndərməyi, hətta onun tam olaraq şirkət idarəsindən məhrum olunmasını tələb edirlər.

    Bununla bağlı “Business Insider” məlumat yayıb.

    Səhmdarlar Zukerberqin biznesi idarə etməsindən qəzəbləniblər. İstifadəçilərin şəxsi məlumatlarının sızdırılması ilə bağlı qalmaqal sosial şəbəkənin reputasiyasına ciddi zərbə endirib.

    İnvestorlar tələb edir ki, Zukerberq istefa verməlidir. Onun yerinə səhmdarlar müstəqil direktor təyin etmək istəyirlər.

  • Müəllimin son arzusu hər kəsi heyran etdi – FOTO

    ABŞ-dan olan Temmi Uiddell adlı müəllimin son arzusu sosial şəbəkə istifadəçilərini heyran edib.

    Median.Az xarici mətbuata istinadla xəbər verir ki, son istəyi olaraq qadın yas mərasiminə gül dəstələri deyil, aztəminatlı ailələr üçün məktəb ləvazimatları ilə dolu çanta gətirilməsini xahiş edib.

    Bu haqda onun qardaşı Bred Conson “Twitter” hesabında yazıb.

    Conson qeyd edib ki, vida mərasiminə yüzə yaxın müəllim məktəbli çantaları ilə gəlib./oxu.az