Category: Dünya

  • Neftlə zəngin olsa da, dünyanın ən yoxsul ölkəsidir

    Nigeriya yoxsulluqla bağlı tərtib edilən reytinqdə Hindistanı qabaqlayıb.

    Median.Az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə CNN məlumat yayıb.

    Neftlə zəngin olmasına baxmayaraq, ölkədə 87 milyon yoxsul yaşayır. Onların gündəlik gəlirləri 1,9 dollar təşkil edir.

    Afrikada ən qabaqcıl neft ölkəsi olmasına baxmayaraq, hökumət vətəndaşların həyat şəraitini yaxşılaşdıra bilmir. Neftin qiymətinin aşağı düşməsi vətəndaşların vəziyyətini daha da çətinləşdirir.

    Alimlər qeyd edib ki, 18 ölkədən 14-də yoxsulluq olan dövlətlər əsasən Afrikada yerləşir.

  • “Apple” yeni əməliyyat sistemini istifadəyə verdi

    “Apple” korporasiyası iOS 12 əməliyyat sisteminin beta versiyasını istifadəyə verib. Onu istənilən istifadəçi yükləyə bilər.

    Öncəki qapalı versiyadan fərqli olaraq yeni beta versiyada əvvəlki məhdudiyyətlər olmayacaq.

    Yəni istifadəçinin öz ayfonuna iOS 12-i yükləməsi üçün daha tərtibatçının hesabına ehtiyac olmayacaq.

    İstifadəçidən sadəcə öz Apple İdentifikasiya nömrəsi ilə şirkətin proqram sınaqları səhifəsinə daxil olmaq tələb olunacaq. Menyudan lazımi versiya seçilir və cihaz qeydiyyatdan keçiirlir.

    Əməliyyat sisteminin quraşdırılmasından əvvəl rezerv surətin yaradılması tövsiyə olunur.

    Beta versiyada yeniliklər daha çox sistemin optimizasiyası ilə əlaqədardır. Belə ki, tərtibatçılar əmin edir ki, yeni əməliyyat sistemində kamera 70 faiz, klaviatura isə 50 faiz daha tez işə düşür.

    iOS 12-nin final versiyası 2018-ci ilin payız ayında işıq üzü görəcək./oxu.az

  • İsveçdə yeni trend: ələ ödəniş çipi yerləşdirilir – VIDEO

    İsveç sakinləri elmi fantastik romanlarda təsvir olunan uzaq gələcəyə qədəm qoyub. Ölkədə insanların kütləvi “çipləşdirilməsi”, yəni ödənişlər və identifikasiya üçün kiçik mikrosxemlərin ələ daxil edilməsi proseduru həyata keçirilir.

    3500-ə yaxın isveçli artıq bu prosedura könüllü olaraq qoşulub.

    Dərialtı çip xüsusi tapançanın köməyi ilə böyük və işarə barmağının arasında olan sahəyə daxil edilir.

    Cihaz eyni vaxtda bir neçə funksiyanı yerinə yetirir: elektron pul kisəsi, nəqliyyatda ödəniş kartı, ofis və ya mənzilə giriş üçün identifikasiyalı açar.

    Texnologiya eyni zamanda dövlətin işinə yarıyır. Belə ki, çip quraşdırılan insanlar avtomatik olaraq xüsusi xidmət orqanlarının sisteminə düşür. Onların yerini istənilən vaxt müəyyən etmək olur./oxu.az

  • Dünya Çempionatında biabırçılıq – İranlı azakeşlər hotelin önündə… – VİDEO

    Dünya Çempionatının B qrupunda mübarizə aparan İranla Portuqaliya arasında bu gün III tur çərçivəsində baş tutacaq vacib görüşdən əvvəl iranlı azarkeşlər qəribə üsula əl atıblar.

    Median.Az xəbər verir ki, qrupda 3 xalla 3-cü yeri tutan millinin tərəfdarları Portuqaliya millisinin məskunlaşdığı Rusiyanın Saransk şəhərindəki “Merkuri” hotelinin önündə parti təşkil ediblər.

    Azarkeşlər bununla Portuqaliya yığmasının dincəlməsinə və yatmasına mane olmaq istəyiblər. Onların məqsədi millinin bugünkü oyuna yorğun və yuxusuz çıxmasını təmin etmək olub.Azarkeşlərin əsas hədəfi isə Portuqaliya yığmasının aparıcı futbolçusu Kriştiano Ronaldo olub./publika.az/

  • Ərdoğan prezident seçildi – RƏSMİ

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində səslərin böyük əksəriyyətini qazanıb. Bülletenlərin 99 faizi hesablanıb və qalan hissə nəticələrə təsir göstərə bilməz.

    Bununla bağlı ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Sədi Güvən məlumat verib.

    Ərdoğanın xeyrinə Türkiyə vətəndaşlarının 52,55 faizi səs verib.

    MSK rəhbəri parlament seçkilərinin ilkin nəticələri barədə də danışıb. O qeyd edib ki, 10 faizlik səddi altı partiya keçib.

    “MSK tərəfindən hazırlanmış protokol siyasi partiya nümayəndələrinə təqdim olunub”, – Güvən əlavə edib.

    O bildirib ki, 2014-cü ildən bəri nəticələri saxtalaşdırmaqla bağlı heç bir hal qeydə alınmayıb.

    İyunun 24-də Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilib.

  • Amerikalı reperin qatili tutuldu – FOTO

    ABŞ-da məşhur reper “XXXTentacion”u qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Bu haqda TMZ məlumat yayıb.

    Saxlanılan şəxs əvvəllər məhkumluğu olan 22 yaşlı Dedrik Di Uilyamsdır. Bundan əvvəl qanunsuz silah və narkotik vasitə saxlama, silahlı hücum, avtomobil qarəti və ailə məişət zəminində zorakılıq maddələri üzrə mühakimə olunub.

    Polis məhz Dedrikin iyunun 18-də Mayaminin motosalonu yaxınlığında reperi güllələdiyini ehtimal edir.

    Bundan əvvəl silahlı hücumun qarət məqsədi daşıdığı və reperin bahalı çantasının oğurlandığı bildirilirdi.



  • Turistlər üçün ən təhlükəli ölkələr açıqlandı

    Britaniyanın “Endsleigh” şirkəti səhayət üçün ən təhlükəli 10 ölkənin reytinqini tərtib edib.

    Bu haqda “Express” məlumat yayıb.

    Ekspertlər aparılan təhlillərdən sonra turistlər üçün ən riskli istiqamətin – Tailand olduğunu müəyyən edib.

    Belə ki, 2017-ci il ərzində sığorta haqqının ödənilməsi ilə bağlı iddiaların dördə üç hissəsi məhz həmin ölkəyə səyahət edən turistlər tərəfindən qaldırılıb.

    İkinci yeri nə qədər qəribə səslənsə də ABŞ Çili ilə bölüşür. Bu ölkələrin hər birinin payına Sığorta iddialarının15 faizi düşür.

    Ardıcıl olaraq siyahıda Fransa (yeddi faiz), İspaniya (səkkiz faiz) və Almaniya (səkkiz faiz) yer alır.

    Fransa və İspaniyada səyahətçilər daha çox sığorta şirkətlərinə cibgirlər tərəfindən qarət olunmaları ilə əlaqədar müraciət edib.

    Siyahıda bundan başqa Nepal, Peru, Bahama adaları və Braziliya kimi ölkələr yer alır.

  • Yüzlərlə gəncin ölümünə səbəb olan “Mavi balina” bu sosial şəbəkələrdən yayılır – Qurucusu ETİRAF ETDİ

    2015-ci ildə Rusiyada çıxan və 130 gəncin ölümünə səbəb olan “Mavi balina” internet oyununun qurucusundan sonra onun ortağı Nikita Nearonov da həbs edilib.

    Median.Az xəbər verir ki, oyunun qurucusu, 22 yaşlı Filip Budeikin ötən il 16 gəncin intiharına səbəb olmaqdan dolayı həbs edilmiş, lakin o, həbsdə ikən oyunun davam etdiyi ortaya çıxmışdı.

    Oyunun digər bir idarəçisi olan İya Sidorovun həbs edilməsinə rəğmən, istifadəçilərə mesajların göndərilməsi davam edib. Nəhayət, polis təlimatları yönləndirən şəxsin 22 yaşlı Nikita Nearonov olduğunu təsbit edib.

    Nearonovun 10 gəncin intiharında rol oynadığı və 40 nəfərlik bir qrupla oyun üzərində toplantılar təşkil etdiyi üzə çıxıb. Onun çox zəkalı gənc olduğuna diqqət çəkən polis Nearonovun ailəsinin normal olduğunu və Moskvada maliyyə mütəxəssisi kimi yüksək maaşlı bir işdə işlədiyini qeyd edib. Araşdırmalara görə, Nearonov vatsap və feysbukdan deyil, Rusiyanın sosial media platforması olan VK və Teleqramdan istifadə edərək oyunun istifadəçiləri ilə əlaqə yaradıb.

    Qeyd edək ki, “Mavi balina” oyunu Rusiyada psixologiya fakultəsinin bir tələbəsi tərəfindən kəşf edilib. Oyun ilk olaraq oynayanlardan birinin 2015-ci ildə intihar etməsindən sonra gündəmə gəlib. Oyundan təsirlənərək intihar edən istifadəçilərin sayı 2015-2016-cı ildə Rusiyada 130 nəfərə çatıb.

    “Mavi balina” oyunu tam 50 gün davam edir. Oyunun istifadəçiləri onlara göndərilən təlimatları sıra ilə yerinə yetirir. Son vəzifə isə intihar olur. (publika.az)

  • “Argentinalıyam” deyən ermənilər çinli qızı seksə razı saldılar

    Çinli turistlə intim əlaqələrini kamera ilə lentə alan kişilər özlərini argentinalı kimi təqdim etsələr də, ermənicə danışıblar.

    Bununla bağlı “Life” məlumat yayıb.

    Qadın bu video ilə bağlı polisə müraciət edib. O bildirib ki, Moskvada iki kişi ilə tanış olub, daha sonra isə onlarla hoteldə intim əlaqəyə girib. Kişilərdən birinin onu kamera ilə lentə alması çinlinin xoşuna gəlməyib.

    Məlumatlara görə, polis “argentinalılar”ın axtarışına başlayıb. Hadisəni törədənlərdən biri erməni əsilli Pyatiqorsk sakini olub.

    Onun sözlərinə görə, tərcümə ilə bağlı problem səbəbindən çinli qızın videonu silmək xahişini anlamayıblar.

    Kişi bildirib ki, qadın hər şeydən razı qalıb və ona əlavə 30 dollar da verib. O, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə razı olub.

  • İranlı qadınlar 40 il sonra ilk dəfə stadionda

    İran vətəndaşı olan qadınlar 1979-cu ildən bəri ilk dəfə futbol qarşılaşmasını izləyiblər.

    Bu barədə “Al-Ahram” məlumat yayıb.

    Onlar kişilərlə birlikdə Rusiyada keçirilən futbol üzrə dünya çempionatı çərçivəsində baş tutan İspaniya – İran oyununa Tehranın “Azadi” stadionundan tamaşa ediblər. Arenaya giriş üçün biletlər iki avroya olub və qarşılaşmanı 10 min insan izləyib.

    Məlumata görə, futbol qarşılaşmalarının yayımı iyunun 15-dən başlanıb. O zaman qadınlar stadiona buraxılmayıb və qarşılaşmanı kinoteatrlardan izləyiblər.