Category: Dünya

  • İki Koreya müharibəyə son qoyur

    KXDR və Cənubi Koreya cari ildə iki ölkə arasında müharibənin başa çatdığını elan etməyə dair razılığa gəliblər.

    Bu barədə “Kiodo” agentliyi yazır.

    Kim Çen In və Mun Çje İn aprelin 27-də demilitarizasiya zonası olan Pxanmuncom kəndində sammit keçiriblər. Dövlət başçıları Koreya yarımadasında nüvə silahından tam imtinaya dair birgə bəyannamə imzalayıblar.

    Bundan əlavə, Pxenyan və Seul dəmir yollarının birləşdirilməsi ilə bağlı danışıqlar aparıblar.

  • Kim Çen Inın kəsdiyi tort yaponları hiddətləndirib

    Şimali və Cənubi Koreya liderləri arasında cümə sammiti böyük ziyafətlə yekunlaşıb.

    Bu barədə “Euronews” məlumat yayıb.

    Şam yeməyi zamanı KXDR lideri Kim Çen In və Cənubi Koreya prezidenti Mun Çje İn Pxenyanın soyuq əriştəsinin, hər iki ölkənin milli mətbəxindən olan müxtəlif təamların dadına baxıb.

    Ziyafət həmçinin Şimali Koreya dövlət başçısı üçün bir növ nostaljik əhəmiyyət daşıyıb. Təşkilatçılar onun tələbəlik illərini İsveçrədə keçirdiyini nəzərə alaraq, menyuya İsveçrə mətbəxindən bəzi nümunələri daxil edib.

    Ancaq ziyafətin əvvəlində Koreya liderlərinin kəsdiyi tort Yaponiya hökumətinin ürəyincə olmayıb. Ağ şokoladla örtülmüş manqo tortunun üzərində Koreyanın vahid xəritəsi təsvir olunub. Xəritəyə Seulla Tokyo arasında mübahisəli sayılan Takesima adası da daxil edilib.

    İnsidentlə əlaqədar Yaponiya XİN-i Cənubi Koreya hökumətinə nota göndərib.

  • Şokoladın gözlənilməz faydası aşkarlandı

    Amerikalı alimlər gündəlik olaraq kiçik dozalarda qara şokoladın qəbulunun görmə qabiliyyətini yaxşılaşdırdığını müəyyən edib.

    Bu haqda məqalə “MedicalXpress” nəşrində dərc olunub.

    Burada başlıca rolu flavonol adlandırılan orqanik birləşmələr oynayır.

    Tədqiqatda orta yaşı 26 olan 30 nəfər iştirak edib. Onlar iki qrupa bölünüb.

    Birinci qrupdan olan könüllülərə 42 qram 72 faizlik şokolad, digər qrupun üzvlərinə eyni çəkidə olan, ancaq düyü südündən hazırlanmış dördbucaq şokolad verilib.

    İki saatdan sonra sınaqda iştirak edən bütün könüllülər göz müayinəsindən keçirilib. Məlum olub ki, südlü şokoladla müqayisədə qara şokolad sınaq iştirakçılarının görmə itiliyini əhəmiyyətli dərəcədə artırı.

    Alimlər bunu onunla izah edir ki, qara şokoladın tərkibində olan flavonollar göz toruna və ya beynin görməyə cavab verən hissəsinə qan axınını gücləndirir.

  • Dünyadakı ən varlı atanın qızı belə yaşayır – Fotolar

    Bill Qeyts müsahibələrindən biri zamanı söyləmişdi ki, qızı Ceniferə telefondan istifadə etməyə yalnız 14 yaşında imkan verib. Yüksək texnologiyalar vasitəsi ilə milyardlara sahib olan bu insan övladlarının və ailəsinin təbiətlə harmoniyada yaşamasına üstünlük verir. 22 yaşlı Cenifer sevgilisi Nayel Nassarla birlikdə təbiət qoynunda olmağı, heyvan bəsləməyi və at sürməyi sevir.

    Bill Qeyts 90 milyardlıq sərvətinin yalnız cüzi bir hissəsini qızına vəsiyyət edəcəyini bəyan edib. Qalan hissə xeyriyyəçilik işlərinə sərf olunacaq. O Ceniferin öz həyatını özü qazanmasını istədiyini söyləyərək, onun təhsilinə yardımçı olacağını bildirib. Ceniver Stenford Universitetində təhsil alır. Sevgilisi ilə atlara olan marağı səbəbi ilə tanış olub. Onların hər ikisi yüksək səviyyəli çapar hesab olunurlar. Cenifer başqa milyonçu balaları kimi deyil, sadədir, gününün çox hissəsini təbiət qoynunda və xeyriyyəçilik işləri ilə keçirməyə üstünlük verir. Bu barədə onun sosial şəbəkədəki həyatını izləyənlər də danışırlar. Bill öz şəxsi həyatı və ailəsi barədə məlumat verməyi sevmir.





  • Azərbaycanlı deputatın maşını SAXLANILDI: İcazəsiz Türkiyəyə daxil olub (VİDEO)

    Dünən İstanbulda azərbaycanlı millət vəkilinə aid olduğu deyilən Mercedes S-500 markalı avtomobil saxlanılıb.

    Median.Az Unikal.org-a istinadən xəbər verir ki, İstanbul polisi 150 məkanda əməliyyat həyat keçirib. 2 min polis əməkdaşı həm hava, həm dəniz həm də quru yolu ilə basqını reallaşdırıb. “Qurd Qapanı-16” əməliyyatı adlanan basqında saxlanılan şəxslər haqqında araşdırma aparılıb.

    Beşiktaş İskele adlı məkanda aparılan araşdırmada Azərbaycan (AZE 10 NN 715) dövlət nömrə nişanlı maşın saxlanılıb. Həmin maşının sahibinin azərbaycanlı millət vəkili olduğu deyilir. Maşın icazəsiz yolla Türkiyəyə daxil olub.

    Unikal.org-un əldə etdiyi məlumata görə, Türkiyədə polis tərəfindən saxlanılan avtomobil Məşədiyev Namiq Feyzulla oğluna məxsusdur. Sürücü isə Fəqan Bəylərovdur.

    Hazırda polis məsələ ilə bağlı araşdırma aparır.

  • Alternativ “Facebook” yaradılır – Fərqli olacaq

    Müasir dünyamızı sosial şəbəkələrsiz təsəvvür etmək mümkün deyil. Artıq hər kəs sosial şəbəkələrdə şəxsi foto və videolarını paylaşır, xəbər və statuslara şərhlər yazır, müxtəlif forma və məzmunda paylaşımlar edir. Lakin əhalinin yaşlı təbəqəsi sürətlə inkişaf edən texnoloji yeniliklərlə ayaqlaşmaqda çətinlik çəkir.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu çətinlikləri nəzərə alaraq, vyanalı proqramçı Daniela Krautzak norveçli ortağı Siri Varren ilə “Kama” adlı mobil proqram (app) tərtib edib. Tərtibatçıların sözlərinə görə, ilk növbədə, ahıllar üçün düşünülmüş “Facebook” alternativi intuitivliyi ilə diqqəti cəlb edir. Mümkün qədər sadə interfeysə malik olan proqram xüsusilə böyük şrift və simvolları ilə yaşlı nəslin rahat işləməsini təmin edəcək. Eyni zamanda, proqram əlavəsində minimalizm də ön planda dayanır: diqqəti yayındıracaq bütün əlavə məlumatlar ixtisar edilərək, fotoların yaddaşda saxlanılması, paylaşılması, ailə üzvləri və dostlarla ünsiyyət və xəbərlərin paylaşılması sadələşdirilmiş şəkildə təqdim olunur.

    Yaşlı əhalinin kiçik ölçülü smartfonlarla işləməsinin çətinliyini nəzərə alan tərtibatçılar proqram ayrıca tabletdə satışa çıxarmağı düşünürlər. Milad bayramınadək satışa çıxarılacaq tabletin qiyməti təxminən 500 avro təşkil edəcək və “Kama” mobil proqramı üçün hər bir istifadəçi aylıq 1,99 avro ödəməli olacaq.

  • Ermənistanda etiraz aksiyaları yenidən başladı

    Ermənistanda müxalifətin vətəndaş itaətsizliyi aksiyaları yenidən başlayıb.

    Median.Az TASS agentliyinə istinadla xəbər verir ki, etirazçılar Yerevanda mərkəzi küçələri bağlayıblar.

    Onlar Nikol Paşinyanın baş nazir olmasını tələb edirlər.

    “Respublika Partiyasının baş nazir vəzifəsinə namizəd irəli sürməyə mənəvi haqqı yoxdur. Xalqın namizədi Nikol Paşinyandır”, – etiraz aksiyalarının liderlərindən biri olan David Sanasaryan deyib.

    Zvartnots aeroportuna gedən yol tamamilə qapadılıb.

    Kütləvi aksiyalar Ermənistanın bir neçə şəhərində də bərpa edilib. “Aravot” qəzetinin məlumatına görə, hazırda Gümrünün Vardanants meydanına yüzlərlə insan yığışıb.

  • Saqqızdan idman ayaqqabısı hazırlandı – VİDEO

    Niderlandda “Gumshoe Amsterdam” adlı dünyanın saqqız altlığı olan ilk idman ayaqqabısı təqdim olunub.

    Bu barədə “Life.ru” məlumat yayıb.

    Ayaqqabı Amsterdamın küçələrindən toplanan tullantıların təkrar istehsalı yolu ilə hazırlanıb.

    Layihə “Iamsterdam” marketinq şirkətinin “beyin məhsuludur”. Layihədə məqsəd yerli ictimaiyyətin şəhərin çirklənməsi ilə bağlı məlumatlılığını artırmaqdır. Ətraf mühitin qorunması üzrə fəallar küçələrdən saqqızları toplayaraq, onları idman ayaqqabısının istehsalçısı olan “Explicit” şirkətinə təhvil verib.

    Alt hissəsi preslənmiş saqqızdan olan idman ayaqqabısının yaxın zamanda satışa çıxarılacağı bildirilir.

    Statistikaya görə, Amsterdam küçələrindən hər il 1,5 milyon kiloqrama yaxın saqqız toplanır. Ekoloqlar əmin edir ki, saqqızın parçalanması kifayət qədər uzun müddət, orta hesabla 20-25 il çəkir.

  • Yük maşınları ilə intiharın qarşısını aldılar – VİDEO

    ABŞ-da Miçiqan ştatının sakini həyatına son qoymaq qərarına gəlib.

    O, Detroit avtomagistralı üzərindəki körpüyə qalxaraq, özünü yolun hərəkət hissəsinə atmağa cəhd edib.

    Şahidlər vaxtında polisə xəbər verib və hadisə yerinə gələn asayış keşikçiləri təxirəsalınmaz tədbirlər görüb.

    Polis əməkdaşları yolu bağlayıb və intiharın qarşısını almaq üçün tır sürücülərini köməyə çağırıb.Vətəndaşın özünü atacağı təqdirdə həlak olmaması üçün, 13 sürücü bir araya gələrək yük maşınlarını körpünün altına sürüb.

    İntihara cəhd edən kişi ilə dörd saata yaxın danışıqlar aparılıb. Sonda o, özünü körpüdən atmaq fikrindən danışıb.

  • Ermənistan Gürcüstanla sərhədə nəzarəti itirdi – Canlı

    Ermənistanın Noyamberyan rayonunda yerləşən Gürcüstanla sərhəddəki Baqrataşen gömrük keçid məntəqəsi etirazçılar tərəfindən ələ keçirilib.

    Məlumatı Nikol Paşinyan yayıb.