Category: Dünya

  • Sarkisyanın anası onun istefası günü ölüb

    Serj Sarkisyanın Ermənistanın baş naziri vəzifəsindən istefa verməsinin səbəblərindən biri anasının həmin gün ölməsi ola bilər.

    Bunu Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.

    “Serj Sarkisyana anasının vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verirəm. Bildiyimə görə, onun istefa səbəblərindən biri də budur”.

    Daha əvvəl “Armenpress” xəbər verirdi ki, Nora Sarkisyan “Nairi” tibb mərkəzində illik müalicə profilaktikası kursu keçib.

    Aprelin 22-də “Hraparak” qəzetinin xəbərinə görə, Sarkisyanın anasının vəziyyəti ağırlaşıb. Qəzet qeyd edir ki, Nora Sarkisyan vətəndaşların narazılığını nəzərə alaraq oğlunun baş nazir vəzifəsinə namizədliyini irəli sürmək ideyasını dəstəkləməyib.

    Nora Sarkisyanın ölümünü təsdiq edən rəsmi məlumat yoxdur.

  • Torontodakı teraktda erməni izi – VİDEO + FOTO

    Kanadanın Toronto şəhərindəki insidentin təfərrüatı məlum olub.

    Median.Az bununla bağlı Rusiya mətbuatına istinadla xəbər verir.

    Şimali York rayonunda baş verən hadisə zamanı sürücü avtomobilini insanların üzərinə sürüb. Polis departamentinin rəhbəri bəyan edib ki, ilkin məlumatlara görə, sürücü şüurlu şəkildə hadisəni törədib. Buna görə də insident terror aktı kimi qiymətləndirilib.

    Hadisənin rezonans doğurmasına səbəb “Böyük yeddilik” ölkələrinin XİN rəhbərlərinin görüşünün Torontoda keçirilməsi olub.

    Məlumatlara görə, hadisə zamanı 10 nəfər həlak olub, 15 nəfər yaralanıb. Onlardan beşinin vəziyyəti ağırdır.

    Hadisədən sonra sürücü polis tərəfindən saxlanılıb. Onun 25 yaşlı erməni əsilli Alik Minasyan olduğu bildirilib. Minasyan yerli kolleclərdən birinin məzunudur.

    Araşdırmalar zamanı onun hər hansı terror təşkilatının üzvü olmadığı aydınlaşıb.

  • Kreml Sarkisyanı qorumaq istəmədi – ŞƏRH

    Ermənistan cəmiyyətinin qatil Serj Sarkisyandan qurtulması bölgədəki durumu dəyişir.

    Bunu oxu.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

    “Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başlayacaqlar. Ancaq yeni gələcək baş nazir Rusiya və Qərb arasında manevr etmək imkanında deyil. Ermənistan Rusiyanın təsir dairəsindədir”, – politoloq bildirib.

    O əlavə edib ki, Kreml Sarkisyanı qorumaq istəmədi, ancaq bu, o demək deyil ki, Ermənistandan imtina etmək fikrindədir:

    “Rusiya Sarkisyanın yerinə öz adamını oturtmağa çalışacaq, ya da yeni baş naziri “Rusiyasız hərəkət edə bilməzsən” reallığını qəbul etdirməyə çalışacaq. Buna baxmayaraq, Qərb də yeni baş nazir uğrunda mübarizəyə başlayacaq”.

    Şahinoğlunun sözlərinə görə, rəsmi Bakı da ciddi götür-qoy etməlidir:

    “20 ildir Ermənistan Köçəryan-Sarkisyan girovluğunda idi və bu şəxslər işğalı həyata keçirənlərdir, heç zaman münaqişənin sülh yolu ilə həllinə yaşıl işıq yandırmayacaqdılar, necə ki, yandırmadılar.

    İndi Ermənistana yeni gələnlərə Bakıdan mesaj yollamalıdır ki, əgər işğaldan vaz keçsələr və ədalətli sülhə razılaşsalar, bu, Ermənistanın da xeyrinədir”.

    Qeyd edək ki, aprelin 13-dən Ermənistanda Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı etiraz aksiyaları keçirilib. Sarkisyan bu gün istefa verdiyini açıqlayıb.

  • Serj Sarkisyanın ermənilərə son müraciəti

    Ermənistanda keçirilən etiraz aksiyaları fonunda Serj Sarkisyan istefa verib.

    Sarkisyan istefa zamanı ermənilərə müraciət edib: “Sizə dövlət başçısı kimi son dəfə müraciət edirəm. Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranan vəziyyətdə bir neçə həll yolu var. Amma mən onların heç birinə getmirəm. Bu mənlik deyil. Mən ölkə rəhbərliyini tərk edirəm”.

  • Dünyanın ən böyük təyyarəsi uçuşa hazırlaşır – FOTO

    Dünyanın ən böyük təyyarəsi olan “Stratolaunch” uçuşa hazırlaşır.

    Qanadları bir futbol meydançasından daha geniş olan təyyarənin ilk uçuşu həyata keçirəcəyi tarix açıqlanıb.

    Bu il dördüncü dəfə keçirilən Kosmos Simpoziumu çərçivəsində hazırlanan təyyarə ilk test uçuşunu yay aylarında həyata keçirəcək.

    226 ton ağırlığa malik olan təyyarə 250 ton yükgötürmə qabiliyyətinə malikdir.

    Mohavi səhrasında xüsusi bir anbarda istehsal edilən hava gəmisi altı təyyarə motoru ilə işləyəcək. 28 təkərdən dəstək alır.

    15 metr quyruq uzunluğuna malikdir. Səkkiz min 200 min kvadratmetrlik bir anbarda istehsal edilib.

    Qanadları 117 metrdir. Əkiz gövdəsi olan təyyarənin kosmos araşdırmalarındakı xərcləri azaldacağı gözlənilir.

    Ənənəvi raket qalxmasına alternativ olan bu texnika peyklərin daşınmasını həyata keçirəcək.





















  • Şimali Koreyada qəza: Onlarla ölən var

    Şimali koreyada turist avtobusunun körpüdən aşması nəticəsində 30-dan çox adam həlak olub.

    Bununla bağlı Çinin CGTN telekanalı məlumat yayıb.

    “Şimali Koreyada avtobusun körpüdən aşması nəticəsində 30-dan çox adam həlak olub”, – telekanalın rəsmi “Twitter” hesabında məlumat yerləşdirilib.

    Hadisənin təfərrüatı açıqlanmır.

  • “Titanik”də naharın menyusu 140 min dollara satılıb – FOTO

    Batmış gəmi “Titanik”də ilk naharın menyusu İngiltərədə keçirilən hərracda 100 min funt sterlin (140 min dollar) satılıb.

    Median.Az Lenta.ru-ya istinadla xəbər verir ki, menyunu Böyük Britaniyadan olan kolleksiyaçı alıb, onun adı açıqlanmır.

    Naharda ət və ya toyuq şorbası, qızardılmış toyuq, əsas xörək kimi ispanaqlı quzu, qaynanmış kartof verilib. Çərəz olaraq sıyıq, armud və kofe qeyd olunub.


    /oxu.az

  • Rusiyada Google bloklanıb

    Rusiyanın İnformasiya və Texnologiyaları üzrə Federal Xidməti Google axtarış sistemini qismən məhdudlaşdırıb.

    Median.Az Lenta.ru-ya istinadla xəbər verir ki, qurum provayderlərə bir neçə İP ünvanın bloklanmasını göndərib.

    İstifadəçilər artıq 24 saatdır ki, girişin məhdudlaşdırıldığını qeyd edir.

    Google və Amazon-da kütləvi bloklanma halları aprelin 16-dan başlayıb. Bu, məhkəmənin qərarı ilə Telegram-ın Rusiyada istifadəsinin qadağasından sonra başlayıb.

  • Yerevanda irimiqyaslı terror aktının qarşısı alınıb

    Yerevanda davam edən kütləvi etirazlar fonunda irimiqyaslı terror aktının qarşısı alınıb.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın milli təhlükəsizlik nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    İnformasiyaya görə, təhlükəsizlik qüvvələri ictimai yerlərdə 100-150 bomba partlatmağı planlaşdıran iki şübhəlini həbs edib.

  • “Moskva-Siti”də yanğın: 300 nəfər təxliyə olunub

    Rusiyanın paytaxtında “Moskva-Siti” kompleksinin “OKO” qülləsinin 7-ci mərtəbəsində qatı tüstünün yayılması ilə əlaqədar, 300-dən çox insan təxliyə olunub.

    Median.Az TASS-a istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə briqadaları və qaz xidmətinin əməkdaşları cəlb olunub, tüstünün mənbəyi araşdırılır.

    Qeyd edək ki, “OKO” qülləsində 600 mənzil yerləşir. 49 mərtəbəli qüllənin hündürlüyü 260 metrdir.