Category: Dünya

  • Moskvada robot fahişəxanası açılır – VİDEO

    Moskvada Rusiyanın ilk leqal bordeli açılır.

    Bu barədə “Euronews” məlumat yayıb.

    “LumiDolls” layihəsinin rəhbərliyi fahişəliyə olan qadağadan müasir texnologiyaların hesabına yan keçə bilib. Seks xidmətləri süni intellektə malik robot-kuklalar göstərəcək.

    Müştərilərdən saat hesabı ödənişin qəbul olunacağı bildirilir. Təşkilatçılar əmin edir ki, bu təkcə böyüklər üçün “əyləncə” deyil, eyni zamanda qanunsuz fahişəliyə qarşı bir mübarizə vasitəsidir.

    “LumiDolls” dünyada 50 anoloji mərkəzi açmağı planlaşdırır. İlk on belə mərkəz bu ilin sonuna kimi Rusiya və MDB ölkələrində fəaliyyətə başlayacaq.

  • Türkiyədə üç azərbaycanlı İŞİD-çi tutulub – FOTO

    Suriya-Türkiyə sərhədində İŞİD üzvü olan, bomba yerləşdirilən jilet geyinmiş şəxslər tutulub.

    Median.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tutulan beş terrorçu Kilis rayonunda çıxarıldıqları məhkəmədə həbs olunub.

    Tutulanlardan üçü Azərbaycan vətəndaşıdır. “Terror təşkilatı İŞİD üzvü olan olmaq və partlayıcı maddə saxlamaq” ittihamı ilə tutulan 29 yaşlı Sərxan Əliyev, 37 yaşlı Gülnur Şirməmmədova, 42 yaşlı Nazənin Zeynalovanın istintaqı yekunlaşıb.

    Onların üzərində axtarış aparılarkən üç Rusiya istehsalı əl bombası, dörd mərmi, üç kq C4 partlayıcı maddəsi, iki bel çantası, əldə düzəldilmiş partlayıcı açarı və canlı bomba jileti ələ keçirilib.








  • Sarkisyan mitinqlərdən danışdı: Nə olacağını bilmirəm

    Hadisələrin necə inkişaf edəcəyini demək çətindir.

    Bu sözləri Ermənistanın yeni seçilmiş baş naziri Serj Sarkisyan erməni telekanalına müsahibəsi zamanı Yerevandakı aksiyaları şərh edərkən deyib.

    “Çox təəssüf ki, biz bir dəfə bu çətin yolu keçmişik. Əgər ikinci dəfə keçmək istəyirlərsə, mən nə deyə bilərəm?”, – Sarkisyan deyib.

    O əlavə edib ki, Ermənistan hökuməti və təhlükəsizlik orqanları keçmiş hadisələrin təkrarlanmaması üçün hər şey edəcəklər.

    Onun sözlərinə görə, ona aksiyaların məqsədi müəyyən qədər aydındır: onlar baş nazirin seçiləcəyi parlament iclasına müdaxilə etmək istəyirdilər. Ancaq iclas baş tutdu.

    “Onlar indi nəyə nail olurlar? Bu binaya gəlib, idarə etmək istəyirlər? Tutaq ki, buna nail oldular. Onları kim tanıyacaq? Onlar qanuni və legitim hökumət olacaqlar? Serj Sarkisyan xalqı qıcıqlandıran qeyri-legitim, onlar isə insanları sakitləşdirən legitim hakimiyyət olacaq?”, – Sarkisyan bildirib.

  • Çində “ağıllı” piyada keçidləri yaradıldı

    Çinin Çuntsin şəhərinin mərkəzində üç ədəd “ağıllı” piyada keçidi qurulub. Bu keçidlər piyadaların təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulub.

    Bununla bağlı “Sixnua” agentliyi məlumat yayıb.

    Geomaqnit skanlaşdırma texnologiyasından istifadə etməklə keçidlər xüsusi işıqların köməyilə sürücüləri piyadalar barədə məlumatlandırır.

    Əgər avtomobil piyadaya 50 metrdən çox məsafədə yaxınlaşsa, audio-xəbərdarlıq səslənir.

    Kameralar isə keçiddə piyadaya yol verməyən avtomobilləri qeydiyyata alır.

    “Bu texnologiyanın köməyilə yolu keçmək daha təhlükəsiz olub”, – Fu soyadlı yerlı sakin deyib.

    Hər üç piyada keçidi şəhərin ən işlək yollarında yerləşir. Şəhərin bir çox yerlərində bu cür piyada keçidlərinin qurulması nəzərdə tutulur.

    Qeyd edək ki, Çində keçidlərin olması piyadaların onlardan faydalana biləcəyi anlamına gəlmir. Və ya əksinə, nəqliyyat vasitəsi olmayan yolun hər hansı hissəsi piyada keçidi kimi istifadə edilə bilər./oxu.az

  • Tbilisinin məşhur restoranında YANĞIN – FOTO

    Tbilisinin mərkəzində Meydan adlanan ərazidə yerləşən “Maçaxela” restoranında güclü yanğın baş verib.

    Yanğın restoranın dam örtüyündə başlayıb. Restorandakı insanlar təxliyə olunub. Hadisə yerinə 60-a yaxın yanğınsöndürən maşın və təcili tibbi yardım maşını cəlb olunub.

    Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinin məlumatına görə, yanğın nəticəsində xəsarət alan olmayıb. İlkin məlumata əsasən, yanğın restoranın spirtli içkilərin saxlanıldığı mansardda baş verib.

    Qeyd edək ki, “Maçaxela” restoranı Gürcüstan paytaxtının turistik mərkəzində yerləşir və onun müştəriləri arasında şəhərin əcnəbi qonaqları üstünlük təşkil edir.

    Yanğın lokallaşdırılıb./publika.az

  • Türk boşanmaq üçün özünü terrorçu adlandırdı

    Türkiyəli biznesmen həyat yoldaşından boşanmaq üçün özünü Fətullahçı terror təşkilatının üzvü kimi təqdim edib.

    Median.Az-ın “HaberTürk”ə istinadla məlumatına görə, hazır geyim ixracı ilə məşğul olan Aralıq dənizi ittifaqının rəhbəri Hayri Uruq 2016-cı ilin iyulunda həyat yoldaşına FETÖ üzvü olduğunu və həbs ediləcəyi təqdirdə ailəsinin bütün varlığını itirəcəyini deyib.

    29 illik evlilikləri ərzində cütlük 200 milyon lirə (49 milyon dollar) vəsait qazana bilib.

    Ayrılıqdan sonra biznesmen ailəsini Florida ştatına köçürüb. Özü isə Türkiyəyə qayıdaraq, burada sevgilisi ilə evlənib.

    Bütün yalanlar ifşa edildikdən sonra biznesmenin keçmiş həyat yoldaşı Hepşen məhkəməyə şikayət edib. O, keçmiş ərini dələduzluqda, etimaddan sui-istifadə edilməsində və aldatma yolu ilə nikahın dayandırılmasında ittiham edib.

    Qeyd edilib ki, Hayri Uruq hakim qarşısına çıxmalı olacaq.

  • Avstriyada miqrantların telefonları əllərindən alınacaq

    Avstriyadan sığınacaq istəyən miqrantlar hökumətə mobil telefon və 840 avroya qədər nağd pul verməli olacaqlar.

    Median.Az “Local” nəşrinə istinadən xəbər verir ki, bu barədə qərarı aprelin 18-də ölkənin Nazirlər Kabineti verib.

    Bundan əlavə, qərara əsasən, əgər qaçqınlar əvvəllər Dublin reqlamentinin qüvvədə olduğu ölkələrdə olublarsa, onları geriyə – həmin dövlətə göndərə bilərlər.

    Hökumətin razılaşdırdığı tədbirlərə görə, miqrantlar 10 il yaşadıqdan sonra Avstriya vətəndaşlığı üçün müraciət edə bilərlər, hazırda bu müddət altı ilə bərabərdir.

    Cinayət məsuliyyətinə cəlb edilən miqrantların deportasiya proseduru tezləşdiriləcək.

    Dəyişikliklərin qəbul olunması üçün yaxın həftələrdə ölkə parlamentində səsvermə keçiriləcək.

  • Günəş sistemində ölü planet tapıldı

    İsveçrə, Fransa və Almaniya astronomlarından ibarət beynəlxalq qrup “al-Mahata as-Sitta” meteoridinin daxilində aşkarlanan almazları araşdırıb və nəticəyə gəliblər ki, göy cismi bir vaxtlar Günəş sistemində mövcud olmuş Merkuri və ya Mars ölçüsündə olan protoplanetinin bir hissəsi olub.

    Alimlərin məqaləsi “Nature Comminication” jurnalında dərc edilib.

    Böyük almaz kristallarından ibarət meteorid 2008-ci ildə Sudanın Nubiya səhrasına düşən “2008 TC3” asteroidinin bir hissəsi olub.

    Alimlər hesab ediblər ki, tapılan almazların meydana gəlməsi üçün 20 qiqapaskal təzyiqə ehtiyac var. Bu, onu göstərir ki, kristallar Yer kürəsindən kənar toqquşmalar nəticəsində deyil, hər hansı göy cisminin üzərində meydana gəlib.

    Bu göy cismi, çox güman ki, planetezimal olub. Əgər protoplanet Merkuri ölçüsündə olubsa, almazlar onun mərkəzində yaranıb. Əgər bu planet Mars boyda olubsa, onda kristallar əsas mantiyada meydana gəlib.

    Alimlərin sözlərinə görə, nəticələr Günəş planetində ölü planetlərin olduğunu sübut edən ilk etibarlı dəlil olub.

  • Hitlerin sualtı qayığı tapıldı

    Faşist Almaniyası rəhbərliyini Cənubi Amerikaya çatdırdığı iddia olunan “U-3523” sualtı qayığı, 73 il sonra Danimarka sahilləri yaxınlığında dənizin dibində aşkarlanıb.

    Bu barədə “The Daily Star” məlumat yayıb.

    Nəşrin məlumatına görə, sualtı qayıq Skaqen şəhərində on dəniz mili şimalda tapılıb. Dəniz dibinin müayinəsi sualtı qayığın 123 metr dərinlikdə, dalğıclar üçün əlverişsiz mövqedə yerləşdiyini göstərib. Qeyd olunur ki, qəza anında sualtı qayığın göyərtəsində 58 ekipaj üzvü olub.

    Bundan əvvəl tədqiqatçılar, submarinin Britaniyanın “B-24 Liberator” bombardmançısının 6 may 1945-ci ildə endirdiyi zərbədən sonra batdığını ehtimal edirdi.

    Ancaq qayıqdan heç bir əsər-əlamətin olmaması müxtəlif şayələrin yayılmasına yol açmışdı.

    Ən populyar versiyalardan birinə görə qayığın göyərtəsində Adolf Hitler daxil olmaqla, aparıcı nasist məmurlar yer alıb və onlar sağ-salamat Cənubi Amerikaya çatıb.

    Bu şayiələrin yayılmasına eyni zamanda ABŞ kəşfiyyatının əldə etdiyi bəzi şahid ifadələri təkan verib. Belə ki, bəzi mənbələr ikinci dünya müharibəsindən sonra Hitleri Kolumbiya və Argentinada sağ-salamat gördüklərini əmin edib.

    Habelə Danimarkanın Dəniz müharibəsi muzeyi “U-3523” sualtı qayığının nasist rəhbərliyini və ya qiymətli əşyaları, o cümlədən qızıl külçələri daşıması haqqında heç bir sübutun olmadığını bildirir./oxu.az

  • Belə hal Bakıda da var: İnsanları “körpəsi” ilə aldadıb pul alır

    Qadın həbs edilib və qanunla cəzasını alacaq

    Türkiyədə Kocaelinin Qebze ilçəsində polis əməkdaşları həmin ərazidə dilənçilik fəaliyyəti göstərən bir qadını izləməyə başlayıb.

    Nəticədə məlum olub ki, H.Y adlı qadın yastıqdan hazırladığı “körpə” ilə vətəndaşları aldadaraq onlardan pul alır.

    Qadın həbs edilib və qanunla cəza alacaq.