Category: Dünya

  • Yerevanda etirazçılar prezident iqamətgahını blokadaya alıb

    Yerevanda Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edənlər müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə sabiq prezident, indiki baş nazir iqamətgahını blokadaya alıb.

    Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

    Məlumata görə, iqamətgahın qarşısında yalnız bir neçə polis əməkdaşı var.

  • Xərçənglə mübarizədə immunoterapiyanın ilk uğurları – VİDEO

    Xərçənglə mübarizədə yeni “silah” peyda olub.

    “New England Journal of Medicine” jurnalında yüzminlərlə insana yeni ümidlər verən elmi araşdırmanın nəticələri dərc olunub.

    Elmi işə görə, kimya terapiyası və immunoterapiyanın eyni vaxtda aparılması ağ ciyər xərçəngindən əziyyət çəkən insanların müalicəsinə kömək olur.

    İki metodun kombinasiyası zamanı xəstələrdə ölüm riski iki dəfə az olur.

    “İmmunoterapiya ağ ciyər xərçəngini müalicə etməyə qadirdir. Bunu xəstələr arasında ölüm hallarının azalması göstərir. Sadəcə dərmanların (yüksək) qiyməti ilə bağlı problemi həll etmək lazımdır.

    Biz individual yanaşmanı üstün tutsaq, müalicə daha da effektiv olacaq. İnanıram ki, ildən ilə bu müalicə prosesinin xərcləri azalacaq”, – deyə Yel onkoloji mərkəzinin şöbə müdiri Roy Herbst bildirib.

    ABŞ-da kombinasiyalı müalicənin qiyməti aya 13 min dollar təşkil edir.

    Müalicənin maddi tərəfi yeganə problematik məsələ deyil. Belə ki, tədqiqatın nəticələri heç də bütün növ ağ ciyər xərçənglərinə şamil olunmur.

    Alimlər tələsməlidir, çünki xəstəlik hər il orta hesabla 1 milyon 700 min nəfərin həyatına son qoyur./oxu.az

  • Parlament Serj Sarqsyanın taleyini həll etdi

    Ermənistanın yeni konstitusiyasına görə, Serj Sarqsyan faktiki dövlət başçısı olacaq

    Ermənistanın eks-prezidenti Serj Sarqsyan aprelin 17-də parlamentin xüsusi iclasında baş nazir seçilib.

    Sarqsyan Ermənistan Milli Məclisində keçirilən səsvermədə çoxluğun səsini qazanıb. Ona iclasda iştirak edən 94 deputatdan 77-si səs verib. 17 deputat isə Sarqsyanın əleyhinə olub.

    Ermənistanın yeni konstitusiyasına görə, Serj Sarqsyan faktiki dövlət başçısı olacaq.

    Qeyd edək ki, 2015-ci ilin dekabrında qəbul olunmuş yeni konstitusiya ilə Ermənistan parlamentli respublika üsul-idarəsinə keçib. İcra hakimiyyətinin bütün səlahiyyətləri baş nazirə verilib.

    Prezident isə sadəcə ölkənin nominal lideri olacaq və dövlətin əsas siyasətindən kənarda qalacaq.

    Əvvəlkindən fərqli olaraq, hazırkı konstitusiyaya görə, baş nazir məhdudiyyətsiz olaraq bir neçə dəfə seçilə bilər.

    Parlament tərəfindən seçilmiş baş naziri prezident təsdiqləyəcək. Bundan sonra baş nazir beş gün ərzində baş nazirin müavinlərinin və nazirlərin namizədliyini irəli sürməlidir.

    Prezident onları üç gün müddətində təsdiqləməlidir.

    Yeni hökumətin formalaşma müddəti 1-10 may tarixləridir. Ermənistanda parlament idarəetmə üsuluna keçid yeni prezidentin çıxışından sonra başlayacaq.

    Xatırladaq ki, eks-prezidentin baş nazir postuna namizədliyi ötən gün parlamentdə hakim Respublika partiyası və onun koalisiya ortağı “Daşnaksütyun” tərəfindən rəsmən irəli sürülüb. İki gündür Yerevanda və ölkənin ayrı-ayrı regionlarında Sarqsyanın baş nazir olmasına qarşı çıxanların “vətəndaş itaətsizliyi” aksiyası davam edir.

  • Yerevan küçələrinə tanklar çıxarıldı – YENİLƏNİB + FOTO

    Yerevanda polis etiraz aksiyalarının keçirildiyi Baqramyan prospektini bağlayıb.

    Median.Az-ın news.am-a istinadən məlumatına görə, parlamentin binasına zirehli texnika, o cümlədən tanklar çıxarılıb.

    Ərazi tikanlı məftillə mühasirəyə alınıb.

    * * * * *

    Etiraz aksiyalarında ictimai asayişin pozulması ilə əlaqədar daha bir neçə şəxs polisə təhvil verilib.

    Bu haqda “News.am”-a Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilib ki, Yerevanda polis səhər saatlarından etibarən Tumanyan küçəsində 29 nəfər müxalifət tərəfdarlarını təhlükəsizlik orqanlarına təhvil verib.

    * * * * *

    Serj Sarkisyanın baş nazir postuna gətirilməsinə görə etiraz aksiyası Yerevanın Fransa Meydanında davam edir.

    Polis ictimai asayişi pozan mitinqin dayandırılması barədə çağırış etsə də, etirazçılar buna məhəl qoymayıblar.

    Bu gün səhər saatlarından nümayişçilər yenə mərkəzi küçələrə axışıblar. Qarşıdurma zamanı 30 etirazçı saxlanılıb. Yaranmış bir qarşıdurma nəticəsində 40-dan çox adam yaralanıb.






  • Amsterdamda sui-qəsd köşkü qoyulub

    Amsterdamda keçirilən dəfn sənayesi sərgisində sui-qəsd üçün nəzərdə tutulmuş maşının prototipi nümayiş etdirilib.

    Bu barədə oxu.az “South China Morning Post”a istinadən xəbər verir.

    Cihazı uzun illərdir evtanaziyanın leqallaşdırılması üçün mübarizə aparan hollandiyalı dizayner Aleksandr Bannink (Alexander Bannink) və avstraliyalı fəal Filip Niçke (Philip Nitschke) quraşdırıblar.

    Maşın azot dolu çəni açan bünövrədən və intihar edən şəxsin uzandığı, çıxarıla bilən kapsuldan ibarətdir.

    Niçke izah edir ki, şəxs yüngül başgicəllənməsi hiss edir, sonra isə huşunu itirir və vəfat edir.

    İxtiraçılar ilin sonuna kimi işləyən nümunəni hazırlamağa ümid edirlər. Sərgidə yalnız maket və kapsulada oturan insanın yerində özünü təsəvvür etmək üçün virtual tur nümayiş olunub.

    Niçke va Bannink köşkü sərbəst hazırlamaq üçün lazım olan bütün çertyojları və digər məlumatları internetdə dərc etməyi planlaşdırırlar.

    1996-cı ildə Filip Niçke Avstraliyanın şimal bölgəsində evtanaziyanın leqallaşdırılmasına nail olub. Ölkə hakimiyyəti qanunu tez bir zamanda ləğv edib, lakin o vaxta kimi artıq dörd nəfər bunun köməyilə ölüb.

    2008-ci ildə xəbər verilib ki, Almaniyada evtanaziyanın qadağan olunduğu ölkələrdə ağır xəstəliklərdən əziyyət çəkən şəxslərin dünyadan könüllü getmələrinə imkan yaradan özünə sui-qəsd maşını hazırlanıb. Maşının hazırlanmasını alman siyasətçisi, həkim Rocer Kuş (Roger Kusch) dəstəkləyib.

  • Suriyaya yeni hücum

    Aprelin 17-nə keçən gecə Suriya yenidən zərbə səsləri ilə çalxalanıb.

    Median.Az SANA agentliyinə istinadən xəbər verir ki, Suriyanın Humus əyalətində yerləşən “Şayrat” aviabazası və Dəməşqdən 50 km məsafədə yerləşən Dümeyr aviabazasına raket zərbələri endirilib.

    Məlumata görə, Suriya hava mühafizı sistemləri atyılan doqquz raketdən altısını zərərsizləşdirib. Digər üç raket isə Dümeyrə endirilən ərəfədə məhv edilib.

    Ərəb mediasının yaydığın məlumata görə, zərbələr İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrdən endirilib. İsrail ordusunun mətbuat xidməti bu məlumatı təkzib edib.

  • “Microsoft” nüfuzlu torrent proqramını blokladı

    “Windows Defender” antivirusu “uTorrent” torrent proqramını virus kimi tanıyaraq bloklamağa başlayıb.

    Bu barədə “ExtremeTech” məlumat yayıb.

    “Microsoft saytında hələ 2017-ci ilin fevral ayında “uTorrent”ə həsr olunmuş ayrıca səhifə yaradılıb. Proqramın müəllif hüquqları pozuntularına görə, pis nüfuza malik olduğu və sistemin işini ləngitdiyi qeyd olunur.

    Hal-hazırda “Windows” əməliyyat sisteminin antivirus proqramı avtomatik olaraq “uTorrent”i karantinə ataraq, onun fəaliyyətini dayandırır. ESET, Sophos, TrendMicro və digər antiviruslar da analoji addımı atıb.

    Bununla belə “Microsoft” istifadəçini torrent proqramından istifadə etmə hüququndan da tam məhrum etməyib. İstifadəçi lazım gəldikdə torrent-klineti karantindən çıxaraq “istisnalar” siyahısına daxil edə bilər.

  • NATO baş katibindən Türkiyənin ittifaqdan çıxarılması tələblərinə münasibət

    “Türkiyə ittifaqda açar rol oynayan bir müttəfiqdir. Türkiyə birgə təhlükəsizlik fəaliyyətimizə töhfəsini verir və İŞİD-ə qarşı mübarizədə böyük rol oynayır”. NTV-nin xəbərinə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib. “Türkiyə NATO üçün çox iş görür. NATO Türkiyənin yanındadır. Türkiyə 3,5 milyondan çox qaçqına ev sahibliyi edir. Bugünki görüşdə iyul ayında keçiriləcək NATO zirvəsinə hazırılıq məsələləri də müzakirə olundu. Çavuşoğlu Afrin əməliyyatı ilə bağlı məni məlumatlandırdı. “Zeytun budağı” əməliyyatında Türkiyənin şəffaflıqla hərəkət etməsindən məmnunam. Dumada baş verən kimyəvi hücumdan da danışdıq. Kimyəvi silahlar qadağandır. Bununla bağlı beynəlxalq razılaşma var. Son hərbi əməliyyatın məqsədi Suriya rejiminin kimyəvi silah imkanlarının azaldılmasıdır. Bu, bir mesaj idi”, – deyə Y. Stoltenberq vurğulayıb.

    Baş katib “Türkiyə NATO-dan çıxarılsın” çağırışlarına da münasibət bildirib: “Türkiyə NATO-nun olduqca önəmli bir üzvüdür. Türkiyənin hərbi infrastrukturuna yatırım qoyuruq. Çox mühüm bir müttəfiqimizdir”.

    M. Çavuşoğlu isə bəyan edib ki, Türkiyə üzv ölkələrlə birlikdə NATO-nun genişləndirilməsinin tərəfdarıdır: “NATO-dan terrorla mübarizəmizdə daha çox dəstək gözləyirik. Bütün terror təşkilatları ilə mübarizəyə davam edəcəyik. Türkiyədə keçiriləcək NATO zirvəsində Suriya, İraq və Liviya kimi regional məsələləri də müzakirə edəcəyik”.//APA

  • PKK terrorçularından hücum: 3 türk əsgəri şəhid oldu

    PKK terrorçuları Türkiyənin Şırnak Bestler-Dereler Kuyutepe hərbi bazasına hücum ediblər.

    Hücum nəticəsində 3 türk əsgərinin öldüyü, bir əsgərin yaralandığı deyilir.

    Hadisənin təfərrüatı barədə məlumat verilmir.

  • Yerevanda iğtişaşlar başladı – FOTO + VİDEO

    Ermənistanın paytaxtı Yerevanda etirazçı tələbələrlə polis arasında toqquşma baş verib.

    Aprelin 16-da Yerevan Dövlət Universitetinin bir qrup tələbəsi ölkənin keçmiş prezidenti Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq tətil elan edib.

    Etirazçı tələbələr dərsə girməyərək, oturaq aksiya keçiriblər və Yerevanın Baqramyan prospektini bağlayıblar.

    Bu səbəbdən şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkəti iflic olub və polis aksiya iştirakçılarını yolu açmağa çağırıb.

    Tələbələr isə bu tələbə məhəl qoymayıblar və bu zaman polislə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.