Category: Dünya

  • Rusiyanın Suriya ilə bağlı istəyi reallaşmayıb – BMT qətnamə qəbul etməyib

    BMT Təhlükəsizlik Şurası Rusiyanın Suriyaya dair qətnaməsini qəbul etməyib. Qətnamə layihəsində Suriyaya qarşı təcavüzə son qoymaq çağırışı əks olunsa da, Rusiyanın bu istəyi reallaşmayıb.

    Suriyanın ABŞ, Fransa və Britaniya tərəfindən bombalanmasından sonra Moskvanın təşəbbüsü ilə çağırılan BMT TŞ-in iclasında Rusiya, Çin və Boliviya qətnamənin qəbul edilməsini dəstəkləsə də, ABŞ, İngiltərə, Fransa, İsveç, Polşa, Fil Dişi Sahili, Küveyt və Hollandiya qərara qarşı çıxıblar. BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlərindən Peru, Qazaxıstan, Efiopiya və Ekvador Qinesi bitərəf mövqe nümayiş etdiriblər.

    Yəni Rusiya bu qərarın qəbulu üçün lazım olan 15 üzvdən ən azı 9 ölkənin dəstəyini ala bilməyib.

  • Kişi satıcı qadını zorlamaq istəyərkən kameraya düşdü – VİDEO

    Rusiyanın Krasnoyarsk rayonunda əlində bıçaq olan şəxs mağazada satıcı işləyən 28 yaşlı qadına təcavüz etmək istəyib.

    Median.Az milli.az-a istinadla xəbər verir ki, mağazada qadının tək olduğunu görən kişi onun üzərinə hücum edib, bıçaqla hədələyib və qadını zorlamağa çalışıb.

    Qadın təcavüzdən son anda xilas olub. Belə ki, yoldan keçənlərdən biri səsləri eşidib və təcavüzkarı döyüb. O, döydüyü kişinin əl-qolunu dostunun köməkliyi ilə bağlayıb, sonra da polis çağırıb.

    Həmin anlar mağazanın təhlükəsizlik kamerasına düşüb.

    Qadın ifadəsində bildirib ki, kişiyə onu buraxması üçün xeyli pul təklif etsə də, o, bundan imtina edib.

  • Hərbi əməliyyatlardan sonra Əsədin ilk görüntüsü yayıldı – VİDEO

    ABŞ, İngiltərə və Fransanın Suriyaya qarşı səhərə yaxın həyata keçirdiyi hava hücumundan sonra Suriya Dövlət Administrasiyası Bəşər Əsədin görüntülərini yayıb.

    Görüntülərin bu səhər çəkilib-çəkilmədiyi izləyicilər tərəfindən tam olaraq anlaşılmayıb.

    Administrasiyanın “Twitter” hesabından paylaşılan videoda Əsədin təkbaşına olması şübhələrə səbəb olub.

    Təhlükəsizlik qüvvələrinin olmaması bu videonun çübhə ilə qarşılanmasına səbəb olub./oxu.az

  • Dönərxanalar üçün it kəsən oğlan tutuldu – FOTO + VIDEO

    Dönərxanalara satmaq üçün it kəsən kişi tutulub.

    Median.Az Milli.Az-a istinadən xəbər verir ki, onu it kəsərkən yaxalayan məktəblilər polisə xəbər veriblər. Polis Nikolay adlı oğlanı bölməyə aparıb, ifadəsi alınıb. 

    Qazaxstandan Rusiyanın Çelyabinsk vilayətinə gələn Nikolay itləri iplə boğub, dərisini soyub, ətini satdığını etiraf edib. O bildirib ki, öz ölkəsində it əti də normal şəkildə yeyilir.

    Nikolay bir gün təcridxanada qaldıqdan sonra sərbəst buraxılıb. O, yenidən ət kəsdiyi yerə gələrək, öldürdüyü heyvanların dərisini yığıb. Bu dəfə isə ona heyvansevərlər mane olublar.

    O, heyvansevərlərə onlarla iti kəsib, dönərxanalara satdığını söyləyib. Heyvansevərlərin şikayəti ilə Nikolay yenidən saxlanılıb. Onun Qazaxstana deportasiya edilməsi tələb olunur.

  • Rusiyada “Telegram” bağlandı

    Moskvanın Taqansk məhkəməsi Federal Təhlükəsizlik Xidmətinə istifadəçilərin ismarıclarını oxumağa imkan verən şifrələmə açarlarını təqdim etmədiyi üçün Rusiyada “Telegram” mesencerini bağlayıb.

    Median.Az-ın “Mediazona”ya istinadən məlumatına görə, mesencerə giriş FTX-yə müvafiq açarlar verilənə qədər bağlı olacaq.

    Tətbiqin ixtiraçısı Pavel Durovun göstərişi ilə “Telegram” nümayəndələri məhkəmədə iştirak etməyiblər.

  • Ölü köpəkbalığının qarnından 98 diri bala çıxdı – VİDEO

    Avstraliyada balıqçı ölmüş köpəkbalığını keysəriyyə edərək, yüzə yaxın diri balasını xilas edib.

    Hadisənin görüntüsü “Daily Mail”in saytında yayılıb.

    Metyu Orlov Viktoriya ştatının sularında balıq ovuna çıxıb. Köpəkbalığı onun tilovunun qarmağına keçən zaman hələ sağ olub. Ancaq balıqçı şikarı quruya çıxarana qədər, başqa bir köpəkbalığı ona hücum edərək, bədəninin bir parçasını yeyib.

    Balıqçı tələf olmuş balığı motorlu qayığın göyərtəsinə qaldıran zaman, onun qarnında hərəkətin olduğunu görüb.

    O, dərhal bıçaqla balığın qarın nayihəsini yararaq, oradan 98 balanı xaric edib və dənizə buraxıb.

    Maraqlıdır ki, balıqçı ət zay olmasında deyə, tutduğu köpəkbalığından yemək bişirib və onu ailəsi ilə birgə naharda yeyib./oxu.az

  • Türkiyədə benzin üç gündə üç dəfə bahalaşdı

    Bu gün axşamdan Türkiyədə benzin qrupunda 16 kuruş artım gözlənilir.

    Son iki gündə benzin 30 kruş bahalaşıb.

    Bu gecə gözlənilən bahalaşmadan sonra Türkiyədə benzinin litrinin 6.10 lirəyə yüksələcəyi bildirilir.

  • İlin ən yaxşı fotoşəkili seçildi

    AFP agentliydə çalışan fotoqraf Rolando Şmitin çəkdiyi fotoşəkil “World Press Photo” beynəlxalq müsabiqəsində “ilin ən yaxşı fotoşəkili” seçilib.

    Qalib fotoşəkildə ötən il Venesuellanın paytaxtı Karakasda baş verən iğtişaşlar zamanı alova qərq olan etirazçı əksini tapır.

    Fotoqrafın dediyinə görə, ehtiyatsız şəkildə atılan Molotov kokteylindən yanıb.

    “Sadəcə kameranı əlimə alıb, gördüklərimi çəkməyə çalışırdım, sonra gördüm ki, yanımda bir nəfər od tutub yanır. Özünü itirmişdi, əlacsız şəkildə insanların üzərinə, etirazçıların və tibb işçilərinin üzərinə qaçırdı. Onun qışqırıq səslərini indiyə kimi xatırlayıram”

    Ətrafda olanlar etirazçının üzərinə su tökməklə onun həyatını xilas ediblər, sonradan o, xəstəxanaya təxliyə olunub.


  • “İki oğlum arasında püşk atdım, birini terrorçulara verdim” – Atanın etirafları şok etdi

    “PYD istədiyi üçün iki oğlum arasında püşk atdım, birini göndərdim”

    Məhmətçiyin qoruduğu Afrində PYD/PKK-nın bir övladını dağa aparmaq üçün gəldiyini deyən bir ata, “Qızlarımı verə bilməzdim, iki oğlum arasında püşk atıb birini göndərdim” deyib.

    Afrin xalqı Türk Silahlı Qüvvətlərinin bölgəyə sakitlik gətirdiyini və ağrı-acılarının bir az da olsa, keçdiyini sözlərinə əlavə edib.

    Median.Az Minval.İnfo-ya istinadən xəbər verir ki, evlərini tərk edən bir çox ailə geri qayıtmağa başlayıb. Bir tərəfdən aclıqla imtahan edilib, digər tərəfdən qorxu içində yaşayan əhali türk ordusuna güvəndiyini, özlərini təhlükəsizlikdə hiss etdiklərini deyiblər.

    Buna baxmayaraq daha əvvəl PKK tərəfindən övladları əllərindən alınaraq dağa aparılan bir çox ailə də gözü yaşlı qalıb. Hətta oğlunu vermək istəməyən bir çox ailə terroristlər tərəfindən hədələnir, əks halda qızlarının əllərindən alınacağı deyilir. Dövlətin unutduğu bu yerlərdə yaşamaq üçün canlarından bir hissəni qoparıb əli qanlı terroristlərə verməyə məcbur olan əhali, görünür, hələ uzun müddət sözügedən sarsıntının təsirindən çıxa bilməyəcəklər. Türk ordusu isə ərazinin böyük hissəsini həmin terroristlərdən təmizləyib, qaçanların dağlarda izinə düşüb.

    Atasından, ailəsindən alınaraq dağlara aparılan 30 yaşındakı Damhaş Kolika türk əsgərlərinin nəzarəti altında olan əraziyə gələrək təslim olub. O, həmin günləri belə xatırlayıb: “Zorla aparıldım. Getməsəydim, bacılarımı aparacaqdılar. Səkkiz ay PYD/PKK tərəfindən tutuldum. Məni əsgər olaraq döyüşməyə məcbur etdilər. Rejim ilə girdiyim atışmalardan biri zamanı ayağımdan yaralandım və 4 ay döyüşə bilmədim. Türk əsgəri gələndə ümid oldu, terroristlər uduzduqları üçün Afrini tərk etdilər. Dedilər ki, rejimlə birləşəcəyik, qaçmırıq. Amma mən bir yolunu tapıb qaçaraq türk əsgərinin mühafizəsi altındakı ailəmin yanına gəldim. Türk əsgərinə qarşı tək güllə də atmadım”.

    Həbs olunan terroristlərdən birinin etdiyi etiraflar isə əlavə şərhə yer qoymur: “Bizə ingiliscə danışan, qərbli olduğunu düşündüyüm əsgərlər təlim keçdi. Hansı millətə aid olduqlarını bilmirəm. Türkiyə və türk xalqının düşmən olduğunu dedilər. Türkiyənin uduzacağını, çünki ABŞ və Fransanın PYD-nin həmişə arxasında olduğuna bizi inandırdılar”.

  • Hamilə müğənni səhnədə güllələndi – VİDEO

    Pakistanda keçirilən təntənəli məclislərin birində qətl hadisəsi baş verib.

    Median.Az rus mətbuatına istinadən xəbər verir ki, altı aylıq hamilə olan 24 yaşlı müğənni Simona Samun səhnədə güllələnib. Belə ki, hamilə müğənni səhnədə çıxış zamanı əyləşmək üçün stul xahiş edib. İfasına oturaraq davam edən Simona qonaqların qəzəbinə tuş gəlib. Onlar israrla müğənninin ayağa qalxmasını tələb ediblər.

    Səhnəyə yaxınlaşan üç nəfər müğənninin başına pul tökməyə başlayıb. Bu zaman qəflətən qadına atəş açılıb. Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan müğənninin həyatını xilas etmək mümkün olmayıb.