Category: Dünya

  • Əfqanıstanda “Taliban” yaraqlıları qubernatoru öldürüb

    “Taliban” radikal hərəkatının yaraqlıları Əfqanıstanın Qəznə şəhərində Rayon Administrasiyasına və Polis Nəzarəti Məntəqəsinin binasına hücum edib.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, hücum nəticəsində qubernator və yeddi polis məmuru öldürülüb.

    Qeyd olunur ki, yaraqlılardan 27-i nəfəri ölüb.

  • Dünyanın ən böyük məscidi İstanbulda tikilib – VİDEO

    Dünyanın ən böyük məscidinin tikintisi yekunlaşmaq üzrədir.

    Türkiyədə – İstanbulda inşa edilən Çamlıca məscidi dünyanın ən böyük məscidi olacaq.

    Məscidin təməli 6 avqust 2013-cü ildə atılıb. 125 min kvadratmetr sahəni əhatə edəcək.

    Eyni vaxtda 50 min insanın ibadət edə biləcəyi məscid 2018-ci ilin Ramazan ayında xalqın ixtiyarına veriləcək./oxu.az

  • Türkmənlərə xaricdə işləmək qadağan olundu

    Türkmənistanda bir sıra dövlət qurumlarının işçilərindən xaricə işləməyə getməyəcəkləri barədə yazılı iltizam alırlar.

    Median.Az-ın Türkmənistan KİV-ə istinadən məlumatına görə, hökumət belə bir addımı ölkədən iş qüvvəsinin xaricə axının qarşısını almaq üçün atıb.

    Xaricdə təhsil alan tələbələrdən də orada qalıb işləməyəcəkləri barədə yazılı zəmanət alınır.

    Qeyd edilir ki, Türkmənistanda son aylar iş yerlərinin kütləvi ixtisarı və büdcədən maliyyələşən qurumların işçilərinin məcburi ödənişsiz məzuniyyətə göndərilməsi fonunda iş üçün xaricə üz tutanların sayı kəskin artıb.

  • Sarı dənizdə iki gəmi toqquşub: Ölənlər var

    Sarı dənizdə iki gəminin toqquşması nəticəsində üç nəfər ölüb, daha üç nəfər itkin düşüb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının sahil mühafizəsi məlumat yayıb.

    Məlumata görə, hadisə bu gün gecə baş verib. Tanzaniya bayrağı altında üzən 500 tonluq gəmi Memuldo adasından 10 kilometr şimal-qərbdə Cənubi Koreyanın 15 tonluq balıqçı gəmisi ilə toqquşub.

    Ölkənin dəniz polisi insanların axtarışı üçün 17 kater, habelə digər gəmilərə xilas əməliyyatı üçün hadisə yerinin yaxınlığından siqnal göndərib.

    Axtarış-xilasetmə işləri davam etdirilir.

  • Ukraynada həmyerlilərimizə hücum edildi – VİDEO

    Ukraynada həmyerlilərimizə hücum edilib.

    Kiyev şəhərində fəaliyyət göstərən türk restoranına bir qrup şəxs tərəfindən dağıdılıb.

    İctimai-iaşə obyektinə hücum edənlər müştərilərin əyləşdiyi stol-stulları ətrafa atıb.

    Hadisənin hansı səbəbdən baş verdiyi və xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.

    Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırılma aparılır./minval.info

  • Türkiyədə qəza zamanı 3-ü ağır olmaqla 14 şagird yaralanıb

    Türkiyənin Siirt bölgəsindəki Pervari rayonunda şagirdləri daşıyan mikroavtobusun aşması nəticəsində 14-ü şagird olmaqla 18 nəfər yaralanıb.

    Median.Az xəbər verir ki, mikroavtobus Altınoluk kəndi yaxınlığında dərəyə aşıb.
    Vəziyyəti ağır olan 3 şagird Van dövlət xəstəxanasına yola salınıb. Digər yaralılara Siirtdə yardım göstərilib.

  • Ölüm-qalım mübarizəsi: Böyük dövlətlər bir-birilərinə qarşı cəbhə açdı

    ABŞ, Rusiya, İran və Türkiyənin üz-üzə gəlməsi təhlükəli tendensiyadır

    Xəbər verdiyimiz kimi, Suriyanın Şərqi Qutan bölgəsində kimyəvi silahdan istifadəyə cavab olaraq ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Müdafiə Nazirliyi (Pentaqon) Bəşər Əsədin ordusuna aid olan 22 kritik hərbi obyektin xəritəsini hazırlayıb. Vurulacaq bazalar arasında, əsasən şiə milis qüvvələrin olduğu strateji bölgələr də var. Bundan başqa, Homs və Tartus bölgələrində ABŞ-ın hədəfə aldığı 2 hərbi bazada rus əsgərlərin də olduğu bildirilir.

    Hərbi bazaların vurulmasında Fransa, Böyük Britaniya, ABŞ və İsrail birgə hərəkət edəcək. Suriya rejiminə məxsus hərbi qərargahların bombardmanı dənizdən, havadan və qurudan həyata keçiriləcək.

    Suriyalı yetkili Zekeriye Molahafci ABŞ-ın detallı şəkildə vurulacaq bazaların xəritəsini çıxardığını və bir neçə gün içərisində bunları vurmağa hazırlaşdığını bildirib. O, ABŞ-ın Fransa, Böyük Britaniya və İsrail ilə birgə başda hərbi hava limanları olmaqla strateji nöqtələri bombardman edəcəyini iddia edib.

    Bu arada, Amerikanın “Donald Kuk” hərbi gəmisi Kiprin Larnaka limanını tərk edərək Suriya sahillərinə yaxınlaşıb. Rusiyaya məxsus qırıcı təyyarələr gəmi üzərindən dörd dəfə alçaqdan uçuş edib. Gəminin “Tomahawk” raketi ilə təchiz edildiyi bildirilir. Hərbi gəmi Suriyanın ikinci ən böyük liman şəhəri olan Tartusun 100 km-də lövbər salıb. ABŞ donanmasının rəhbərliyi gəminin Larnakadan ayrıldıqdan sonra hara getdiyi barədə sualları cavabsız buraxıb.

    Bu gün BMT TŞ-da qızğın Suriya müzakirələri gedib. ABŞ prezidenti Tramp isə bəyan edib ki, İran və Rusiyanı Suriyanın gözünə qatıb vuracaq. Maraqlıdır ki, artıq Kipr sahillərindəki ABŞ hərbi gəmisi Suriya sahillərinə yaxınlaşıb. Vaşinqtonun Suriyada birbaşa savaşa başlaması Birləşmiş Ştatlar üçün tarixi yanlışlıq ola bilər.

    Artıq Suriyada vəziyyət çox dəyişib. Unutmaq olmaz ki, “Hizbullah”ın da əlində ballistik raketlər var. Bu raketlərin İsrailə tuşlanmayacağı zəmanətini heç kəs verə bilməz.

    Əsədi devirmək artıq daha çətindir. 2012-ci ilin yayında Qərb Suriya partizanlarına yardım etməklə Əsədi məğlub edə bilərdi. Qərbin səssizliyi İŞİD və digər ekstremist qruplaşmaların hakimiyyəti əllərinə almasına səbəb oldu. Bu, terror təşkilatlarının dayaqları isə Fars körfəzi ölkələri idi.

    Suriyada vəziyyətin gərginləşməsi İrana qarşı tələ də ola bilər. Türkiyə ilə İranın Suriyada toqquşan ciddi maraqları mövcuddur. Bu toqquşma Yaxın Şərqdə gedən proseslərə ciddi təsiri olan hər iki ölkənin münasibətlərini istər-istəməz gərginləşdirir. Həm Tehran, həm Ankara Suriya məsələsinə ölüm-qalım məsələsi kimi baxır. Çünki hər iki tərəf anlayır ki, Suriyada gedən proseslərdən uduşlu çıxmamaq həm Türkiyənin, həm də İranın dövlət kimi taleyinə, həm də Yaxın Şərqdəki proseslərdə xüsusi çəkisinə neqativ təsir edə bilər.

    Bu səbəbdən situasiyanın daha geniş təhlilinə, münasibətləri formalaşdıran amillərin araşdırılmasına ehtiyac var. Vurğulayaq ki, Türkiyəyə xarici siyasəti üçün yeni bir fürsət yaranıb. Nəticədə İranın bir addım önə çıxmasını təəssüflə izləyən xarici qüvvələrin Türkiyəyə münasibəti dəyişmiş olub. Dünənə kimi Suriya mövzusunda Türkiyənin proseslərə müdaxiləsini yolverilməz sayan passiv qüvvələr bu dəfə Ankaranın bölgədə hərbi-siyasi cəhətdən aktivləşməsini istəyirlər.

    Lakin Suriya böhranının ilk mərhələsində umduğu xarici dəstəyi ala bilməyən Türkiyə yenidən eyni situasiya ilə üzləşməmək üçün proseslərin ən aktiv oyunçusu rolunu bir şərtlə üzərinə götürür. Bu şərt Əsədin hakimiyyətdən getməsi və Suriyada uçuşa qadağan edilən bölgənin yaradılmasıdır. Əslində Suriyada uçuşlara qadağan edilən bölgənin yaradılması ilə Əsədin hakimiyyətdən getməsi arasında elə bir ciddi fərq yoxdur. Türkiyənin bu istəyi gerçəkləşərsə, Əsəd hakimiyyətdən getmək məcburiyyətində qalacaq.

    Bəs Türkiyənin bu şərtinə və bölgədə artan roluna İranın münasibəti necədir? Təbii ki, Yaxın Şərqdə gedən proseslərin ən aktiv oyunçularından olan İranın bu şərtlərin diktə edəcəyi gerçəklikləri qəbul etməsi mümkün deyil. Çünki, Suriya İranın Livandakı “Hizbullah” təşkilatı ilə əlaqəsini təmin edən yeganə coğrafi həlqədir. Bu yol əldən çıxarsa, İran və “Hizbullah” arasında əsas əlaqə vasitəsi aradan qalxar və İran bölgədəki gücünün önəmli hissəsini itirmiş olar.

    Digər tərəfdən, Suriyada hakimiyyət, idarəetmə Türkiyə iqtidarının “əlinə keçərsə”, ərəb dünyasına olan dəhliz Türkiyənin diktəsi və nəzarətində idarə olunacaq. İran və Türkiyənin Suriyada kəsişən maraqlarından birini məhz bu amil təşkil edir.

    Yaxın Şərqdə nüfuz müharibəsində tarixi rəqiblər olan İran və Türkiyə bu gün Suriya məsələsi və bölgədəki kürd problemi ilə bağlı üz-üzə gəlməkdədir. Hər iki tərəf öz maraqlarını təmin etmək üçün gizli yarışda fərqli layihələrlə irəli çıxmağa çalışır. Bu prosesdə hər iki dövlətin yürütdüyü siyasətin bir qolu da nüfuz müharibəsində Amerika və Rusiya kimi böyük gücləri öz tərəflərinə çəkmək istəyidir.

    ABŞ, Rusiya, Suriya, İran və Türkiyənin üz-üzə gəlməsi təhlükəli tendensiyadır. Tramp bölgədə nüvə silahından istifadə edə biləcəyini dolayısı ilə olsa da bəyan edir. Bu isə artıq dünyanı yox edəcək “nüvə savaşı”nın başlanğıcıdır. Vaşinqton nüvə silahına əl atacaqsa, İran və Rusiya, “Hizbullah”, hətta Pakistan da eyni cavabı verə bilər. Bu baxımdan, problemi danışıqlar masasına qaytarmaq son dərəcə zəruridir…//Sputnik Azərbaycan

  • Kremldən rublun çökməsi ilə bağlı rəsmi açıqlama

    Putin ölkənin maliyyə bazarında baş verən neqativ tendensiyanı diqqətlə izləyir

    Kreml ölkənin iqtisadi vəziyyətini diqqətlə izləyir.

    Median.Az RİA Novosti-yə istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidentinini mətbuat katibi Dmitr Peskov Rusiyanın maliyyə bazarlarının çökməsinin səbəbinə aydınlıq gətirərkən deyib.

    O, qeyd edib ki, ölkənin iqtisadi gündəmi ölkə prezidentinin iş qrafikində sabit yerini qoruyur. Peskovun sözlərinə görə, ölkə başçısı iqtisadi məsələlərlə bağlı hökumətlə daimi on-line rejimdə əlaqə saxlayır və belə ağır günlərdə adi iş rejimini davam etdirir. O, prezidentin bu vəziyyəti sabitləşdirmək üçün dayanmadan çalışdığını qeyd edib.

    Kremlin mətbuat katibi birjalardakı neqativ tendensiyanı Amerikanın tətbiq etdiyi sanksiyaların emosional nəticələri kimi qiymətləndirib.

    “Siz nə baş verdiyini bilirsiz. Nəticədə müəyyən düzəlişlər ediləcək. Hansı düzəlişlər, bunu hələlik kimsə deyə bilməz” — deyə Peskov əlavə edib.

    O qeyd edib ki, hakimiyyət Rusiya şirkətlərinin aksiyalarının düşməsi ilə bağlı vəziyyəti diqqətdə saxlayır.

    Qeyd edək ki, Rusiyanın milli valyutası ABŞ-ın antirusiya sanksiyaları fonunda ciddi şəkildə çökməkdədir.

    Ötən günlə müqayisədə dolların kursu 2,27 rubl yüksələrək 60,23 rubldan 62,93 rubla çatıb. 1 avronun kursu isə 2,6 rubl yüksələrək 74,12 rubldan 77,3 rubla çatıb.

    Rusiyada artıq xarici valyutanın kursu milli valyuta ilə müqayisdə yüksələrək 2016-cı ildəki maksimuma çatmaqdadır. Ötən il Rusiyada 1 dollar maksimum 63,55 rubl, 1 avro isə 78,43 rubl olub.

    Xatırladaq ki, aprelin 6-da Vaşinqtonda 7 rusiyalı sahibkar, onların nəzarətində olan 14 şirkət və 17 məmura qarşı sanksiyalar qəbul edilib. Həmin siyahıya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, “Roskomnadzor”un rəhbəri Aleksandr Jarov, “Rosqvardiya”nın direktoru Viktor Zolotov, Rusyanın daxili işlər naziri Vladimir Kolokolsev də daxildir.

    Onlarla yanaşı sanksiyalar siyahısına Oleq Deripaska və onun nəzarətində olan En+ Group, “Qaz” qrupu, “Bazovıy element” və “RusAl”, Viktor Vekselberq və onun “Renova” qrupu, Süleyman Kərimov, Kirill Şamalov, “Qazprom”un rəhbəri Aleksey Miller, VTB bankın rəhbəri Andrey Kostinin də adı daxil edilib.

    Birləşmiş Ştatlar bu yeni tədbirlərini “Moskva üçün siqnal” adlandırıb. Ağ Evdən verilən açıqlamaya görə, növbəti sanksiyalar hansısa konkret hadisələrlə bağlı deyil. Bunun səbəbi “Rusiyanın dünya səviyyəsində davranışlarının davam edən və getdikcə artan həyasız tendensiyalarıdır”.

  • Azyaşlı qızı siqaret çəkməyə məcbur etdilər, başını yerə çırpdılar – VİDEO

    Sosial şəbəkələrdə yayılan video valideynləri dəhşətə gətirir.

    Videoda azyaşlı qızın siqaret çəkməyə məcbur edilməsi, onun başının yerə çırpılması əks olunub.

    Kadrlar İngiltərədə çəkilib, Snapchat-da yayılıb. Həmin görüntüləri təqdim edirik: (milli.az)

  • Səudiyyə şahzadəsi porno sifarişinə görə borclu qalıb – QALMAQAL

    Səudiyyə Ərəbistanının kral ailəsinin üzvü Səud Əl Feysəl fransız şirkətinə eksklüziv pornofilmlərin çəkilişinə görə 90 min avro pul borcludur.

    Bu barədə “The Local”xəbər verib. Nəşriyyat yazır ki, kral ailəsinin üzvü, 40 il ərzində ölkənin daxili işlər naziri olmuş və 2015-ci ildə vəfat etmiş Əl Feysəl “SARL Atyla” şirkətinə orijinal ssenari ilə böyüklər üçün film sifariş edib. Lakin xidmət pulunu ödəməyib.
    Süjetə əsasən, mərakeşli qız Səudiyyə şahzadəsi rolunu oynayan porno aktyorla sevişir.

    Şirkət videonu hələlik məhkəməyə təqdim etməyib, lakin şirkətin nümayəndəsi bəyan edib ki, əgər tələblərə cavab verilməsə, videoyazılar yayımlanacaq.

    “SARL Atyla” Əl Feysəlin əmlakının idarə edilməsilə məşğul olan fransız şirkətini məhkəməyə verib.

    Eyni vaxtda “SARL Atyla” şahzadənin nümayəndəsi ilə onun zövqünü və ssenarinin detallarını müzakirə etdiyi elektron yazışmanı təqdim edib.

    Birbaşa sifarişçinin adının çəkilməməsinə baxmayaraq, iddiaçıların sözlərinə görə, sifarişçi məhz Əl Feysəldir. Oxu.Az