Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının təcili iclası keçirilir.
Median.Az “Ria Novosti”yə istinadən xəbər verir ki, toplantının mövzusu Suriyadakı vəziyyətdir.
Bundan əvvəl bir neçə internet portalı döyüşçülərə istinadən Suriya ordusunun Duma şəhərində xlor bombasından istifadə etməsinə dair xəbərlər yayıb. Həmçinin bombardman nəticəsində 25-70 nəfərin öldüyü bildirilib.
Eyni zamanda Dumadan olan həkimlər xəstəxanaya kimyəvi zəhərlənmə əlaməti ilə xəstələrin daxil olmadığını bildiriblər.
İstanbulun Bağcılar səmtində avtodayanacaqda atışma baş verib.
Median.Az İHA-ya istinadən xəbər verir ki, naməlum şəxslər avtomobillə dayanacağa gəlib və oradakılara atəş açıb.
Qarşılıqlı atışma nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisə zamanı ərazidən keçən bir sərnişin avtobusu silahlı qrupların arasında qalıb. Onlarla insan təşviş içində yerə çökərək xilas edilməyi gözləyiblər.
Median.Az Eastnews.org-a istinadən verdiyi xəbərə görə, Suriya və İraqda böyük əraziləri ələ keçirən İŞİD terror qruplaşmasının məğlub edilməsinə və bölgədən təmizlənməsinə baxmayaraq, terror təşkilatının üç il ərzində Orta Şərqdəki geniş əraziləri ələ keçirməsi və necə nəzarət etməsi hamını düşündürən suallardır. ABŞ-ın “New York Times” qəzeti terrorçulardan xilas olduqdan sonra Mosulda ələ keçirilən 15 000-dən artıq sənədə əsaslanaraq, bu sualı cavablandırmağa çalışıb. Qəzet bildirir ki, İŞİD 2014-ci ildə İraq, Suriya, Liviya, Nigeriya və Filippində çox geniş əraziləri ələ keçirib ki, bu ərazilərdə 12 milyon insan yaşayırdı. Ələ keçirilən sənədlər terrorçuların idarəetmə üsullarını ortaya çıxarıb. Terror təşkilatı yalnız güc tətbiq edərək ərazilərə nəzarət edə bilib. Lakin terrorçular güc tətbiq etməklə yanaşı, ordu və təşkilatçılıq sahələrində bu ölkələrin hökumətlərindən daha bacarıqlı işçiləri ələ keçiriblər. Livan əsilli amerikalı tədqiqatçı Favaz Gergesin “İŞİD-in tarixi” adlı kitabında qeyd olunub ki, İŞİD-in idarəetmə və təşkilatçılıq qabiliyyətləri silahlı şəxslərin qəddarlığından az təhlükəli deyil. Qəzet yazır ki, sənədlərdə İŞİD-in vergi və xərac toplanması, pasport və şəxsiyyət vəsiqələri, hətta sürücülük vəsiqələrinin olduğuna dair sübutlar var. Bu isə onların inzibati quruluş yaratmağa müvəffəq olmasını göstərir. Neft ticarəti İŞİD-i maliyyələşdirən ən mühüm iqtisadi qaynaq idi. Terror təşkilatı bu yolla milyonlarla dollar gəlir əldə edib. İşğal altındakı torpaqlarda mövqelərini möhkəmlətdikdən sonra İŞİD, qadınları küçələrdə çadra geyinməyə vadar edib və bu qanuna qarşı çıxanları sərt cəzalandırıb. Qeyd edək ki, məqalədə İŞİD terror təşkilatına məxsus pasportlar, şəxsiyyət vəsiqələri, rəsmi sənədlər dərc edilib.
ABŞ Maliyyə Nazirliyinin bu ilin fevralında tərtib etdiyi “Kreml məruzəsi”ində yer alan azərbaycanlı milyarder-oliqarx Araz Ağalarov şəxsi təyyarəsinin müsadirə olunacağı haqda xəbərdarlıq aldığını açıqlayıb.
Median.Az xəbər verir ki, biznesmen, “Crocus Group” şirkətlər qrupunun sahibi bu haqda RBC-ya müsahibəsində danışıb. Ağalarov deyib ki, həmin siyahı açıqlanandan sonra Amerika bankı onun “Gulfstream G500” təyyarəsini müsadirə etmək istəyib.
“ABŞ Maliyyə Nazirliyinin “Kreml məruzəsi”inə daxil edilməyiniz biznesinizə necə təsir göstərdi?” –deyə müxbir Ağalarovdan soruşub. “Biz qərb bankları ilə işləmirik. Yeganə sual meydana çıxdı: mənim təyyarəm Amerikanın “Stonebriar Commercial Finance” bankında kreditə görə girov qoyulmuşdu. Onlar dərhal bildirdilər ki, ya borcunuzu bağlayırsınız, ya təyyarənizi müsadirə edirik. Biz borcu bağladıq, məcbur olduq 20 milyon dollarlıq borcu öz pullarımızla bağlayaq”-biznesmen bildirib.
Ağalarov deyib ki, “Kreml məruzəsi” bu cür birbaşa məhdudiyyətləri nəzərdə tutmurdu. “Fikrimcə banka belə göstəriş verilmişdi”-o əlavə edib.
Biznesmen “Crocus Group”un əsas kreditorunun “Sberbank” olduğunu deyib. Bildirib ki, hazırda şirkətin kredit yükü 1.85 milyard dollardır.
ABŞ prezidenti Donald Tramp hərbi müşavirləri ilə vacib toplantı keçirib.
Ağ Evdə baş tutan toplantıda Suriyadakı mövcud vəziyyət, Bəşər Əsədə bağlı ordu qüvvələrinin Şərqi Qutada kimyəvi silahdan istifadə etməsi müzakirə edilib. Tramp bildirib ki, 24 və ya 48 saat içində vacib qərar qəbul edəcək.
“Suriya ilə bağlı günün sonuna qədər vacib qərar verəcəm. Əsəd rejimi kimyəvi silahdan istifadəyə görə cavab verəcək”.
Qeyd edək ki, Suriyada ordu qüvvələrinin ötən gün kimyəvi silahdan istifadə etməsi nəticəsində paytaxt Dəməşq yaxınlığındakı Şərqi Qutada yüzlərlə insan həlak olub. Minlərlə insan yaralanıb.
ABŞ-ın 19 vəkil qrupu və Mərkəzi Rəqəmsal Demokratiya təşkilatı Federal Ticarət Komissiyasına “YouTube” video portalını şikayət edib.
Median.Az xəbər verir ki, məşhur video portal 13 yaşına qədər olan uşaqların məlumatlarını qanunsuz formada toplayır.
İddiaçıların fikrinə əsasən, “YouTube” nümayəndələri uşaqların internet məkanında konfidensiallığının qorunması barədə qanunu pozublar. Qanuna əsasən, şirkət 13 yaşına qədər məktəblilərin məlumatını valideynlərinin razılığı ilə toplaya bilər.
Məsələ burasındadır ki, video portalda 13 yaşdan yuxarı insanlar qeydiyyatdan keçə bilər. Amma uşaqlara saytda uyğun bölməyə quş qoyaraq istifadəyə davam etməyə heç nə mane olmur. Hüquqşünasların fikrinə görə, video portal 23 milyondan çox uşağın məlumatını əldə edib. “YouTube”u 41 milyon dollar cərimə gözləyir.
“Facebook” sosial şəbəkəsi şəxsi məlumatları oğurlanan istifadəçiləri məlumatlandırmaq üçün kampaniya keçirir.
Median.Az xəbər verir ki, özəl bilgiləri “Cambridge Analytica” mərkəzinə ötürülən istifadəçilərə bu gündən informasiya verilməyə başlanılıb.
İstifadəçilər eyni zamanda hansı tətbiqlərdən istifadə etdiklərini və hansı məlumatların lazım olduğu barədə ətraflı məlumat alacaqlar. Bununla da sosial şəbəkə istifadəçiləri bəzi təhlükəli tətbiqləri söndürə biləcəklər.
Qeyd edək ki, bir müddət əvvəl Britaniyanın “Cambridge Analytica” mərkəzi 87 milyon “Facebook” istifadəçisinin məlumatını əldə etmişdi. Şirkət ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın seçki qərargahı ilə əməkdaşlıq edib.
Aprelin 7-də Bəşər Əsəd qoşunlarının Suriyanın Şərqi Quta bölgəsindəki Duma şəhərində kimyəvi silah tətbiqindən yeni videogörüntülər yayılıb.
Median.Az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, videogörüntülərdə kimyəvi hücumun qurbanlarının gözü açıq, burunlarından və ağızlarından gələn donmuş ağ köpüklə əks olunub.
Ölənlərin çoxu körpələr və uşaqlardır.
Uşaqlardan birinin atası qızının cəsədi üstündə ağlayaraq deyir:
“Qızım, bağışla. Bax, sənə nə almışam. Oyan! Üzünü görmək istəyirəm. Şokolad istədiyini de”.
Başqa bir videoda isə bir ata oğlunun cəsədinin yanında “Ruhun şad olsun, Məhəmməd. Sən artıq cənnətdəsən”, – deyə ağlayır.
Kimyəvi hücum nəticəsində 78 nəfər ölüb, yüzlərlə insan yaralanıb.
Qeyd edək ki, Əsəd tərəfdarları martın 19-dan Dumada kimyəvi silah tətbiq etməyə başlayıb.
Suriya İnsan Hüquqları Şəbəkəsinin (SNHR) 4 aprel 2018 saylı hesabatında, Bəşər Əsəd rejiminin ötən il 11 dəfə kimyəvi silah istifadə etdiyi bildirilir.
SNHR-nin məlumatına görə, Suriyada müharibənin başlanğıcından bəri Əsəd rejimi 214 dəfə kimyəvi silah istifadə edib. Dumada olan kimyəvi hücum 215-ci olub.
Qeyd edək ki, Duma şəhəri Şərqi Quta bölgəsində müxalif qüvvələrin nəzarətində olan son yaşayış məntəqəsidir.
Gürcüstanın paytaxtında Afrikadan gələn bir qrup hücuma məruz qalıb.
Median.Az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları baş vermiş hadisənin istintaqı ilə məşğul olur.
Zərərçəkmiş şəxslərdən biri, Nigeriya vətəndaşı jurnalistlərə bildirib ki, ona və onun dostlarına edilən hücum ayrı-seçkilik əlaməti olaraq həyata keçirilib:
“Onlar qışqırırdılar ki, biz Afrikaya cəhənnəm olaq”.
Davadan kadrlar “Rustavi 2” telekanalının efirində yayımlanıb.