Category: Dünya

  • Almaniyada sürücü yük maşınını insanların üstünə sürüb – FOTO – YENİLƏNİB

    Almaniyada yük maşınını insanların üzərinə sürən kişi əqli cəhətdən qüsurlu olub.

    Median.Az-ın İnterfaks-a istinadla verdiyi xəbərə görə, bu barədə “Süddeutsche Zeitung” qəzeti məlumat yayıb.

    Nəşr qeyd edib ki, buna görə terror aktından söhbət gedə bilməz.

    Maşını sürən kişinin 49 yaşı olub. Hadisədən sonra o, intihar edib. Hazırda polis onun evində axtarış aparır.

    19.56

    Ən azı 30 nəfər, xilasedicilərin sözlərinə görə isə 50 nəfər xəsarət alıb.

    KİV-in məlumatına görə, 6 nəfərin vəziyyəti ağırdır.

    “Polisin məlumatına görə, maşını insanların üstünə sürən sürücü ölüb. O, intihar edib”, – Focus yazır.

    19:15

    Almaniyada sürücü idarə etdiyi yük avtomobilini bir qrup insanın üstünə sürüb.

    Median.Az
    RİA Novosti-yə istinadla xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

    Hadisə ölkənin cənubunda, Münster şəhərində baş verib.

    Nəşrin yazdığına görə, hüquq-mühafizə orqanlarındakı mənbələr hadisəni terror aktı kimi qiymətləndirir.

  • Virtual autizm yayılır – Körpələri telefon və televizordan uzaq tutun

    Artıq Avropa və Amerikada aparılan tədqiqatlar müasir uşaqlarda ildən-ilə artan Virtual Autizm sindromunun səbəbinin planşetlər, televizor və telefon olduğunu təsdiqləyir. Rusiyanın məşhur pediatrı Komarovskiy öz bloqunda valideynlərə çağırış edib.
    ” 2 yaşına kimi uşaqları jadjetlərdən, telefon və planşetdən uzaq tutun”.

    3-6 yaşlı uşaqların isə virtual reallıqda olma müddəti gündə 1-2 saatdan artıq olmamalıdır. Yalnız 6 yaşından sonra uşaqlara elektron cihazlarda proqramlara baxmaq icazə verilə bilər.

    Median.Az medicina.az-a istinadən bildirir ki, Rumıniya Autist uşaqlar Mərkəzi apardıqları araşdırmalarla sübut edib ki, 90% uşaqlarda 2-3 yaşında autistik pozğunluqların baş verməsi faktoru işə düşür. Gündə 4-5 saat televizor və planşetə baxan uşaqlarda virtual autizm inkişaf edir.

    0-2 yaş arası körpələrin elektron gadjetlərə baxması onların beyninə və psixikasına dağıdıcı təsir göstərir. Psixoloq Marius Zamfir öz araşdırması barədə danışarkən bunları qeyd edib:

    “Gündə 4-5 saat ekran qarşısında əyləşdirilən körpələrdə psixomotor və danışıq funksiyasında tormozlanma və geriləmə müşahidə olunub. Ekran qarşısında keçirilən hər artıq saat ciddi əqli geriləmə və autizmə bir addım yaxınlaşmaq deməkdir. Klassik autizmlə virtual autizmi fərqləndirmək çətindir: hər ikisində uşağın ətrafa uyuşması çətinləşir, bir yerə baxma, eyni sözləri təkrarlama, oynadığl oyun və baxdığı cizgi filmlərinin personajlarının sözlərini, hərəkətlərini təkrarlama olur. Bİrcə fərq var: klassik autizmdə bioloji nevroloji geridə qalma faktı var, digərində virtual reallıqdan qaynaqlanan neyroinkişafın geriləməsi baş verir. Bioloji pozuntuda sinapslar demək olar bərpa olunmur, virtual autizmdə uşağı vaxtında virtuallıqdan ayırıb, neyronları stimulyasiya etməklə bərpa etmək şansı var.

    Təbiətin qanununa görə, uşaq sözlərin mənasını predmetlər, insanların hərəkəltəri, sözləri, izahı ilə öyrənir. Hərəkətləri isə canlı insanın nümunəsində görüb götürməlidir. Uşağın beyni predmet və insan toxunuşu olmadan düzgün inkişaf edə bilməz. Ekrandakı işıq və görüntü, səs uşağın diqqətini çəkə bilər, amma onun beyninə düzgün təsir etmir. Ekranda baş verənlər uşağı o qədər özünə çəkir ki, o artıq ətrafda baş verənlərə qarşı diqqət yetirmir. Axı ekranda hər şey daha cəlbedici, səs-küylü, rəngli və sürətlidir. Kadrların sürətlə dəyişməsi uşaqda neqativ və ağrılı emosiyalar yaradır, onu aqressivləşdirir, idarəolunmaz həddə kimi gətirir. Ona görə 0-2 yaşına kimi körpələri tamamilə elektron texnikadan, gadjetlərdən uzaq tutub, onları təbiət, ailə, insanlar və reallıqla təmasda böyütmək lazımdır.

    Virtual autizmin yayılmasının qarşısını almaq üçün ailələr övladlarını televizor və telefondan uzaq tutmalıdır. Əks halda 10 ildən sonra hər ailədə autist uşaq böyüyəcək

  • “Facebook”dan möhtəşəm yenilik

    “Facebook” bütün istifadəçilərə özlərini Mark Zukerberq kimi hiss etmək imkanı verəcək.

    Median.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, sosial şəbəkədə bütün istifadəçilər üçün “unsend” düyməsi yaradacaq.

    Bu barədə “TechCrunch” kompaniyasının əməkdaşı məlumat verib. Onun sözlərinə görə, mesencerin şifrəli versiyasından istifadə edən istifadəçilər zamanlayıcı vasitəsilə ilə mesajların silinmə zamanını müəyyən edə bilirlər. Bundan sonra mesajlar müəyyən edilən zamanda silinəcək. Əməkdaş qeyd edib ki, kompaniya mesajların silinməsi proqramını bir neçə aya tətbiq etməyi planlaşdırır.

    “Facebook” administrasiyası aprelin 6-da xəbər verib ki, korporativ təhlükəsizlik baxımından şirkətin yaradıcısı Mark Zukerberqin istifadəçilərlə yazışmalardakı mesajını silib. Qeyd edək ki, adətən istifadəçilər öz mesajlarını silə bilirlər. Ancaq bu, digər istifadəçinin çatında qalır.

  • Sumqayıtda 17 yaşlı qızı maşın vurub

    Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Sumqayıt şəhər 3-cü mikrorayon sakini Umudova Yeganə Amid qızı Sülh küçəsində yolu keçərkən “Opel” markalı avtomobil tərəfindən vurulub.

    Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin dediyinə görə, 17 yaşlı Yeganə Umudovanın vəziyyəti qənaətbəxşdir.
    Faktla bağlı araşdırma aparılır.

  • İstanbul boğazında gəmi qəzası olub

    İstanbul boğazında yük gəmisi sahilə çırpılıb.

    Median.az-ın məlumatına görə, Misirdən səfərə çıxan Malta bayrağı altında üzən “Vitaspirit” adlı yük gəmisi tarazlığı itirərək Sultan Mehmet körpüsü altında restoranların olduğu bölgədə sahilə çırpılıb.

    Hadisə yerinə qayıq və xilasedicilər cəlb olunub. Son məlumata görə, uzunluğu 225 metr olan gəminin sahilə çırpılması ərazidəki tikintilərə ciddi ziyan vursa da, xəsarət alan olmayıb.

    İstanbul boğazında hər iki istiqamətdə hərəkət dayandırılıb.

  • Tunisdə iki avtobus toqquşub — 2 nəfər ölüb, 70 nəfər yaralanıb

    Tunisin Monastir şəhərində iki avtobusun toqquşması ilə nəticələnən yol qəzası baş verib.

    Median.Az xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Qəza nəticəsində 2 nəfər ölüb, daha 70 nəfər isə yaralanıb. Ölən və yaralananların hamısı tekstil fabrikində işləyən qadınlardır.

    Yarlılardan ikisinin vəziyyəti ağırdır.

  • “Facebook”a qarşı təhqiqata başlanıldı

    İspaniyanın Məlumatların Qorunması üzrə Agentliyi 137 min nəfərə yaxın ispaniyalı facebook istifadəçisinin məlumatlarının sızdırılmasından şübhələnir.

    Median.Az agentliyə istinadla xəbər verir ki, bu istiqamətdə təhqiqatlara başlanılıb.

    Qeyd edək ki, bu, Məlumatların Qorunması üzrə Agentliyin “Facebook” şirkətinə qarşı ilk iddiası deyil.

    2017-ci ildə agentlik ABŞ şirkətini 1,2 milyon avro məbləğində cərimə etmişdi.

    Bu dəfə açılmış yeni təhqiqatın azı bir il yarım vaxt aparacağı gözlənilir.

  • Nəhəng gəmi villaya çırpılıb – FOTO

    Malta bayrağı ilə Bosfor boğazında hərəkət edən “Vitaspirit” tankeri İstanbuldakı qədim villalardan birinə çırpılıb.

    Median.Az CNN Turk-ə istinadla xəbər verir ki, qəza Sultan Fatih Mehmet körpüsü ətrafında baş verib.

    İlkin ehtimala görə, qəzaya səbəb tankerin sükanının kilidlənməsi olub. Hadisə yerinə sahil mühafizə xidməti gəlib, tankeri binadan ayırıblar.

    Qəza zamanı xəsarət alan olmayıb. Lakin 18-ci əsrə aid tarixi binaya ciddi ziyan dəyib.

  • Rəssam qurbanını öldürdü, yedi və qanı ilə rəsm çəkdi

    Venesuelada inanılmaz hadisə baş verib. Yerli polis Luis Alfredo Qonsales Ernandes adlı şəxsi həbs edib. O, törətdiyi dəhşətli cinayəti etiraf edib – bədən hissələrini yemək üçün qurbanını qətlə yetirib, sonra isə onun qanı ilə növbəti “əsərini” yaradıb.

    Median.Az “Metro” nəşrinə istinadən xəbər verir ki, hadisə yerində polis yandırılmış insan qalıqlarına rast gəlib. “Rəssam”ın sözlərinə görə, “əsərində” bu küldən də istifadə edib.

    Hazırda rəsm əsərinin doğrudan da qanla çəkilib-çəkilmədiyini yoxlamaq üçün ekspertiza təyin edilib. Bu, müəyyən olunduğu təqdirdə adamyeyıən rəssamın digər əsərləri də yoxlanacaq.

  • Səudiyyə şahzadəsi: “Qadınlarla bağlı bəzi məsələlərdə Peyğəmbərimizin xanımlarını xatırlayın”

    Səudiyyə Ərəbistanının şahzadəsi Salman Amerikanın “Time” jurnalının üz qapağına çıxıb.

    Median.Az xəbər verir ki, vəliəhd şahzadə ölkəsində gender bərabərliyi sahəsində vacib addımlar atıldığını bildirib.

    Qadınların cəmiyyətin həyatında daha aktiv iştirak etməsinin mühafizəkarların reaksiyasına səbəb olduğunu bildirən Salman deyib:

    “Əgər biri desə ki, qadınlar idman yarışlarında iştirak edə bilməz, ona Peyğəmbərimizi xatırlatmaq lazımdır. Həzrət Məhəmməd xanımı Aişə ilə yarışırdı. Əgər biri desə ki, qadınlar iş dünyasına atıla bilməz, ona da Məhəmmədin iş qadını olan xanımı Xədicəni xatırladaram”.