Category: Dünya

  • Almaniyada terror: çox sayda ölü, 30 yaralı var (FOTOLAR)

    Almaniyanın Münster şəhərində bir avtomobil insanların üzərinə sürülüb.

    Median.Az xəbər verir ki, polis çox sayda insanın öldüyünü, 30 nəfərin yaralandığını açıqlayıb.

    Polis dərhal genişmiqyaslı əməliyyata başlayıb. Olayla bağlı hələlik heç bir rəsmi açıqlama verməyib. Bir polis rəsmisi Münsterin qədim şəhər hissəsində əməliyyatın aparıldığını təsdiq edib.

    “Spiegel” dərgisi avtomobili insanların üzərinə sürən şəxsin özünü öldürdüyünü iddia edib. İddia hələlik təsdiqlənməyib.

    Polis “Twitter” vasitəsi ilə insanları ərazidən uzaq durmağa çağırıb.

  • Sergey Skripal danışdı

    İngiltərədə zəhərlənən sabiq rus agenti Sergey Skripal danışmağa başlayıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, son günlərdə əsas təhlükəni geridə qoyan Skripal polislə danışmağa başlayıb.

    Salzböri şəhər xəstəxanasının həkimi Kristin Blançard Skripalın vəziyyətinin sürətlə yaxşılaşdığını vurğulayıb.

    Rusiyanın Londondakı səfiri bu hadisə ilə bağlı danışaraq sabiq agentin vəziyyətinin tezliklə daha da yaxşılaşacağına və həqiqətin ortaya çıxmağına ümid etdiklərini bildirib.

    Qeyd edək ki, İngiltərə Rusiyanı Sergey Skripalı zəhərləməkdə ittiham edir.

  • Danimarkada qüllə kitabxananın üzərinə aşdı – VİDEO

    Danimarkanın Vordinqborq şəhərində yerli limanda yerləşən köhnə qüllənin uğursuz şəkildə sökülməsi acı nəticələrə yol açıb.

    Bu barədə “RİA Novosti” məlumat yayıb.

    İnsident aprelin 6-da baş verib. İstehkamçı mütəxəssislər köhnə tikilinin təməlini plana uyğun partlatsa da, qüllə gözlənilmədən yaxınlıqdakı kitabxana binasının üzərinə aşıb.

    Yerli sakinlər hadisənin görüntüsünü “YouTube” portalına yerləşdirib.

    Polisin məlumatına görə, xoşbəxtlikdən hadisə itkisiz ötüşüb.

  • Eyni anda 4 qızla sevgili olan gənci sevgililəri döydü – VİDEO

    4 sevgilisi eyni vaxtda döydü

    Fransada eyni anda 4 qızla sevgi münasibəti yaşayan eşqbaz sevgililərinin hücumuna məruz qalıb.

    Minval.info xarici KİV-ə istinadən xəbər verir ki, internet vasitəsilə bir-birlərini tapan qızlar eyni vaxtda oğlanın evinə daxil olub, onu döyüb və bu günə qədər verdikləri hədiyyələri götürərək evdən çıxıblar.

    Fransa polisinin məlumatına görə, qızlar adamı qayçı ilə təhdid edib, ona yumruq zərbələri vurub, hətta başında çini vaza sındırıblar. Hadisədən 2 gün sonra saxlanılan qadınlar əməllərindən peşman olmadıqlarını bildiriblər. Onların sözlərinə görə, həmin adamın hələ onlardan başqa da sevgilisi var.

  • Bu da Bred Pittin yeni sevgilisi – FOTO

    Son zamanlar adı keçmiş sevgilisi Cennifer Enistonla hallanan aktyor Bred Pittdən yeni xəbər var.

    54 yaşlı aktyor Cenniferlə barışması yalan məlumatdır.

    Belə ki, Bred 42 yaşlı dizayner-rəssam Neri Oksmanla görüşür.

    Cütlüyün bir proyekt diyaznı zamanı tanış olduqları bildirilir. Pittə yaxın mənbə onların tez-tez görüşdüklərini və birlikdə yaxşı vaxt keçirdiklərini bildirib.

    Qeyd edək ki, 2016-cı ildə ayrıldıqlarını elan edən Hollivud ulduzları Ancelina Coli ilə Bred Pitt hələ də rəsmi şəkildə boşanmayıblar. Onlar 6 uşaqlarına görə vaxtaşırı görüşürlər.

  • ABŞ rus oliqarxları və naziri “qara siyahı”ya saldı

    ABŞ 38 rusiyalı biznesmeni, rəsmi şəxsləri və şirkətləri sanksiya siyahısına salıb, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

    Siyahıda 7 rus oliqarx və şəxslərin idarə etdiyi 12 şirkət, həmçinin 17 dövlət məmuru yer alıb. Sanskiya tətbiq olunan oliqarxlar Vladimir Boqdanov, Oleq Deripaska, Süleyman Kərimov, İqor Rotenberq, Kirill Şamalov, Andrey Skoç və Viktor Vekselberqdir.

    Maliyyə naziri Stiven Mnuçin həmin şəxslərin Rusiyanın qlobal miqyasda qeyri-qanuni əməllərinə dəstək verməkdə ittiham edildiklərini deyib.

    Həmçinin, Bəşşar Əsədə silah dəstəyi verməkdə günahlandırılan “Rosoboroneksport” adlı silah ticarət şirkəti və bu quruma bağlı “RFC Bank” da “qara siyahı”ya salınıb.

    Dövlət məmurları siyahısında isə daxili işlər naziri Vladimir Kolokoltsev və Vladimir Putinin müşavirlərindən Yevgeni Şkolov kimi tanınmış şəxslər yer alıb.

  • Azərbaycanlı Bakıya uçan sərnişin təyyarəsini qaçırmaq istədi – VİDEO

    Moskvadan Bakıya gəlmək üçün Atatürk Hava limanı Beynəlxalq Terminalında gözləyən Rusiya vətəndaşı olan sərnişin təyyarəni qaçırmaq üçün qapını qırıb.

    Azərbaycan əsilli Elşad Hüseynzadə (45 yaş) saat 01:30-da Bakıya uçuşu planlaşdırılan sərnişin təyyarəsinin qalxmasına az qalmış hava limanında qapalı olan plastik qapını yumruq və təpikləyərək qırıb. Hüseynzadə qapını qıraraq təyyarəyə doğru qaçmağa başlayıb.

    Olay barədə səlahiyyətlilər tərəfindən dərhal polisə məlumat verilib. Polis Rusiya vətəndaşı olan sərnişinin qarşısını ala bilib. Elşad nəzarətə götürülüb

    Onun ifadəsinin alındığı deyilir. İçkili olduğu iddia edilən sərnişin sərbəst buraxılıb.

    Qeyd edək ki, Hüseynzadə THY-nin TK-416 saylı təyyarəsi ilə yerli vaxtla saat 23:45-də Moskvadan İstanbula gəlibmiş.

  • Türkiyədə partlayış: 2 hərbçi şəhid oldu

    Türkiyə ordusunun iki hərbçisi İraqla sərhəddə kustar üsulla hazırlanmış bombanın partlaması nəticəsində şəhid olub.

    Median.Az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, hadisə türk hərbçilərin Hakkaridəki Çukurca qəsəbəsin apardığı əməliyyat-axtarış tədbirləri zamanı qeydə baş verib. İnsident nəticəsində daha bir hərbçi ağır yaralanıb.

  • Prezident 11 generalı işdən çıxardı

    Rusiya prezidenti Vladimir Putin 11 generalı vəzifəsindən azad edib.

    Median.Az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytı məlumat yayıb.

    Generallar FHN, DİN, XİN və digər strukturlarında çalışıb.

    Fərmanda, yeni təyinatlar da qeyd olunub.

  • Finlandiyada kişi uşaq dünyaya gətirib

    Dünyada ilk dəfə kişi-transgender uşaq doğub.

    Median.Az-ın “Yle” nəşrinə istinadən xəbərinə görə, hadisə Finlandiyada qeydə alınıb.

    Gənc ata əvvəl qadın olub, iki il əvvəl isə cinsiyyətini dəyişib və yeni pasport alıb.

    Hamilə qalmaq üçün o, hormonal terapiyanı dayandırıb, hamiləlik dövrü problemsiz keçib.

    Qeyd edilir ki, doğuşdan əvvəl elektron cihazlar kişinin hamilə qaldığını göstərmirdi.